Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   33   34   35   36   37   38   39   40   41

105
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
olar. Məsələn, Böyük Qafqazın şərq hissəsinin cənub yamac larında
təsadüf  edilən  torlu  süsən  soğanaqla  coxaldığına  və  soğanaqları
torpağın səthinə yaxın yerləşdiyinə görə mal­qaranın otarılmasına
həssasdır.  Torlu  süsənin  kişik  populyasiyasının  yayıldığı  sahəni
mikroyasaqlıq elan etməklə nadir bitkini məhv olmaqdan qorumaq
olar.  Belə  sahələrdə  xüsusi  xəbərdarlıq  işarələrinin  qoyulması,
hasara alınması məqsəduyğundur.
Pasportu  tərtib  edənlər  –  sənədi  tərtib  edənlərin  adı,  soyadı
və  vəzifəsi  göstərilir.  Pasport  bu  qaydaya  uyğun  olaraq  tərtib
edildikdən  sonra  gənc  meşəçilər  meşə  təsərrüfatına,  Ekologiya
və  Təbii  Sərvətlər  Nazirliyinin  ərazi  departamentlərinə  müraciət
edərək sənədləri təqdim edirlər.
Meşədə ekoloji cığırın təşkili
Məktəblilər  meşədə  ekoloji  cığırın  yaradılmasında  fəal  iştirak
edə  bilərlər.  Ekoloji  cığırın  yaradılması  meşəyə  istirahətə  gələn
ekoloji turizm həvəskarlarının təbii obyektlərilə yaxından tanışlığı
üçün  estetik  əhəmiyyətli  ekoloji  maarifləndirmə  vasitəsidir.  Bu
işdə meşə işçiləri və mütəxəssislər yaxından kömək edə bilərlər.
Müəllim şagirdlərlə birlikdə ekoloji cığırın marşrutunu, icra vaxtını,
əsas obyektlərini müzakirə edərək plan hazırlayır.
Ekoloji  cığırın  uzunluğu  2  km­dən  çox  olmamalıdır.  Meşədə
ekoloji  cığırın  yerini  təyin  edərkən  gənc  meşəçilər  nadir  bitki  və
heyvan növlərinin yaşayış yerlərini nəzərə alaraq, onları narahat
etməmək üçün marşrutu dəyişməlidirlər. Meşə ərazisində marşrutu
nadir  təbiət  abidələrinin,  cəlbedici  təbiət  mənzərələrinin  ardıcıl
olaraq bir­birini əvəz etdiyi istiqamətdə təyin etmək olar.
Şəkil 33. Meşədə ekoloji cığırın yaradılması


106
III FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Meşədəki  bulaqların,  meşə  talasının,  möhtəşəm  ağacların
gözəlliyi ilə yanaşı, insanların məsuliyyətsiz münasibəti nəticəsində
qırılmış  ağacları,  yanmış  ərazini,  tonqal  yerini  və  digər  ekoloji
pozuntuları  da  marşruta  daxil  etmək  məqsədəuyğundur.  Belə
olduqda  ekskursiyanın  tərbiyəvi  və  maarifləndirici  rolu  daha  da
artır,  təbiətə  vurulan  yaraların  sağalmasının  uzunmüddətli  bir
proses olduğu nümayiş etdirilir.
Ekoloji cığır nəqliyyat yolunun yaxınlığından başlayaraq dairəvi
davam edərək həmin yerdə də qurtarmalıdır. Milli parklarda gənc
meşəçilər  ekoloji  cığırın  salınmasında  mütəxəssislərə  köməklik
göstərə bilərlər. Şagirdlər ekoloji cığırı xüsusi lövhədə təsvir edib,
əsas müşahidə obyektlərini göstərirlər. Bunun üçün foto­şəkillərdən
və rəsmlərdən istifadə etmək olar. Şəklin altında obyekt haqqında
qısa  və  maraqlı  məlumat  yazılır.  Belə  məlumatlar  meşəyə  gələn
turistlər üçün maraqlıdır, ekoloji biliklərə yiyələnməyə və meşənin
canlılar aləmini daha yaxından tanımağa kömək edir.
Gənc  meşəçilər  marşrut  boyunca  müəllimin  nəzarəti  altında
cığırı daş­kəsəkdən, qurumuş ağaclardan, müxtəlif tullantılardan
təmizləyirlər.  Dik  yamaclarda  torpaq  pillələr  düzəldilir.  Marşrut
boyu  tullantılar  üçün  xüsusi  zibil  qutuları  qoyulur.  Müəyyən
yerlərdə  turistlərin  istirahəti  üçün  kötüklərdən  oturacaq  qoymaq
olar. Bu işdə meşəbəyi və digər mütəxəssislər uşaqlara kömək edə
bilər.  Ekoloji  turizmlə  maraqlananlar  üçün  zooloji  və  ya  botaniki
meydança da təşkil etmək olar. Bunun üçün meşənin yaxınlığındakı
çayın,  gölün  sahilinə,  bulaq  başına,  şəlaləyə  getmək  kifayətdir.
Böyük bir qarışqa yuvası da maraqlı müşahidə obyektinə çevrilə
bilər.  Bu  kiçik  dayanacaqlarda  qonaqları  dərman  bitkiləri,  nadir
çiçəkli bitkilərlə tanış etmək mümkündür. Gənc meşəçilər quşlar və
meşə heyvanları üçün yem təknələri, süni quş yuvaları hazırlayıb
ekoloji cığırda yerləşdirirlər.
Gənc  meşəçilər  ekoloji  cığırın  emblemini  hazırlayırlar.  Burada
şagirdlərin  yaradıcılıq  təxəyyülü  üçün  geniş  imkanlar  vardır.  Hər
bir cığırın öz emblemi ola bilər. Bu emblemləri yağlı boya ilə dəmir
lövhənin  üzərində  çəkib  cığırın  görünən  yerində  vurmaq  olar.
Ekoloji  cığırdan  kənara  çıxmamaq  üçün  ağacların  gövdəsində
rəngli  boya  ilə  dairə  çəkilir.  Bu  işarələr  aydın  görünməli  və
parlaq  rəngdə  olmalıdır.  Eyni  zamanda  uşaqlar  atalar  sözləri  və
aforizmlərdən  istifadə  edərək  kiçik  məlumat  lövhələri  hazırlayıb,
maraqlı təbiət obyektlərinin qarşısında qoya bilərlər. Belə lövhəni
hazırlamaq üçün taxtanın üzərini yandırmaqla yazıları həkk etmək
olar.  Məs;  “Meşənin  təmizliyi  –  bizim  sağlamlığımızdır”,  “Hər  bir


107
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
canlının yaşamaq hüququ vardır”. Bu lövhələr diqqəti cəlb etməklə
ekoloji təbliğat üçün əhəmiyyətli rol oynayır. Dəmir lövhəni ağ və
ya sarı boya ilə rəngləyib, yazıları isə qırmızı və ya qara boya ilə
yazmaqla əyani təbliğatın yaddaşlara həkk olunmasına daha çox
şərait yarada bilərsiniz. Gənc meşəçilər daha çox yadda qalan və
təbəssüm  doğuran  müraciətləri  düşünüb  yazmaqla  öz  aralarında
yarışa bilərlər.
Ekoloji cığırın yaradılması meşəyə dair ekoloji biliklərin artırılması
ilə yanaşı təbiətə qayğı və məhəbbətin artmasına kömək edir. Bu
işdə könüllülük vacib şərtdir. Gənc meşəçilər dəstəsi ekoloji cığıra
nəzarət edərək, turistlər və həmyaşıdları arasında təbliğat aparır,
meşəni tullantılardan, ekoloji pozuntulardan qoruyurlar.
Ekoloji cığırda davranış qaydaları
1.  Ekoloji cığırda hərəkət edərkən qoruq rejiminin qaydalarına
uyğun olaraq davranmaq lazımdır.
2.  İstənilən meşə və su bitkilərini qırmaq, ilbizləri toplamaq,
kəpənək, həşərat kolleksiyası hazırlamaq qadağandır.
3.  Ekoloji  cığırda  rast  gəlinən  cəlbedici  daşları,  arxeoloji
tapıntıları və digər təbiət suvenirlərini toplamaq olmaz.
4.  Meşədə  yalnız  xüsusi  təyin  olunmuş  yerlərdə  tonqal
qalanmasına icazə verilir.
5.  Tonqal yandırarkən odla ehityatla davranmalı, təhlükəsizlik
qaydalarına riayət etmək lazımdır.
6.  Ekoloji  cığırda  ucadan  musiqi  səsləndirmək  olmaz.
Maqnitofon  və  diktofonlara  yalnız  təbiətin  səsini  yazmaq
olar.
7.  Ekoloji cığırda ekskursiya zamanı it və yaxud pişik aparmaq
olmaz.  Cığırda  təsadüf  olunan  tükənməkdə  olan  bitki  və
heyvan  növlərinin  yaşayış  məskənlərini  ev  heyvanlarının
xüsusi marağından qorunmaq lazımdır.
8.  Ekoloji  cığırla  hərəkət  zamanı  məişət  tullantılarını  ətrafa
atmaq  qətiyyən  yaramaz.  Meşənin  estetik  görünüşünü
pozan tullantılar istirahətə gələnlərin əhval­ruhiyyəsinə də
mənfi təsir göstərir.
9.  Ekoloji  cığırdan  kənara  çıxmaq  qadağandır.  Bu  zaman
təsadüfən  incə  bitkiləri  zədələməklə,  nadir  heyvanları
narahat etməklə təbiətin ahəngini poza bilərsiniz.
10.  Ekoloji cığırda müşahidə etdiyiniz quş yuvalarına əl vurmaq,
heyvanların balalarını hürkütmək olmaz.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə