Peşəkar mühasib sertifikatı nədir və bu sertifikat kimlər üçün və nə üçün vacibdir. İlk öncə peşəkar mühasib



Yüklə 19,22 Kb.
səhifə1/4
tarix11.12.2023
ölçüsü19,22 Kb.
#145069
  1   2   3   4
Təqdimat (1)


Peşəkar mühasib sertifikatı nədir və bu sertifikat kimlər üçün və nə üçün vacibdir.

İlk öncə peşəkar mühasib kimdir aydınlıq gətirək.




Peşəkar mühasib Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almışpeşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Deməli peşəkar mühasib olmaq üçün ilk öncə imtahandan uğurla keçmək daha sonra isə peşəkar mühasib təşkilatının üzvü olmaq lazımdır.
Peşəkar mühasib sertifikatı isə şəxsin Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.

Daha sonra bu sertifikat kimlər üçün və nə üçün vacibdir ona baxmaq lazımdır.


Bildiyimiz kimi Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Bununla yanaşı yuxarıda qeyd edilən təşkilatların baş mühasibləri peşəkar mühasib olmadığı hallarda sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsin ən azı iki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin isə ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanın hər bir mərhələsində 40 test tapşırığı təqdim edilir və imtahanın hər bir mərhələsi 3 (üç) saat vaxt verilir.


İmtahanın birinci mərhələsində təqdim olunan test tapşırıqlarından 30-u qapalı tipli, 10-u açıq tipli,
İmtahanın ikinci mərhələsində təqdim olunan test tapşırıqlarından isə 35-i qapalı tipli, 5-i açıq tipli test tapşırıqları olur.

Yuxarıda qeyd edilən bütün səviyyələr üzrə imtahanın birinci mərhələsində olan qapalı test tapşırıqlarından 5 (beş) imtahan proqramında qeyd edilən Qanun və qaydalardan, yerdə qalan qapalı tipli 25 (iyyirmi beş) və açıq tipli tapşırıqlardan 8 (səkkiz) standartlardan, həmçinin 10 balla qiymətləndirilən 2 (iki) sual standartlardan və praktikadan (maliyyə hesabatlarından) olacaqdır.


İmtahanın ikinci mərhələsində düşəcək açıq və qapalı test tapşırıqları isə aşağıdakı qaydada olacaqdır.


İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə 10 (on) qapalı tipli test tapşırığı büdcə qanunvericiliyi, 5 (beş) qapalı tipli test tapşırığı mülki qanunvericilik5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi, eyni zamanda 15 (beş) qapalı tipli test tapşırığı və açıq tipli 5 (beş) test tapşırığı da vergi qanunvericiliyi üzrədir.


Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, həmçinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə 15 qapalı tipli test tapşırığı mülki qanunvericilik5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi, eyni zamanda 15 (beş) qapalı tipli test tapşırığı və açıq tipli 5 (beş) test tapşırığı da vergi qanunvericiliyi üzrədir.


İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir.
İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla,15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

Yuxarıda qeyd edilən istiqamətlər üzrə sertifikat almaq üçün müvafiq ballar aşağıdakı kimidir.


Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, həmçinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanın hər iki mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.


İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı almaq üçün imtahanın hər iki mərhələsindən minimum 35 bal toplamaq tələb olunur.


İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı üçün isə imtahanın hər iki mərhələsindən minimum 50 bal toplamaq tələb olunur.



Yüklə 19,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə