Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   33   34   35   36   37   38   39   40   41

108
III FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Meşənin təhlükəsizliyi
Meşədə oduncağı zədələnmiş ağac gördükdə diqqətlə nəzərdən
keçirmək  lazımdır.  Çox  zaman  koğuşunda  ağacdələn,  yarasa,
bayquş, dələ və digər quşların, məməlilərin yuva qurduqları belə
nəhəng ağaclar yüz illərlə salamat qalıb meşə sakinlərinin yaşayış
məskəninə çevrilir. Ona görə də hətta qurumaqda olan ağacların
meşə ekosistemində xüsusi mövqeyi olduğuna görə onlar qorunub
saxlanmalıdır.
Xüsusi təyinatlı meşə sahələrində məs; palıd meşəsində müxtəlif
yaşlı ağaclar üzərində nadir bitki və heyvanlar məskən saldığına görə
qorunur. Yaşayış məntəqələrində bitən bir çox əsrlik ağaclar təbiət
abidəsi  kimi  qorunur.  Məktəb  meşəçiliyi  dəstələri  belə  nadir  təbiət
abidələrini hamiliyə götürərək əlverişsiz təsirlərdən mühafizə edirlər.
Təbii meşələrdə təbiət abidələrini mühafizə edərkən təbii proseslərin
inkişafına mane olan süni surətdə yaxşılaşdırma tədbirlərindən imtina
etmək lazımdır. Digər ekoloji sistemlər kimi meşə ekosistemində də
təbiət  hadisələri  müəyyən  qanunauyğunluq  əsasında  baş  verir  və
insan  tərəfindən  süni  şəkildə  müdaxiləyə  ehtiyac  qalmır.  Meşənin
bioloji müxtəlifliyinin zənginliyi məhz bu proseslərdən asılıdır.
Azərbaycanın  milli  parklarında,  qoruqlarında  geniş  maarifl ən­
dirmə  işləri  aparılır.  Məktəblilər,  istirahətə  gələn  şəhər  sakinləri,
turistlər  meşələrin  gözəl  təbiət  zənginliyi  ilə  tanış  olur,  bitki  və
heyvanat aləmi haqqında məlumatlandırılırlar.
Bildiyiniz kimi nadir və nəsli kəsilməkdə olan bir çox meşə bitkiləri
və heyvanları Azərbaycanın, eləcə də beynəlxalq “Qırmızı kitab”a
daxil  edilib.  Ölkə  qanunvericiliyinə  görə  bu  növlər  yaşadıqları
ərazilərdə  qorunurlar.  Öyrənilən  ərazidə  nadir  bitkilər  və  heyvan
növləri aşkar edildikdə mütləq əlaqədar ekoloji təşkilatlara məlumat
verilməlidir. Həmin növün yaşadığı ərazidə gənc meşəçilər xüsusi
xəbərdarlıq işarələri hazırlayıb yerləşdirə bilərlər.
İstirahət məqsədilə insanların kütləvi olaraq meşələrə axını çox
vaxt arzuolunmaz nəticələrə səbəb olur. Ekoloji tələblərə və davranış
qaydalarına riayət etməyən vətəndaşlar yanğın hadisəsi törədir, ot
örtüyünün məhv olmasına, ağac və kolların zədələnməsinə səbəb
olur.
Buna görə də insanların gəlişinin meşə üçün təhlükəsiz olmasını
təmin  etmək  əsas  problemlərdən  biridir.  Nəqliyyat  yollarının
bağlanması  belə  tədbirlərdən  biridir.  Bu  zaman  meşə  yollarına
şlaqbaum  qoyulur  və  ya  hasara  alınır.  Lakin  tikanlı  məftillərdən
çəkinmək lazımdır. Bu halda nəinki avtomobil sürücüləri, həm də
heyvanlar da xəsarət ala bilər.


109
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
Şəkil 34. Meşədə yanğın təhlükəsizliyi tədbirləri
Meşədə  xüsusi  istirahət  guşələrinin  yaradılması  istirahətə
gələnləri  axtarışdan  və  hədər  yerə  vaxt  keçirməkdən  xilas  edir.
Belə  sahələrdə  nəqliyyat  üçün  dayanacaq,  ocaq  qalamaq  üçün
xüsusi yerlər nəzərə alınmalıdır. Həmçinin tullantıların toplanması
üçün  xüsusi  konteyner  və  ya  yeşiklər,  tonqal  qalanması  üçün
quru  budaqlarla  təchiz  olunduqda  turistlər  meşədəki  bitkilərin
budaqlarını  qırmaq  arzusundan  əl  çəkir  və  ətrafı  tullantılarla
çirk ləndirmirlər.  Qurumuş  ağac  kötüklərindən  ibarət  masa  və
oturacaqlar  guşəyə  xüsusi  yaraşıq  verəcək,  meşə  döşənəyinin
müntəzəm tapdanmasının qarşısını alır.
İstirahət  guşələrində  yerə  tökülmüş  quru  yarpaqlar,  məişət
tullantıları  olan  qutular  vaxtaşırı  təmizlənməlidir.  Belə  olduqda
təsadüfi yanğınların qarşısı alınır. Əksər hallarda meşə yanğınlarının
əsas  səbəbkarı  insandır.  Söndürülməmiş  tonqal,  kibrit  çöpü,
siqaret və ya avtomobildən çıxan qığılcım, böyük fəlakətə səbəb
olur. Bəzən insanlar qurumuş otu və xəzəli qəsdən yandırıb meşə
yanğını törədirlər.
Meşə yanğınları
Meşələrdə baş verən 10 yanğın hadisəsindən 9­u odla ehtiyat­
sız  davranma  nəticəsində  və  ya  istirahət  zamanı  insanların  yan­
ğın  təhlükəsizliyi  qaydalarını  pozması  səbəbindən  baş  verir.
Meşə  yanğınları  meşə  döşənəyində  yaşayan  həşəratlara,  onların
sürfələrinə, bütün canlılara böyük zərər yetirir. Quru yarpaqları və
bitki qalıqlarını yandıran zaman nə baş verir?


110
III FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
1.  İlk növbədə torpağın üst münbit qatındakı üzvü tullantılar
və münbitlik itirilir.
2.  Həşəratlar, o cümlədən, qarışqa yuvaları yanıb məhv olur.
3.  Bitkilərin  toxumları  və  cavan  zoğları  məhv  olur,  ağac  və
kolların gövdəsi xəsarət alır.
4.  Kiçik  heyvanlar  sığınacaq  yerlərindən  məhrum  olur,  quş
yuvaları və yumurtaları, körpə balalar tələf olurlar.
5.  Nisbətən iri heyvanlar digər ərazilərə köçüb gedirlər, lakin
yeni ərazidə şərait əlverişsiz olduqda onların sayı azalaraq
tükənir.
6.  Torpağın quruması və eroziyası sürətlənir.
Meşə  yanğınlarının  3  növü  vardır.  Aşağıdan  sürətli  yanğın
zamanı alov torpağın səthi ilə sürətlə yayılaraq meşə döşənəyini,
ot  örtüyünü,  yıxılmış  ağacları,  meşəaltını  məhv  edir,  ağacların
gövdəsinin  alt  hissəsini  qarsalayır.  Alovun  yayılma  sürəti  40­100
m∕saat olur. Bu daha çox yayılmış yanğın növüdür. Yuxarıdan yayılan
yanğın zamanı isə alov ağacların çətirini alovlandıraraq 2­5 km∕saat
sürətlə böyük bir ərazidə yayılır və fəlakətli dağıntıya səbəb olur.
Yeraltı  meşə  yanğınları  zamanı  torpağın  çürüntülü  qatı  yanır.
Sutkada bir neçə metr sürətlə yayılan alov çox vaxt yerin səthinə
çıxmır. Bu tip meşə yanğını torpağın qızması ilə, kötüklərdən tüstü
çıxması  və  ayrı­ayrı  alov  ocaqlarının  meydana  çıxması  ilə  özünü
büruzə verir.
Meşədə  yanğın  hadisəsini  aş­
kar etdikdə dərhal meşəçilik idarə ­
sinə,  yanğından  mühafizə  xid ­
mətinə, yerli idarəetmə orqan larına
xəbər  vermək  lazımdır.  Çox  da
böyük  olmayan  yanğını  qum,  su
ilə dolu vedrələr, quru budaq lardan
hazırlanmış  süpürgə lər  vasitə silə
söndürmək  müm kün dür.  Lakin
bu  işdə  yalnız  böyüklərin  nəzarəti
altın da  iştirak  etmək  olar.  Geniş
miq yaslı yanğınları xüsusi xidmət dəstələri tərəfindən yanğınsöndürən
texnika dan istifadə etməklə söndürülür.
Buna görə də gənc meşəçilər yanğın hadisəsini aşkar etdikdə
dərhal  onu  söndürməyə  can  atmamalı,  ilk  növbədə  əlaqədar
təşkilat lara məlumat verməlidirlər. Bitki örtüyü çox sıx olan meşədə
alov  sürətlə  yayıldığına  görə  yalnız  texnikanın  gücündən  istifadə
etməklə söndürülə bilər.
Şəkil 35. Meşə yanğını


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə