Sual 47. Elmi üslub.İctimai-publistik üslub



Yüklə 11,26 Kb.
tarix15.05.2022
ölçüsü11,26 Kb.
#87059
növüYazı
MAD 47


Sual 47.Elmi üslub.İctimai-publistik üslub.

Şərait, məqsəd, vəzifə və sairədən asılı olaraq, ədəbi dil müxtəlif üslub və ona məxsus dil xüsusiyyətləri ilə fərqlənir. Müasir Azərbaycan ədəbi dilini bu cəhətdən əsasən beş üsluba ayırmaq olar: bədii üslub; elmi üslub; istehsalat-texniki üslub; ictimai publisistik üslub; rəsmi üslub.



Elmi üslub. Elmi üslub elmin bütün sahələrinə aid yazılan əsərlərin dil üslubudur. Bu üslub bədii üslubdan aşağıdakı xüsusiy yətlərinə görə fərqlənir.

Burada her elmin spesifikasından asılı olaraq çoxlu terminlər işlədilir; məsələn, ədəbiyyatşünaslıqda: roman, hekayə, şeir, lirika..vazn, qafiyə, misra, komediya, facia, opera və s.; dilçilikdə: isim,sifət, harf, heca, vurğu, substantivləşma, morfologiya, sintaksis və s.;kimyada: oksigen, hidrogen, azot, karbon, civa, kükürd, laboratoriya,təcrübə, metal, kömür, alüminium və s.

Elmi üslubda, bədii üslubdan fərqli olaraq, mücərred menalı sözlər olduqca çox işlədilir. Bu üslubun lüğət tərkibində beynəlmiləl sözlərə çox təsadüf edilir. Burada sözlər əsas etibarilə həqiqi mənada öz əksini tapır, məcazi mənalı sözlərə az təsadüf edilir.

Elmi dil üslubunda mürəkkəb cümlə tipləri üstünlük təşkil edir.Bədii dildə çox işlənən nida və sual cümlələrinə burada, demək olar ki, təsadüf edilmir.



İctimai-publisist üslub. Öz lüğət tərkibi etibarilə elmi və eləcə də bədii dilə yaxın olan ədəbi dil üslublarından biri də ictimai publisist və ya ictimai-siyasi üslubdur. Bu üslubda ictimai-siyasi sözlər üstünlük təşkil edir. Feli sifət, feli bağlama tərkibləri bol olan cümlələr burada çox işlənilir. Bu üslubda qəzet, jurnal məqalələri, ictimai-publisistik və tənqidi əsərlər yazılır.

İctimai-publisist üslub gündəlik mətbuatın əsas üslublarındanbiridir. İctimai-publisist üslub ilk növbədə təbliğat və təşviqat xarak terinə malik olduğu üçün, məqsədə müvafiq olaraq, burada bütün üslubların dil xüsusiyyətləri öz əksini tapır. Bu üslubda, yeri gəldikdə, bədii dildə olduğu kimi hiss-həyəcan doğura bilər sözlər, idiomatik ifadələr çox işlənir.
Yüklə 11,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə