Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   48   49   50   51   52   53   54   55   56

Müstəqillik dövrü Azərbaycan romanı
159
görkəmli  ədiblər bu tipli priyomlardan istifadə edərək ümu-
mi süjetlə bilavasitə bağlı olmayan digər hadisə,  əhvalat və 
epizodların təsviri ilə əsərin bədii strukturunu zənginləşdirir-
lər. Lakin əhvalatların hansısa bir yerində çox ustalıqla həmin 
hadisəni romanın sujeti ilə məharətlə bağlayırlar. Müstəqillik 
dövründə çap olunmuş  bəzi romanlarda süjetin gedişatında 
hadisənin kəsilərək ümumi əhvalatla heç bir əlaqəsi olmayan 
müəyyən mətləblərin təsvirinə rast gəlinir. Məsələn, Kamal 
Abdulla «Yarımçıq  əlyazma» romanında Bayandır xandan, 
Dədə Qorquddan danışdığı halda, birdən-birə  Şah  İsmayıl 
Xətaiyə keçir. Romanın heç bir yerində bu hadisə bir-birinə 
bağlanmır. Lakin qeyd edək ki, bu, oxucunun fi krini əsas ha-
disədən çəkindirsə də, bədii mətnin bütövlüyünə xələl gətirmir. 
1991-2005-ci illər Azərbaycan romanlarında bədii təhkiyə 
ilə yanaşı, mоnоlоq və dialoqlardan da istifadənin maraqlı 
nümunələrinə təsadüf olunmaqdadır. Xüsusilə İsmayıl Şıxlı, 
Əzizə Cəfərzadə, Sabir Əhmədli, İsa Hüseynov (Muğanna), 
Vaqif Sultanlı, Afaq Məsud və başqa yazıçılar daxili mоnоlоq-
lardan özünəməxsus  şəkildə istifadə etmişlər. Adıçəkilən 
yazıçıların romanlarında daxili mоnоlоq obrazların mənə-
vi dünyasının aşkarlanması funksiyasına xidmət edir. Qeyd 
edək ki, «bədii ədəbiyyatda insanın əməl və işindən başqa, 
bir də onun içərisini, düşüncələr aləmini əks etdirmək lazım 
gəlir ki, bunun üçün sənətkarlar bir vasitə kimi daxili nitq-
dən, daxili monoloqdan istifadə edirlər» (61, s. 40). Məsələn, 
İsmayıl Şıxlının «Ölən dünyam» romanında müəllif öz qəh-
rəmanı Ömər Koxanı bir çox hallarda daxili mоnоlоqlarla 
təqdim etmişdir:
«Eh, gidi dünya, – deyə düşünməyə başladı. – Deyəsən, 
köçümü sürürəm. Sümüklərim ağırlaşıb. Gör işin nə yeridi 
ki, atın belinə qalxa bilmirəm. Atın yalından yapışıb Kürü bir 
nəfəsə o üzə keçən Ömər Koxa indi ayağını üzəngiyə güclə 
qoyur. Hanı at oynatdığım qarda, boranda?» (137, s. 373). 


160
Əhməd Sami Elaydi
Göründüyü kimi, yazıçı öz qəhrəmanı Ömər Koxanın ağrı, 
iztirab və həyəcanlarını, mənəvi aləminin gizlinliklərini «ədə-
bi mətndə ... canlı şifahi sözün obrazını yaratmaq» (43. s. 225) 
funksiyasını daşıyan daxili mоnоlоqlar vasitəsilə canlandır-
maqla romanın təsir gücünü artırmaq, əsərin bədiiliyini təmin 
etmək məramını izləmişdir. 
Filоlоgiya elmləri dоktоru, prоfessоr Himalay Qasımov 
«Müasir Azərbaycan rоmanı (janrın poetika və tipоlоgiyası)» 
adlı tədqiqatında roman janrı ilə bağlı araşdırmaları fonunda 
daxili mоnоlоqdan bəhs edərək qənaətlərini belə ümumiləşdi-
rir: «Ümumiyyətlə, bir janr kimi, rоmanda daxili mоnоlоqun 
imkanları genişdir. Usta sənətkarlar onun verdiyi imkanlardan 
istifadə edərək nəinki janr ölçülərinə və bədii struktura, eyni 
zamanda, ideya-estetik prinsiplərin nüfuz dairəsinin artmasına 
da mühüm təsir göstərir. Məsələn, daxili mükalimə vasitəsilə 
qəhrəmanın özünün ikinci «mən»ini yaratmaq ustalığı buna ən 
yaxşı misaldır» (86, s. 138). 
Tədqiqatçının mülahizələrində diqqəti çəkən məqam bədii 
nəsrdə daxili mоnоlоqdan bəhrələnməklə ikinci «mən»in ya-
radılmasıdır. Həmin mülahizələr bir qədər təkmilləşdirilmiş 
formada müəllifi n  digər tədqiqatlarında da elmi təzahürünü 
tapmışdır: «Müasir Azərbaycan yazıçıları romanlarında mono-
loqdan, daxili insan obrazından geniş istifadə edərək ümumən 
janrda lirik-dramatik potensialın güclənməsində  fəal mövqe 
tuturlar. Ona görə də romanlarımızın strukturasının zənginləş-
məsi bir tərəfdən həmin daxili monoloqla bağlıdırsa, bir yan-
dan təhkiyədə «ənənəyə, obyektiv – təsvir ədasına» qayıtmaq 
meyli ilə  əlaqədardır. Bu, roman təfəkkürünün janrın daxili 
imkanları ilə birbaşa bağlılığını aydın göstərir» (49, s. 611). 
Ümumiyyətlə, bu dövrdə  nəşr olunan bəzi romanlar bü-
tövlükdə, daxili mоnоlоqdan istifadənin üstünlüyü ilə qələmə 
alınmışdır. Həmçinin qeyd olunmalıdır ki, romanların bir qis-
mində daxili mоnоlоqdan istifadə qəhrəmanın daxili – mənəvi 


Müstəqillik dövrü Azərbaycan romanı
161
dünyasının aşkarlanması ilə yanaşı, eyni zamanda, təsvir olu-
nan hadisə və əhvalatların dramatizmini şərtləndirir. Bəzi ro-
manlar isə daxili mоnоlоqla müəllif təhkiyəsinin özünəməxsus 
tərzdə əlaqələndirilməsi formasında gerçəkləşir. Qeyd edək ki, 
«Ölən dünyam» (İsmayıl  Şıxlı), «Zərrintac-Tahirə» (Əzizə 
Cəfərzadə), «Kef», «Kütlə», «Ömür urası» (Sabir Əhmədli), 
«İsahəq, Musahəq, yaxud Anadil ötən yerdə» (İsa Hüseynov) 
kimi romanlarda bəhs olunan məsələlərlə bağlı kifayət qədər 
yüksək peşəkarlıq müşahidə olunmaqdadır. 
Daha bir ədəbi nümunədə - Vaqif Sultanlının «İnsan dənizi» 
romanında psixologizmin aşkarlanmasının səciyyəvi cəhətlə-
rindən biri daxili monoloqlardan istifadə prosesinin aktivliyi 
ilə şərtlənir. Bu, bir tərəfdən müəllifi n yazı üslubundan qay-
naqlanırsa, digər tərəfdən roman janrının poetikasından irəli 
gəlir. «Ümumiyyətlə, bir janr kimi romanda daxili monoloqun 
imkanları genişdir. Usta sənətkarlar onun verdiyi imkanlardan 
istifadə edərək nəinki janr ölçülərinə və bədii struktura, eyni 
zamanda, ideya-estetik prinsiplərin nüfuz dairəsinin artması-
na da mühüm təsir göstərirlər. Məsələn, daxili mühakimə va-
sitəsilə qəhrəmanın özünün ikinci «mən»ini yaratmaq ustalığı 
buna ən yaxşı misaldır» (49, s. 595-596). 
Bizim fi krimizcə, müəllif öz qəhrəmanının tənhalığını daha 
real boyalarla vermək üçün bu üsuldan roman boyu ustalıqla 
istifadə edir. Müəllif təhkiyəsində  təqdim olunan hadisələrlə 
yanaşı canlandırılan daxili mükalimələr  əsərin bədii struktu-
runun kamilliyini şərtləndirir. «Tale özümü göndərib bunu
yoxsa bir təsadüfmü? ... Yox, yox, bu, təsadüf ola bilməz. ... 
Taledirsə, bəlkə, qətiləşmiş ölümü qəfi l bir güllə ilə yaxınlaş-
dırmaq istəyir... Bəlkə, son dəfə həyatın şirinliyi qarşısında sı-
nağa çəkiləcək? 
... Nəyinə lazım? 
... Taledən nə almışdı, nə üçün pəncərənin millərini doğrayıb…
– Doğrayıb? Necə, necə? 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə