Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə49/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
153
«Axır vaxtlar camaat bu mitinqlərə o qədər öyrəşmişdi ki
mitinq olmayanda, hamının canına bit-birə daraşırdı elə bil. 
Belə günlər çox adam qanıqara gəzir, durduğu yerdə dövləti 
söyür, ya da onu-bunu acılayır, həyatın maraqsızlığından və 
məntiqsizliyindən, intihar etmək həddinə gəlib çatırdılar. Bir 
sözlə, mitinqlər – bu məmləkətin havası, suyu, dənizi kimi, hə-
yat əhəmiyyətli, vacib ehtiyacına çevrilmişdi…» (108, s. 16). 
Gətirilən örnəklərdən göründüyü kimi, İsmayıl Şıxlı bədii di-
lin imkanlarından ustalıqla bəhrələnmiş, təsvir etdiyi hadisələri 
bütün canlılığı ilə  əks etdirməyə çalışmışdır. Müəllifi n «Ölən 
dünyam» romanında bədii dilin emоsiоnallığı bütün məqam-
larda hadisə və əhvalatların təsir və təlqin gücünü artıran amil 
funksiyasını daşımaqdadır. Romanı oxuduqca dilin gücünü, 
enerjisini duymamaq, ondan təsirlənməmək mümkün deyildir. 
Ümumiyyətlə, İsmayıl Şıxlı özünəməxsus yaradıcılıq üslubu-
na malik оlan yazıçılardan biridir. O, əvvəlki əsərlərində olduğu 
kimi, son romanında da fərdi yaradıcılıq üslubunu, bədii dəst-xət-
tini mühafi zə etməyi bacarmışdır. Ümumiyyətlə,  İsmayıl  Şıxlı 
təmkinli, soyuqqanlı üslubda yazmağa üstünlük verən qələm sa-
hiblərindəndir. Müəllifi n bəhs olunan romanında bədii dil epik və 
lirik üslubun çalarlarını özündə ehtiva etməkdədir. 
Yazıçı-ədəbiyyatşünas Elçin bədii əsərlərdə dilin funksiya-
sı ilə bağlı qənaətlərini ümumiləşdirərək yazır: «Əgər sənətin 
təzahür vasitələrini öz əhəmiyyətinə görə dərəcələrə ayırmaq 
mümkünsə, bədii dil birincidərəcəli  əhəmiyyətə malikdir, 
başqa sözlə desək, bədii dil əldə elə bir amildir ki, onun səviy-
yəsi, ümumiyyətlə, bədii  ədəbiyyatın səviyyəsi üçün meyar-
lardan оla bilər» (37, s. 47). 
Bəlli olduğu kimi, ədəbiyyatın səviyyəsi çox zaman bədii 
dil kriterisi ilə ölçülür. Bu kontekstdə yanaşıldıqda, çağdaş 
tarixi romanların dili və üslubu Azərbaycan tarixi nəsrinin 
poetik imkanlarını  aşkarlamaq və üzə  çıxarmaq baxımından 
səciyyəvidir. 


154
Əhməd Sami Elaydi
Çağdaş Azərbaycan romanlarının dilindən danışarkən bir 
məsələyə də toxunmağa ehtiyac duyulur ki, о da bədii dilin im-
kanlarından bəhrələnərkən yazıçıların fərqli mövqedən çıxış 
etməsidir. Ayrı-ayrı romanlarda təsvir olunan mövzunun ruhu-
na, məzmununa uyğun bir dil seçilməyə çalışılmışdır. Belə ki, 
əgər roman müasir və ya tarixi mövzudadırsa, müəllif həmin 
əsərin dilini dövrün ruhuna uyğun şəkildə canlandırmağa üs-
tünlük vermişdir. 
Lakin bəzi romanlarda tarixin canlandırılmasında dil baxı-
mından fərqli yanaşmalara təsadüf olunur. Belə ki, Kamal 
Abdullanın «Yarımçıq  əlyazma» romanında Türkiyə türk-
cəsindən yerli-yerində istifadə etməsi tarixilik aspetinə söy-
kənir. Məsələn, müəllifi n  işlətdiyi bəzi sözlərə  nəzər salaq: 
«Çözülməyincə», «baxalım», «bulmalıyıq», «sormaq», «bul-
maq», «nərəyə», «öyləmi», «əvət», «yapa bilərdi», «çocuqluq-
dan», «anladar», «nə dersən», «nə derəm» (3, s. 26-27). 
Romanın dilində diqqəti çəkən digər məsələ isə müəllifi n 
Türkiyə türkcəsində olan söz və ifadələrin Azərbaycan türkcə-
sinə uyğunlaşdırılaraq işlədilməsidir. 
Görkəmli nasir Mir Cəlal «Bədii dilimiz haqqında» adlanan 
çox dəyərli məqaləsində yazır ki, yazıçı «... elə bir dil ilə yarat-
malıdır ki, о dil tamamilə və bütün elementləri ilə xalqa asan, 
anlaşılan və doğma olsun. Burada mən yalnız kəlmələri deyil, 
tərkib ibarə və ifadələri, habelə о dilin təbiət və quruluşunu da 
nəzərdə tuturam. Bu əsas tələblərə cavab verən, orijinal fərdi 
xüsusiyyət daşıyan yazıçının dili sağlam dildir, hərtərəfl i inki-
şaf etdirilmişdir» (110, s. 295). 
Müstəqillik dövrü Azərbaycan romanlarının dili geniş mə-
nada bütün bu tələblərə cavab verir. Ona görə də ayrı-ayrı ro-
manlarda bədii dil fərdi üslubun, yazı tərzinin özünəməxsuslu-
ğunu, bənzərsizliyini şərtləndirən amil kimi çıxış edir. 
Çağdaş Azərbaycan romanlarında lirik və epik aspektlərin 
çox məharətlə qovuşuğu diqqətçəkicidir. Lakin bu birlik süni 


Müstəqillik dövrü Azərbaycan romanı
155
səciyyə daşımır, hər hansı nəzəri fi krin praktik təsdiqinə yönə-
lik mahiyyət kəsb etmir, təbii olaraq istedadın, mətnin özün-
dən doğur. 
Əlbəttə,  «xalis» növün mövcudluğunu düşünmək doğru 
deyildir, çünki bu istər-istəməz bir növdə digər növün iştira-
kının inkar olunması anlamına gəlməkdədir. Azərbaycan na-
sirlərinin yaradıcılığında bəzi məqamlarda lirik, bəzən isə epik 
aspektlərə  ağırlıq verilməsi bədii niyyətin gerçəkləşdirilmə-
si məramına söykənir. Lakin epizmin lirizmlə, yaxud əksinə 
əvəzlənməsi, biri-digərini tamamlaması yüksək sənətkarlıqla 
reallaşdığı üçün süni təsir bağışlamır, daha çоx ədəbi təcrübə 
və yaradıcılıq səriştəsi kimi mənalanır. 
Məlum olduğu kimi, lirizm ədəbi növ və janrından asılı 
olmayaraq bədii  əsərin komponentinə çevrilə  və özünü bü-
tün sferalarda göstərə bilər. 1991-2005-ci illərdə yaranmış 
Azərbaycan romanlarında lirizm daha çox ayrı-ayrı lövhələr, 
epizodlar şəklində, həmçinin ideya-məzmun tutumunda, bəzən 
isə yazı tərzində özünü büruzə verir. Bu baxımdan istər müa-
sir, istərsə də tarixi mövzulu romanlarda lirizmin fərqli təza-
hürləri mövcuddur. Məsələn, İsa Hüseynov (Muğanna), Əzizə 
Cəfərzadə, Əkrəm Əylisli, Kamal Abdulla və digər yazıçıların 
romanları lirizmin üstünlüyü ilə qələmə alınmışdır. Bu isə on-
ların yazılarına emоsiоnallıq gətirmiş, təsvir olunan əhvalat-
ların təsir gücünü xeyli dərəcədə artırmasına səbəb olmuşdur. 
Ancaq müstəqillik dövrü Azərbaycan romanlarında lirizmə 
meyilliliyin müşahidə olunması fərdi üslubun özünəməxsuslu-
ğunu şərtləndirən amil rolunu oynamır. Lakin bununla belə, li-
rizm araşdırılan dövrün romanları üçün aparıcı elementlərdən 
biri kimi dəyərləndirilə bilər. 
1991-2005-ci illər Azərbaycan nəsrində yazıçı  təhkiyəsi-
nin təbiiliyi «canlılığı, koloritliliyi, təravətliliyi» (68) Əzizə 
Cəfərzadənin romanları timsalında daha aşkar  şəkildə özünü 
büruzə verməkdədir. Məsələn, aşağıdakı parçaya diqqət yetirək:


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə