Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   48   49   50   51   52   53   54   55   56

162
Əhməd Sami Elaydi
– Doğrayıb... Qaçmaq... 
– Qaçmaq? Qaçmaq» (132, s. 118-119). 
Ədəbiyyatşünas Muxtar İmanov yazır: «Müəllif sözü təbii 
ki, qəhrəmanın duyğu və düşüncələrini əks etdirməklə məhdud-
laşmır, eyni zamanda, duyğu və düşüncələri doğuran hadisələ-
rin təsvirini təmin edir. Bu mənada daxili mоnоlоq üzərində 
qurulan nəsr əsərlərində müəllif təhkiyəsinin xüsusi rolu var-
dır. Müəyyən situasiyadan sonrakı daxili mоnоlоqu, eləcə də, 
müəyyən daxili mоnоlоqun real nəticəsi olan hər hansı hərəkət 
və hadisəni qələmə almaqla müəllif qəhrəmanın daxili aləmi 
ilə süjet xətti arasında əlaqə yaradır. Həm daxili mоnоlоqları 
quran konkret əhvalatların müstəqil təsviri, həm də yeri gəl-
dikcə mоnоlоqlara verilən müəllif şərhləri (özünütəhlili təhlil) 
qəhrəmanın subyektiv aləminin müəyyən ideya istiqamətində 
dərkinə kömək edir» (74, s. 75-76). 
Qeyd edək ki, tənqidçi-ədəbiyyatşünas Muxtar İmanоvun 
nəzəri mülahizələri bütövlükdə, müstəqillik dövrü Azər bay can 
romanlarında özünəməxsus şəkildə bədii təcəssümünü tapmışdır. 
Müstəqillik dövrü Azərbaycan romanları həmçinin dialoq-
dan özünəməxsus  şəkildə istifadənin maraqlı, özünəməxsus 
nümunələri kimi diqqəti çəkir. Ümumiyyətlə, ayrı-ayrı ro-
manlarda dialoqa təhkiyə ilə bağlı şəkildə müraciət olunması 
özünü büruzə verməkdədir. Dialoqa daha çox müraciət edən 
Seyran Səxavət «Nekroloq» romanında ondan həm məzmun, 
həm də forma amili kimi bəhrələnmişdir. Dialoqdan məzmun 
amili kimi bəhrələnilməsi daha çox təsvir olunan hadisə və əh-
valatların məna və mahiyyətinin açılmasına, obraz və xarakter 
yaradılışına, forma amili kimi istifadə olunması isə romanın 
оxunaqlığının təmin edilməsinə, müəllif təhkiyəsinin yek-
nəsəqliyinin aradan qaldırılmasına xidmət edir. Bir sıra hal-
larda isə romanda sosial-siyasi problemlər dialoq formasında 
gerçəkləşir, bu isə bədii mündəricənin daha anlaşıqlı şəkildə 
oxucuya çatdırılması məramına söykənir. 


Müstəqillik dövrü Azərbaycan romanı
163
Müstəqillik dövrü bədii nəsrində dialoqlardan məharət-
lə istifadə olunan nəsr örnəklərindən biri Seyran Səxavətin 
«Nekroloq» romanıdır. Burada yazıçının dialoqlar vasitəsi ilə 
yalnız obrazların  fi kir və düşüncələrini deyil, eyni zamanda, 
özünün məqsəd və  məramını açıqlaya bilməsi diqqəti çəkir. 
Müşahidələrimizin doğruluğunun sübutu üçün romandakı dia-
loqlardan birinə nəzər salaq: 
«Ata körpə qızını qollarının arasına almışdır, üzünü qızının 
üzünə söykəmişdi. 
– Ata, məni bərk qucaqla. 
Ata bir az da qızını sinəsinə sıxdı. Qızının isti nəfəsi onun 
üzünü isindirirdi. 
– Ata, evimiz uçsaydı, mən ölərdim?
– Yox, mənim balam... 
– Ata, qorxuram. 
– Qorxma, ağıllı balam. 
– Ata, sən qorxursan? 
– Yox, mənim balam. 
– Mən qorxuram... 
– Axı, nədən qorxursan, ağıllı balam?
– Ölmək istəmirəm... 
– Görürsən ki, hər şey qutardı, bir azdan gedərik dayıgilə, 
istəyirsən?
– Hə, istəyirəm, ancaq... bəs anam hanı?
– Yanımızda oturub də... Görmürsən?
– Burdayam qızım, burdayam. – Elə bir qızına cavab verən 
anası yox, qaranlıq idi. 
– Evdə şam var? – kişi soruşdu. 
– Mətbəxdədi. 
– Qızım, sən ananın yanında otur, mən şam gətirim. 
– Yox, – uşaq etiraz elədi, – məni də qucağında apar, bir 
yerdə gedək» (130, s. 14). 
Burada yazıçının hadisə  və  əhvalatları dialoq fonunda əks 


164
Əhməd Sami Elaydi
etdirməyə çalışması  əsərin bədii mükəmməlliyini  şərtləndirən 
amil kimi özünü büruzə verməkdədir. Həmçinin, bununla müəl-
lif hadisələrin inandırıcılığını da təmin etməyə çalışmışdır. 
Başqa bir örnəyə müraciət edək:
«– Şirşəmsəddin, dünən Qorqud gəlmiş idi, nə idi, bu gəli-
şin səbəbi, söylərmisən?
Mən söylədim:
– Xatun, Qorqudu Qazan çağırdı, gəldi, soracağı vardı bə-
yin, sordu, cavabını aldı... 
Qazan nə sordu, Şirşəmsəddin?
– Xatun, özünə sor, özü sənə söylər. 
... 
– Şirşəmsəddin, qoçağım, Qazanın məndən sirrimi olacaq-
mış?! – Burla xatun təkid etdi. 
... 
– Xatun, sənə söyləyim. Təkcə sənə söylərəm. Öncə Beyrək 
gəldi... Bəlkə, sən də duyuq düşdün... Yox? Olsun... Beyrək 
casus xəbərini gətirdi. Bəy çox qeyzləndi. Qorqudu istədi, 
Qorqud gəldi, casus kim olduğu barədə Bəy ona sordu, o dəxi 
cavab verdi. 
– Kim imiş casus?... 
– Xatun, casus Boğazca Fatmanın yeganə oğlu imiş» (3, s. 
150-152). 
«Yarımçıq əlyazma» romanından nümunə kimi gətirilən bu 
dialoq Şirşəmşəddinlə Burla Xatun arasında gedən söhbət üzə-
rində qurulmuşdur. Romanda mövzunun təhkiyə formasında 
deyil, dialoq şəklində verilməsi bir tərəfdən onun anlaşıqlı ol-
masını təmin etmiş, digər tərəfdən oxunaqlılığına gətirib çıxar-
mışdır. Bu və ya bu kimi nümunələrə Kamal Abdullanın roman-
larında tez-tez təsadüf olunmaqdadır. Məsələn, «Nekroloq»da 
dialoqlar həddən artıq çox olduğuna görə roman bir növ dram 
əsərini xatırladır. Lakin «... əsərdə qoyulan bütün problemlər, 
müəllif idealı, qayəsi, ictimai məqsəd və məramı dialoqlar va-


Müstəqillik dövrü Azərbaycan romanı
165
sitəsilə açıldığı, reallaşdığı» (41, 345) üçün bu dialoqlarsız ro-
manın bədii tamlığını, bütövlüyünü təsəvvür etmək mümkün 
deyildir. 
Çağdaş Azərbaycan romanlarının dil və üslub xüsusiyyət-
lərini səciyyələndirərkən nəzər yetirilməsi zəruri olan cəhət-
lərdən biri də peyzajlardan istifadə məsələsidir. Qeyd edək ki, 
əksər müəllifl ərin romanlarında peyzajlara müraciət bu və ya 
digər formada müşahidə olunur. Bu, ordan irəli gəlir ki, təbiət 
təsviri bəhs olunan dövrün mənzərəsini bütöv şəkildə canlan-
dırmaq məramına xidmət edir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında təbiət həmçi-
nin lirik ovqat yaradan emоsiоnal faktоr kimi diqqəti çəkir. 
Yaranan əksər romanlarda bu məqam daha aşkar şəkildə gö-
rünməkdədir. 
«Ölən dünyam» (İsmayıl  Şıxlı), «Gülüstandan öncə» 
(Əzizə Cəfərzadə), «Ətirşah Masan» (Əkrəm Əylisli) roman-
larında insanın təbiətlə ünsiyyətindən qaynaqlanan özünəməx-
sus harmoniya gerçəkləşməkdədir. Buna görə  də adıçəkilən 
romanlarda təbiət statik şəkildə deyil, dinamik formada, insan 
həyatının bir parçası kimi canlandırılır. 
  Məsələn,  Əzizə  Cəfərzadənin «Eşq sultanı» romanına 
nəzər salaq:
«Bayat torpağı, yamyaşıl ağaclar, yamyaşıl xalı kimi salınmış 
göy çəmənliklər, dərələr, təpələr. Burada hər şey sarı rəngdə, ora-
da isə hər şey əlvan idi. Yaşıl çəmənliklər üstündə sarı, bənövşəyi, 
al çiçəklər, lalələr, əsmə güllər, bəlkümlər... nə qədər əla idi. Nə 
qədər quş oxuyurdu hər ağacın budağında» (33, s. 20). 
Kiçik bir parçasını nümunə gətirdiyimiz roman başdan-ba-
şa təbiətlə insanın canlı ünsiyyəti fonunda qələmə alınmışdır. 
Əzizə Cəfərzadənin yaratdığı peyzajlar ənənəvi təbiət lövhələ-
rindən seçilir, çünki yazıçı təbiəti cansız şəkildə deyil, insan-
la təmas və ünsiyyətdə  təcəssüm etdirir. Bu cəhət yazıçının 
qələmə aldığı romanın bədii kamilliyini şərtləndirir. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə