İCTİMAİ elmləR 2009


Vətəndaşlıq (praktiki hüquq)



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   24   25   26   27   28   29   30   31   32

İctimai elmlər

2009

Vətəndaşlıq (praktiki hüquq) 

İstiqamət – vətəndaşlıq  

1.  Vətəndaşlığın sosial əsaslarını təhlil edir. 

2.  Qanuniliyin mədəni inkişafı haqqında öz mövqeyini  hazırlayır və müdafiə edir.  

3.  Hüquqi dövlətin vətəndaş imkanlarını təhlil edir.   

4.  İctimaiyyət üçün faydalı işlərdə böyüklər və həmyaşıdları ilə əməkdaşlıq edir.   

5.  Demokratiyanın,  qanunun  aliliyi  və  dövlət  idarəçiliyinin  qarşılıqlı  əlaqəsini 

öyrənir. 

  Nəticələr və indikatorlar  

Vət..XI-XII 1. Vətəndaşlığın sosial əsaslarını təhlil edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Öz sinfinin nümunəsində (özünün və sinif yoldaşlarının maraqlarını təhlil etdikdən sonra) 

insanın şəxsi və ictimai maraqlarını müzakirə edir; ümumi maraqları ayırır, hansıların nəzərə 



alınması ictimai razılıq üçün vacibdir

Tarixi  keçmişdən  və  ya  müasir  gerçəklikdən  hər  hansı  bir  ölkəni  seçir  və  onun  sosial 

strukturunu təsvir edir; müxtəlif sosial qrupun hüquqi vəziyyətini, əlaqələrini və hər birinin 



ictimai-siyasi həyatda rolunu müzakirə edir;  nəticələri sinif yoldaşları ilə təhlil edir

Sinif yoldaşları ilə birlikdə sosial qrupu seçir, hansına ki, onun fikrincə, cəmiyyətin dəstəyi 

lazımdır; bu qrupun ümumi məqsəd və məsələlərini üzə çıxarır; sinif yoldaşları ilə birlikdə 



sosial qrupa (və ya konkret nümayəndələrə) yardım tədbirlərini həyata keçirir;  

”Bizim cəmiyyətimiz vətəndaş cəmiyyətidirmi?” mövzusunda debatlar planlaşdırır; rollardan 

birini seçir (məs. mediator, nəzarətçi və ya mübahisə edən tərəf); iştirak zamanı öz mövqeyini 



(nəzəri nizamnamələr və konkret nümunələr) əsaslandırır; opponentlərin qeydlərini nəzərə 

alır və debatların son nəticələrini formalaşdırır. 



Vət. XI-XII 2. 

Qanuniliyin mədəni inkişafı haqqında öz mövqeyini     

 

   

 

hazırlayır və müdafiə edir.  

Nəticə əldə edilmişdir, əgər şagird: 

”Uşaqlar  qanunu  niyə  pozurlar?”  diskusiyasında  iştirak  edir;  həddi-büluğa  çatmamış 

cinayətkarların hüquqlarını müzakirə edir və onların müdafiəsinin qanunverici zəmanətlərini 



müzakirə edir; ”həmyaşıdlarıma nəyi məsləhət verərdim” mövzusunu yazır;  

Müxtəlif  növ (məs: oğurluq, qətl, korrupsiya, diskriminasiya, zorakılıq və sairə) cinayətin 

səbəblərini və onların azaldılması yollarını müzakirə edir;



İ.E.XI-XII. - 5


İctimai elmlər

2009

”Qanunsuz bir gün” qrup işində iştirak edir; qanunsuzluğun cəmiyyət və insanlar üçün hansı 

nəticələri gətirə biləcəyini təsvir edir; qrupun digər üzvləri ilə öz fikirlərini razılaşdırır; 



ümumi fikirlərini sinif yoldaşlarına təqdim edir; 

”Cəmiyyətimizin qanunilik mədəniyyəti varmı?” sinif diskusiyasında iştirak edir; bu məsələdə 

yaşadığı yerin (yaxud ölkənin) insanlarının münasibətlərini qiymətləndirir; vətəndaşların, 



qanunverici və hüquq mühafizəedici orqanların qarşılıqlı əlaqəsini müzakirə edir; sinifdə 

aparılan diskusiyanın protokolunu və ya hesabatını yazır; 



Vət.XI-XII 3. Hüquqi dövlətin vətəndaş imkanlarını təhlil edir.   

Nəticə əldə edilmişdir, əgər şagird: 

Qanunun qəbul edilmə və ya dəyişdirilmə qaydalarını müzakirə edir; adət və qanunların 

ictimai nəzarət mexanizmlərini müzakirə edir və onları müqayisə edir. 



”Hansı qaydalar daha güclüdür – yazılan və ya yazılmayan?” debatlarda iştirak edir; konkret 

misalların (müasir həqiqət, bədii ədəbiyyat və ya tarix) müzakirə edilməsi ilə öz mövqeyini 



əsaslandırır və qiymətləndirmə zamanı əsaslandığı meyarları ayırır;  

Onun hüquqlarının pozulduğu halda, necə hərəkət etdiyini müzakirə edir və izah edir ki, öz 

hüquqlarını müdafiə edərkən başqasının sərbəstliyində niyə hesabat verməlidir; 



Gürcüstan vətəndaşının Konstitusiya qanunları və sərbəstliklərini müzakirə edir; uyğun 

vətəndaş borclarını ayırır; hüquq-öhdəliklərin həyata keçirilməsinin konstitusiya vasitələrini 



müzakirə edir; 

Zaman xəttində onun üçün əhəmiyyətli hüququn tapılması və xüsusi öhdəliyinin əmələ 

gəlməsi mərhələlərini qeyd edir; həmin xətdə o mərhələləri qeyd edir, nə zaman ki, onun 



fərqli (əlavə və ya geniş) hüquq-borcları yaranacaqdır (məs. idarə etmə, seçkilərdə iştirak 

etmək, evlənmək, hərbi xidmət və s.); ”Mənim hüquq və borclarım” adlı esse yazır.  

Gürcütan Konstitusiyasında onun – vətəndaşın şəxsi, sosial-iqtisadi  və siyasi hüquqları və 

sərbəstliklərinin müdafiəsini təmin edən nizamnamələri axtarıb tapır və qruplaşdırır; sinif 



yoldaşları ilə birlikdə bu məsələnin müzakirəsində  vətəndaşın konstitusiya borclarını və 

onlardan kənarlaşan zaman gözlənilən nəticələri təhlil edir. 

İnsan hüquqlarını müdafiə edən beynəlxalq və ya milli sənəd və təşkilatları sadalayır; 

Gürcüstanın və digər ölkələrin nümunəsində bu cür təşkilatların effektivliyini müzakirə 



edir.   

Vət..XI-XII 4. 

İctimaiyyət üçün faydalı işlərdə böyüklər və həmyaşıdları  

 

   

 

ilə əməkdaşlıq edir.   

Nəticə əldə edilmişdir, əgər şagird: 

”Məktəbdə  nəyi  əlavə  edə  bilərik?”sinif  diskusiyasında  iştirak  edir,  hansının  məqsədi 

məktəbin ehtiyacları və sinif yoldaşlarının uyğun imkanlarının dəqiqləşdirilməsidir; ötən 



illərdə onun tərəfindən aparıln analoji işin nəticələrini nəzərə alır və özünün iş planını 

hazırlayır və onu sinif yoldaşları ilə razılaşdırır; planlaşdırılmış fəallıqda (məs.: məktəbin 

kitabxanasının və ya idman zalının doldurulması, kiçikyaşlıları ekskursiyaya aparmaqda 

İ.E.XI-XII. - 6




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə