Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   48   49   50   51   52   53   54   55   56

166
Əhməd Sami Elaydi
Göründüyü kimi, yazıçı yer və təbiəti təsvir edərkən oxucu 
həmin yer və təbiəti gerçək şəkildə öz təsəvvüründə canlandı-
rır. Başqa sözlə, müəllifi n sözləri Bayat elinin təbiətini sanki 
bir rəssam kimi göz önündə canlandırır. 
Bununla yanaşı, müəllif, eyni zamanda, təbiətin portretini 
oxucunun yaddaşına həkk edə bilir. Bu fakt isə yazıçının xə-
yalı genişliyinin və yaradıcılıq təcrübəsinin zənginliyini şərt-
ləndirir. 
Romanda tarixi şəxsiyyətlər canlı, həyati  şəkildə  təsvir 
olunmuşdur. Müəllif ayrı-ayrı  bədii  fi qurların – təşbeh və 
mübaliğələrin vasitəsilə öz qəhrəmanlarını tarixi gerçəkliyə 
uyğun şəkildə əks etdirə bilir. Məsələn, əsərdə Rəhimə obra-
zı belə təsvir edilir: «Rəhimə Məhəmmədin (Füzulinin) ərəb 
dili müəllimi Rəhmətüllah  Əfəndinin qızı idi. Al yanaqları, 
gül dodaqları mərcanla mübahisəyə girə bilərdi və udardı da. 
Mərcan kimi gözəldi, elə  mərcan kimi qiymətli idi Rəhimə! 
Arabir bayram aylarında əlinə, ayağına xına yaxanda qəlbinin 
atəşilə bir qədər də allaşdırırdı xınanı. Topuqlarına bağladığı 
xalxalların gümüşü cingiltisi Məhəmmədin ürəyində əks-səda 
verirdi» (33, s. 32). 
Müstəqillik dövrü Azərbaycan romanlarında xalq ədəbiy-
yatı nümunələrindən yerli-yerində istifadə olunması yaranan 
əsərlərin dil və üslubunun xəlqiliyini səciyyələndirən amil kimi 
şərtlənir. Ayrı-ayrı yazıçılar bayatı, atalar sözləri və məsəllər-
dən geniş  və  hərtərəfl i  şəkildə  bəhrələnmişlər. Romanlarda 
bayatılardan bəhrələnilmə təkcə əsərin xəlqiliyini təmin edən 
amil kimi deyil, eyni zamanda təsvir edilən əhvalatların təsir 
və təlqin gücünü şərtləndirən cəhət kimi xarakterizə olunur. 
Xüsusilə Əzizə Cəfərzadənin romanlarında bayatılar qəhrə-
manların daxili-mənəvi aləminin aşkarlanmasına, onların canlı 
şəkildə  təqdiminə xidmət edir. Müəllif yalnız qəhrəmanların 
deyil, təsvir olunan hadisələrin mündəricəsinə uyğun bayatı-
lardan istifadə edir. 


Müstəqillik dövrü Azərbaycan romanı
167
Qeyd edək ki, Əzizə Cəfərzadənin ayrı-ayrı bədii əsərlərin-
də yalnız bayatılara deyil, mərasim nəğmələrinə də müraciət 
olunmuşdur. 
İsmayıl Şıxlının «Ölən dünyam» romanında oxşamalardan 
istifadə olunması əsərdə təsvir olunan əhvalatların bədii təsir 
gücünün artırılmasına xidmət edən bədii vasitə kimi diqqəti 
çəkir. Məsələn;
«Balama qurban alçalar, balam havaxt əl çalar. 
Balama qurban inəklər, balam nə vaxt iməklər» (137, s. 449). 
Çağdaş Azərbaycan romanlarında işlənən atalar sözləri və 
məsəllər bir tərəfdən bədii dilin zənginliyini, xəlqiliyini sə-
ciyyələndirən cəhət kimi, digər tərəfdən isə obrazların daxi-
li-mənəvi özünəməxsusluqlarının aşkarlanmasında əsas bədii 
vasitələrdən biri kimi çıxış edir. Məsələn, «Yer yiyəsiz olan-
da, donuz təpəyə çıxar» (122, s. 465),«Yaman günün ömrü az 
olar» (122, s. 443), «Gizlində buğaya gələn, aşkara... » (57, s. 
297), «Dost var, düşmən var, adam özünü sındırmaz» (137, 
s. 368), «Kötük üstündə neçə  çırpılar doğranarmış» (137, s. 
368), «Ər eldən gələr, oğul beldən» (137, s. 370), «İlan vuran 
yatar, ac yatmaz» (137, s. 375), «Saxla samanı, gələr zamanı» 
(137, s. 404), «Ehtiyat igidin yaraşığıdır» (137, s. 426), «Yüz 
gün yaraq bir gün gərək» (137, s. 432), «Sən saydığını say, gör 
fələk nə sayır» (39, 224), «Arxalı köpək qurd basar» (39, 309), 
«Bir şərim olsun, xeyrim onun içində... » (39, 238) və s. ata-
lar sözləri və məsəllər yaranan romanların xəlqiliyini göstərən 
amillərdən biri kimi çıxış etməkdədir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında həmçinin xalq 
nağıllarından alınmış əhvalat və süjetlərə də geniş yer veril-
mişdir. Məsələn, Anarın «Ağ qoç, qara qoç» romanı  Məlik-
məm məd xalq nağılının motivləri əsasında, onun ideya-estetik 
qayəsindən bəhrələnilərək yazılmışdır. Romanın  əsasında si-
yasi problem dayansa da, yazıçı nağıl janrına məxsus forma, 
üslub özünəməxsusluqlarını qoruyub saxlamışdır. 


168
Əhməd Sami Elaydi
Yaxud Elçin Hüseynbəylinin «Yovşan qağayılar» roma-
nında diqqəti çəkən mühüm məqamlardan biri süjet boyu yeri 
gəldikcə, nağıl motivlərinə söykənilməsidir. Buna misal ola-
raq «Nəhlət daşı» və «Üç qardaş» nağıllarından yaradıcı şə-
kildə bəhrələnilməsini göstərmək olar: «Nəhlət daşının altında 
Şeytan yatır. Həmin Şeytan iki kəndi torpaq üstündə bir-birilə 
düşmən edib. Bir kəndin adamları o biri kəndin çobanını öldü-
rüb. O biri kənd də bunun əvəzini çıxıb. Bu qan düşmənçili-
yinin qarşısını almaq üçün hər iki kəndin ağsaqqalları bir yerə 
toplaşıblar, həmin yeri lənətlənmiş yer sayıblar və ora «Nəhlət 
daşı» qoyublar» (59, s. 240). 
Göründüyü kimi, burada nağıla istinad romanda qaldırılmış 
məsələlərdən biri olan qisas və qan düşmənçiliyi motivlərinin 
tənqidinə xidmət edir. 
Bütövlükdə, zəngin folklor xəzinəsindən bəhrələnilməsi 
romanlara özünəməxsus fərdi çalar, əlvanlıq və canlılıq gətir-
mişdir ki, bu keyfi yyət istər tarixi, istərsə də müasir mövzulu 
əsərlərdə zəruri elementlərdən biri kimi səciyyələnir. 
Çağdaş Azərbaycan romanlarının bədii-sənətkarlıq xüsu-
siyyətlərindən bəhs olunarkən toxunulması vacib olan məsə-
lələrdən biri təsvir olunan hadisə və əhvalatların fəlsəfi  ruhu 
ilə bağlıdır. Qeyd edək ki, fəlsəfi lik bütün məqamlarda yazılan 
romanların ayrılmaz xüsusiyyətlərindən biri kimi özünü bü-
ruzə verir. 
İsa Hüseynov (Muğanna), Əzizə Cəfərzadə, Seyran Səxavət, 
Afaq Məsud, Vaqif Sultanlı və digər yazarların romanlarının 
fəlsəfi  aspektini təmsil edən amillərdən biri də müraciət olu-
nan mövzularla bağlıdır. Belə ki, bu yazıçıların qələmindən 
çıxan romanların məhz mövzusu bu əsərlərin fəlsəfi  ruhun qa-
barıqlığı ilə qələmə alınmasını tələb edir. 
Lakin bütün bunlarla yanaşı, 1991-2005-ci illər Azərbaycan 
romanlarına fəlsəfi  ruhun hakim olması daha çox ayrı-ayrı ya-
zıçıların dünyagörüşündən, həyata baxışlarından qaynaqla-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə