İCTİMAİ elmləR 2009


Gir. İ.E. - 4 Orta pillə



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   2   3   4   5   6   7   8   9   ...   32

İctimai elmlər

2009

Gir. İ.E. - 4



Orta pillə          

Tarix, coğrafiya və mülki təhsilin üçüncü pillədə tədrisi məcburi məktəbdə şagird tərəfindən əldə 

edilən biliyə əsaslanır və imkan verir ki, şagird seçdiyi fənləri daha dərindən öyrənsin.  

Qeyd olunan kursun məqsədi şagirdlə ictimai elmlərin əsaslarını və araşdırma metodlarını tanış 

etməkdir. Kurs elə qurulub ki, şagird öz maraqları və yaş imkanlarına uyğun olaraq məsələləri 

müstəqil şəkildə araşdırmağı  və öz işlərini təqdim etməyi (auditoriya qarşısında sadə anladılan 

forma ilə təqdim etməyi)bacarsın.   Gələcəkdə ictimai elmlərin ayrı-ayrı fənlərində bilik və vərdiş-

bacarıqlarından istifadə edə bilsin. 

Bu pillənin hər üç sinfində tarix icbari fənn olaraq qalır. X sinifdə bütün il ərzində tarixin başlanğıc 

kursu tədris olunur, XI sinifdə - qədim zamanlardan XIX əsr daxil olmaqla Gürcüstan və dünya tarixi 

tədris olunur, XII sinifdə isə - bütövlükdə XX əsrin tarixi öyrənilir. Belə bir qərarın qəbul edilməsinin 

məqsədi odur ki,  Gürcüstan və dünya tarixinin biliyi şagirdin vətənpərvər və siyasi təhsili olan bir 

vətəndaş kimi formalaşması üçün ön şərtlərdən biridir.  Tarixin tədris edilməsi şagirdə göstərməlidir 

ki, tarix davam edən bir prosesdir, müasir cəmiyyət üçün ən mühüm siyasi, sosial və mənəvi 

problemlərə müəyyən hissədə əsrlər və minilliklər ərzində baş verən dəyişikliklər səbəb olmuşdur. 

Müxtəlif tarixi dövrlərdə müxtəlif şəxsiyyətlər və cəmiyyət önündə duran problemlərin alternativ 

yollarının, onlar tərəfindən seçilən konkret qərarların və bu qərarların nəticələrinin göstəriciləri 

əsasında tarixin öyrədilməsi şagirdin eləcə də problemin həlli bacarığını inkişaf etdirməlidir.  

Bu məsələnin yerinə yetirilməsi  tələb edir ki, şagirdin yüksək səviyyədə inkişaf edilmiş tarixi 

düşüncəsi olsun: o, tarixi dövrü anlamalıdır (tarixi dövrü təsvir edərkən həmin dövrün sakinlərinin 

gözü ilə hadisələri görmək; keçmişdə baş verən hadisələri hazırkı nöqtədən deyil, həmin dövrün 

dəyərləri və nəzərlərini nəzərə almaqla qiymətləndirmək); vacibdir ki, tarixi dövrü anlamaq vərdişi 

ibtidai və baza pilləsində formalaşdırılsın; tarixi hadisələr arasında mürəkkəb səbəb-nəticə əlaqələrini 

təyin  və  təhlil  etmək;  tarixi  hadisələrin  məqsəd  və  nəticələrinin  fərqli  qiymətləndirilməsinin 

(şərhlərinin) müqayisəsi və təhlili (bu məqsədə nail olmaq üçün dərslikdən əlavə şagirdin müxtəlif 

tarixi sənədlərə, keçmiş və müasir tarixçilərin hekayətlərinə əli çata bilsin); tarixin zəruriliyi və 

təsadüfiliyi konsepsiyası üzərində müzakirə aparmaq (şagird anlamalıdır ki, şəxsin azad iradəsi və 

seçim etmək qabiliyyəti var. O anlamalıdır ki, tarix müxtəlif yollarla inkişaf edə bilər. Bu halda 

onda təsəvvür yaranmayacaq ki, gələcək əvvəlcədən müəyyən edilib və şəxsin əməllərinin və onun 

etdiyi seçimin mənası yoxdur); tarixi araşdırma (tarixi araşdırma-axtarışın məqsədini müəyyən 

etmək və planlaşdırmaq; yazılı, vizual, ədəbi və musiqi mənbələrini axtarmaq;  tarixi sənədin 

tənqidi təhlili; tarixçilərin fərqli nəzərlərini müqayisə etmək; aparılan araşdırma nəticəsində tarixi 

mövzunu yazmaq).

X sinifdə bütün il ərzində coğrafiyada başlanğıc, coğrafi araşdırma öyrənilir. X – XI siniflərdə 

coğrafiya icbaridir, XII sinifdə - seçim fənni qlobal problemlər coğrafiyası tədris olunur. Onuncu 

sinifdə şagirdlərə imkan verilir ki, coğrafi tədqiqatların xüsusiyyətllərini öyrənsinlər, onlara imkan 

verilir ki, ibtidai və baza  pillələrdə əldə edilən biliyi cəmləşdirsinlər və maraq yaranan halda, 

gələcəkdə coğrafiyanın xeyrinə seçim etsinlər. Bu kursun hüdudlarında tədris coğrafi problemlərə 

və şagirdlər üçün aktual  və maraqlı mövzuya əsaslanır. 

Orta pillədə şagird dünya ölkələrinin əsas xüsusiyyətlərini, onlarda baş verən müxtəlif proses 

və hadisələri öyrənir; təbiətin mühafizəsi və ümumi sabit problemlərini, bu məsələlərə alternativ 

yanaşmaları, onların mümkün olan həlli yollarını, qlobal problemlərin coğrafi xüsusiyyətlərini 

müzakirə və təhlil edir;  bilik və təcrübə ilə silahlanmış şəxs və cəmiyyət ətraf mühitin sağlamlığında, 

onun sabitliyinin qorunub saxlanılmasında hansı böyük işlər görə biləcəyini dərk edir. Orta pilləni 




İctimai elmlər

2009

Gir. İ.E. - 5

bitirdikdən sonra şagird ətrafda baş verən hadisələri müşahidə etmək əsasında əhalinin əsas tələb 

və problemlərini müəyyən etməli, onların həlli yollarını araşdırıb planlaşdırmağı bacarmalıdır. 

Coğrafi araşdırmanı planlaşdırmağı, keçirməyi və araşdırma nəticəsini həm yazılı, eləcə də şifahi 

şəkildə təqdim etməyi; araşdırma prosesində vizual materialı (xəritə və digər coğrafi vəsaitlər) 

yaratmağı     bacarmalıdır.

Bu pillədə ictimai elmlər fənn qrupu X sinifdə şagirdə vətəndaşlıq üzrə icbari trimestr kursunu, 

XI – XII siniflərdə isə - dörd seçim fənnini təklif edir: dövlət, qlobal problemlər coğrafiyası, 

vətəndaşlıq və iqtisadiyyat.  Həmin fənlərin tədrisi şagirdə imkan verir ki, siyasi, hüquqi və iqtisadi 

elmlərin əsaslarını öyrənsin; ona sosial və ya mənəvi məsuliyyətin anlanılması və ictimai həyatda 

iştirak arzusunun təsdiqlənməsində yardım etsin. 



İstiqamətlər 

Milli tədris planında hər sinfin və ya pillənin sonunda tədirs prosesinin nəticələri və şagird 

tərəfindən göstərilən həmin nəticələrin indikatorları müəyyən edilmişdir.Nəticələr istiqamətlərə 

əsasən qruplaşdırılıb. Hər bir istiqamət fənnin əsas məzmununu göstərir və bir və ya bir neçə 

dərs  intizamına  əsaslanır. Tarix  və  coğrafiyanın  X  sinif  standartının  istiqamətləri  tədqiqat  və 

kommunikasiya vərdiş-bacarıqlarına uyğun olaraq müəyyənləşdirilib.  



Fənn və siniflərə əsasən tədris istiqamətləri  

İstiqamətlər

Gürcüstan və dünya 

tarixi və coğrafiya

Tarix

Coğrafiya Mülki təhsil

Zaman və məkan

5-8


9, 11, 12

Mühit və iqtisadiyyat

5-8


9, 11, 12

Dövlət, idarəçilik və siyasət

5-8


9, 11, 12

9, 11, 12



Din və mədəniyyət

5-8


9, 11, 12

İnsan və cəmiyyət

5-8


9, 11, 12

10

Şəxsi inkişaf

10

Vətəndaş və dövlət

10

Vətəndaşlıq

9, 11-12

İdarəçilik

9, 11-12


İqtisadiyyat

9, 11-12


Tarixi şərh və araşdırma

10

Kommunikasiya

10

10

Coğrafi tədqiqat



10

Mühit və sosial sistemlər

9, 11, 12




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə