İCTİMAİ elmləR 2009



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

İctimai elmlər

2009

gürcü kult və milli dəyərli abidələri seçir və başqa ölkələrin analoji dəyərli abidə memarlığı 

ilə paralellər aparır; 



Gürcüstanın şəhərlərindən birini şərqi və ya qərbi Avropa şəhəri ilə müqayisə edir və onun 

memarlıq və məişətinə başqa-başqa mədəniyyətlərin göstərdiyi təsiri adlandırır; 



Sinif diskussiyası zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətlərini  və 

onlardan  hər birinin gürcü xalqının incəsənət və məişətinə göstərdiyi təsirini müzakirə 



edir;  

Tövsiyyə olunan məzmun: 

1. Tarixdən əvvəlki dövr 

2. Qədim Şərq və Gürcüstan 

3. Gürcüstan və dünya antik dövrdə  

4. Gürcüstan və onun qonşuları IV-VII əsrlərdə  

5. Ərəblər; ərəblərin Gürcüstanda hökmranlığı 

6. Gürcüstan, Yaxın Şərq və Avropa X-XV əsrlərdə 

7. XV-XVIII əsrlər:

a) Gürcüstan və qonşuları (İran, Türkiyə, Rusiya)

b) Vizantiyanın süqutu, Qərbi Avropa və ABŞ-ın yaranması 

8. XIX əsr

a) Gürcüstan Rusiya imperiyasının tərkibində

b) Avropa və ABŞ

                             

         

İ.E.XI. - 4




İctimai elmlər

2009

Dünya coğrafiyası  

XI sinif 

Nəticələrə əsasən istiqamətlər  

Coğ. XI  İstiqamətlər  

Zaman və məkan 

Dövlət idarəçiliyi və siyasət 

Mühit və sosial sistemlər 

1.Siyasi xəritənin 

formalaşmasını 

dünyada baş 

verən proseslərlə 

əlaqələndirir. 

2.Bir sıra sosial və iqtisadi 

ölçülərə əsasən ölkələrin yerini 

təhlil edir.

3. Ərazi və geosiyasi amillərin 

ictimai inkişafa göstərdiyi təsiri 

təhlil edir.   

4. Dünya əhalisinin 

yaşayış məskənlərinin 

xüsusiyyətlərini araşdırır və 

demoqrafik vəziyyəti təhlil 

edir.  


5.Ölkələrin təsnifatı 

əsasında onların inkişaf 

perspektivlərini təhlil edir.  

6. Ölkələri başqa-başqa 

xüsusiyyətlərinə əsasən 

müqayisə edir və oxşarlıq-

fərqlərin səbəblərini 

müqayisə edir.  



   Nəticə və indikatorlar  Zaman və məkan 

Coğ. XI 1.  Siyasi xəritənin formalaşmasını dünyada baş verən proseslərlə  

 

   

əlaqələndirir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Dünyanın siyasi xəritəsinin formalaşmasının əsas mərhələlərini ayırır, siyasi xəritədə əks 

olunan say və xassə dəyişikliklərini müzakirə edir; nəticələri istədiyi formada təsvir edir



Qrup  işi  zamanı  XX  əsrin  90-cı  illərində  baş  verən  proseslər  haqqında  əldə  edilən 

informasiyanı təhlil edir və onları müasir siyasi xəritənin formalaşması ilə əlaqələndirir; 



səbəb-nəticə əlaqələrini istədiyi formada təsvir edir; 

Dövrlərə əsasən dünyanın siyasi xəritəsinin dəyişikliklərini kontur xəritəsinə köçürür və 

tematik atlas hazırlayır; 



İ.E.XI. - 5


İctimai elmlər

2009

  Dövlət idarəçiliyi və siyasət 

Coğ. XI 2. Bir sıra sosial və iqtisadi ölçülərə əsasən ölkələrin yerini təhlil edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Ölkələrin inkişafına mane olan və imkan yaradan (coğrafi yerləşmə, sosial, iqtisadi və siyasi) 

amilləri sadalayır və qruplaşdırır; qeyd olunan amillərin ölkələrin inkişafına göstərdiyi təsiri 



təhlil edir və öz münasibətini bildirir; 

Ölkənin inkişaf səviyyəsini göstərən meyarları hazırlayır (iş yerləri, ticarət obyektləri, orta 

maaş, nəqliyyat, yaşayış) və öz düşüncələrini əsaslandırır; 



Ölkənin şimal-cənub (iqtisadi inkişaf səviyyəsinin göstəricisi) bölgü xəritəsinə diqqət yetirir 

və cədvəldə ölkələri qitə və inkişaf səviyyələrinə əsasən qruplaşdırır;  



Zəngin və kasıb ölkələrin təsərrüfatında istifadə olunan resursları (tikinti materialı, isidici 

vasitələr, nəqliyyat və yollar, elektrik enerjisinin istehsalı və istifadəsi və s.) tərtib edir və 



müqayisə edir; resurslar və iqtisadi inkişaf səviyyəsinin arasında mövcud olan əlaqələri 

müzakirə edir; 

İqtisadi ölçüləri və human inkişaf indeksinə əsasən ölkələrin göstəricilərini  müqayisə edir; 

onların mükəmməlliyi və ya nöqsanları barədə fikirlərini söyləyir.    



Coğ. XI 3.  Ərazi və geosiyasi amillərin ictimai inkişafa göstərdiyi təsiri təhlil  

      

edir.   

Nəticə əldə edilmişdir, əgər şagird:

Coğrafi yerləşmə səviyyələrini xarakterizə edir (regional, kontinental, dənizkənarı, zonal, 

inkişaf etmiş və inkişaf edən ölkələrlə qonşuluq və əlaqə); qeyd olunan göstəricilərə əsasən 



müxtəlif ölkələri cədvəldə qruplaşdırır; 

Başqa-başqa ölkələrin idarəçilik forması, ərazi təşkilatı, beynəlxalq statusu və xarici siyasət 

kursuna əsasən misallar gətirir və müqayisə edir



Dünyanın regional differensiyasını müzakirə edir və regionları tarixi-mədəni və geosiyasi 

əlamətə əsasən müqayisə edir; 



Qrup işi zamanı geosiyasəti təşkil edən əhəmiyyətli komponentləri (iqtisadi, demoqrafik, 

sosial və hərbi siyasət) təhlil edir və qeyd edilən meyarlara geosiyasi kursa əsasən ölkələri 



qruplaşdırır;    

Uyğun termin və anlayışlardan istifadə edərək Gürcüstanın geosiyasi problemlərini və vahid 

Avropa Evinin (Avropa Şurasının) konsepsiyalarını müzakirə edir; qeyd olunan məsələ ilə 



əlaqədar öz fikirlərini formalaşdırır;  

Müxtəlif sahələrdə Gürcüstanın strateji müttəfiq ölkələri ilə münasibətinin perspektivləri 

haqqında müzakirə aparır və nəticələri istədiyi formada ifadə edir;  



Mühüm beynəlxalq hərbi-siyasi, maliyyə və iqtisadi təşkilatların onlara üzv olan ölkələrin 

inkişaflarında rolunu təhlil edir. Təşkilatları ölkələrə əsasən ayırır; onların genişlənməsi 



perspektivlərini müzakirə edir və uyğun xəritələr yaradır. 

İ.E.XI. - 6




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə