Metodika 343 Tarix və onun problemləri, №3 2013



Yüklə 72,4 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü72,4 Kb.
#3885
növüMühazirə


Metodika                                                                  343 

Tarix və onun problemləri, № 3 2013 

 

 

AFAQ QASIMOVA 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

ALI MƏKTƏBDƏ VƏTƏN TARIXI ÜZRƏ MÜHAZIRƏLƏRIN TƏŞKILINDƏ 

MÜZAKIRƏ METODUNDAN ISTIFADƏ 

 

Açar sözlər: diskussiya, carpaz müzakirə, müzakirə xəritələri, klassik dioloq, “akvarium”, acıq 

iclas, dairəvi müzakirə, şüurlu mənimsəmə 



Ключевые слова: дискуссия, перекрестное обсуждение, карты обсуждения, классичес-

кий диалог, "аквариум", открытое заседание, круглый стол, сознательное усвоение 



Key words: discussion, cross discussion, discussion maps, classical dialogue, “aquarium”, 

open meeting, round discussion, conscious appropriation 

 

Son beş-altı ildə yeni təlim metodlarından istifadə ali məktəblərdə də tətbiq olunmağa 



başlayıb. Ali məktəb müəllimləri arasında aparılan treniqlər, eləcə də kütləvi informasiya vasi-

tələri ilə aparılan maarifləndirmə işi öz müsbət töhfəsini verib.  

Apardığımız müşahidə  və araşdırmalardan aydın olur ki, ölkənin ali  məktəb  müəllim-

ləri Vətən tarixinin təlimində yeni təlim texnologiyalarından yüksək pedaqoji ustalıqla olmasa 

da bacarıq və imkanları daxilində istifadə edirlər. 

Ali  məktəb  müəllimləri  mühazirələrin  təşkilində  və  aparılmasında  müzakirə  metodun-

dan daha çox istifadə edirlər. 

Elmi-metodik ədəbiyyatlarda bu sahədə geniş məlumat verilir (1, səh.77). 

Müzakirə üçün seçilmiş mövzu və ya məsələ ətrafında ideyaların, məlumatların, təəssü-

ratların,  tənqidin  və  təkliflərin  qarşılıqlı  və  struktur  mübadiləsidir.  Müzakirə  fəal  təlimdə  ən 

çox istifadə olunan metoddur və onun bir neçə növü var. 

Hər növ müzakirənin aşağıdakı əsas vəzifələri var: 

1) Problemi təhlil etmək, həlli yolunu tapmaq, qərar qəbul etmək bacarığının formalaş-

dırılması;  2)  Müzakirə  etmək  bacarığının  formalaşdırılması,  tolerantlığın  aşılanması;  3)  Fəal 

dinləmə  mədəniyyətinin  formalaşdırılması;  4)  Mənbələrlə  işləmək  bacarığının  formalaşdırıl-

ması; 5) Lazımı məlumat seçmək; 6) müzakirəni mövqeyə uyğun ardıcıl, dolğun qurmaq (ar-

qumentləşdirmək); 7) Mövqeyi məntiqi təqdim etmək bacarığının formalaşdırılması; 8) Mən-

tiqi və tənqidi təfəkkürün inkişaf etdirilməsi; 9) Fərdi, cütlərlə, qruplarla işləmək bacarığının 

formalaşdırılması; 10) Şifahi nitqin inkişafı; 

Metodik  ədəbiyyatda  müzakirə  metodunun  texnikaları,  tətbiqi  variantları  aşağıdakı 

qaydada təsvir edilir. 

1)  diskussiya;  2)  carpaz  müzakirə;  3)  müzakirə  xəritələri;  4)  klassik  dialoq;  5)  “akva-

rium”; 6) açıq iclas; 7) dairəvi müzakirə. 

Diskussiyanın tətbiqində əsas məqsəd iştirakçılar müzakirə olunan məsələyə dair öz fi-

kirlərini  başqalarına  çatdırır,  onları  təsdiq  etməyə  çalışır,  faktları  təhlil  edir,  problemin  həlli 

yollarını təklif edirlər.  

Müzakirə aşağıdakı məqsədlərə nail olmaq üçün aparılır: 

1. Anlayış və ideyaların yoxlanılması və aydınlaşdırılması;  

2. Məlumat və ideyaların təşkil olunması və birləşdirilməsi; 

 



344                                                                       Metodika 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



3.  Analoqların,  oxşarlıqların,  fərqlərin  tədqiq  olunması  və  alternativ  həll  yolları  olan 

problemlərin həll olunması; 

4. Razılığa gəlməyə nail olunması; 

Alqoritm: 

1. Tələbələri müzakirə qaydalarını xatırlamaq. 

2. Tələbələrə yarımdairəvi və ya dairəvi şəkildə otuzdurmaq. 

3.Müzakirə  mövzusunu  aydın  şəkildə  və  tələbələrin  öz  ideyaları  ifadə  edə  biləcəkləri 

tərzdə təqdim etmək. 

4.  Müzakirəni  inkişaf  etdirəcək  suallar  verməklə  və  tələbələrin  cavablarını  nəzərdən 

keçirməklə müzakirəni tənzimləmək. Müzakirə zamanı məsləhət olunur ki: 

a) “Bəli” və ya “xeyr” cavabı suallar əvəzinə açıq suallar verilsin. 

b) Mövzunu daha dərindən başa düşmək üçün müəllim belə sual verə bilər: “Nə üçün 

siz belə düşünürsünüz?”. 

c)  Müzakirəni  mövzuya  və  ya  təhlil  olunan  situasiyaya  səmərəli  yanaşmağa  imkan 

verəcək istiqamətdə aparmaq üçün  müxtəlif suallar verilsin, məsələn: Nə baş verdi? Nə üçün 

bu baş verdi? Bu, başqa cür baş verə bilərdimi? Necə  Siz bu vəziyyətdə nə edərdiniz? Sizin 

fikrinizcə həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu,düz idimi? Nə üçün?  

Şərtlər: 

1)

 

Diskussiyalar həm bütün auditoriya ilə (böyük qrupda), həm də kiçik qruplarda 



aparıla bilər. 

2)

 



Tələbələrə kifayət qədər vaxt verilməlidir ki, öz cavabları haqqında düşünsünlər 

və onları təşkil etsinlər.  

3)

 

 Bütün tələbələrin müzakirədə iştirak etmək hüquqlarının olduğunu hiss etdikləri 



təhlükəsiz  bir  mühit  yaratmaq  üçün  müəlim  tələbələrin  hamısının  başa  düşə  və  hörmət  edə 

biləcəyi müzakirə qaydaları sıyahısı tərtib etməlidir. Bu siyahı dərs ilinin əvvəlində hazırlana 

bilər müəllim vətələbələr gələcəkdə lazım olduqca dəyişdirilə bilən ümumi qaydalar barəsində 

razılığa  gəlirlər.  Qrup  halında  müzakirələrin  (diskussiyaların)  keçirilməsi  qaydaları  qrupda 

qarşılıqlı fəaliyyət zamanı istifadə edilən davranış qaydaları ilə eynidir. 

4)

 



İmkan  vermək  olmaz  ki,  utanmayan  tələbələr  müzakirələrdə  üstünlük  təşkil 

etsinlər və ona görə də utancaq tələbələri müzakirələrdə iştirak etməyə ruhlandırmaq lazımdır. 

5)

 

Təhlil, sintez və situasiya ilə bağlı elementlərin qiymətləndirilməsini tələb edən 



sualar verilməlidir. 

6)

 



 Tələbələrin cavablarındakı düzgün cəhətlər xüsusi vurğulanmalıdır. 

Debatlar  (çarpaz  müzakirə)  hər  bir  kəsin  müzakirədə  iştirakının  təmin  edilməsi  ilə 

nəticələrinin  xüsusi  sxemdən  istifadə  edən  strategiya  formalarından  biridir.  Debatların 

tətbiqində  əsas  məqsəd  diskussiyanın  yalnız  bir-birinə  opponentlik  (etiraz)  edən  tərəflərin 

arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, 

debatlar  opponentini  deyil,  üçüncü  tərəfi  inandırma  prosesini  nəzərdə  tutur.  Üçüncü  tərəfin 

vəzifəsi  hər  bir  tərəfin  mövqeyini  dinləyib,  öz  seçimini  etməkdir.  Bu  seçim  yalnız  bir  şeyə 

“Bu tərəf məni inandırdı!” təsdiqinə əsaslanır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas 

məqsədi  dəlil  və  sübutlarının  köməyi  ilə  üçüncü  tərəfi  öz  mövqeyinin  düzgünlüyünə 

inandırmaqdır.  Bu  prosesin  yekunları  əsasında  ona  həmçinin  qərarların  qəbulu  kimi  baxmaq 

olar.  



Metodika                                                                  345 

Tarix və onun problemləri, № 3 2013 

 

Debat  prosesində  aşağıdakı  tələbələr  (2.səh.79)  bacarıq  və  keyfiyyətərə  nail  ola 

bilərlər:1) Mövzunun araşdırılması; 2) Əsas anlayışlarla; 3) Dəlillərlə iş; 4) “Çarpaz sualların” 

hazırlanması; 5) Natiqlik məharəti; 6) Hakimlik və ya qərarları necə qəbul etməli. 

Alqoritm:  

1. Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan məsələni açıq-

layan, birmənalı cavab tələb edənsual (yəni elə bir sual ki, ona müsbət və yamənfi cavab verə 

bilər) hazırlanmasını tələb edir. “Debatlarda” mövzu sual yox, təsdiq formasında ifadə edilir. 

2.  Rolların  müəyyənləşdirilməsi  (“A”  və  “B”  spiker  komandaları,  hakim,  “taym-kip-

per”). Debat iştirakçıları və ya debatçılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi 

təmsil edən hakimlər qarşısında spiker komandaları (“A” və “B” mövqeyi) arasında keçirilir. 

a) Təsdiqedici “A” mövqeyinin spikeri debatların mövzusunu onun ifadə edildiyi kimi 

təsdiq edirlər.  

b)  Təkzibedici  “B”  mövqeyinin  spikerləri  “A”  mövqeyini  təkzib  etməyə  borcludurlar, 

bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzib etmədən sonra öz meyar və dəlillərini təklif 

edirlər.  

c) Hakimin  vəzifəsi bu  mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi  möv-

qeyindən asılı olmayaraq müəyyən etməkdir.  

d) Debatlar prosesində çıxışların vaxt rejimini təmin “taym-kipperlər” iştirak edirlər. 

3. Dəlillərin hazırlanması. Arqument (dəlil) faktlar əsasında çıxarılan nəticədir; mövzu-

nun  tədqiqinin  nəticəsidir.  İştirakçılar-spikerlər  (cütlər  və  ya  kiçik  qruplar)  sualın  müzakirə-

sinə  başlayır  və  əvvəlcə  müsbət,  sonra  isə  mənfi  cavabları  əsaslandıran  4-5  dəlil  göstərirlər. 

Tərəflər öz  mövqelərinin  müdafiəsi üçün arqumentləri toplamalıdılar. Hər qrupa özlərinin ən 

yaxşı arqumentlərini müəyyən etmək 7-8 dəqiqə vaxt ayırılır. 

4.  Debat  və  çarpaz  suallar.  Sonra  iştirakçılardan  öz  dəqiq  mövqeyilərini  müəyyən  et-

məkvə iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika (müzakirə) apa-

rılır.  Debatlar  zamanın  bir  mövqeyin  suallarından  və  digərmövqeyinspikerlərinin  cavabların-

dan ibarət olan və xüsusi fərqləndirilən raunddur. Debatlar spikerləri arqumentləri irəli sürər-

kən,  sübut-dəlilləri,  onların  mövqeyini  təsdiq  edən  faktları,  statistik  göstəriciləri,  mütəxəsis-

lərin ekspert rəylərini də təqdim etməlidirlər. 

5.  Nəticə  çıxarma  və  qiymətləndirmə.  Hakim  daha  inandırıcı  mövqelərdən  çıxış  edən 

komandanı seçir. O yalnız eşitdikləri əsaında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir 

ki, o öz seçimini əsaslandıra bilsin. Verilən sualların və alınan cavbaların keyfiyyəti iştirakçı-

ların  debatların  mövzusunu  nə  dərəcədə  dərindən  və  hərtərfli  mənimsədiklərndən  asılıdır. 

Buzaman  spikerin  alınmış  cavabları  nə  dərəcədə  ustalıqla,  opponentin  mövqeyini  zəiflətmək 

və öz mövqeyinin gücləndirmək üçün edə bilməsi də qiymətləndirirlir. 

Müzakirə xəritələrinin tətbiqində əsas məqsəd debat üçün hazırlıq rolunu oynaya bilər. 

Arqument  təhlili  tələbələrə  müzakirə  olunan  məsələ  barəsindəki  mövqeləri  haqqında  düşün-

mək imkanı verir. 

Alqoritm:  

1. Mövzunu müəyyənləşdirmək. Mövzu ziddiyytəli yanaşmalardan istifadə etməyə im-

kan verməlidir. 

2. Mövzuya dair problemin üzə çıxarılması, ziddiytəli sualın qoyulması 

3. Mövqelərin müəyyənləşdirilməsi (fərdi) 

4. Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sübutların tapılması)ş 

5.  Tələbələri  arqumentləri  müəyyənləşdirirlər.  Lehinə  və  əleyhinə  arqumentlərin 

siyahılaşdırırlar. 



346                                                                       Metodika 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Arqument 



(iddiaçı) 

əks-arqument 

(opponent) 

Problemin 

həlli 

(vasitəçi) 

6. Uyğun mövqelərini cütlükdə birləşdirilməsi, arqumentlərin təhlili, oxşar və fərqlərin 

üzə çıxarılması. Tələbələr cüt-cüt işləyərək iki ən uzun “lehinə” və “əleyhinə” sıyahısını tərtib 

edirlər. 

7. Hər bir cüt baqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər. 

8. Auditoriya arqumentlər barəsində düşünür və lehinə, yaxud da əleyhinə qərar qəbul 

edir. 

9. Eyni mövqelərin (cütlərin) qruplarda birləşməsi, arqumentlərin dəqiqləşdirilməsi. 



10. Problemə dair mövqelərin dinlənilməsi (auditoriya ilə) 

11. müzakirənin aparılması arqumentlərin təhlili 

12. Qərarın qəbul edilməsi. 

13. Ümumiləşdirilmə. 

Şərtlər: 

İş forması: cütlərləvə bütün auditoriya ilə birlikdə: 

Klassik  dioloq  və  ya  Sokrat  dioloqu  debatlar  ilə  demək  olar  ki,  oxşar  alqoritm  üzrə 

aparılır. Klassik dioloqun əsas məqsədi problemin həlli ən səmərəli yolu müəyyən etməkdir. 

Alqoritm: 

Debatda olduğu kimi buradada xüsusi sxemdən istifadə edilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sxemdədən  görünür  ki,  klassik  dioloqda  3  tərəf  (iddiaçı,  opponent  və  vasitəçi)  iştirak 

edir.  Onlardan  3  komanda  təşkil  edilə  bilər,  lakin  dioloq  zamanı  komandaların  yalnız  nüma-

yəndədələri iştirak edir. Debatdan fərqli olaraq, klassik dioloqda iddiaçının və onun opponen-

tin  müzakirəsində  üçüncü  tərəfi  inandırma  deyil  problemin  həlli  üçün  vasitəçi  şəxsə  əsaslı 

dəlillər  təqdim  etməkdir.  Üçüncü  tərəfin  mövqeyini  dinləyib,  bu  mövqelərdə  olan  faydalı 

ideyaları müəyyən edib kompomiss və daha səmərəli yolu tapmaqdır.  

Bu  üsulun  şərtləri,  vasitələri  və  yarana  biləcək  problemləri  debat  üsulundankı  ilə 

oxşardır. 

“Akvarium” un tətbiqində əsas məqsəd diskussiya vərdişlərini inkişaf etdirmək. Burada 

qrupların vahid fikrə gəlməsi önəmli deyil. Başlıcası - problemin müzakirəsində irəliləmək və 

düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.  

Alqoritm:  

“Akvarium” un keçirilməsinin 1-ci variantı: 




Metodika                                                                  347 

Tarix və onun problemləri, № 3 2013 

 

1.Tələbələri 2 qrupa bölürlər. Bir qrup stularda əyləşərək daxili dairə təşkil edir: bu iş-

tirakçılar müəllimin təklif etdiyi problemi müzakirə edəcəklər. Digər qrup xarici dairədə stul-

larda oturur: onlar diskussiyanı müəyyən qaydalar üzrə keçib-keçmədiyini müşahidə edəcək-

lər. 

2.Müəyyənolunmuş mövzu üzrə birinci qup diskussiya aparır. 



3.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussi-

yanın  gedişini  qiymətləndirir  və  qruplar  yerini  dəyişərək  bu  və  ya  digər  problemin  müzaki-

rəsini davam etdirirlər. 

“Akvarium” un keçirilməsinin 2-ci variantı: 

1.“Daxili  dairənin”  iştirakçıları  müəllimin  təklif  etdiyi  problemi  müzakirə  edirlər. 

“lehinə” olan dəlilləri irəli sürürlər. 

2.Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər: onlar dəlilləri dinləyir, yazıya 

alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar. 

3.  15-20  dəqiqədən  sonra  diskussiya  dayandırılır,  xarici  və  daxili  dairədən  olan  tələ-

bələr  öz  yerlərini  dəyişirlər.  İndi  onlar  diskussiya  apararaq,  əvvəlki  iştirakçıların  dəlillərini 

təkzib etməlidirlər. 

Şərtlər: Bütün qaydalar diskussiyadan öncə ciddi şəkildə müəyyən edilməlidir 

Vasitələr: kağız və marketlər, mühazirə mətnləri. 

Gəncə Dövlət Universitetinin professoru, tarix üzrə elmlər doktoru Həsənbala Sadıqov, 

Azərbaycan tarixi kursunda“XX  əsrin 90-cı illərinin ikinci yarısında  Azərbaycan iqtisadi dir-

çəliş”  (3,  səh.316-349)mövzusunda  mühazirənin  müzakirələr  metodu  ilə  tədrisi  nümunəsinə 

diqqət yetirək.  

Professor H.Sadıqov problemi müəyyənləşdirmək və aktuallaşdırmaq, eləcə də tələbə-

lərdə sərbəst düşünmə qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə tələbələrə müraciət edir və 

mühazirənin mətnini tələbələrə paylayır.  

1.

 

Azərbaycanda  “Əsrin  müqaviləsi”  fəaliyyətə  başladıqdan  sonra  ölkənin  iqtisadi 



həaytında dəyişiklikləri necə təsəvvür edirsiniz? 

2.

 



 Həmin illərdə hansı xarici dövlətlər Azərbaycana invistisya qoydular? 

3.

 



Əhalinin güzəranında nə kimi dəyişiklər nəzərə çarpırdı? 

4.

 



Hansı dövlətlərölkənin iqtisadi cəhətdən dirçəlməsinə köməklik edirid? 

5.

 



Mədəni həyatdakı yeniliklərin səciyyəvi cəhətləri hansılar idi?  

6.

 



Təhsil sahəsində nə kimi uğurlar əldə edilmişdir? 

Müəllim motivasiya prosesində hansı problemləri öyrəniləcəkləri haqda tələbələrdə tə-

səvvür yaratdıqdan sonra, tələbələrə aydın olur ki, problem XX əsrin 90-cı illərinin ikinci ya-

rısında  Azərbaycanın  iqtisadi  dirçəlişidir.  Müəllim  problemin  öyrənilməsinə  yönəlmiş  fər-

ziyyə xarakterli suallar qoymaqla başlayır. 

Dərsin ikinci mərhələsi-tədqiqatın aparılması. 

1)Əhalinin güzəranının yüksəlməsini əks etdirən faktları mühazirənin mətnindəki axta-

rın;  2)  Özünəqayıdış  və  bəşəri  dəyərlərə  yiyələnmə  sahəsində  uğurları  müəyyənləşdirin;  3) 

Təhsil sahəsində əldə edilən naliyyətləri məntiqi və xronoloji ardıcıllıqla şərh edin; 4) Mədəni-

maarif  sahəsindəki  uğurlar  haqqında  məlumat  verin;  5)  Elm  sahəsinə  qayğını  faktlarla  şərh 

edin; 6) Ədəbiyyat və incəsənət milli-bəşəri mənəvi dəyərlərin inkişafını müəyyənləşdirin; 7) 

Milli  ideologiyasının  və  dini  inanclara  münasibət  sahəsindəki  müsbət  dəyişikliklər  haqqında 

nə bilirsiniz? 

Dərsin  üçüncü  mərhələsi-informasiya  mübadiləsi:  Bu  mərhələdə  verilən  tədqiqat  sual-

larının mühazirə mətnindən tapılması prosesi gedir. Tələbələr tədqiqatın gedişində əldə etdik-



348                                                                       Metodika 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

ləri  tapıntıları,  yeni  informasiyanın  mübadiləsini  aparırlar.  Qoyulmuş  suallara  cavab  tapmaq 



zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. 

Dərsin dördüncü mərhələsi-informasiyanın müzakirəsi və təşkilidr. Müəllim motivasiya 

prosesində əldə edilmiş bilikləri və informasiyaların müzakirəsini təşkil edir. 

Dərsin  beşinci  mərhələsi  nəticə  və  ümumiləşməyəyönəldilir.  Tələbələrin  ölkənin  iqti-

sadi dirçəlişinin səbəblərini, gedişini, mərhələlərini mənimsəyir və əldə etdikləri bilikləri ümu-

miləşdirirlər. Müəllimin köməyi ilə iqtisadi dirçəliş nəticəsində əldə edilmiş nailiyyətləri mü-

qayisə edir, tutuşdurur, oxşar və fərqli cəhətlərini üzə çıxarırlar, 

Mühazirənin altıncı mərhələsi yaradıcı tətbiqetmədir. Professor H.Sadıqov yaradıcı tət-

biqetmə prosesini həyata gecirmək  məqsədi ilə tələbələrə aşağıdakı  məzmunda çalışma təklif 

edir: 


1)Əhalinin sosial vəziyyətinin və məişətinin dəyişməsinin iqtisadi və siyasi səbəblərini 

müəyyənləşdirin; 2) Mədəni irsimizə yiyələnmə, özünəqyıdışın və bəşəri dəyərlərə yiyələnmə-

yin  motivləri  haqqında  fikrinizi  ümumiləşdirilmiş  şəkildə  şərh  edin;  3)  Təhsil,  elm,  incəsə-

nətin, ədəbiyyatın, milli-mənəvi dəyərlərini inkişafına təkan verən səbəbləri müəyyənləşdirin. 

Qeyd: Mühazirənin həm motivasiya, həm tədqiqatın aparılması, hən informasiya müba-

diləsi və informasiyanın müzakirəsində, nəticə, ümumiləşdirmə və yatadıcı tətbiqetmədə tələ-

bələr  çox  fəal  istirak  etmişlər.  Mühazirədə  qiymətləndirmə  apardığımız  üçün  bu  barədə  fikir 

söyləmirik. Mühazirəningedişinin müşahidəsi və analitik təhlili göstərir ki, tələbələr mühazi-

rənin 60-70% -ni mənimsəmişlər. 

Elmi nəticə: Ali məktəbdə Vətən tarixinin təlimində dioloji metoda əsaslanan müzakirə 

metodunun  didaktik  imkanlarının  üzə  çıxarılması  və  onun  tətbiqi  ilə  təlimin  keyfiyyətinin 

əsaslı şəkildə yeniləşməsidir. Müzakirə metodunun tətbiqi biliklə yanaşı, tələbələrin şəxsiyyət 

kimi formalaşmasına da motiv yaradır. 

Elmi  yenilik:  Ali  məktəbdə  Vətən  tarixininyeni  təlim  texnologiyaları  ilə  təlimin 

didaktik  prinsip  və  tələblərinin  sistemli  şəkildə  tədqiqidir.  Eləcə  də  müzakirə  metodundan 

istifadənin formalarının, metodlarının və onun reallaşması istiqamətinin şərhidir. 

 

İstifadə edilmiş ədəbiyyat: 

 

1.Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı, 27 səh. 9-10 



2. Балаев А.А. Активные методы обучения. М,1986,стр.79 

3. Məmmədov S. Azərbaycan tarixi Bakı, Çaşıoğlu, 2007, səh.326-349 

 

АФАГ ГАСЫМОВА 

Доктор философии по педагогике, доцент 

 

ИСПОЛЬЗОВАНИЕ МЕТОДА ОБСУЖДЕНИЯ В ОРГАНИЗАЦИИ 

В ВЫСШЕЙ ШКОЛЕ ЛЕКЦИЙ ПО КУРСУ "ИСТОРИЯ ОТЕЧЕСТВА" 

 

В статье обоснована актуальность проблемы. В ней объясняется метод обсужде-

ния,  а  также  варианты,  техники,  приемы  его  применения.  Были  определены  дидакти-

ческие основы применения метода обсуждения в высшей школе. Проясняется сущность 

каждого  приема,  который  входит  в  содержание  метода  обсуждения.  Приводится 

образец одной лекции, где говорится о применении метода обсуждения.  

 



Metodika                                                                  349 

Tarix və onun problemləri, № 3 2013 

 

 

AFAQ GASIMOVA 

Assistant professor, Doctor of Philosophy in pedagogy 

 

USING THE METHOD OF DISCUSSION IN THE ORGANIZATION 

OF REMARKS ON MOTHERLAND HISTORY IN HIGH SCHOOL 

 

In  the  article,  the  actuality  of  the  problem  has  been  substantiated,  discussion  method 



and  its  application  variants,  techniques,  and  methods  have  been  interpreted.  Didactic 

principles  of  application  of  discussion  method  in  high  schools  have  been  identified.  The 

essence of each method included in the content of discussion method was also interpreted. The 

sample of lecture relating to the application of discussion method was also given.  



 

Rəyçilər: p.e.d. M.M.Əmirov, t.e.d.A.İ.İsgəndərov 

Azərbaycan  Müəllimlər  İnstitutu  Qazax  filial  02  may  2013-cü  il  tarixli  iclasının 

qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№10.) 

 

Yüklə 72,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə