İCTİMAİ elmləR 2009


  Mühit və sosial sistemlər



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

İctimai elmlər

2009

  Mühit və sosial sistemlər 

Coğ. XI 4.  Dünya əhalisinin yaşayış məskənlərinin xüsusiyyətlərini araşdırır  

 

   

və demoqrafik vəziyyəti təhlil edir.  

Nəticə əldə edilmişdir, əgər şagird: 

Dünya əhalisinin irqi və etnik strukturunun coğrafi xüsusiyyətləri əsasında uyğun xəritə 

tərtib edir; 



Statistik informasiyanın əsasında dinlərin meydana gəlməsi zamanını, bir dini təriqatlı 

ölkələrin sayı və əhalinin (əhalinin çoxluğu) sayına görə əsas dinləri qruplaşdırır; nəticələri 



istədiyi forma ilə (cədvəl, xəritə və s.) ifadə edir

Əldə edilən informasiya əsasında dünyanın dil ailələri və qruplarının coğrafiyası haqqında 

müzakirələr aparır; nəticələri fərqli formatda ifadə edir (mətn materialının xəritədə, cədvəldə, 



sxemdə transformasiyası);   

Statistik informasiyanın təhlili əsasında ölkələri müxtəlif sosial-demoqrafik kateqoriyalara 

əsasən (ömrün uzunluğu, doğum, səhiyyə və təhsil səviyyəsi) qruplaşdırır; nəticələri istədiyi 



formada ifadə edir;  

Statistik  informasiya  və  uyğun  demoqrafik  kateqoriyaların  təhlili  əsasında  demoqrafik 

keçid mərhələlərini müqayisə edir; başqa-başqa mərhələlərdə olan ölkələri cədvəllərdə 



qruplaşdırır;  

Demoqrafik siyasətin əhəmiyyəti haqqında müzakirələr aparır; qrup işi zamanı demoqrafik 

siyasətin  qiymtləndirmə  meyarlarını  hazırlayır,  başqa-başqa  ölkələrdə  həyata  keçirilən 



demoqrafik siyasət nəticələrini (uğurlu və uğursuz) müqayisə və təhlil edir

Dünya əhalisinin artım proqnozunu və onun regional xüsusiyyətlərini təhlil edir; dünya 

əhalisinin gələcək səhnə və nəticələrini istədiyi formada ifadə edir.  



Coğ. XI 5.  Ölkələrin təsnifatı əsasında onların inkişaf perspektivlərini təhlil  

 

   

edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

BMT-nin (human inkişaf indeksi) təsnifatına əsasən hər qrupda birləşmiş ölkələri onlar 

üçün xarakterik olan təbii şərtlərinə görə müqayisə edir (xarakterik landşaft: tropik meşələr, 



landşaftlar və s.); öz düşüncələrini müxtəlif fomalarla ifadə edir;  

Xəritələrdə və digər coğrafi vasitələrdə verilən informasiya əsasında, BMT-nin təsnifatına 

əsasən hər qrupda birləşmiş ölkələrin təsərrüfatlarının qabaqcıl sahələrini xarakterizə edir 



müqayisə edir

Fikirlərini söyləyir və qrup işi zamanı müxtəlif ölkələrin inkişafı üçün əhalinin, resursların 

və ənənələrin səmərəli istifadəsinin əhəmiyyətini əsaslandırır; 



BMT-nin  təsnifat  ölkə  qruplarını  təbii  şərtlərin,  təsərrüfat  sahələrinin,  əhalinin 

perspektivlərinə əsasən müqayisə edir; bu qruplar arasında mümkün əlaqələr haqqında öz 



fikirlərini söyləyir.  

İ.E.XI. - 7




İctimai elmlər

2009

Coğ. XI 6.  Ölkələri başqa-başqa xüsusiyyətlərinə əsasən müqayisə edir və  

 

   

oxşarlıq-fərqlərin səbəblərini müqayisə edir.

  

Nəticə əldə edilmişdir, əgər şagird: 

Xəritə və digər coğrafi vasitələrin köməkliyi ilə ölkələrin təbii şərtlərini araşdırır; digər 

ölkələrdən analoqlar gətirir (məs.: tropik meşələr, səhra, tayqa və s.)



Əhalinin statistik göstəricilərini təhlil edir (xəritələr, cədvəllər, qrafiklər, diaqramlar və 

s.), əhalinin sıxlığı, yaşayış yerlərinin xüsusiyyətləri və demoqrafik vəziyyəti haqqında 



müzakirə aparır; başqa ölkələrin analoji göstəricilərini müqayisə edir və nəticələri müxtəlif 

formalarda ifadə edir; 

Öyrəniləsi  ölkələrin  ənənələrinin  meydana  gəlməsinin  coğrafi  və  tarixi-mədəni 

xüsusiyyətlərini araşdırır; digər ölkələrlə müqayisə edir və fərziyyə irəli sürür ki, ölkənin 



inkişafı üçün çoxsaylı ənənələrdən necə istifadə etmək olar;  

İqtisadi işlərin sahə strukturları əsasında cədvəldə ölkələri inkişaf mərhələlərinə əsasən 

qruplaşdırır (aqrar, industrial, postindustrial);  



 

Aqrar 



İndustrial 

Postindustrial 

#

Ölkə 


İşlə təminat 

strukturu 

%-lə 

Hissə  %-lə



İşlə təminat 

strukturu 

%-lə

Hissə  %-lə



İşlə təminat 

strukturu %-lə  Hissə  %-lə

Kənd təsərrüfatı

Sənaye


Xidmət

Kənd təsərrüfatı

Sənaye

Xidmət


Kənd təsərrüfatı

Sənaye


Xidmət

Kənd təsərrüfatı

Sənaye

Xidmət


Kənd təsərrüfatı

Sənaye


Xidmət

Kənd təsərrüfatı

Sənaye

Xidmət


1

ABŞ 


X

X

X



X

X

X



2

Yaponiya 

X

X

X



X

X

X



3

Banqladeş 

X

X

X



X

X X


4

Çin 


X

X X


X

X

X



5

Braziliya

X

X X


X

X

X



İxrac-idxal göstərişlərinə əsasən ölkənin resurs və təsərrüfatının ixtisas sahələri haqqında 

müzakirələr aparır; ölkələri qeyd olunan göstəricilərə əsasən müqayisə edir;    



Ölkədə mövcud olan problemləri təhlil edir (resurslar, sosial-iqtisadi, siyasi və ekoloji); 

mövcud problemlərin uğurlu həlli yolları haqqında fərziyyələr irəli sürür; 



Mətni informasiyanı və digər növ coğrafi vasitələri təhlil edir və seçilən ölkənin dünyanın 

fonunda necə dəyişdiyini müəyyən edir; ölkənin gələcək perspektivlərini (sosial-iqtisadi və 



hərbi-siyasi potensial). 

İ.E.XI. - 8




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə