Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   33   34   35   36   37   38   39   40   41

103
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
nın nümayəndələri  və ya torpaq icarədarları da iştirak edə bilər.
Yeni təbiət abidələrinin təyin olunması üçün gənc meşəçilər tədqiq
etdikləri ərazi haqqında ətraflı məlumat toplamalıdırlar.
Məktəblilər  təbiət  abidəsinin  və  ya  yasaqlığın  ərazisinin  foto­
şəkillərini  çəkib,  xəritəsini  tərtib  edirlər.  Pasportlaşdırma  işləri
alim lər  və  mütəxəssilərlə  müzakirə  edilir.  Mütəxəssislərin  rəyinə
əsasən  sənədlər  düzgün  və  tələb  olunan  səviyyədə  hazırlanır.
Yerli idarəetmə orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
regional  departamentlərinin  razılığı  ilə  məktəb  yasaqlığının  və
ya  təbiət  abidəsinin,  yeni  xüsusi  mühafizə  olunan  təbiət  ərazinin
(XMOTƏ)  yaradılması  barədə  qərar  qəbul  edilir.  Təbiət  abidəsinin
pasportunda və ya məktəb yasaqlığının əsasnaməsində XMOTƏ­nin
mühüm xüsusiyyətləri, sərhəddi və mühafizə rejimi hüquqi cəhətdən
əks olunmalıdır. Buna görə layihə xüsusi dəqiqliklə hazırlanmalıdır.
Obyektin adı – XMOTƏ­nin adı göstərilir.
Yerləşdiyi  ərazi  –  XMOTƏ­nin  yerləşdiyi  torpaq  sahəsinin
mənsub olduğu təşkilat və ya fiziki şəxs göstərilir. Ətraf mühitin
mühafizəsi üzrə qanunvericiliyə uyğun olaraq torpaq icarədarı və
ya mülkiyyətçi torpaq sahəsindəki qorunan bitki, heyvan növlərinə
zərər vura bilməz və qanunun tələblərini yerinə yetirməlidir.
Təbiət  abidəsinin  sahəsi  –  dəqiq  təyin  edilməlidir.  Bu  işdə
torpaq  mülkiyyətçisinin  və  ya  meşəbəyinin  köməyindən  istifadə
etmək olar. Bu zaman ərazinin xəritəsində göstərilən meşə sahəsi
dəqiqliklə təyin edilir.
Təbiət abidəsinin sərhəddi – 1:10000 miqyasında torpaq və ya
meşə  planına  uyğun  olaraq  aydın  görünən  yol,  çay  və  ya  meşə
talalarına əsasən təyin edilir.
Təbiət abidəsinin qısa təsviri – ekskursiya zamanı meşənin bitki
örtüyü, torpağı, heyvanlar aləmi və s. barədə öyrəndikləriniz qeyd
olunur.
Təbiət abidəsinin təyinatı – XMOTƏ­nin təşkilinin əsas məqsədi
və  vəzifələri  göstərilir.  Ətraf  mühitin  mühafizəsinə  aid  ölkə
qanunvericiliyində  dövlət  mühafizəsi  nəzərdə  tutulmuş  təbiət
obyektlərinin  əsas  kateqoriyalarından  hansına  aid  olması  təsvir
edilir  (nadir,  nəsli  kəsilməkdə  olan  növlər,  təbii  komplekslər,
“Qırmızı Kitab”a daxil olan növlər və s.).
Mühafizə olunması nəzərdə tutulan hər bir təbiət obyekti dəqiq
təyin  olunmalıdır.  Nadir  bitki  və  heyvan  növlərinin  əksəriyyəti
meşələrdə  və  ya  meşəətrafı  ərazilərdə  azsaylı  populyasiya
şəklində  təsadüf  olunur.  Bu  nadir  növlər  daim  ətraf  mühitdən
antropogen təsirlərə məruz qaldığından ildən­ilə onların sayının və


104
III FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
növmüxtəlifliyinin  azalması  müşahidə  edilir.  Hər  bir  nadir  növün
populyasiyası  və  yaşayış  məskəni  XMOTƏ­nin  pasportunda  öz
əksini  tapmalıdır.  Məsələn,  meşənin  yaxınlığındakı  dağ  yamac­
larında  nadir  və  endem  bitkilərdən  eyxler  dağlaləsinin  kiçik
populyasiyasına  təsadüf  edilirsə,  pasportda  həmin  ərazini  növün
adı  ilə  adlandırmaq  lazımdır.  Xüsusi  gözəlliyi  ilə  seçilən  yabanı
çiçəkli bitkilər insanlar tərəfindən kütləvi surətdə toplanaraq sayı
azalmaqdadır.  Bu  qayda  üzrə  dəmirağacı,  güləbrişin,  şümşad,
şabalıdyarpaq  palıd,  saqqızağacı  və  digər  “Qırmızı  Kitab”a  daxil
edilmiş növlərin bitdiyi meşə sahələri pasportlaşdırılır.
XMOTƏ­nin  əhəmiyyətinin  nədən  ibarət  olduğunu  göstərmək
üçün pasportda xüsusi qeydlər aparmaq olar. Məsələn, “dəmirağacı
ehtiyatının  qorunması”­  qeydinə  əsasən  XMOTƏ­nin  effektliyini
sahənin ümumi vəziyyətinə və qorunan növlərin sayına əsasən təyin
etmək olar. Dik yamaclarda olan meşə ərazisinin XMOTƏ statusu
alması torpaq eroziyasının qarşısını almaq üçün əhəmiyyətlidir.
Təbiət abidəsinin xüsusi qorunma rejimi – Meşə ərazisində təbiət
abidəsinin  qorunması  üçün  xüsusi  qadağalar  sistemi  tətbiq  olunur.
Əlbəttə ki, siz meşədə göbələk və giləmeyvə toplamağı qadağan edə
bilməzsiniz. Yerli əhalinin narazılığına səbəb olacaq belə təkliflərdən
yan  keçmək  lazımdır.  Lakin  nadir  bitkilərin  qorunması  və  bitki
ehtiyatlarının davamlı istifadəsi barədə xəbərdarlıq işarələri hazırlayıb
həmin  ərazidə  yerləşdirmək  olar.  Bəzən  meşə  sahələri  qanunsuz
olaraq  əhali  tərəfindən  mal­qaranın  otarılması  üçün  istifadə  olunur.
Belə olduqda meşə bitkilərinin məhv edilməsinə, açıq meşə talasında
otlaq  yükünün  normadan  artıq  olmasına  yol  verməmək,  əhali
arasında izahat və təbliğat işləri aparmaq lazımdır. Xüsusən də, nadir
və  tükənməkdə  olan  bitkilərin  məhv  olmasının  qarşısı  alınmalıdır.
Meşədə yuvalayan quşları və kiçik onurğasızları yaşayış məskənindən
hürkütməmək üçün ev heyvanlarını həmin əraziyə buraxmaq olmaz.
Yalnız  meşə  mütəxəssislərinin  xüsusi  ekoloji  ekspert  rəyinə  əsasən
qorunan sahədə qurumuş ağacların və ya budaqların sanitar məqsədli
xidməti  qırılması  həyata  keçirilə  bilər.  Nadir  quşların  yuva  qurduğu
qurumuş ağacların kəsilməsi qadağandır.
XMOTƏ­nin fəaliyyəti ­meşə ehtiyatlarının əhali tərəfindən qida
məqsədləri  üçün  istifadəsinin  təbiət  abidəsinə  təsiri  müntəzəm
olaraq gənc meşəçilərin nəzarəti və müşahidəsi altında olmalıdır.
Ən  çox  yerli  sakinlər  göbələk  və  giləmeyvə  toplayarkən  təbiət
abidəsinin  olduğu  ərazinin  biomüxtəlifliyi  üçün  təhlükə  yarada
bilərlər.  Mal­qaranın  otarılması  məhdudlaşdırılan  ərazidə  nadir
bitki ləri tapdanmaqdan qorumaq üçün mikroyasaqlıq elan et mək


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə