Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   48   49   50   51   52   53   54   55   56

Müstəqillik dövrü Azərbaycan romanı
169
nır. Akademik Kamal Talıbzadənin doğru olaraq qeyd etdiyi 
kimi:  «Hər bir yazıçının  şəxsiyyətində, xarakterində ümumi 
cəhətlərlə yanaşı, elə fərdi və xüsusi keyfi yyətlər olur ki, bun-
lar yaradıcılıq prosesində müstəsna rol oynayır, yaradıcılığın 
nоvatоr istiqamətdə getməsinə özgün xüsusiyyətlərlə zəngin-
ləşməsinə təsir göstərir» (141, s. 133). Bizcə, müstəqillik döv-
rü Azərbaycan romanları timsalında da bunu müşahidə etmək 
mümkündür. 
Müstəqillik dövrü Azərbaycan romanlarında fəlsəfi lik yal-
nız məna-məzmun kоmpоnenti kimi deyil, üslub elementi 
kimi çıxış etdiyindən əsərin ruhunda, məğzində və mahiyyə-
tində özünü büruzə verir. Bu isə bədii yaradıcılıq üçün olduqca 
vacib şərtlərdən biridir. 
«Çağdaş romanın həcmi kiçilir. Lakin bu bədii əsərin kom-
pozisiya və süjet quruluşunun sadələşməsi yox, mürəkkəbləş-
məsi hesabına baş verir. Paralel və konstruksiyaya malik sü-
jetlər çağdaş romanın arxitektonikası üçün tamamilə səciyyəvi 
keyfi yyət hesab edilə bilər» (125, s. 19). 
Müstəqillik dövrü Azərbaycan bədii nəsrində roman müəl-
lifl əri hadisə və əhvalatların təsvirindən tutmuş obraz və xa-
rakter yaradılışına qədər bütün məsələlərdə sözdən yığcam 
istifadə etməklə öz dəst-xəttini formalaşdırmağa çalışmışlar. 
Yaranan romanlar sözə qənaətin, sözün imkanlarına bələdliyin 
dəyərli bədii örnəkləri kimi maraq doğurur. Həcmindən asılı 
olmayaraq, mövcud romanlar məzmunu, ideya-problem xüsu-
siyyətləri ilə diqqəti çəkməkdədir və sözdən məharətlə  bəh-
rələnməyin parlaq örnəkləridir. 
Tənqidçi-ədəbiyyatşünas Akif Hüseynovun qənaətincə, 
«yığ camlıq ancaq bu və ya başqa janrın spesifi k əlaməti ol-
mayıb, ümumi sənətkarlıq keyfi yyətidir; bütün bədii formalar 
üçün eyni dərəcədə vacib məziyyətdir» (62, s. 4). Prоfessоr 
Pənah Xəlilovun mülahizələrinə görə isə:  «Yığcamlıq bədi-
iliyin ən başlıca ünsürlərindəndir. Ancaq bir əsərin irihəcmli 


170
Əhməd Sami Elaydi
olması, çoxcildli olması  və ya həcmcə kiçik olması,  əlbəttə, 
onun mövzusundan asılıdır. Bu səbəbdən də ədiblərimizin ki-
çik həcmli  əsərlərə meylini təqdir ediriksə, bu о demək de-
yil ki, onlar cəhd eləsələr, hər cür mövzunu bircildlik yığcam 
əsərdə verə bilərlər» (70, s. 29). 
Şübhəsiz ki, prоfessоr Pənah Xəlilovun mülahizələri ilə 
razılaşmaq mümkün deyildir. Çünki tədqiqatçının yazdığı 
kimi, «bir əsərin irihəcmli olması və ya həcmcə kiçik olma-
sı... onun mövzusundan asılıdır» qənaəti inandırıcı səslənmir. 
Zənnimizcə, qısalıq, yığcamlıq fərdi yaradıcılıq üslubu ilə 
bağlı bir məsələdir. Müstəqillik dövrü Azərbaycan romanla-
rında da lakonizm, qısalıq, yığcamlıq mövzu ilə bağlı deyil, 
fərdi üslubi çalar kimi dəyərləndirilməlidir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında forma axtarış-
larına geniş yer verilməsi, janrın müxtəlif çalarlarına təsadüf 
olunması diqqəti çəkir. Roman-reportaj, roman-əhvalat, ro-
man-pritça, sənədli roman, roman-esse – bütün bunlar araş-
dırılan dövrdə müşahidə olunan janr çalarlarıdır. Ayrı-ayrı ya-
zıçılar qələmə aldıqları romanlarla janrın ənənəvi poetikasını, 
çalar və keyfi yyətlərini qoruyub saxlamaqla kifayətlənməmiş, 
həmçinin onu inkişaf etdirmiş, yeni, spesifi k xüsusiyyətlərlə 
zənginləşdirmişlər. 
Çağdaş Azərbaycan romanlarının bədii sənətkarlıq kon-
tekstində araşdırılması göstərir ki, о, özünəməxsus yazı tərzi, 
yaradıcılıq üslubu ilə müşayiət olunmaqdadır. Nəşr olunan ro-
manların yalnız janr baxımından deyil, dil, üslub, forma baxı-
mından bənzərsizliyi də bu qənaəti sübut etməkdədir. Roman 
müəllifl əri  əksər hallarda əsərlərinin mövzusu, məzmunu ilə 
yanaşı, estetik aspektlərinə də kifayət qədər diqqət yetirməyə 
çalışmışlar. 


Müstəqillik dövrü Azərbaycan romanı
171
SÖN SÖZ YERİNƏ
Göründüyü kimi, müstəqillik dövrü (1991-2005-ci illər) 
Azərbaycan romanları özünəməxsus inkişaf və təkamül yolu 
keçmişdir. Bu özünəməxsusluq istər mövzu-problem, istərsə 
də forma-sənətkarlıq məsələlərində özünü göstərməkdədir. 
Bu dövrün ədəbi məhsulu kimi tədqiqata cəlb olunan Əzizə 
Cəfərzadənin «Zərrintac-Tahirə», «Eşq sultanı», «Xəzərin 
göz yaşları», Anarın «Ağ qoç, qara qoç», Sabir Əhmədlinin 
«Axirət sevdası», «Kef», «Kütlə», Əkrəm Əylislinin «Ətirşah 
Masan», Seyran Səxavətin «Nekroloq», Afaq Məsudun 
«Azadlıq», Vaqif Sultanlının «İnsan dənizi», Kamal Abdullanın 
«Yarımçıq əlyazma», Ağarəhim Rəhimovun «Ovlaq keçidi», 
Elçin Mehrəliyevin «Doxsanıncı illər», Elçin Hüseynbəylinin 
«Yovşan qağayılar», «On üçüncü həvari və ya 141-ci Don 
Juan» və bir sıra digər romanlar bu qənaətə gəlməyə əsas verir. 
Müstəqillik dövründə yaranmış romanlar mövzu-məzmun 
baxımından zəngin və rəngarəngdir. Bu romanlarda demək olar 
ki, müasir Azərbaycan cəmiyyətini və çağdaş dünyanı narahat 
edən, düşündürən ən mühüm məsələlər mövzu obyektinə çevril-
mişdir. Belə ki, Dağlıq Qarabağ problemi, qaçqınlıq, köçkünlük, 
sosial-siyasi və mənəvi-əxlaqi məsələlər ən müxtəlif formalarda 
Azərbaycan romanında bədii təcəssümünü tapmışdır. 
Müasir Azərbaycan romanlarının bir qismi tarixi mövzuda 
qələmə alınmışdır.  Əzizə  Cəfərzadənin «Gülüstandan öncə», 
«Eşq sultanı», «Zərrintac-Tahirə», «İşığa doğru», «Xəzərin 
göz yaşları», Kamal Abdullanın «Yarımçıq  əlyazma», Elçin 
Hüseynbəylinin «On üçüncü həvari və ya 141-ci Don Juan» 
romanları Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən 
bədii örnəklər içərisində diqqəti çəkməkdədir.  İstiqlaliyyət 
dövründə tarixi mövzuda yazılan romanlar sayca çoxluq təşkil 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə