Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   48   49   50   51   52   53   54   55   56

172
Əhməd Sami Elaydi
etməsə də, onlar əvvəlki illərin eyni səpkili bədii örnəklərin-
dən xeyli dərəcədə seçilməkdədir. 
Tədqiq olunan romanlarda sosial-siyasi məsələlərə xü-
susi diqqət yetirilmişdir. Bu səpkili  əsərlər içərisində Sabir 
Əhmədlinin «Axirət sevdası», Anarın «Ağ qoç, qara qoç», 
Əkrəm  Əylislinin «Ətirşah Masan», Seyran Səxavətin 
«Nekroloq», Vaqif Sultanlının «İnsan dənizi», Afaq Məsudun 
«Azadlıq», Səfər Alışarlının «Maestro», Elçin Mehrəliyevin 
«Doxsanıncı illər», Elçin Hüseynbəylinin «Yovşan qağayı-
lar» romanları  məhz sosial-psixoloji mahiyyəti ilə diqqəti 
cəlb edir. Sosial-siyasi məsələlərə xüsusi diqqət yetirilmə-
si Azərbaycanın yenidən istiqlaliyyət  əldə etməsindən sonra 
ölkədə yaranan ab-havadan qaynaqlanır. 
Azərbaycan nasirlərini düşündürən məsələlərdən biri də 
mənəvi-əxlaqi problemdir. İstiqlaliyyət dövründə Azərbaycan 
ədəbiyyatında yaranan romanların əksəriyyətində mənəvi-əx-
laqi problemlər müxtəlif mövzular kontekstində  işlənilmiş-
dir. Bunların içərisində  Əkrəm  Əylislinin «Ətirşah Masan», 
Hüseynbala Mirələmovun «Gəlinlik paltarı» romanları  təhlil 
üçün daha çox material verir. Qeyd edək ki, yaranmış roman-
larda mənəvi-əxlaqi məsələlər bir tərəfdən müstəqil mövzu 
obyektinə çevrilmiş, digər tərəfdən isə müxtəlif mövzu və 
problemlərə həsr olunmuş bədii örnəklərdə əsas istiqamətlər-
dən biri kimi qaldırılmışdır. 
Müstəqillik dövrü Azərbaycan romanları janr, dil-üslub, 
forma-sənətkarlıq baxımından da diqqəti çəkməkdədir. Məhz 
bu aspekt yaranan mövcud bədii örnəklərin özünəməxsus, spe-
sifi k özəlliklərini, estetik fərqliliklərini göstərməkdədir. Milli 
kontekstdə yanaşılarsa, araşdırılan dövrdə nəşr olunmuş istər 
tarixi, istərsə də müasir mövzulu romanlar janrın poetikasını 
xeyli dərəcədə yeni çalarlarla zənginləşdirmişlər. 
Qeyd edək ki, istiqlaliyyət dövrü Azərbaycan romanları ilə 
müxtəlif ərəb ölkələrində eyni janrda yaranan əsərlər arasında 


Müstəqillik dövrü Azərbaycan romanı
173
mövzu, problem və ideya-estetik baxımdan oxşar məqamla-
ra təsadüf olunmaqdadır. Bu aspekt daha çox Nəcib Məhfuz
Yusif  İssibayi,  Əbdürrəhman Nasif, Yusif Əl Qaid və başqa 
yazıçıların romanlarında özünü büruzə verməkdədir. 
Şübhəsiz ki, bir tədqiqat işində müstəqillik dövrü Azər-
baycan romanlarını bütün yönlərilə təhlil etmək mümkün de-
yildir. Ona görə də burada ən səciyyəvi məqamlarla kifayətlə-
nilmişdir. Gələcək tədqiqatlarda bəhs olunan dövrün roman-
ları mövzu-məzmun, ideya-problem, obraz yaradıcılığı, janr 
poetikası, dil-üslub və s. məsələlər kontekstində müstəqil tə-
dqiqat obyektinə çevriləcəkdir. Həmçinin romanların ayrı-ayrı 
müəllifl ərin yaradıcılığı timsalında araşdırılması da tədqiqini 
gözləyən məsələlərdəndir. Müstəqillik dövrü Azərbaycan ro-
manlarının əvvəlki illərin ədəbi prosesi ilə müqayisəli şəkildə 
təhlili də elmi təhlilini gözləyən məsələlərdəndir. 


174
Əhməd Sami Elaydi
ƏDƏBİYYAT
Azərbaycan türkcəsində
1. Abasov 
Abdulla. 
Klassiklər həmişə müasirdir. Bakı: Nur-
lan, 2009, 380 s. 
2. Abbasova 
Cəmilə. Zamanla üz-üzə // Filoloji araşdırma-
lar, XIV kitab, Bakı: Elm, 2002, s. 186-187 
3. Abdulla Kamal. Yarımçıq  əlyazma. Bakı: «XXI-YNE» 
nəşriyyatı, 2004, 288 s. 
4. Abdullayev Cəlal. Müstəqillik dövrü bədii nəsrinin bəzi 
problemləri // Bakı Universiteti xəbərləri, Humanitar elm-
lər seriyası, 2004, № 4, s. 87-94
5. Abdullayev Cəlal. Roman sənəti haqqında düşüncələr // 
Bakı Universiteti xəbərləri, Humanitar elmlər seriyası, 
2002, № 3, s. 35 -44
6. Axundlu Yavuz. Azərbaycan tarixi romanı: məsələlər, 
problemlər. Bakı: Adiloğlu, 2005, 596 s. 
7. Axundlu 
Yavuz. 
Ədəbi portretlər. Bakı: II nəşr, Elm, 2009, 412 s. 
8. Axundlu Yavuz. Ədəbi yaddaşdan səhifələr: məqalələr. 
Bakı: Adiloğlu, 2002, 174 s. 
9. Axundlu 
Yavuz. 
Tarixi 
həqiqətlər bədii sözün işığında... // 
Azərbaycan, 2001, № 12, s. 154-166 
10. Axundov  Yavuz.  Tarix  və roman (məqalələr toplusu). 
Bakı: Yazıçı, 1988, 192 s. 
11. Axundov Yavuz. Tarixi roman və müasirlik. Bakı: Elm, 
1975, 40 s. 


Müstəqillik dövrü Azərbaycan romanı
175
12. Axundov Yavuz. Tarixi roman yeni mərhələdə (1980-
1990). Bakı: Maarif, 1998, 175 s. 
13. Alışarlı Səfər. Avqust. Bakı: «Qızıl Şərq» mətbəəsi, 2004, 392 s. 
14. Anar. Əsərləri. IV cild, Bakı: Nurlan, 2004, 503 s. 
15. Anar. Nəsrin fəzası // Azərbaycan, 1984, № 8, s. 146-162
16. Arif Məmməd. Seçilmiş  əsərləri: 3 cilddə, II cild, Bakı: 
Az. SSR EA nəşriyyatı, 1986, 516 s. 
17. Azərbaycan ədəbiyyatı tarixi: 3 cilddə, III cild, Bakı: Az. 
SSR EA nəşriyyatı, 1957, 563 s. 
18. Azərbaycan sovet ensiklopediyası: 10 cilddə, III cild, 
Bakı, 1979, 600 s. 
19. Azərbaycan sovet ədəbiyyatı tarixi: 2 cilddə, Bakı: Az. 
SSR EA nəşriyyatı, 1967, 638 s. , 501 s. 
20. Azərbaycan sovet ədəbiyyatı. Bakı: Maarif, 1988, 542 s. 
21. Azərbaycan tarixinin parlaq səhifələri. Bakı: Azərnəşr, 
1998, 64 s. 
22. Bədəlzadə  Ağasən. Qələmin ucu, qılıncın gücü. Bakı: 
«BQU» nəşriyyatı, 2008, 255 s. 
23. Bədəlzadə  Ağasən. Zamanın üzü, yazıçının sözü. Bakı: 
«BQU» nəşriyyatı, 2006, 302 s. 
24. Bəydilli Cəlal. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2001, 417 s. 
25. Cabbarlı  Nərgiz. Oxşarlar... Paralellər // Azərbaycan, 
2004, № 1, s. 162-168
26. Cabbarlı Nərgiz. Psixologizmə meylin nəticələri // Azər-
baycan, 2008, № 2, s. 178-184
27. Cabbarlı  Nərgiz. Yeni nəsil  ədəbiyyatı -2. Bakı: Qanun, 
2008, 220 s. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə