İCTİMAİ elmləR 2009



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   24   25   26   27   28   29   30   31   32

İctimai elmlər

2009

müəllimə yardım etmək, məktəbin və ya onun ətrafının abadlıq işləri və s.) onun üçün 

ayrılan rolu yerinə yetirir. 

Sinif yoldaşlarının qrupu ilə birlikdə məktəbin özünü idarəetmə orqanlarının iş fəaliyyətlərini 

və onların nəticələrini müzakirə edir; müzakirənin nəticələrini təhlil edir və məktəb həyatının 



yaxşılaşdırılması haqqında tövsiyyələr yazır, hansıları lazımi forma ilə müvafiq səlahiyyətli 

şəxs və ya orqanlara təqdim edir. 



Vət. .XI-XII 5.  Ölkənin iqtisadi inkişafı üçün beynəlxalq münasibətlərin  

 

   

 

əhəmiyyətini qiymətləndirir.    

Nəticə əldə edilmişdir, əgər şagird: 

Gürcü hüquq abidələrini (yaxud konkret nizamnamələrini) sadalayır, hansılar ki, bu günkü 

gündə də konstitusiya, qanun, inzibati və ya vətəndaş hüququ cəhətdən aktualdırlar; 



Hər hansı bir hüquqmühafizə dövlət orqanı (məs.: polis, məhkəmə, xalq müvəkkili və s.) 

və ya ictimai təşkilatların nümunəsi əsasında onların səlahiyyətlərini, təyinatlarını (yaxud 



məqsədlərini)  və    fəaliyyətlərinin  hüquqiliyinin  müdafiəsini  müzakirə  edir;  mövcud 

təcrübənin çatışmayan və çatışan cəhətlərini qiymətləndirir.  

Sinif yoldaşları ilə birlikdə  bir neçə qanunu və Konstitusiya nizamnaməsini seçir, hansıların 

müdafiəsi cəmiyyətin ictimai asayiş və təhlükəsiz həyat şərtlərini təmin edir  (məs. məktəb, 



ailə, məhəllə, şəhər və s.); qanunun aliliyinin vacibliyi və qanuniliyinin təmin edilməsi üçün 

diskusiyalarda iştirak edir. 

İnsan hüquqlarının pozulmasının hər hansı bir konkret faktını seçir və simulyativ məhkəmə 

müzakirəsində müəyyən rol oynayır (məs. ittihamçı, vəkil, hakim, müqəssir və s.); müzakirə 



prosesini və nəticələri təhlil edir, bunun əsasında rolundan irəli gələrək, prosesin davam 

etdirlməsi və ya sona yetirlməsi üçün yekun sənədini hazırlayır (məs. məhkəmənin nəticəsi, 

apelyasiya, vasitəçilik, protokol, müştəriyə hesabat və s.).

Son trimestrdə həyata keçiriləcək layihələrin tövsiyyə variantları:

 

İnsanın təbii vəziyyəti haqqında informasiya tapır və təhlil edir; bədii ədəbiyyat və ya tarixi 

mənbələrin misalları əsasında elə bir cəmiyyətin modelini təsvir edir, harada ”insan insan 



üçün canavardır” və hər hansı bir biososiumun həyat qaydasını müqayisə edir; analiz əsasında 

hər hansı bir cəmiyyətdə (məs. məktəb, qonşuluq, kənd, müəssisə, ölkə və s.) razılıq əldə 

edilmə nailiyyətlərinin şərtlərinin əsaslandırır; 

Sinif yoldaşları ilə birlikdə hadisəni təqdim edir, hansında mənəvi cəhətdən düzgün əxlaq 

hüquqi cəhətdən cəzalandırıla bilər və ya əksinə, - hüquqi cəhətdən məqsədəuyğun əxlaq 



mənəvi cəhətdən düzgün olmaya bilər; onlarla birlikdə ssenari yazır və onun quruluşunda 

iştirak edir; sinif yoldaşları ilə birlikdə bu əhvalatın cərəyan edilməsinin digər mümkün 

(daha yaxşı) ”yəqin ki, belə daha yaxşı olardı” versiyasını müzakirə edib səhnələşdirir.

Müxtəlif sosial qruplarda iştirakçıların qanuna yanaşmalarını aşkar edən sorğu-sualları 

aparır (məs. qanunları pozurlarmı? Əsasən hansıları? Hansı tezlikdə? Onların fikirncə, bu, 



əhəmiyyətli bir problemdirmi? Əgər pozmurlarsa, onlara nə mane olur – qanun qarşısında 

qorxu  və  ya  hüquq  dəyərlərinin  bölüşdürülməsi?);  sorğu-sualların  nəticəsində  həmin 

cəmiyyətin hüquq anlayışları haqqında müzakirələr aparır. 

İ.E.XI-XII. - 7




İctimai elmlər

2009

Məktəbin qəyyumlar şurası və müdiriyyətinin tədris prosesi ilə əlaqədar qərarları ilə tanış 

olur və yoldaşları ilə birlikdə təhlil edir;  onların məktəblərində ictimai (məs. şagirdlərin 



özünüidarəetməsi, pedaqoqların, valideynlərin, qonşu əhalinin və s.) maraqların nə dərəcədə 

nəzərə alındığını təhlil edir və sinif yoldaşları ilə birlikdə məktəbin inkişafında cəmiyyətin 

iştirakı barədə illik hesabat laiyhəsini yazır. 

Sinif yoldaşları ilə birlikdə hüquqi dövlətin əsas xarakterik əlamətini seçir (məs. qanunun 

aliliyi, qanunun ədalətliliyi, hakimiyyətin bölgüsü, insan hüquqlarının müdafiəsi), hansına 



əsasən kütləvi mediya vasitəsilə son zamanlar dərc olunan materialları seçir və təhlil edir; 

Gürcüstanda mövcud vəziyyəti qiymətləndirir, əldə edilən nəticələri sinif müzakirəsində 

təqdim etmək üçün qiymətləndirir; müzakirə nəticələrinin yekunlaşdırılmasında iştirak 

edir; 


Onun  üçün  və  ya  hər  hansı  bir  sosial  qrup  üçün  aktual  olan  bir  problemi  seçir  (məs. 

təhsil almaq,  işlə təmin olunmaq, insan hüquqlarının pozulması, vətəndaş mübahisəsi, 



vergi münaqişəsi, sosial təhlükəsizlik, səhiyyə və ətraf mühitin müdafiəsi, siyasi və dini 

diskriminasiya  və  s.);  informasiya  əldə  edir,  hansının  əsasında  tərəflərin  hüquqlarının 

müdafiəsi və qanuni əməlləri nəzərə almaqla konkret bir problemin həlli planını yazır (bir 

neçə variant ola bilər); öz iştirakını effektivliyini qiymətləndirir və nəticələri sinif yoldaşları 

ilə müzakirə edir. 

Vətəndaşların həyatından konkret bir münaqişə hadisəsini seçir (sosial, iqtisadi və siyasi); 

yaranmmış vəziyyəti və tərfələrin maraqlarını öyrənir; sinif yoldaşları ilə birlikdə qeyd olunan 



hadisəni və onun həllinin alternativ yollarını səhnələşdirir; bu yolların pis-yaxşı yollarını 

müzakirə edir və yoldaşları ilə birlikdə münaqişənin ədalətli həlli planını söyləyir

Öz məqsədlərindən irəli gələrək, orta məktəbi bitirdikdən sonra öz gələcək peşəsini seçir, 

seçiminin həyata keçirilmə yolları haqqında informasiya əldə edir;  bu informasiyanın 



əsasında dəstək verən və mane olan amilləri nəzərə alaraq iş planını hazırlayır və sinif 

yoldaşlarına  təqdim  edir;  öz  imkanlarını  qiymətləndirir  və  sinif  yoldaşları  ilə  birlikdə 

müzakirə edir ki, onun – vətəndaş nailiyyətlərinin həyata keçirilməsi mövcud vəziyyətdə 

nə dərəcədə realdır.

Müəllim və məktəbin müdiriyyəti ilə razılıq əsasında, məktəbin sinifdənxaric elmi-tərbiyəvi 

”Həmyaşıdına yardım et” proqramında iştirak edir (məs. məhdudimkanlı uşaqlara qarşı 



tolerantlığın artması, sosial xəstəlikləri  [məs. vərəm, alkoqolizm, narkomaniya və s.] olan 

insanlara adekvat yanaşmanı hazırlamaq,sağlam həyat qaydasının tətbiq edilməsinə dəstək 

göstərmək,  sağlamlıq üçün zərərli adətlərdən çəkinməyin öyrədilməsi və s.).

Sinif yoldaşları ilə birlikdə onlar üçün aktual məsələni seçir, hansının həlli idarəedici orqanın 

preroqativi hesab olunur; bu məsələnin həlli üçün lazımi resursları müzakirə edir və öz 



iştirakı imkanlarını müəyyən edir; hazırlanmış tövsiyyələri qrupla razılaşdırır və uyğun 

idarəedici orqanlarla tanış edir. 

İ.E.XI-XII. - 8



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə