Mövzu Kompüterin əməliyyat sistemləri



Yüklə 28,89 Kb.
səhifə1/4
tarix25.06.2022
ölçüsü28,89 Kb.
#90086
  1   2   3   4
referat 1130 (1)


Mövzu 7. Kompüterin əməliyyat sistemləri.


Əməliyyat sistemi anlayışı. ƏS-nin növləri və funksiyaları. Kompüterin iş rejimləri. ƏS-nin fəaliyyəti. Yaddaşla idarəetmə. Fayl sisteminin təşkili. FAT16, FAT32 fayl sistemləri. Fayl strukturuna xidmət (fayllar yaradılması və adlandırılması, kataloqların (qovluqların) yaradılması, fayl və kataloqların (qovluqların) ləğvi, faylların atributları).


Əməliyyat sistemi anlayışı. ƏS-nin növləri və funksiyaları. Kompüterin iş rejimləri.
Əməliyyat sistemi sistemxidməti proqram vasitələrinin komileksidir. Bu bir tərəfdən BİOS-un tərkibinə daxil olan baza proqram təminatına əsaslanır, digər tərəfdən onun özü daha yüksək səviyyəli tətbiqi əksər xidməti səviyyəli proqram təminatının əsasını təşkil edir (proqram təminatı şərti olaraq baza səviyyəli, sistem səviyyəli, xidməti səviyyəli və tətbiqi səviyyəli olmaqla dörd səviyyədən ibarətdir). Əməliyyat sisteminin rəhbərliyi altında işləyən proqramlar əməliyyat sisteminin əlavəsi adlanır. Bütün əməliyyat sistemlərinin əsas funksiyası vasitəçilikdən ibarətdir. Vasitəçilik aşağıdakı interfeyslərin təmin olunmasından ibarətdir:
1. İstifadəçi ilə kompüterin proqram-aparat vasitələri arasında interfeys (istifadəçi interfeysi)
2. Proqram və aparat təminatı arasındakı interfeys (aparat-proqram interfeysi)
3. Proqram təminatının müxtəlif növləri arasındakı interfeys (proqram interfeysi)
Bir aparat platforması, məsələn İBM PC üçün bir neçə əməliyyat sistemi mövcuddur. Onların fərqinə iki kateqoriyada baxılır: daxili və xarici kateqoriyalar üzrə. Daxili fərq əsas funksiyaların realizə olunma metodu ilə müəyyən edilir. Xarici fərq icə bu sistem üçün əlavənin mövcudluğu və realizə olunması ilə xarakterizə edilir.
Müasir əməliyyat sistemləri proqramların yerinə yetirilməsinin,yaddaşın , giriş-çıxışın, fayl sisteminin, kompüterin aparat qurğularının işinin idarə olunmasını, çoxməsələli rejimi, çoxistifadəçili rejimi, ƏS-nin parametrlərinin sizlanmasını, ƏS-nin kompüter işə salınarkən yüklənməsini, kompüterin fəaliyyətinin təhlükəsizliyini və s. təmin edir.
İstifadəçi interfeysinin realizəsinə görə qeyri-qrafikqrafik ƏS-ni fərqləndirirlər. Qeyri-qrafik ƏS-ri əmr sətrinin interfeysini realizə edir. Bu halda əsas idarəedici qurğu klaviaturadır. Idarəedici əmrlər əmrlər sətri adlanan sahədən daxil dilir və burada onları redaktə etmək olur. Əmrin yerinə yetirilməsi ENTER düyməsini sıxmaqla həyata keçirilir. İBM PC platformasından olan kompüterlərdə əmr sətrinin interfeysini MS-DOS ailəsindən olan əməliyyat sistemləri həyata keçirir. Bu əməliyyat sisteminin 1.0 – 6.2 versiyaları vardır.
Qrafik ƏS-ri daha mürəkkəb tip interfeysi realizə edir. Burada əsas idarəedici qurğu klaviaturadan başqa mausdur. Qrafik ƏS-ri ilə iş ekranı idarə edən aktiv və passiv elementlərin qarşılıqlı əlaqəsinə əsaslanır. Aktiv element mausun göstəricisidir. Passiv idarəetmə elementləri rolunda ekran düymələri, işarələr, çeviricilər, bayraqcılar, menyu sətri və s. götütülür.

Yüklə 28,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə