Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   33   34   35   36   37   38   39   40   41

111
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının
atılması,  eləcə  də  tonqal  qalanması  və  ya  ağac  kömür  istehsalı
üçün  xüsusi  ocaqxanaların  təşkil  edilməsi  qadağandır.  Meşəyə
sürtkü  yağları  və  digər  yanar  mayelərdə  isladılmış  materialların
aparılmasına  icazə  verilmir.  Tonqal  qalamaq  üçün  xüsusi  yerlər
ağaclardan xeyli aralıda seçilir. Həmin ərazi otlardan təmizlənir, bel
vasitəsilə çala qazılır. Tonqalın ətrafındakı otlar 0,5­1 m radiusda
təmizlənir.  Ehtiyac  olmadıqda  çox  hündür  ocaq  qalanmamalıdır.
Küləkli  havada  tonqaldan  kənara  qığılcım  düşməməsinə
nəzarət  olunur.  Tonqal  tam  sönənə  qədəır  üzərinə  su  və  torpaq
əlavə  edilir.  Yanğın  təhlükəsi  olan  meşə  əraziləri  2­3  m  enində
şumlanmalı,  tör­töküntüdən  təmizlənməlidir.  Meşədəki  tikililərin
ətrafı 15 m radiusad şumlanır və yanğına qarşı minerallaşdırılmış
zolaqlardan istifadə olunur. Yanğın təhlükəsizliyi qaydalarına görə
meşədən  keçən  avtomobil  yollarının  kənarı  hər  iki  tərəfdə  10  m
məsafədə  tör­töküntüdən,  yanar  materiallardan  təmizlənməli  və
mineralaşdırılmış zolaqlarla təmin edilməlidir.
Meşə  yanğınlarının  qarşısını  almaq  üçün  gənc  meşəçilər  əhali
arasında ekoloji məlumatlandırma və təbliğat işləri apara bilərlər.
Meşə  yanğınları,  bir  qayda  olaraq,  yüksək  temperaturun  təsiri
altında  istilənmiş  sahələrdə,  iynəyarpaqlı  ağacların  bitdiyi  meşə
ərazilərdə,  tör­töküntüsünün  çox  olduğu  yerlərdə,  qurumuş
otlar, şibyə, xəzəl, quru budaqlar, iynəyarpaqlı ağacların qozaları
ilə zəngin meşə döşənəyində daha çox baş verir. Belə sahələrdə
təbliğat plakatları yerləşdirilir.
Plakatlar hazırlanarkən ən çox 3­5 rəngdən istifadə olunmalıdır.
Plakatlardakı  yazılar  inandırıcı  və  sadə  dildə  tərtib  edilir.  Maarif­
ləndirici plakatlar nəqliyyat yollarının kənarında, yanğın təhlükəsi
olan meşə sahələrində, istirahət yerlərində, düşərgələrdə, turizm
məntəqələrində,  milli  parkların  ekoloji  maarifləndirmə  mərkəz­
lərində  yerləşdirilir.  “Meşəni  yanğından  qoruyun!”,  “Tonqal  yan­
dırmaq olmaz!”, “Odla ehtiyatlı olun!”, “Meşə yanğınları­həyat üçün
təhlükəlidir!” və s. mövzulara aid plakatlar əhalinin diqqətini cəlb
edərək, onları meşədə ehtiyatla davranmağa vadar edir. Bundan
əlavə  xüsusi  müraciətnamələr  hazırlanaraq  turistlər,  istirahət
edənlər, məktəblilər və tələbələr arasında paylanılır. Mütəxəssislərin
müşahidəsi göstərir ki, müəyyən bir yerdə ilk dəfə qoyulan lövhə
insanların  diqqətini  cəlb  edərək  onları  ayaq  saxlamağa  vadar
edir. Bir müddət keçdikdən sonra plakatlar yenilənməlidir. Həmin
yerdə eyni məzmunda, lakin rənginə və tərtibatına görə bir qədər


112
III FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
fərqlənən  başqa  lövhə  qoyulduqda  yenə  də  meşəyə  gələnlərin
marağına səbəb olur.
Meşədə yanğın təhlükəsizliyi qaydalarını hər kəs bilməlidir:

Meşədə yalnız xüsusi təyin olunmuş yerlərdə tonqal qalamaq
olar. Bu zaman tonqalı söndürmək üçün su ehtiyatı, bel və
digər avadanlıq olmalıdır!

Yanan ocağı nəzarətsiz qoymaq olmaz! Meşəni tərk etməzdən
əvvəl  tonqalın  su  və  nəm  torpaqla  söndürülməsinə,
közərtinin qalmadığına əmin olun.

Meşə döşənəyinin sıx və qalın olduğu yerlərdə od qalamaq
olmaz!  Bu  zaman  alov  meşə  döşənəyinin  altına  keçərək
yeraltı yanğın törədə bilər.

Meşə yanğınını müstəqil olaraq söndürməyə cəhd etməyin!
Dərhal  əlaqədar  təşkilatlara  və  mütəxəssislərə  müraciət
edin!

Söndürülməmiş  ocaq  aşkar  etdikdə  dərhal  böyükləri
köməyə çağırın və birlikdə alovun söndüyünə əmin olun.

Meşə  yanğınları  barədə  xəbərdarlıq  lövhələri  hazırlayıb
istirahət  yerləində  yerləşdirməklə  təsadüfi  ehtiyatsızlığın
fəlakətli  nəticələri  barədə  insanları  məlumatlandıra
bilərsiniz.

Meşəətrafı  yaşayış  yerlərində  quru  otların  yandırılmasının
qarşısı  alınmalıdır!  Sürətlə  yayılan  alov  güclü  meşə
yanğınına səbəb ola bilər.

Meşə  yanğınlarının  qarşısını  almaqla  siz  yüzlərlə  bitki
və  heyvan  növünü  yaşayış  məskənini  itirməkdən  xilas
edirsiniz!
Meşədə davranış qaydaları
Meşədə olarkən hər kəs müəyyən davranış qaydalarına riayət
etməli,  təbii  sərvətlərin  istifadəsinə  məsuliyyətlə  yanaşmalıdır.
Sadə  qaydaları  yerinə  yetirməklə  meşə  ekosisteminin  normal
fəaliyyətinə  mane  olmadan  və  meşənin  canllılar  aləmınə  zərər
vurmadan  səmərəli  istirahət  etmək,  təbiətin  gözəlliyindən  zövq
almaq mümkündür. Odun məqsədilə yalnız qurumuş ağac budaq­
larından istifadə etmək olar. Əgər ağacın üzərində bircə ədəd də
olsa yaşıl budaq vardırsa, başqa quru ağac axtarmaq lazımdır.
Meşəyə gələn hər bir kəs özü ilə qalın plastik paketlər götürməlidir.
Səyahətin  sonuna  qədər  toplanmış  tullantıları  həmin  paketin
içərisinə  qoyub,  tullantı  üçün  təyin  olunmuş  yerlərə  aparmaq


113
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
III FƏSİL
lazımdır. Meşə üçün çox təhlükəli olan plastik qablar, dəmir qablar,
qaz balonları, yapışqan, konserv qutuları mütləq təcrid ounmalıdır.
Meşədə qarışqa yuvalarının yaxınlığında çadır qurmaq olmaz. Bu
zaman qarışqaların hərəkət etdikləri cığırlar tapdanır, milyonlarla
qarışqa ayaq altında məhv olur. Çadır qurarkən içərisinə döşəmək
üçün  yaşıl  budaqları  kəsməklə  təbiətə  xeyli  zərər  vurulur.  Bircə
gecəliyə  gələn  turistlərin  hərəsi  bir  ağacın  budaqlarını  kəsərsə,
ümumilikdə bu meşəyə vurulan zərərin birə beş artması deməkdir.
Çadır qurarkən ağaclara mismar vurmaq olmaz. Ağacın yarası
sonradan xəstəliktörədici mikroorqanizmlərin məskəninə çevrilərək
illərlə sağalmaq bilmir.
Quru havada ağacların altında tonqal qalamayın. İynəyarpaqlı
ağacın  altındakı  tonqaldan  bir  qığılclm  belə  düşdükdə  yuxarıdan
yanma başlaya bilər. Bu cür meşə yanğınları uzunmüddətli olaraq
böyük sürətlə yayılır.
Tonqalı  mütləq  su  ilə  söndürmək  vacibdir.  Tonqalın  üzərinə
torpaq tökməklə kifayətlənmək olmaz. Torpaqda olan mamır, quru
yarpaqlar,  torf  közlərin  yenidən  alışmasına  səbəb  olur.  Siqaret
kötüklərini  də  yerə  atmaq  olmaz.  Onları  bir  paketə  toplayıb
meşədən çıxarmaq lazımdır.
Meşədəki çaylarda və göllərdə balıq toru qurmaq olmaz. Balıq
ovuna tilovla getmək daha məqsədəuyğundur.
Meşəyə  maqnitofonla  gəlmək­  quşların,  kiçik  heyvanların,
həşəratların sakit həyatını pozmaq deməkdir.
Meşədə etik qaydalara riayət edin!
1.  Meşədə səs­küy salmayın, canlıları hürkütməyin.
2.  Quş  yuvalarına  yaxınlaşmayın,  insanın  izlərini  hiss  edən
ana quş balalarını atıb gedə bilər.
3.  Yuvadakı yumurtaları kolleksiya üçün götürməyin.
4.  Yuvadan  düşən  balaları  evə  aparmayın,  yaxşısı  budur  ki,
yenidən qaytarıb yuvaya qoyasınız.
5.  Ağacların  budaqlarını  qırmayın,  onlar  canlıdır,  lakin  öz
etirazını bildirməkdə acizdirlər.
6.  Xoşunuza gələn kəpənəyi və ya böcəyi tutmayın, bəlkə də
bu yer üzərində həmin növün sonuncu nümayəndəsidir.
7.  Çiçəkləri dərməyin, qoy onlar meşədə çiçəkləyərək dünya­
mızı gözəllikləri və ətirləri ilə bəzəsinlər.
8.  Dərman  bitkiləri  tədarük  edərkən  bütün  növlərdən  olan
sağlam çiçəkləyən və toxumlayan bitkiləri qoruyub saxla­
maq lazımdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə