Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Ibrahimova B. 

23 


02/02/2002 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür. 

 

On altıncı həftə. 

 

Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür. Əgər bu 

birinci hamiləlik deyilsə, və ya, hamilə qadın bədən quruluşuna görə zərifdirsə, bunu hiss etməsi daha realdır. Qadınlar təkrar hamiləlik 

zamanı birinci hamiləlikdən fərqli olaraq, dölün tərpənməsini 2-4 həftə əvvəl hiss edirlər. Bunun səbəbi odur ki, belə qadınlar artıq bu 

hisslə tanışdırlar. Ilkin hamiləlik zamanı qadınların 22-23 həftəyə qədər dölün tərpənməsini hiss etməməsi heç də təəccüblü deyil: bu 

tərpənişlər sonrakı təpiklərdən çox daha zəifdir.  

 

Ilk tərpəniş tarixi doğuş tarixini hesablamağa kömək edə bilər. Lakin bu göstəricinin dəqiqliyi o qədər də yüksək deyil.  



 

Alfa – fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır. 

Bəzi fərdi xəstəliklər (məs: Daun sindromu, kəllə-beyin yırtığı, anensefaliyalar, qarnın ön divarının parçalanması və s.) zamanı bu 



Ibrahimova B. 

24 


02/02/2002 

göstəricilər normadan uzaqlaşa bilər. Belə müayinələrin nəticələri bu cür xəstəliklərə olan şübhələri ya təsdiq ya da inkar edə bilər. Bu 

müayinələrin aparılması üçün qanınızı gələn həftədə də verə bilərsiniz. Əsas olan odur ki, 15 – ci və 20 - ci həftələr arasındakı müddət 

ərzində 1-2 həftəlik intervalla 2 dəfə qan verəsiniz. Məsələn, 16 və 19-cu həftədə, və ya 17 və 20-ci həftədə. Bu məqsədlə ginekoloqunuza 

və ya tibbi – genetik məsləhətxanaya müraciət edin. 

 

GƏLƏCƏK UŞAQ 

Körpə Sizin və Tanrının köməyi ilə öz üzərində yorulmadan çalı.maqda davam edir.  

 

Indi onun qulaq seyvanları demək olarki, öz yerini tutmuşdur. Daha öncə onlar daha aşağıda yerləşirdilər (yəni, boyuna daha yaxın). 



Daha bir cizgi – dırnaqlar tam olaraq, formalaşmışdır. 

 

Böyrəklər və sidik kisəsi tərəfindən  də irəliləyiş var – hər 45 dəqiqədən bir körpə sidik ifraz edir. Əl ayaq hərəkətlərinin koordinasiyası 



artır. Körpənin boyu da artmışdır – onun tam uzunluğu 16 sm-dir! 

 

Bu isə söz verdiyimiz görüntü: körpə baş barmağını sorur. Bu, belə qəbilədən olan son şəkil deyil (çünki, bu vərdiş doğuşa qədər davam 



edir). 

 

 



 

 

 

 

 

 

 

Körpənin çəkisi 140 qr-dır. 

 

On yeddinci həftə. 

 


Ibrahimova B. 

25 


02/02/2002 

Uşaqlığınızın dibi qasıq bitişməsi ilə göbək arasında olan məsafənin tam ortasına uyğun gəlir. Əgər qasıq bitişməsinin harada 

yerləşdiyini bilmirsinizsə, aydinlaşdırırıq: barmağınızı göbəkdən aşağı düz xətt boyunca aparın , sumuk hiss etdiyiniz yer qasıq 

bitişməsidir.  

 

Orqanizminiz dövran edən qanın həcmini artırır. Bu, dölü qidalandırıcı maddələr və oksigen ilə təmin etmək üçün vacibdir. Ürəyinizin 



işi də bu arada artmışdır, çünki, əlavə qan həcmini damarlara qovmaq üçün əlavə səylər gərəkir. Ürəyin nasos funksiyası 20% artır. 

Bəzən bu əlavə səy özünü göstərir. Ola bilər ki, tərləmə və uşaqlıq ifrazatı artsın – bu, orqanizmdə həmişəkindən daha çox mayenin 

dövran etməsindən irəli gəlir. Bunlar təhlükəli deyil. Sadəcə olaraq, qigiyena tədbirlərinin artırılmasını tələb edir. Alfa – fetoproteinləri 

unutmayın (əvvəlki həftəyə bax). 

 

GƏLƏCƏK UŞAQ 

 

Dölün çəkisi – 140 qrama yaxındır. 



 

Bu həftədə yeni strukturlar yaranır. Körpə əldə etdiyi nailiyyətlərdən istifadə etməyi öyrənir. Sizdən çox uzaq olmayan səslərə reaksiya 

verir. Bəzi elmi tədqiqatlar göstərir ki, ultrasəs skanerindən istifadə eyməklə, ananın qarın divarına yaxın yerləşdirilmiş dinamikdən səs 

siqnalları verildikdən sonra dölün hərəki aktivliyinin dəyişilməsini aşkar etmək olar. Bu o deməkdir ki, körpənizin estetik tərbiyyəsi ilə 

məşğul olmağın vaxtı çatmışddır. Bu həftədən başlayaraq “Dinləyicilərin arzusu ilə” rubrikası altında konsertlər təşkil etməyə başlayın. 

Istənilən ifaçı ola bilər. Özünüz də müşayətlə və ya müşayətsiz mahnı ifa edə bilərsiniz. Repertuar zəngin olmalıdır – folklor xalq 

mahnılarından başlamış indi populyar olan mahnılara qədər. 

Körpənin atasını da bu işə cəlb edin - əgər oxumağı sevmirsə, şer desin. Sadəcə körpə ilə söhbət etsin. 

 

Aktiv şəkildə audio apparatlardan istifadə edə bilərsiniz. Körpə hələ səsləri və musiqi alətlərinin səslənməsini qiymətləndirə bilməsə 



də ,bu işi gecikdirməyin. Sonralar belə müsiqi təhsili almış körpə ilə oynamaqdan həzz alacaqsınız. Çünki. bir neçə aydan sonra Sizin 

körpəniz əsil sənət bilicisinə cevriləcək, o, həm qiymətləndirməyi, həm də tənqid etməyi bacaracaq. (Sizin ona təklif etdiyiniz konsert 

proqramlarına cavab olaraq, etdiyi təpik və itələmələr vasitəsi ilə öz fikrini bildirəcək – həm də özünəməxsus qaydada). 

 

 



 

 


Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə