Meymun və insan geninin 99 oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?



Yüklə 89,52 Kb.
tarix26.09.2017
ölçüsü89,52 Kb.
#1935






Meymun və insan geninin 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

Bir çox təkamülçü mənbədə insanla meymun geninin  99 % oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99 % oxşarlıq iddiası insanları yanıldan təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99 % oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99 % oxşar olduğunu iddia etmək üçün insan kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır.

Əslində müəyyən zamanlarda gündəmə gətirilən insan və meymun genlərinin 99% oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təbliğat xarakterli şüardır. Bu oxşarlıq iddiası insanda və şimpanzedə olan 30-40 arasındakı əsas zülaldakı amin turşusu düzülüşünün oxşarlığına əsaslanaraq aparılmış şişirdilmiş ümumiləşdirmədir.

Əslində insanda 30 minə yaxın gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə 100 min zülalın sadəcə 40 dənəsinin oxşarlığı ilə insan və meymunun bütün genlərinin 99 % eyni olduğunu iddia etmək üçün heç bir elmi əsas yoxdur. Sözü gedən 40 zülala gəldikdə isə onların üzərində aparılan DNT müqayisəsi hələ mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və “Molekulyar Təkamül” jurnalında dərc edilmişdir. Ancaq sonradan bu iki bioloqun verdiyi faktları tədqiq edən Sariç adlı alim istifadə etdikləri üsulun etibarlılığının mübahisəli olduğunu və faktların şişirdilmiş olduğu qənaətinə gəlmişdir.

İnsan DNT-si soxulcan, milçək və ya toyuğa da bənzəyir!

Yuxarıda bəhs etdiyimiz əsas zülallara gəldikdə, digər bir çox müxtəlif canlılarda da bu əsas zülallar ortaq həyati molekullardır. Təkcə şimpanzedə deyil, ümumilikdə müxtəlif canlılardakı eyni cür zülalların quruluşu insandakılarla çox oxşardır.

“New Scientist” jurnalında verilən genetik təhlillər nematod soxulcanları və insan DNT-lərində 70 % oxşarlıq olduğunu ortaya qoymuşdur. Bu, əlbəttə, insanla bu soxulcanlar arasında sadəcə 25 % fərq olduğu mənasına gəlmir!

Digər tapıntı türk mətbuatında da xəbər verilən drosophila növünə aid meyvə milçəklərinin genləri ilə insan genləri müqayisə edildikdə 60 % oxşarlıq təşkil etməsidir.

İnsanla meymun arasındakı genetik oxşarlıq barədə təkamülçü mənbələrdə yer alan digər nümunə isə insanda 46, şimpanzedə ilə 48 xromosom olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinə bir dəlil kimi göstərirlər. Bu məntiq əsaslıdırsa, insana şimpanzedən daha yaxın qohumun varlığı qəbul edilməlidir: kartof, çünki kartofun da insan kimi 46 xromosomu var.

İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamülçülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələrinin molekulyar səviyyədə olmadığı görünür. Bu həqiqət genetik oxşarlıq qavrayışının təkamül nəzəriyyəsinə dəlil vermədiyini göstərir.



Oxşarlıqlar nə üçün təkamülə dəlil deyil?

Təkamülçülərin şimpanze ilə insan geni arasında  99 % oxşarlıq olduğu iddiası göründüyü kimi şişirdilmiş bir iddiadır. Ancaq iki fərqli növdəki canlı 99 % oxşasa da, bu ikisi arasında təkamül əlaqəsi qurula bilməz. Çünki genetik tədqiqatlar növlərin çox xüsusi şifrələrə malik olduqlarını göstərir. Bu şifrələrdə meydana gələn ən kiçik dəyişiklik belə o növə ölümcül təsir edə bilər. Həm də canlılardakı bu xüsusi quruluş genetik şifrənin funksionallığı ilə əlaqədardır.

Bunu başa düşmək üçün bir-birinə bənzəyən iki canlı növü ilə bir-birinə bənzəyən iki binanı müqayisə edək. Təkamülçülərin iddiası genetik oxşarlıq olduğuna görə bunu bir növ canlının layihəsi kimi qiymətləndirək. İki canlının və iki binanın layihələrinin 99 % eyni olduğunu qəbul edək. Sonra da bu layihələrə əsaslanaraq ortaya çıxan canlıların formalarını və binaların quruluşlarını bir-birilə qarşılaşdıraq. Nəticədə genetik quruluşları 99 % eyni olan canlılar arasında əvəz edilməsi mümkün olmayan quruluş və funksiya fərqliliyinə baxmayaraq layihələri 99% eyni olan binalar bir-birinə bənzəyəcəkdir.

Həm canlılar, həm də binaların layihələrində 1 %-lik fərq olmasına baxmayaraq, nə üçün binalar bir-birinə çox bənzəyir, ancaq canlılar bənzəmir? Bunun səbəbi genetik quruluşların fəaliyyətidir. Pleiotropi adlanan genetik qanun haqqında məlumat bu mövzuya açıqlama gətirir. Bu qanuna görə canlı orqanizmlərində olan bir gen birdən çox xüsusiyyətə təsir edir. Bir xüsusiyyət isə birdən çox gen tərəfindən idarə edilir.

Bu o deməkdir ki, iki canlı növünün genetik quruluşları arasındakı fərq 1 % olsa da, bu fərq əslində çox şeyə təsir göstərir. Çünki bina layihəsindəki 1 % fərq quruluşda 1 % fərq edirsə, canlı layihəsi, yəni genetik quruluşları arasındakı 1 % fərq o iki canlının quruluşu arasında çox böyük fərqin olmasına gətirib çıxarır. Çünki canlıların fərqli olan 1 %-lik genetik hissələri oxşar olan 99 %-lik genetik quruluşda kodlanan xüsusiyyətlərə müdaxilə edir.

Oxşarlıqların səbəbi: “Ortaq Yaradılış”

Əlbəttə, insan bədəninin digər canlılarla molekulyar oxşarlıqları olacaq; çünki eyni molekullardan əmələ gəlmiş, eyni suyu və atmosferi istifadə edir, eyni molekullardan əmələ gələn maddələrlə qidalanır. Əlbəttə, metabolizmalarının və dolayısilə, genetik quruluşlarının bənzəməsi də təbiidir. Ancaq bu “ortaq xammal” bir təkamülün deyil, “ortaq yaradılışın”, yəni hamısının eyni plan üzrə yaradıldıqlarının nəticəsidir.

Bir misal mövzunu daha da açıqlaya bilər: dünyadakı bütün körpülər də oxşar xammalla (kərpic, dəmir, sement və s.) ilə tikilir. Ancaq bu, körpülərin bir-birlərindən “təkamül keçirərək əmələ gəlməsi” demək deyil. Ortaq xammaldan istifadə edərək ayrı-ayrı inşa edilirlər. Canlıların vəziyyətini də buna bənzətmək olar. Ancaq, əlbəttə, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.

Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu

Son illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdı.

Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini bəlli edən futbolka geyinmişdi. Futbolkasının üstündə “təbii seçmə” yazılmışdı. Qırğını törədənlər videolarında təkamül nəzəriyyəsindəki təbii seçmə və zəiflərin aradan çıxarılması fikrindən təsirləndiklərini deyirdilər. Terrorda 13 yaşlı qızı Reyçılı itirən, oğlu Kreqi çətinliklə xilas edən Darel Skot bu hadisəni belə danışır:

“Qırğının arxa planına baxılmaması çox təəccüblüdür. Qatil Harris tələbələrə atəş açarkən üstündə “təbii seçmə” yazılmış futbolka geyinmişdi. Zəifləri öldürərək təbii seçməyə kömək etdiklərini etiraf etdikləri video da üzə çıxıb. Özlərini təbii seçmənin nəticəsi olaraq sinif yoldaşlarından üstün görürdülər”.

Harris insanları və bitkiləri peyvənd etməyin təbiətin lazımsız otları təmizləmə prosesinə müdaxilə etmək olduğunu deyən darvinistdir. Hətta təhlükəli qidaların üstündə belə xəbərdarlıq etiketlərinin olmamasını istəmiş: “Təbii seçmənin öhdəsinə buraxaq, bütün kök, çirkin, şikəst, topal, axmaqlar ölər və bəlkə, bu yolla bəşəriyyət özü ilə fəxr edə bilər”, – demişdir.

Kolumbaynda öldürülən altı uşağın ailəsinə vəkillik edən Barri Arrinqton Erik Harrisin Darvinə nə qədər bağlı olduğundan belə bəhs edir:

“Erik Harrisin bütün gündəliklərini oxudum, bütün səs kasetlərini dinlədim, video kasetlərinə baxdım. Başa düşdüm ki, Harris şüurlu şəkildə öz davranışlarını təkamül haqqında öyrəndiklərinin məntiqli nəticəsi hesab edirdi. Darvinizm onun əməllərinin intellektual əsası idi. Harrisin Darvinə sitayiş edən birisi olduğuna və özünü onun prinsiplərini tətbiq edən biri hesab etdiyinə heç bir şübhə yoxdur”.

Psixatriya mütəxəssisi Dr. Kubilay Boğoçlu “Psikiyatri ve Hayat” adlı internet saytında Kolumbayn liseyində baş verən terrorun təfərrüatlarına və cinayətkarların psixoloji analizlərinə yer vermişdir. Boğoçlu saytda qırğını törədənlərin ilk qurbanının xüsusi seçildiyini vurğulamışdır. Onların ilk qurbanı qız tələbə Reyçıl Skot idi. Reyçılın atası rahib idi və Reyçıl xristian kimi tərbiyə edilmişdi. Məsələn, məktəbdə oynadığı bir səhnəciyin adı “Quzuları qorumaq” idi. Klibold bu layihə haqqında layihənin hazırlanmasında Reyçıla kömək etdiyi üçün bilirdi. Yəni ilk qurban din adamının qızı idi və zəiflərin qorunmasını izah edən səhnəcik hazırlamışdı.

Halbuki, Harris və Klibold özlərini üstün, güclü canlılar hesab edir, zəifləri məhv etməli olduqlarına inanırdılar. Harris zəifləri aradan qaldırmaq yolu ilə təbii seçmə prosesini izah etdiyi bir videoda təkamül keçirərək sinif yoldaşlarından daha üstün səviyyəyə çatdıqlarını açıq-aşkar demişdi.

Harris darvinist yanaşma tərzini internetdə yayımladığı bir videosunda belə ifadə edirdi:

“Yaxında gələcəyəm. Hamı üçün gələcəyəm. Dişlərimə qədər silahlanacağam, hər şeyi, hər kəsi öldürəcəyəm. Qanunları mən qoyacağam (qanun mənəm). Bu qanunları bəyənməsən, öləcəksən! Əgər səndən və məndən istədiyin şeydən xoşum gəlməsə, səni öldürərəm. Mənim sizinlə problemləri həll etmə yolum budur – öldürmək!”

2007-ci ildə Pensilvaniyada məktəbdə qırğın törətməyə hazırlaşarkən tutulan bir tələbənin də “Natural Selection’s Army” (Təbii seçmə ordusu) adlı bir internet səhifəsinə tez-tez daxil olmasının aşkar edilməsi bu batil düşüncə tərzinin terror hadisələrində mühüm amil olduğunu üzə çıxarmışdır. Habelə, bu saytın istifadəçiləri “qatillər üçün kiber-məktəb” adlandırılan bir çox forumlarda da iştirak edirdilər. Bu saytlar polis tərəfindən üzə çıxarıldıqda dərhal server tərəfindən bağlandı. Ancaq bu gün hələ də birçox gənc ani, ifrat vəhşiliyi Darvinin dövrü ilə əlaqələndirən kompyuter oyunu oynamaqda davam edir. Rəqib tərəflərin bir-birlərini öldürməyə çalışdığı bu məşhur kompyuter oyununun adı “təbii seçmə”dir. Qəhrəmanları Harris və Klibold olan bu oyunda Kolumbayn qırğınlarının orijinal görüntülərindən istifadə edilir.

KİV-ə verilən məlumatlara əsasən, “Təbii seçmə ordusu” saytına tez-tez daxil olanlardan biri də 18 yaşlı Finlandiyalı şagird Pekka Erik Auvinendir. Auvinen 7 noyabr 2007-ci ildə Tuusula şəhərindəki Yokela liseyinə etdiyi silahlı hücumda 6 şagirdi və 2 məktəb nümayəndəsini öldürmüş və sonra özü də intihar etmişdi.

“Nəzəriyyədən ilham aldım” başlıqlı qəzet xəbərində Auvinenin törətdiyi qırğının ardındakı səbəb belə izah edilmişdir:

“Finlandiyada 7 noyabr 2007-ci ildə oxuduğu məktəbə silahla hücum edən 18 yaşlı şagird Pekka Erik Auvinen müəllimini dizi üstə çökməyə məcbur etdikdən sonra vurub öldürdü. Səkkiz sinif yoldaşını da qətlə yetirən Auvinenin də Darvinin təkamül nəzəriyyəsindən ilham alaraq qurulan “Təbii seçmə ordusu” adlı internet saytının istifadəçilərindən olduğu üzə çıxdı. Auvinen sonradan Darvinin nəzəriyyəsindən ilham alaraq qətliam törətdiyini etiraf edib”.

Pekka Erik Auvinen qırğından əvvəl internetdə özünə bəraətnamə hazırlamışdı. Auvinen bu nitqində özünü sosial darvinist adlandırır, təbii seçmənin artıq işləmədiyini və hətta tərsinə işlədiyini deyirdi. Ağılsız, zəif, axmaq insanların zəkalı, güclü, ağıllı insanlardan daha sürətlə çoxaldığından bəhs edirdi. Əgər cəmiyyət ikinci tip insanların həyatda qalmasını təmin etməsə, gen hovuzunun pozulacağına əmin idi. Bu problemi həll etməyə çalışırdı. Nəhayət həyatın sadəcə mənasız təsadüflər və uzun kortəbii mutasiyalardan ibarət olduğunu və bir şey etməyin faydasız olduğunu düşündü. Lakin son anda təbiətin mərhəmətsizliyini təqlid edərək təbii seçici kimi öz öhdəsinə düşəni etməyi qərara aldı.

Auvinen bu qərarını belə əsaslandırırdı:

“Yer üzündəki murdarlara mərhəmət yoxdur. İnsan sevgisinə həddindən artıq dəyər verilir. Güclünün həyatını davam etdirməsini təmin etməli və təbii seçməni yenidən işə salmalıyıq”.

18 yaşlı Auvinen qırğından əvvəl müxtəlif istifadəçi adları ilə bir çox video yayımlamışdı. Videolar bədbin, aqressiv fon musiqisi olan vəhşilik səhnələrindən ibarət idi.  Belə bir qanlı qırğın törədən birisinin zorakılığa meyilli olması, şübhəsiz ki, kimsəni təəccübləndirməz. Ancaq videolardan biri bu vəhşiliyin arxa planını göstərməsi baxımından diqqət çəkirdi. Auvinen saytlardan birində “Hamınızı öldürəcəyəm 667” (I’m gonna Kill You All 667) istifadəçi adı ilə yüklədiyi “Mənim fəlsəfəm” adlı videoda bu qırğını təbii seçmənin tələbi kimi törətdiyindən bəhs edirdi.

Təbii seçmə Çarlz Darvinin təkamülün əsaslarından biri kimi göstərdiyi anlayışdır və həyat uğrunda mübarizə aparan heyvanlar arasında güclülərin zəifləri məhv etməsini ifadə edir. Heç bir elmi tapıntıya əsaslanmayan təbii seçmə anlayışı istər insanı şüursuz təbiət hadisələrinin məhsulu kimi təsvir etməsi, istərsə də zorakılığa əsaslandığına görə, həm ateist ideologiyaların, həm də zorakılıq tərəfdarı cərəyan və hərəkatların əsasına çevrilmişdir. İkinci Dünya Müharibəsində milyonlarla insanı ölümə göndərən diktatorlar müharibəni təbii seçmənin tələbi hesab etmiş, təbliğatlarında darvinizmə əsaslanmışlar

Birtərəfli Darvinist təhsilin nəticələri

Darvinist təhsil insanlara həyatlarının məqsədi olmadığını təlqin edərək onları hər cür ümid və sevincdən məhrum, bədbin, cani xarakterli ruhi xəstələrə çevirir.

Darvinist təhsilin səbəb olduğu əxlaqi pozuntu və vəhşiliyin digər nümunəsi də həbs olunmazdan əvvəl 17 uşağı öldürən amerikalı qatil Cefri Dahmerdir. Dahmer ölümündən əvvəl Dateline NBC kanalına verdiyi son müsahibəsində belə açıqlama verir:

“Əgər bir insan bir Yaradanın varlığını və Onun qarşısında məsul olduğunu düşünmürsə, onda niyə onun davranışlarını islah etməyə çalışırsınız? Mən də belə düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizim təsadüfən sadəcə palçıqdan əmələ gəldiyimizin doğru olduğuna inanmışam. Öldükdə də hər şey bitir, artıq heç bir şey yoxdur”.

Darvinin kütlələri zəhərlədiyi batil inanc insanları vəhşi qatilə çevirir. İnsanlara bir Yaradan qarşısında məsul olmadıqlarını təlqin edən, onları məqsədsiz, məsuliyyətsiz, nəzarətsiz varlıqlar olduqlarına inandıran, insanı heyvan hesab edən və ölümü qəti son kimi göstərərək insanları axirət həqiqətindən uzaqlaşdırmağa çalışan bu azğın inancın gətirdiyi  nəticə budur.

Son iki yüz ildir dünyaya müharibələri, qırğınları, zalımlığı, terroru, cinayətləri, soyqırımları, degenerasiyanı və hər cür bəlanı gətirən ən böyük batil ideologiya darvinizmdir. Cəmiyyətdə bir vaxtlar təşəkkül edən dinsizliyin, irqi ayrı-seçkiliyin, soyqırımın səbəbi olan faşizmin, kommunizmin və dünya müharibələrinin ardında keçən əsrin ən böyük yalanı və bəlası olan darvinizm var.

Darvinin başlatdığı bu qara bəlanın cəmiyyətə mənfi təsiri dövrümüzə qədər davam etmişdir. Darvinizmin dövrümüzdəki ən güclü müdafiəçilərindən biri olan Riçard Dokinzin son kitabı da insanları Allah inancından uzaq, bədbinliyə və ümidsizliyə sürükləyən təlqinlərlə doludur. Bunun ən əsas nümunələrindən biri Amerikadakı Cess Kilqor adlı 22 yaşlı tələbədir. Bu gəncə professoru Dokinzin kitabını oxumağı tövsiyə etmiş, gənc kitabı oxuduqdan sonra intihar etmişdir.

Bu qaranlıq bəla, yəni darvinizm insanları ölümə, cinayətə, bədbinliyə, yoxluq hissinə, vəhşiliyə sürükləyən, insanlara təsadüfən əmələ gəlmiş heyvan olduğunu təlqin edən azğın inancdır. Bu dinin bir neçə təmsilçisi insanları Allah inancından uzaqlaşdırmaq üçün var gücləri ilə cəhd göstərirlər. Ona görə, darvinizmin əsassız olduğunu məktəblərdə öyrədilməsinə ciddi qarşı çıxır, yaradılışı sübut edən fosilləri gizlədir, zülalın təsadüfən əmələ gəlməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi təkzib etdiyini etiraf etmirlər. Ancaq bütün bu tədbirlərinə baxmayaraq, XXI əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin saxtakarlıq olduğu bütün dünyada ifşa edildikdən sonra darvinizmi dirçəltmək üçün edilən bütün cəhdlər boşa çıxmışdır

Ara keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

içerik

Darvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək heç bir ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:

Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik…. Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

Darvinin ümidini təkzib edən və təqribən 150 ildən bəri tapılmayan ara keçid fosilləri Darvinin nəzəriyyəsinə, həqiqətən də ən böyük etiraz kimi ortaya çıxdı. Çünki müntəzəm olaraq qazıntılar aparılır və darvinistlərin iddiasına əsasən, yer üzünün demək olar ki, hər təbəqəsində milyonlarla, hətta milyardlarla tapılmalı olan ara keçid fosillərindən bir dənəsi belə üzə çıxmırdı. Ara fosilin olmaması darvinizmin ölümü demək idi və batil darvinizm dininin tərəfdarları tərəfindən qəbuledilməz vəziyyət idi. Elə buna görə, darvinistlər ənənəvi üsullarına əl atdılar və fantastik ara fosillər hazırlamağa başladılar. Bu gün darvinist mənbəli nəşrlərə, bu mövzudan bəhs edən orta məktəb və universitet kitablarına baxdıqda ara forma adı altında tanıdılmış bütün canlı fosillərinin, əslində, saxtakarlığın məhsulu olduğunu görürük. Bəzən nəsli kəsilmiş canlılar, bəzən xəyali rəsmlər, bəzən bircə diş fosili, bəzən də laboratoriya mühitində hiylə ilə hazırlanmış kəllə sümüklərindən istifadə edərək uydurulmuş bu saxta dəlillərin hər biri ara fosil olmamasının və darvinizmin yalan olduğunun mühüm sübutudur.

Riyaziyyat professoru V.Smit ara fosil olmaması həqiqətini açıq şəkildə etiraf edən elm adamlarındandır:

“Canlılar çox açıq və təfərrüatlı şəkildə ortaya çıxmışdır, ara fosil yoxdur və “itmiş halqalar” sözün əsl mənasında mövcud olmamışdır”.

Kanzas Universitetindən geolog Ronald R. Vestin isə bu mövzudakı şərhi belədir:

Əgər təkamül baş versəydi, fosillər bunları göstərməliydi:

1.  Həyata dair dəlillər mövcud olan ən qədim süxurlarda fosilləşmiş ən qədim ilkin canlı formalarına rast gəlinməli,

2.  Daha gənc süxurlar daha mürəkkəb canlı formalarının fosillərinin dəlillərini daşımalı,

3.  Canlı formalarında ibtidaidən daha mürəkkəbə doğru pilləli keçid olmalı,

4.  Həddindən artıq çoxlu sayda ara keçid formalarının fosilləri tapılmalıydı.

Lakin bir çox elm adamının yazdığının əksinə, fosillər Darvinin təkamül nəzəriyyəsini dəstəkləmir.

Darvinistlər indiyə qədər heç bir ara keçid forma nümunəsi göstərə bilməyiblər. Yer üzünün təbəqələrindən heç bir ara fosil çıxarılmamışdır. Təkamül muzeylərində nümayiş etdirilən həqiqi ara fosil nümunəsi yoxdur. İndiyə qədər 350 milyondan çox fosil tapılmışdır, lakin onlardan heç biri ara fosil deyil. Hamısı ya dövrümüzdə yaşayan, ya da nəsli kəsilmiş canlıların tam, mükəmməl fosil nümunələridir.

Ara formanın olmamasını darvinistlər belə inkar edə bilmirlər. Bəzən darvinistlər müxtəlif çətinliklər qarşısında bunu açıq şəkildə bildirmək məcburiyyətində qalırlar. Buna bir misal olaraq təkamülçü paleontoloq Colin Pattersonun bu mövzu ilə bağlı ifadələrini göstərmək olar:

Təkamül xarakterli keçidlərə dair kitabımdakı (Evolution) nümunə çatışmazlığı haqqındakı şərhlərinizə tamamilə şərikəm. Əgər fosil və ya canlı kimi tanıdığım bircə dənə ara forma olsaydı, kitabıma əlavə edərdim… Açıq danışacağam, fosillər arasında bircə dənə ara keçid forma yoxdur.

Ara formanın yoxluğu təkamülün yoxluğu deməkdir. Təkamül nəzəriyyəsinin əsaslı olması üçün bircə fosil kifayət deyil, bir neçə fosil də kifayət etmir. Bu fosillər milyonlarla olmalıdır. Lakin bircə dənə də ara fosil tapılmayıb. Ona görə, təkcə bu həqiqət – yəni 2000-ci ilin əvvəllərində tapılan fosillərin sayı təqribən 100% təşkil edərkən mövcud olmalı ara fosillərdən bircə dənəsinin də tapılmaması – təkamülün yalan olmasının çox güclü və qəti sübutudur.

Oksford Universitetini zoologiya fakültəsindən Mark Ridley fosillərin təkamülə darvinist yalanı üzə çıxarmaqdan başqa heç bir şey qazandırmadığını bu şəkildə açıqlamışdır:

İstər mərhələli, istər sıçramalı təkamülü müdafiə etsin, heç bir təkamülçü fosillərdən xüsusi yaradılışın qarşısında təkamülü müdafiə etmək üçün istifadə etməz…

Maraqlıdır ki, darvinistlər bu həqiqətə baxmayaraq, daha sonra nümunələrini görəcəyimiz kimi tam, mükəmməl formadakı fosilləri hələ də ara fosil kimi təqdim etməyə çalışır və ya ara forma fosillərini özləri hazırlayırlar. Saxtakarlığa əl atılmasının səbəbi, şübhəsiz, elmi cəhətdən əsl dəlil gətirə bilməmələridir. Darvinizmi saxtalaşdıran ən mühüm ünsür də bu batil dinin tərəfdarlarının yalana, aldatmağa məcbur olmalarıdır. Bu batil dini müdafiə edənlər “elm adından” hərəkət etdiklərini söyləyirlər, lakin elmin gətirdiyi nəticələr təkamül nəzəriyyəsini açıq şəkildə təkzib edir. Darvinistlərə əsasən, batil darvinizm dininin sağ qalması ancaq saysız-hesabsız yalan yolu ilə baş verə bilər. Buna görədir ki, darvinistlərin bu düsturun bir hissəsi kimi apardıqları “ara fosil tapıldı” təbliğatı da böyük saxtakarlıqdır.



Əsrin ən batil dəccali sistemi: Darvinizm

http://dusunek.files.wordpress.com/2012/11/sahte.jpg?w=300&h=163

Bu gün dünyada din əleyhdarı olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının “əmələ gəlmə və təməli” olan düşüncə isə darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir dinə çevrilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Said Nursi də bu açıqlaması ilə diqqət çəkmişdir:

Təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlıq iddia edəcək dərəcəyə çatacaqdır.(Allahı tənzih edirik)

Elə Bədiüzzamanın “təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan” kimi ifadə etdiyi kimi darvinizm təbiətə mütəqil güc verən, bütün canlıların kor təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən (Allahı tənzih edirik), insanları Allaha imandan uzaqlaşdırmağa çalışan bir təlimdir. Peyğəmbərimizin (s.a.v) hədislərinin toplandığı və hədislərin açıqlamalarının yer aldığı “Kütubi-Sittə Muxtəsəri Tərcümə və şərhi” adlı kitabda isə bu mövzu belə izah edilmişdir:

Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və ən mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bəzi humanist düşüncə tərzi və dəyərlər dinin yerini almağa çalışacaqdır. Bu yeni din insanın üzərində mövcud olan hər cür İlahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə əsas götürər… Əsas ilahı maddə və insan olan dindənkənar bir dindir. (Allahı tənzih edirik)

Darvinistlər təkamül nəzəriyyəsini hər dövrdə saxta dəlillərlə elmi göstərməyə çalışırlar. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edirlər. Darvinizm bu iddiasının heç bir mərhələsini sübut edə bilməməsinə baxmayaraq, elmi göstərilməyə çalışılan batil inanc sistemidir. Darvinizmə görə bu xəyali inkişafın ən böyük xəyali mexanizmi “təsadüflərdir”. Təsadüflər darvinizmin saxta ilahıdır. Darvinistlərə görə bu saxta ilah imkansız olanı gerçəkləşdirmək gücünə malikdir. Darvinistlərə əsasən bu saxta ilah bir qədər palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirir. Darvinistlərə görə bu saxta ilah insanı meymundan törəyən canlı hesab edir, insana ağıl, hafizə, qabiliyyət kimi bacarıqlar verir, yer üzündə heç cür təqlid oluna bilməyən insan şüurunu yoxdan var edir. Belə ki, təsadüflər bütün bunları fantastik şəkildə edərkən necə olursa, planlı, ağıllı davranır, səhv etmir, hətta lazım gəldikdə dərhal tədbir görür.

Təsadüfləri bütləşdirmiş bu batil nəzəriyyə ağılsız və məntiqsız iddiaları ilə hər cür demoqogiya və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Bunun səbəbi isə dəccaldır. Peyğəmbərimizin (s.a.v) hədislərində bu yalanın mənbəyinin dəccal olduğu bildirilmişdir. Dəccalı təsvir edən bir çox hədisdə müxtəlif bənzətmələrlə tərif edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri kimi dəyərləndirildikdə mövzu daha da aydın olur. Buna görə məntiqsiz və əsassız iddialarla üzə çıxan, insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq əmələ gəlməsinə şərait yaradan hər cür ideologiya və düşüncə sistemi dəccalı təmsil edir. Darvinizm hədislərdə tərif edilən bu dəccali sistemə əsaslanan əsas ideologiyadır. Uca Rəbbimiz Allah bir ayəsində dəccalın batil sisteminə tabe olanları belə tərif edir:

Şübhəsiz ki, günahkarlar haqq yolundan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər) (Qəmər surəsi, 47)

Darvinizm dünyanı aldatmağa, insanları Allaha imandan uzaqlaşdırmağa əsaslanan ideologiya olduğu üçün dəccalın tərəfdarları üçün nə olarsa olsun, bu batil dinin dirçəldilməsi vacibdir. Elə bu səbəbdən dəccalın himayəsinə girən bəzi şəxslər bu ideologiyanı yaşatmaq üçün indiyə qədər hər üsuldan istifadə edirlər. Heç bir elmi dəlilin olmamasına baxmayaraq, təkamül nəzəriyyəsini bütün dünyaya sübut etmiş nəzəriyyə kimi təqdim edirlər. Olmayan dəlilləri var kimi göstərir, fosilləri öz nəzəriyyələrinə uyğunlaşdırmaq üçün saxtakarlıq etməkdən də çəkinmirlər. Bircə ara-keçid forma belə olmamasına baxmayaraq, xəyali ara-keçid formalar düzəltmiş, saxtakarlıq etmiş, bunları məktəb dərsliklərində elmi dəlil kimi tədris etmişlər. Təkamül əleyhinə ortaya çıxan saysız-hesabsız dəlili gözardı etmiş, qəsdən gizlətmiş, görməməzliyə vurmuş, insanlardan uzaq tutmuşlar.

Saxtakarlıqlarının üstü açıldıqda utanmaq yerinə aldadıcı üsullarına davam etmiş, yeni saxtakarlıqlara əl atmaqdan və bunları müdafiə etməkdən çəkinməmişlər. Təkcə bir zülalın belə təsadüfən əmələ gələ bilməyəcəyi elmi cəhətdən sübut edilməsinə baxmayaraq, həyatın əvvəlcə palçıqlı suda başlaması iddiasına israrla davam etmişlər (bir funksional zülalın təsadüfən əmələ gəlmə ehtimalı 10950-dir, yəni sıfırdır). Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyada yayımlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə tələbələrə öyrətmişlər. Darvinizm saxtakarlıq, uydurma və yalan üzərində qurulmuş inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi irəli sürüldüyü ilk gündən insanları bütpərəst etməyə çalışmış, Allaha imandan uzaqlaşdırmaq istəmişdir. 150 il boyu insanları aldatmış, 150 il boyu insanları yalana inandırmağa çalışmışdır. Darvinizm  saxtakarlığa ehtiyacı olan, tərəfdar əldə etmək üçün yalan söyləyən, darvinizmin yalan olması həqiqətini söyləyənləri susdurmağa çalışan batil bir dindir.

Allah bir ayəsində belə buyurur:

De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! (Maidə surəsi, 60)

Normal şərtlərdə insanların bu cür yanlış ideologiyanın arxasınca getmələrinin, şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir qismi dəccalın qurduğu tələyə düşmüş, şüursuzca bu yalana inanmışlar. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Lakin şübhəsiz hər batil dində olduğu kimi bu dində də Allaha qarşı qurulan bütün hiyləgər tələlər boşa çıxmışdır.



Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur

http://dusunek.files.wordpress.com/2010/08/images2.jpeg?w=593

Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı”  mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar.

Bundan başqa bildirmək lazımdır ki, daşlaşmış qalıqların araşdırmaları çox çətin şəraitdə aparılır və böyük maliyyə imkanları tələb edir. Əsasən Afrika çölləri kimi sahələrdə onlarla adamdan ibarət araşdırma qruplarına aylarla yaşamaq üçün düşərgələrin qurulması, bu çətin şəraitdə, qızmar günəşin altında milyardlarla dollar tələb edən maliyyə dəstəyi ilə aparılan fəaliyyətlər son 1.5 əsrdir ki, heç bir nəticə verməmişdir.

Tanınmış təkamülçü fosil tədqiqatçısı Riçard Likey və tanınmış elmi yazıçı Rocer Luin bu nəticəsiz çalışmalar haqqında belə bir etiraf etmişlər:

Təəssüf ki, insanın təkamülü yolu bizə çox az və zəif ipucu verir:

Daş alətlər, kəllə parçaları, bir ayaq sümüyü parçası, yarım çənə sümüyü, nadir hallarda bütöv bir kəllə sümüyü və təbii ki, çox sayda diş.. Bir zaman atalarımızın yaşadığı, indi dərinliklərə gömülmüş süxurlarda tapa bildiklərimiz elə bunlardır… Əgər birisi məsələn, beş və ya bir milyon il əvvəl yaşamış atalarımızın indiyə qədər tapılan bütün daşlaşmış qalıqlarını bir otağa toplamağa çalışsaydı, hamısını nümayiş etmək üçün sadəcə bir neçə böyük stol kifayət edərdi.

Bundan da betəri odur ki, 15 və ya 6 milyon il əvvəl yaşamış hominedlərə aid daşlaşmış qalıqların tapıntılarını  yerləşdirmək üçün çox da böyük olmayan bir ayaqqabı qutusu kifayət edəcək.

Bütün bunlar “elm” adı altında istifadə edilən vaxt, məlumat, əmək, pul və imkan israfıdır. Bütün dünyada minlərlə universitet, elmi qurum və təşkilatlar, milyonlarla elm adamları, müəllimlər və tələbələr, laboratoriyalar, texniki işçi və texniki alətlər və daha saymaqla bitməyən imkanlar həqiqətdənkənar bir iddianın sübut edilməsi uğrunda səfərbər edilmişdir. Ancaq ortaya heç bir nəticə çıxmır, ələ keçən yeni tapıntılar təkamül iddiasının səhv olduğunu daha açıq göstərir.



Heç Bir Mutasiya Faydalı Deyil

Təkamül nəzəriyyəsinin elmin vaxtını alan iddialarından biri də “yararlı mutasiyalar”üçün aparılan ümidsiz araşdırmalardır. Neo-darvinizm “təkamül mexanizmi” olaraq iki məfhumu irəli sürür və bunlardan biri mutasiyalardır. Bu səbəbdən mutasiyaların canlılar üzərində faydalı təsir əmələ gətirəcəyini sübut etmək təkamül nəzəriyyəsi baxımından məcburidir. Ancaq təkamülçülərin iddialarının əksinə, mutasiyalar hər zaman zərərlidir və heç vaxt təkamül xarakterli bir təsirin olduğu müşahidə edilməmişdir.

Təkamülçülər isə israrla süni mutasiya nümunələri hazırlamış və yararlı mutasiyaları müşahidə etmək üçün on illərlə davam edən mübarizəyə qoşulmuşlar. Məsələn, meyvə milçəkləri üzərində çox sayda mutasiya təcrübəsi aparılmış və həmişə “genetik məlumatı təkmilləşdirən mutasiya”nın baş verəcəyi ümid edilmişdir. Nəticə isə tamamilə uğursuz alınmışdı. Təkamülçü alim Maykl Pitman illərlə davam edən və heç bir nəticə verməyən bu kimi mutasiya təcrübələri haqqında belə deyir:

«Bir çox genetikaçı meyvə milçəklərini nəsillər boyu saysız mutasiyalara uğratdılar. Bəs nəticədə süni bir təkamül ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetikaçıların yaratdıqları məxluqlardan sadəcə çox az qismi qidalandıqları şüşələrdən kənarda həyatlarını davam etdirə bildilər. Praktikada isə mutasiyaya uğradılmış bütün milçəklər ya öldülər, ya şikəst qaldılar, ya da qısır oldular Tanınmış təkamülçü Qordon Teylor isə mutasiya təcrübələrinə 50 il vaxt itirildiyini belə ifadə edir:

«Əlli il milçəklər üzərində minlərlə təcrübə aparıldı, ancaq əsla yeni bir növün əmələ gəlməsi müşahidə edilmədi. Hətta tək bir ferment belə əmələ gəlmədi».

Təkamülçülərin digər elmi mövzulardakı iddialarına baxıldıqda da, vəziyyət dəyişmir. Təkamülçülər Darvinizmi hər cür elmi kəşflərə baxmayaraq müdafiə edir, hətta sonra buna “elmi səbir” kimi don geydirərək gizlətməyə çalışırlar. Əslində isə göstərdikləri şey elmi səbir deyil, elmə qarşı inaddır.





Çarlz Darvin(1809-1882) haqqında bildiklərimiz və bilmədiklərimiz

Darvin üçün çox şey yazıldı. Bu qədər maraq yığacağını və boş sözlərinin beləsinə ciddiyə alınacağını özü belə təxmin edə bilməzdi! Fransız qiyamı ilə qərb dünyasını qucaqlayan "Din adına Hər şeyi inkar Xəstəliyi"dir ki Darvini məşhur etdi. Bəli kilsəylə döyüşə girən Qərbin əli qələm tutanları, inkarlarını qüvvətləndirəcək nə tapsalar götürürdülər. Bunun üçün də Antikçağın bütpərəst Yunan ateistlərinə və şübhəçi Sofistlərinə qədər uzanırdılar. Darvinin "Növlərin Mənşəyi" sanki onlar üçün bir can qurtaran olmuşdu. Bu sayıqlamalar və boş sözlər kitabı rədd edilməz elm xəzinəsi olub çıxmışdı. Allahı inkar edənlər, insanlıqlarından da çıxaraq, atalarının heyvandan gəldiyini iddia edirdilər.



Təkamül quyusuna ilk daş atan adam Darvin deyil

Darvin təkamül nəzəriyyəsini öz başına irəli sürə biləcək qədər ağıllı biri deyildi. Ondan əvvəl kilsəyə xəyanətləri ilə məşhur Erasmus,Buffon,Lamarck və Blyth vardır. Bunlar, kilsənin şəxsində dinə baş qaldıran Natüralistlər (təbiətçilər) ordusundan idi. Yazdıqları məqalələrdə, həyatın təsadüfən bir təkamül nəticəsində meydana gəldiyini; insanın da bu təkamülə təbii olaraq bu günkü şəklini aldığını irəli gətirirdilər. Darvin gəncliyində oxuduğu ateist kitabların təsirində qalmış; ailəsinin təklif etdiyi "İlahiyyat təhsilini rədd etmişdi". Yoldaşları zamanın gətirdiyi cinsi sərbəstliyinin selinə qapılmış dəlicə əylənərlərkən o təbiətlə məşğul olurdu. Çünki heç qız yoldaşı yox idi. Qızlar onu çirkin tapır; meymuna bənzəyən üzü ilə lağ edirdilər. Darvin, çirkinliyindən utanır; aynaya baxmaqdan nifrət edirdi. Qapıldığı "alçaq duyğusu" onu bir ruh xəstəsi etmişdi. Onun bir ruh xəstəsi olduğunu şəxsən öz oğulu Francis Darvin də, yazdığı xatirələrində, etiraf edir. bəli, Darvini bir az da oğulunun dilindən tanıyaq:

"Atam, ruh xəstəsi bir adam idi. Advard Blythin 1835-1837 tarixlərində nəşr etdiyi iki məqalənin təsirində qalmış; insan nəsilinin heyvandan gəldiyini irəli sürürdü. Ziyarətinə gələn yoldaşlarıyla oturub ateist yazarların kitablarını oxuyurdular. Babam deyirdi ki: "Əgər bu yoldaşları və oxuduğu kitablar olmasaydı; oğulum beləsinə xəstə fikirli biri olmayacaqdı. "Oğlu Francis, davam edir; "Atamın oxuduğu kitabların təsiriylə, xəstəliyi daha da artdı. Bizimlə də görüşmək istəmirdi. Nəhayət bizi tərk edərək Beckenham yaxınlarındakı ferma evimizə köçdü."Növlərin Mənşəyi" kitabını orada yazdı. Bu kitabla, sonu gəlməyəcək bir döyüşün içinə girən atam, son 40 ilini həmişə xəstə bir adam olaraq keçirdi."



Xəyali şəkillərə əsaslanan bir nəzəriyyə

Darvinin "Növlərin Mənşəyi" kitabından ilham alan bir çox ateist bioloqlar, "Neo Darvinistlər" adıyla üzə çıxmış; çəkdikləri xəyali şəkillərlə dəstəksiz bir nəzəriyyəyə elmlik xüsusiyyəti qazandırmağa çalışmışlar. Richard Leakay adındakı bir arxeoloğun, 1972-ci ildə etdiyi qazıntıda ortaya çıxan insana aid kəllənin 2,8 milyon il əvvəlinə aid olduğu qətilik qazanınca, hər batil fikir kimi"təkamül totemi" də yıxılmış olurdu.
Yüklə 89,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə