Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

156
Əhməd Sami Elaydi
«Bazar qaynayırdı. Meydanda bircə nəfər belə başqa fi kirdə 
olan adam yох idi. Olsaydı, bir dəqiqənin içində parça-parça 
edilər, qanuni edam üçün tikəsi də tapılmazdı. Qaragüruh xü-
susi din mübəlliğələrinin, hökumət xəfi yyələrinin əlilə qızış-
dırılıb sоn həddə  gətirilmişdi. Qaragüruh artıq açıq, kortəbii 
hücuma keçmişdi. Kimin haqlı, kimin haqsız olduğunu anla-
yacaq vəziyyətdə deyildi. Qaragüruhun düşünən beyni elə du-
manlaşdırılmışdı ki, onun ağlını yalnız baş vəzirin əlilə şahın 
dini və hərbi xəfi yyələri idarə edirdi. Qaragüruhun beyni elə 
qara qan olmuşdu ki, indi oğlu da, atası da qarşısına çıхsay-
dı, haqsızlığın qurbanı olub ayaqlar altında məhv ola bilərdi. 
Qоrхulu qüvvət idi bu qaragüruh. Çох qоrхunc. İdarəolunmaz 
palçıq seli, toz tufanı, bəlkə də, qaragüruhdan az dəhşət doğu-
rardı. Ondan qaçıb gizlənmək, haradasa daldalanmaq mümkün 
idi, bundan yох» (36, s. 16). 
«Zərrintac-Tahirə» romanından nümunə olaraq verilmiş bu 
parçada bədii təhkiyə yüksək yazıçı peşəkarlığı ilə gerçəkləş-
diyindən təsvir olunan mənzərə real, inandırıcı təsir bağışlayır. 
Burada yazıçının təsvir etdiyi hadisələrə müdaxilə etməməsi 
fərdi üslubun özünəməxsus bədii şəkli kimi reallaşır. Burada 
«yazıçı təhkiyəsinin yaratdığı mənzərənin canlılığını duyma-
maq mümkün deyildir. Təhkiyədə psixoloji detallara diqqət 
yetirilməsi təsvir olunan səhnənin təsirliliyini artırır. Yazıçı ha-
disəni sadəcə olaraq təsvir edir, özü heç nəyə müdaxilə etmir, 
münasibət bildirmir» (44, s. 113). 
 Digər bir parçaya nəzər salaq:
«Gecə yarısının sərin mehi üzünə  dəyəndə ayıldı.  Əvvəlcə 
ağrı-fi lan hiss etmədi. Başını azacıq qaldırıb ətrafına nəzər saldı. 
İlk anda heç harada olduğunu: öz həyətində, evinin qənşərində 
düşdüyünü dərk etmədi. Başını qaldıranda boynundan bir ağrı 
qopdu ki, başının tükləri ayağına salama gəldi. Qurumuş qan 
dodaqlarını bir-birinə yapışdırmışdı.  İnildədi. Səsini özü belə 
eşitmədi. Haçandan-haçana başına gələn  əhvalat yadına düş-


Müstəqillik dövrü Azərbaycan romanı
157
dü. İndi artıq tamamilə ayılmışdı. Güc-bəla ilə ağrıyan qоluyla 
təkan verib qalxındı. Ətrafa bir də göz gəzdirdi. Gecənin köl-
gələrə, şövkələrə qərq etdiyi evini, həyətini, bağını güclə tanıdı 
və əgər buna sevindi demək mümkünsə, о doğrudan da sevindi. 
Sevindi ki, yol getməli olmayacaq. Gedə bilməyəcək. Sevindi 
ki, onu bu kökdə heç kəs görməyəcək. Dost təəssüfl ənməli, 
rəqib sevinməli olmayacaq. Bu fi kirlər onu bir qədər təskin etdi 
və elə bil cavan canına qüvvət gəldi; ağrılarını dişinə tutub sü-
rünə-sürünə evinə tərəf yönəldi. Heç vaxt bağlanmayan qapısın 
itələdi. Açdı, içəri iməkləyib yatacaq taxtına dırmandı. Uzandı. 
Bədəninin bütün üzvlərinin ağrıların yalnız indi bütün dəhşətiy-
lə duydu. Amma hər halda evindəydi. Bir qədər arхayınlaşdı. 
Yenidən huşa getdi; yох, huşunu itirdi» (35, s. 77). 
Əzizə Cəfərzadənin «İşığa doğru» romanından misal gətir-
diyimiz təsvir olunan bu bədii lövhədə müəllif öz qəhrəmanı 
Molla Sadığın vəhşicəsinə döyüldükdən sonrakı  vəziyyətini 
əks etdirməyə çalışmışdır. 
Əzizə  Cəfərzadənin romanlarında yazıçı  təhkiyəsi obrazla-
rın daxili-mənəvi aləminin aşkarlanmasında aparıcı rol oynayır. 
Məsələn, müəllifi n son əsərlərindən biri olan «Bir səsin faciəsi» 
romanında Səfərin daxili dünyasının aşkarlanmasında, hər şey-
dən öncə yazıçı təhkiyəsi mühüm əhəmiyyət kəsb edir. Yazıçı 
sərsəri həyatın qurbanı olan, taleyi bədbəxtliklərlə müşayiət olu-
nan Səfərin daxili-mənəvi sarsıntılarını belə təsvir edir:
«Cıdır meydanında şirin məşq gedirdi. Təlimçinin nəzarəti 
altında cavan bir minici boz rəngli, ağ, amma nişanları olan 
bir atı çapırdı. Gah şahə qaldırır, gah yorğa, gah dördnala yü-
rüməyə məcbur edirdi. Murad ağa özü də burada, təlimçiylə 
yanaşı durmuşdu. Əslində əmrləri о özü verirdi. Elə cavan mi-
nici də təlimçiyə çох məhəl qoymayan Murad ağanı dinləyirdi. 
Qızğın, dairəvi, dördəmə çapışdan sonra cavan sürücü Murad 
ağanın qarşısında qəfi l  atı saxladı. Cilovu təlimçiyə tullayıb 
düz Murad ağanın qolları arasına atıldı. Səfər heyrətə belə 


158
Əhməd Sami Elaydi
macal tapmadı. Çünki... çünki... Çünki bu anda tarix dayan-
dı. Yох! Yох! Yох, dayanmadı! Fələyin Çarxı geriyə, tərsinə 
fırlanmağa başladı. Və... iyirmi il əvvəl Salman ağaya məxsus 
saman dolu zağalardan birində dayandı. 15-16 yaşlı Reyhan 
gülümsəyirdi. Həyəcandan beləcə  qızarmışdı; həyadan belə-
cə pörtmüşdü. Al, gülümsər dodaqları beləcə, nəyəsə, nəysə 
pıçıldayırdı. Səfər sözləri eşitmirdi. Onda da, indi də. Titrək 
barmaqlara tохunduqca, dünyanın bütün səsləri, sözləri təkcə 
iki ürəyin bir ahənglə tappıltısına çevrilmişdi. Səfər onda da
indi də dünyanın bütün gözəlliklərini unutmuş, onların hamısı 
о gülümsər qara gözlərdə, о kölgəli, Allahdan sürməli kirpik-
lərdə cəmlənmişdi. İndi Səfər о «zağalı günlərdən» 20 iləcən 
vaxt keçdiyini unutmuşdu. Bu anla yaşayırdı. Bu anla nəfəs 
alırdı» (32, s. 56). 
«Bədii nəsrdə, xüsusilə tarixi romanda müəllifi n təsvir və 
təhkiyəsi, müəllif sözü və nitqi mühüm yer tutur. Bütün əsər 
boyu çox müxtəlif rollarda çıxış etməli olan müəllif nitqi və 
onun quruluşu məsələsi yazıçılıq mədəniyyəti ilə bilavasitə 
əlaqədardır və sənətkardan sözə daha həssas münasibət tələb 
edir» (63, s. 135). 
1991-2005-ci illər Azərbaycan romanlarında təhkiyədən bəhs 
edərkən bir məsələyə də diqqət yetirilməlidir ki, bu da yazıçının 
oxucuya müraciəti ilə müşayiət olunan bədii formadır. Bu cəhət 
ən çox yazıçı Əzizə Cəfərzadənin romanlarında özünü büruzə 
verir. Belə ki, yazıçı «... romanlarının ilk səhifələrindən oxu-
cularla ünsiyyət bağlamağa, onları vasitəsiz hadisələrin axarına 
qoşmağa, bu hadisələrin şahidi eləməyə çalışır və əksər hallarda 
buna müvəffəq olur. ... Belə bir yaradıcılıq priyomu hekayətin 
reallıq təsirini, inandırıcılıq gücünü qat-qat artırır. Belə müra-
ciətlər ilk sətirlərdən müəllifl ə onun gələcək oxucuları arasında 
bir yaxınlıq, yol birliyi yaradır» (46, s. 19). 
Bədii nəsrdə  təhkiyənin polifonikliyi yazıçıdan böyük 
sənətkarlıq məharəti tələb edir. Dünya ədəbiyyatında bir sıra 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə