Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

97
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
üzrə  şəhər  parklarındakı  ağaclarda  şibyələri  müşahidə  etmək
olar. Gənc meşəçilər antropogen amilin ətraf mühitə təsiri barədə
topladıqları məlumatları birlikdə müzakirə edib, nəticə çıxarırlar.
Son  illərdə  bir  çox  ölkələrdə  meşələrin  kütləvi  deqradasiyası
və  məhvolma  halları  qeydə  alınır.  Bunun  əsas  səbəbləri  turşulu
yağışlar,  havada  azot,  kükürd  və  ozon  qazlarının  artmasıdır.
Bu  sahədə  ətraf  mühitin  qlobal  monitorinqi  çərçivəsində  hava
çirkləndiricilərinin  meşələrə  təsirinin  öyrənilməsi  və  monitorinqi
üzrə  beynəlxalq  proqramlar  həyata  keçirilir.  Bu  üsullardan  ən
sadəsi  iynəyarpaqlı  ağacların  vəziyyətinə  görə  meşənin  ekoloji
durumunun qiymətləndirilməsidir.
Meşənin  ekoloji  vəziyyətini  qiymətləndirmək  üçün  Eldar  şamı
ağacından  (Pinus  Eldarica  L.)  indiqator  kimi  istifadə  etmək
mümkündür. Şam ağacının çətirinin seyrəlməsi, iynəyarpaqlarının
saralması, qozaların sayı və budaqların böyüməsi əsas göstəricilərdir.
Şam ağacları üzərində müntəzəm müşahidələrin aparılması üçün
daimi sınaq meydançası təyin edilməlidir. Şagirdlər bu tapşırığı 3
mərhələdə yerinə yetirirlər:
1.  Sınaq meydançası üçün sahənin seçilməsi;
2.  Ağacların ümumi vəziyyətinin təsviri;
3.  Tədqiqatın nəticələrinin qiymətləndirilməsi.
Sınaq meydançası üçün meşənin dərinliyində, yolun kənarında 1
ha­dan az olmayan sahə seçilir. Bu sınaq meydançasında birdəfəlik
və yaxud çoxillik tədqiqatlar aparmaq mümkündür. Tapşırığın yerinə
yetirilməsi  üçün  kompas,  uzunluq  ölçən,  binokl  və  işçi  vərəqlər
lazımdır.  Şam  ağaclarının  ümumi  vəziyyətini  qiymətləndirərkən
iynəyarpaqların  saralmasına  və  tökülməsinə,  qozaların  sayının
azalmasına  və  budaqların  boy  artımının  dayanmasına  diqqət
yetirilir.  Çətiri  seyrəkləşən  ağacların  göstərilən  əlamətləri  ekoloji
mühitin  çirklənməsinə  dəlalət  edir.  Həmin  ərazidə  bir  neçə  il
müşahidələri  davam  etdirməklə  gənc  meşəçilər  meşənin  ümumi
ekoloji vəziyyətini qiymətləndirə bilərlər.
Bu  tapşırığı  yerinə  yetirən  zaman  şagirdlərin  tədqiqat  işlərinin
nəticələrini qruplarda müzakirə edilir və sonra müəllimin iştirakı ilə
yekunlaşdırılır. Ekoloji vəziyyətin pisləşməsinin səbəbləri və aradan
qaldırılması  barədə  qrupların  təklifləri  müşahidə  gündəliklərində
qeyd olunur.
Meşənin ekoloji vəziyyətinin qiymətləndirilməsində enliyarpaqlı
ağacların  yarpaq  ayasından  da  istifadə  edilə  bilər.  Yarpaqların
sağ  və  sol  hissələri  arasında  assimmetriyanın  əmələ  gəlməsi
ətraf  mühitin  ümumi  çirklənməsini  göstərir.  Meşə  ekosisteminə


98
III FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
antropogen  təsirlərin  artması  nəticəsində  qovaq,  palıd,  vələs  və
digər  enliyarpaqlı  ağaclarda  morfogenetik  proseslərin  pozulması
yarpaqların  xarici  görünüşünün  dəyişməsinə  səbəb  olur.  Ağaclar
yerli  ərazinin  daimi  sakinləri  olduqlarına  görə  torpaq  və  hava
şəraitinin dəyişməsinə çox həssasdır. Yarpaqlarda assimmetriyanın
artması ekoloji mühitin pisləşməsini göstərir.
Tədqiqat  işləri  müəyyən  ərazilərdə  yarpaqların  toplanması  ilə
baş lanır, laboratoriya və ya sinif şəraitində davam etdirilir. Bu tap­
şırığı yerinə yetirmək üçün xətkeş, bucaqölçən, qeydiyyat vərəqləri
və  herbari  materialları  tələb  olunur.  Müxtəlif  qrupların  sınaq
meydançalarında topladıqları bitki yarpaqlarının sağ və sol hissələri
ölçülür və göstəricilər qeydə alınır. Sonra hər bir qrupun nəticələri
müqayisə  edilərək  təhlil  olunur.  Bu  tədqiqat  nəticəsində  meşənin
antropogen təsirə daha çox məruz qalan sahəsi təyin edilir.
Sınaq meydançalarında ekoloji sistemin əsas quruluş komponenti
olan ağac növlərinin populyasiyası ayrı­ayrılıqda öyrənilir. Bu üsulla
meşənin inkişaf dinamikası və davamlılıq dərəcəsi müəyyən edilir.
Bitki qruplaşmasının növ tərkibi, fitosenozun müxtəlif yaruslarında
yerləşən ağac, kol və ot bitkilərinin sayı göstərilir (cədvəl 7).
Cədvəl 7
Cins
Növ
Yarus
Ağacların
sayı
Ağacın
yaşı
Orta
hündürlük,
m
Orta
diametr,
sm
Tədqiqatların  nəticələrini  müzakirə  edərkən  antropogen  təsir
altında  zərər  çəkmiş  bitkilərə  xüsusi  diqqət  yetirmək  lazımdır
(cədvəl 8).
Cədvəl 8
N
Qırılmış ağac
növləri
Sayı
Diametri,
sm
Yaşı, il
Ekoloji
pozuntunun
səbəbi
1
Palıd
3
15­20
15
Qanunsuz
qırıntı
2
Lənkəran
akasiyası
5
12­15
9
Meşə yanğını
(tonqal)
Meşə  bitkilərinə  vurulan  zərəri  müşahidə  gündəliyində  ətraflı
təsvir  etmək,  aşkar  olunduğu  yeri,  tarixi,  zərərçəkmiş  bitkilərin
sayını  qeyd  etmək  lazımdır.  Ekoloji  pozuntu  barədə  əlaqədar
təşkilatlara məlumat vermək lazımdır.


99
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
Müşahidə gündəliyinin aparılma qaydası
Təbiətdə keçirilən ekoloji tədqiqatların əsas hissəsi müşahidələrin
qeydə  alınmasından  ibarətdir.  Qısa  müddətli  ekskursiyalar  və
ya  uzunmüddətli  yürüşlər,  ekspedisiyalar  zamanı  müşahidə
gündəliyinin  düzgün  tərtib  edilməsinə  xüsusi  diqqət  yetirmək
lazımdır.  Təbiətdə  aparılan  müşahidələr  ekskursiya  zamanı
gündəliyə qeyd edilir. Gündəliyin birinci səhifəsində gənc meşəçinin
adi, soyadı, şəhər, rayon, məktəb, sinif göstərilir. Gündəlikdə bütün
qeydlər  vərəqin  sağ  tərəfində  aparılır.  Sol  səhifədə  müşahidə
obyektlərinin  rəsmlərini,  xəritələri  çəkmək  olar.  Qeydiyyatın
aparıldığı  yer  və  vaxt,  həm  də  iqlim  şəraiti  göstərilməlidir.  Yazı
dəftərlərindən əlavə, gənc tədqiqatçılar rəsm albomlarından, işçi
vərəqlərdən istifadə edə bilərlər.
Gənc meşəçilər tədqiqat işlərinin yekununda referatlar və ekoloji
layihələr hazırlayırlar. Referat işi və yaxud ekoloji layihələr bir neçə
hissədən ibarət olur:

Giriş;

Tədqiqatın obyekti və metodları;

Tədqiqatın gedişatı;

Tədqiqatın nəticələri və təkliflər;

Ədəbiyyat.
Giriş  hissəsində  ekoloji  problemin  müasir  vəziyyəti,  tədqiqat
işinin aktuallığı, elmi və praktiki əhəmiyyəti, əsas məqsədi göstərilir.
II  hissədə  tədqiqatın  aparıldığı  ərazi,  əsas  obyektlər  (meşənin
flora və ya faunası), keçirildiyi müddət təsvir edilir. Həmçinin bu
hissədə  istifadə  olunmuş  avadanlıq,  alətlər,  materiallar,  ölçü  və
qeydiyyat  üsulları  öz  əksini  tapmalıdır.  Eksperimental  tədqiqat
işi  aparılmışdırsa,  statistik  hesablama  üsulları  da  göstərilir.  III
bölmədə  tədqiqat  işinin  gedişatı  elmi  dəlillərlə  təsvir  edilir.  IV
bölmə nəticələrin ətraflı şərhinə, sxem, cədvəl, qrafik və ya rəsmlər
vasitəsilə  təsvirinə  həsr  olunur.  Ekoloji  layihələrdə  problemin
yaranma  səbəbləri  və  aradan  qaldırılması  üçün  konkret  təkliflər
öz əksini tapmalıdır. Referat işində gənc meşəçilərin fəaliyyətindən
bəhs  edən  foto­şəkillərdən  geniş  istifadə  edilir.  Meşənin  ekoloji
vəziyyətinin  öyrənilməsinə  aid  foto­albomlar  da  tərtib  etmək
olar. Rəsmlər və foto­şəkillərə aid məlumatlar şəklin altında qeyd
olunmalıdır. Nəhayət, sonuncu bölmədə tədqiqatın aparılması üçün
istifadə edilən ədəbiyyat verilir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə