Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

150
Əhməd Sami Elaydi
nəklərdə, xüsusilə İsmayıl Şıxlının «Ölən dünyam» romanın-
da obrazlarını statik şəkildə deyil, dinamik formada təqdim 
edilməsinə üstünlük verməsi maraq doğurur. Bəhs olunan ro-
manda iştirak edən Ömər Koxa, Həsən ağa, Mürsəl müəllim, 
Çapıq Əmrah, Xudadat bəy və başqa obrazlar ümumi müstəvi-
də canlandırılsalar da, müəllif onların hər birini fərdi cizgilə-
ri ilə  təqdim etmiş, bədii portretini bütöv şəkildə yaratmağa 
çalışmışdır. 
Yaxud «Zərrintac-Tahirə» romanında yazıçı  əsas qəhrə-
man kimi təqdim etdiyi Tahirə-Qürrətüleynlə yanaşı, bir çox 
digər obrazları da (Molla Məhəmməd, Ətəullah, Molla Saleh, 
Bədrünnisa və başqaları) mənəvi dünyasının özünəməxsus ça-
larları ilə təqdim etmişdir. 
Qeyd edək ki, müstəqillik dövrü Azərbaycan romanların-
da  əsas diqqət baş  qəhrəmanın xarakterinin qabarıq  şəkildə 
təsvirinə yönəldilir, yaradılan epizodik obrazlar isə daha çox 
daxili-mənəvi aləmlərinin səciyyəvi çalar və cizgiləri ilə təq-
dim olunurlar. Zənnimizcə, ayrı-ayrı müəllifl ərin baş  qəhrə-
mana daha çox ağırlıq verməsi müəyyən amillərlə bağlıdır. 
Araşdırılan dövrdə  İsmayıl  Şıxlı,  İsa Hüseynov (Muğanna), 
Əzizə  Cəfərzadə, Elçin Hüseynbəyli və digər yazıçılar baş 
qəhrəman kimi təqdim etdiyi obrazların inandırıcı, təbii və 
real cizgilərlə canlandırılmasına çalışmışlar. Adıçəkilən müəl-
lifl ərin nəşr olunan romanlarında oxuculara təqdim olunan baş 
qəhrəmana maraq oyandırmaq ön plana çəkilmişdir. Bundan 
əlavə, romanın ideya-məfkurə yükünün, əsasən, baş qəhrəma-
nın timsalında formalaşdırılması onu əsərdəki digər obrazlar-
dan fərqləndirməyə  gətirib çıxarmışdır. Bütün bu cəhətlərlə 
yanaşı, romanlarda baş qəhrəmanlara daha çox diqqət yetiril-
məsinin janrın poetikasından irəli gələn səbəbləri də mövcud-
dur ki, bu amil də nəzərdən qaçırılmamalıdır. 
Müstəqillik dövründə yaranan romanlarda təsvir olunan 
əsas qəhrəmanlar dövrün sosial və  mənəvi-əxlaqi dəyərləri-


Müstəqillik dövrü Azərbaycan romanı
151
ni özündə əks etdirən bədii örnəklər kimi səciyyəvi xüsusiy-
yətlərə malikdir. Bu, hər şeydən öncə, ordan qaynaqlanır ki, 
«... hər dövr öz adamını yetişdirir, hər dövrün adamının isə 
özünəməxsus şəxsi keyfi yyətləri olur. Hər dövrün ədəbi prose-
si isə zəmanəsinin şəxsiyyətini formalaşdırır. Şəxsin ətraf mü-
hitə, dünyaya, zamana münasibətlərindən doğan fərqli xüsu-
siyyətləri dövrün xüsusiyyətlərindən bəhrələnir. Bədii obrazda 
təzahür edən  şəxsi keyfi yyətlər, xeyirli və  zərərli məsələlər 
insanın daxili duyğu və düşüncələrini xarakterizə etdiyi kimi, 
dövrün də xarakterini müəyyənləşdirərək zəmanəyə güzgü tu-
tur» (143, s. 313). 
Müstəqillik dövrü Azərbaycan bədii nəsrində baş qəhrəma-
na xüsusi diqqət yetirilmədiyi, təsvir olunan hadisə və əhva-
latların onun ətrafında cərəyan etmədiyi romanlara da təsadüf 
olunmaqdadır. Xüsusilə Afaq Məsudun «Azadlıq», Seyran 
Səxavətin «Nekroloq» romanları bu baxımdan səciyyəvidir. 
Hər iki romanın baş qəhrəmanı süjet xəttinin, hadisə və əhva-
latların dağınıq, yayğın təsviri fonunda mərkəzi fi qura çevrilə 
bilmir. 
Akademik Bəkir Nəbiyevin qənaətincə,  «... yığcamlıq, 
xəsis boyalarla mükəmməl portret yaratmaq, az sözlə, ki-
çik bir epizodla səciyyəvi həyat hadisəsini canlandırmaq, 
insan xarakterinin və portretinin aydın cizgilərini çəkmək 
sənətkarlığın çox vacib və mürəkkəb  şərtlərindəndir» (116, 
s. 102). Ədəbiyyatşünas alimin qənaətləri müstəqillik döv-
rü Azərbaycan romanlarında obraz və xarakter yaradıcılığını 
doğru səciyyələndirdiyi üçün diqqəti çəkir. 
Əlbəttə, bədii sənətkarlıq məsələlərinin ayrı-ayrı  kоmpо-
nentləri ilə bağlı bəhs olunan fi kir və mülahizələr istiqlaliyyət 
dövrü Azərbaycan romanlarının bədii-estetik xüsusiyyətlərini 
bütün yönlərilə aşkarlamağa imkan vermir. Buna görə də ay-
rı-ayrı yazıçıların fərdi yaradıcılıq dünyasının müstəqil şəkil-
də  tədqiqat obyektinə çevrilməsinə, özünəməxsusluqlarının, 


152
Əhməd Sami Elaydi
üslub fərdiyyətinin geniş və hərtərəfl i şəkildə araşdırılmasına 
ehtiyac vardır. 
Bütövlükdə, çağdaş Azərbaycan romanlarının orijinallı-
ğını, bənzərsizliyini, bədii dəyərini  şərtləndirən  ən mühüm 
keyfi yyətlərdən biri yaradılan obraz və xarakterlərin fərdi
özünəməxsus çalarlarla təqdim olunması ilə bağlıdır. 
Ayrı-ayrı yazıçıların sözə bələdliyi və sözdən bəhrələnmə-
sinin daha çоx obraz və xarakter yaradılışında üzə çıxması da 
onların yazı dəst-xəttinin orijinal xüsusiyyətlərindən biri kimi 
şərtlənir. 
4. 3. Janr özünəməxsusluğu və dil-üslub fərdiliyi
Çağdaş Azərbaycan romanlarının bədii-estetik aspektləri-
ni dil-üslub məsələsindən bəhs olunmadan səciyyələndirmək 
mümkün deyildir. Qeyd edək ki, ayrı-ayrı yazıçıların əsərləri 
bədii dilin imkanlarından ustalıqla bəhrələnmənin canlı örnə-
yidir. Xüsusilə  İsa Hüseynov (Muğanna),  Əzizə  Cəfərzadə, 
Anar, Əkrəm Əylisli, Afaq Məsud, Vaqif Sultanlı və digər ya-
zıçıların romanlarında dil hədsiz dərəcədə bədiiliyi, təbiiliyi, 
axıcılığı, aydınlığı ilə diqqəti cəlb edir. Bu yazıçıların  əsər-
lərini oxuyarkən təsvir olunan hadisə və əhvalatları unudaraq 
dilin sehrinə düşürsən. 
Məsələn: «Ömrünün gənc yaşlarında həyatdan nakam get-
miş sovet hökumətinin yerinə hörmətli oxucudan üzr istəyərək, 
mübaliğəsiz-fi lansız, birbaşa etiraf etmək lazımdır ki, Muzup 
rəisi ölkənin ən məşhur rüşvətxorlarından biri idi və onun yük-
sək peşəkarlığı və ustalığı təkcə aldığının müəyyən hissəsini 
yuxarılara ötürmək bacarığında yox, həm də rüşvəti kimdən 
almaq və kimdən almamağın dəqiq standartlarında öz əksini 
tapmışdı» (13, s. 28). 
Yaxud, başqa nümunəyə nəzər salaq: 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə