İCTİMAİ elmləR 2009



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   24   25   26   27   28   29   30   31   32

İctimai elmlər

2009

Dövlət

  

İstiqamət – İdarəçilik  

1.  Siyasi ideya və dövlət idarəçiliyinin qarşılıqlı əlaqəsini təhlil edir. 

2.  Gürcüstanın sosial və siyasi sisteminin əsas xüsusiyyətlərini və qarşılıqlı əlaqəsini 

müzakirə edir. 

3.  Gürcüstanda dövlətçiliyin inkişafının əhəmiyyətli mərhələlərini müzakirə edir. 

4.  Demokratiyanın,  qanunun  aliliyininvə  dövlət  idarəçiliyinin  qarşılıqlı  əlaqəsini 

araşdırır. 

5.   Dövlətin inkişafı üçün beynəlxalq əlaqələrin əhəmiyyətini dəyərləndirir. 

  Nəticə və indikatorlar  

Döv.XI-XII 1. 

Siyasi ideya və dövlət idarəçiliyinin qarşılıqlı əlaqəsini təhlil  

 

   

 

edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Hüquq anlayışlarının müxtəlif şərhlərini, hüququn yaranmasının və inkişafının yayılmış 

nəzəriyyələrini müzakirə edir; müzakirə nəticələrini təhlil edir və ictimai əlaqələrdə hüququn 



əhəmiyyəti haqqında mövzu yazır;  

Siyasətin insanın, cəmiyyətin, milliyətin həyatında əhəmiyyətini müzakirə edir; ölkədə 

mövcud olan vəziyyətdə siyasətin rolu haqqında açıq çıxışlar hazırlayır; 



Hər hansı bir ölkəni seçir və konkret dövrdə müxtəlif əlamətlərə əsasən əhalinin çoxluq və 

azlığa bölünmə prinsipini ayırır (məs. etnik, siyasi, dini, iqtisadi, sosial);



Sinif yoldaşları ilə birlikdə dünya tarixinin ən çox yayılmış bir neçə tarixi nəzəriyyəsini seçir 

və lazımi mənbələrlə tanış olur; qeyd olunan siyasi ideyaların dövlət idarəçiliyində həyata 



keçirilən konkret nümunələrini sadalayır və şəxsi mövqeyini əsaslandırır; 

Dövlətin təşkilinin müxtəlif formalarını (unitar, federativ, konfederasiya və s.) müzakirə 

etdikdə onların əsas əlamətlərini xarakterizə edir; Gürcüstan üçün dövlət təşkili haqqnda 



öz fikirlərini əsaslandırır. 

Müstəqil Gürcüstanın hakim siyasi partiyalarını (bloklarını) adlandırır və bu partiyaların 

uğurlarına və yaxud da tənəzzülünə nəyin səbəb olduğunu müzakirə edir; onların hakimiyyətə 



gəlişlərinin yollarını müqayisə edir; qanunilik və cəmiyyətin ehtiyacları cəhətdən onların 

hakimiyyətə gəlmə yollarını qiymətləndirir.

İ.E.XI-XII. - 9



İctimai elmlər

2009

Döv.XI-XII 2. 

Gürcüstanın sosial və siyasi sisteminin əsas xüsusiyyətlərini  

 

   

 

və qarşılıqlı əlaqəsini müzakirə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:



 

Müxtəlif  sosial  mühitlərin  (məs.  dost-tanış,  qonşular,  peşəkar  və  ictimai  birliklər) 

formalaşması və stabilliyini müəyyən edən amilləri (məs.ümumi dəyərlər, maraqlar, xassələr, 



şərtlər, nailiyyətlər və s.) müzakirə edir;  Gürcüstana xas olan əlamət və xüsusiyyətləri təhlil 

edir; digər ölkələrlə paralellər aparır; 

Yaşadığı ərazidə müxtəlif sosial azlıqları seçir (məs.: kimsəsiz yaşlıları, əlilləri, kimsəsiz 

uşaqları,  immiqrantları  və  s.);  həmin  insanlara    qarşı  cəmiyyətin  münasibətlərinin 



xüsusiyyətlərini müzakirə edir;  

Düşündüyünə əsasən, Gürcüstanda ən az müdafiə olunan sosial qrupları ayırır və cəmiyyət 

tərəfindən onlara yardım imkanlarını müzakirə edir; öz düşüncələrini əsaslandırır; 



Hər  hansı  bir  siyasi  partiyanın  adını  çəkir  və  onun  məşhurluğunun  (yaxud  məşhur 

olmamasının) səbəblərini müzakirə edir



Xronologiyaya əsasən Müstəqil Gürcüstanın hakim siyasi partiyalarını (yaxud bloklarını) 

sadalayır və bu partiyaların uğuru və məğlubiyyəti səbəblərini müzakirə edir;   



“Siyasətçi  necə  olmalıdır  və  demokratik  ölkədə  nailiyyətləri  üçün  ona  nə  lazımdır?” 

mövzusunda diskusiyada iştirak edir; əsaslandırdığı zaman Gürcüstan və digər ölkələr 



arasında paralellər aparır.  

Döv. XI-XII 3. 

Gürcüstanda dövlətçiliyin inkişafının əhəmiyyətli  

 

 

   

 

mərhələlərini müzakirə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Zaman şkalasında Gürcüstanda dövlət idarəçiliyinin inkişafında bir neçə (3-4) əhəmiyyətli 

hadisəni qeyd edir; hər hadisənin səbəblərini müzakirə edir; həmin dövrün digər ölkələri ilə 



paralellər aparır (məs: qonşu dövlətlər, Avropa, Yaxın Şərq, Şərqi Asiya və ya Amerika); 

Müasir  gürcü  dövləti  üçün  Gürcüstan  Demokratik  Respublikası  və  I  Konstitusiyanın 

əhəmiyyətini müzakirə edir;  irsiyyəti təsdiqləyən faktları sadalayır və dəyişiklikləri (məs: 



dövlət quruluşu, idarəçilik, seçki sistemi və s.) təhlil edir; baş verən dəyişikliklərə qarşı öz 

münasibətlərini bildirir; 

Gürcüstanda fəaliyyətdə olan Konstitusiyanın müzakirəsi zamanı onun qəbul edilməsinin 

ön şərtlərini və nəticələrini təhlil edir; öz düşüncələrini cədvəl şəklində yazır; 



Dövlətin demokratiyası və suverenliyi haqqında öz fikirlərini bildirir; bu iki əlamətə əsasən 

Gürcüstana oxşar (əhalinin sayına əsasən) dövləti seçir və onu Gürcüstanla müqayisə edir; 



oxşarlıq və fərqləri ayırır. 

Gürcüstanın  və  ya  digər  ölkənin  tarixindən  hadisələri  sadalayır,  nə  zaman  ki,  dövlət 

idarəçiliyndə  dəyişikliklər  ictimai  təsir  nəticəsində  baş  vermişdir;  demokratiyanın 



quruluşunda irəliləyiş (tənəzzül) baxımından bu hadisələrin nəticələrini qiymətləndirir.  

İ.E.XI-XII. - 10




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə