Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   2   3   4   5   6   7   8   9   ...   14

Ibrahimova B. 

11 


02/02/2002 

 

 

 

Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşını başlanmasını gözləyirsiniz.; həkimə müraciət etməyin əsil vaxtıdır. Embrion öz-

özünə hərəkət etməyə başlayır. 

 

Səkkizinci həftə. 

 

Beləliklə, Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşının başlanmasını gözləyirsiniz. Əgər indiyə qədər hələ həkimə müraciət 

etməmisinizsə, əsil vaxtıdır! Qadın məsləhətxanasına və həkim – genetikin qəbuluna gedin. 

Həkim-ginekoloqun ilk məsləhəti zamanı Sizin hamiləliyin fərdi müşahidə planı tərtib olunacaq. Bu plana aşağıdakı laborator 

müayinələr daxil olacaq: 

 



Sidiyin zülala, leykositlərə ə xroniki qonadotropinə görə analizi; 

 



Bazal arterial təzyiqin ölçülməsi; 

 



Çəkinin ölçülməsi (ilkin bədən çəkisi) 

 



Çanağın ölçülməsi; 

 



Qanın ümumi analizi, RV, VİÇ infeksiyalarına, Rh-faktora görə analızı və s. 

 



Ifrazat yaxmalarının müayinəsi (bunların bəziləri daha gec müddətdə də aparıla bilər); 

 



Ailə və mamalıq anamnezi. 

Siz burada hazırki hamiləliyin gözlənilən qanunauyğun nəticəsi olacaq doğuş üçün psixoloci-profilaktik hazirlıq almaq üçün hara 

müraciət etməli olduğunuz haqqında ətraflı məlumat ala bilərsiniz. 

Sizin sağlamlıq vəziyyətinizin və anamnezinizin xüsusiyyətləri nəzərə alınmaqla, başqa əlavə müayinə metodları da təyin oluna 

bilər. 

Həkim –genetik tərəfindən Sizin irsiyyətiniz qiymətləndirələcək, əgər lazım olarsa, perinatal diaqnostika üçün tədbirlər planı 



hazırlanacaq (bu tibbi müayinələr döldə baş verən və əlilliyə səbəb ola bilən xəstəliklərin hələ doğuşdan əvvəl müəyyən etməyə 

imkan verir). 

Sizin həkimlə olcaq sonrakı görüşlərinizin sayı və davam etmə müddəti hamiləliyinizin gedişindəm asılıdır. 

Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır. 



GƏLƏCƏK UŞAQ 

 



Ibrahimova B. 

12 


02/02/2002 

“Ürək” yaranma prosesinin son “naxışları” yerinə yetirilir – ürək şöbələri arsında arakəsmələr tam təkmilləşdirilir. Ürəyin iri qan 

damarları ilə əlaqəsi genişlənir. Mədə aşağı doğru yerdəyişmə etməklə, qarın boşluğunda öz yerini tutur. Eyni zamanda, mədə divarının 

əzələ qatının sinir elementləri ilə təmin olunması prosesi başlanır, belə ki, bu proses sonralar qidanın mədədən düzgün keçməsi üçün 

böyük əhəmiyyət kəsb edir. Ağız suyu vəzlərinin əsası qoyulur.  

Sümüklər və hətta oynaqlar aktiv inkişaf edir. Yuxarı dodaq formalaşır. Əgər doğulacaq uşaq oğlandırsa, bu dövrdə onun xayaları 

inkişaf etməyə başlayır. 

Bu dövrdə aparılan ultrasəs skanlaşdırılması vasitəsi ilə təkcə baş və çanaq hissələrini deyil, həmçinin “kürək” və “qarın” nahiyyələrini, 

eyni zamanda “gözlərini” (tibbi dillə desək – göz qədəhlərini) ayırd etmək olar. Sizə elə gəlir ki, bunu etmək asandır? Heç də yanlış 

fikirlərə düşməyin. Nəzərə alın ki, bu canlının indiki dövrdə uzunluğu cəmi 8-11 mm-dir!  



 

Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər. 

 

Doqquzuncu həftə 

 

Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər. Sözsüz ki, hamiləlik keçirmək – ağır əməkdir. Döş 



nahiyəsinə diqqət yetirin: əgər Sizin dərialtı venalarınız daha nəzərə çarpan şəklə düşübsə (göy rəngli tor şəklində), bu o deməkdir ki, 

Sizin damarlarınızın divarları genişlənməyə meyllidir (adətən bu problem daha sonrakı dövrlərdə meydana çıxır). Ruhdan düşməyin - 

əksinə, damarların hədsiz genişlənməsinin qarşısını almaq üçün tədbirlər görün: 

 



Döş vəzilərinizi yaxşı saxlayan alt paltarı seçin; 

 



Ağır əşyaları qaldırmayın və qarin əzələlərini gücə salmayın; 

 



Uzun müddət oturmaq və uzanmaq məsləhət deyil, yaxşı olar ki, daha çox piyada gəzəsiniz: 

 



Əgər uzun müddət uzanmaq məcburiyyətindəsinizsə, heç olmazsa, ayaqlarınıza hündür vəiyyət verin; 

 



Həkiminizlə məsləhətləşdikdən sonra, elastik corablardan istifadə edə bilərsiniz. 

 

Bu tədbirlər aşağı ətraflarda qan dövranını yaxşılaşdırır. Bununla da dərialtı venaların işini asanlaşdırır. Vitamin preparatlarını da 



yaddan çıxarmayın – C və P vitaminləri damar divarlarını möhkəmləndirir, onların genişlənməsinin qarşısını alır. 

 

Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır. 



GƏLƏCƏK UŞAQ 

 



Ibrahimova B. 

13 


02/02/2002 

Baş beyin intensiv olaraq, inkişaf edir – bu həftədə beyincik formalaşır (bu beynin müvazinət sistemi üzrə cavabdeh şöbəsidir). 

Böyrəküstü vəzin beyin maddəsinin əsası qoyulur. Yəqin ki, həyatınızda bir dəfə də olsun, “adrenalin” sözünü eşitmisiniz. Bu hormon 

məhz böyrəküstü vəzlərin beyin maddəsi tərəfindən ifraz olunur. 

 

Artıq Sizin körpənin üz hissəsini ayırd etmək olar. Çənə hələ də döşə doğru əyilmişdir. ətraflar aktiv olaraq, formalaşır: sümüklər 



möhkəmlənir, oynaqlar, əl və ayaq barmaqları daha da formalaşır.  

 

Bu həfətədə ilk qeyri-iradi hərəkətlər baş verı bilər! 



 

Körpə bir qədər böyümüşdür: onun “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan uzunluğu 13-15 mm-dir. Çəkisi isə cəmi 1 qr – tək bir 

qram təşkil edir. Sizi təbrik edirik – bu Sizin varisinizin cəkisinin ilk qramıdır! 

 

 



 

 

Yorğunluq və ürəkbulanma ... daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək. Bel xəttiniz tədricən itməyə başlayır. 

 

Onuncu həftə. 

 

Yorğunluq və ürəkbulanma hələ də Sizi narahat edirsə, bütün səbrinizi toplayın! Daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək 



(hər halda, hamilə qadınların əksəriyyətində belə olur). Süd vəzilərinin mərkəzi nahiyyəsində mərci dənəsi ölçüsündə düyünlər yarana 

bilər. Bunlar “Mantqomeri düyünləri “ adlanır və tər vəzlərinin böyüməsindən başqa bir şey deyil. Bu Sizin orqanizminizdə hamiləlik 

nəticəsində yaranan daha bir dəyişiklikdir.  

 

Birinci həftə üçün olan tövsiyyələri yaddan çıxarmayın. 



 

GƏLƏCƏK UŞAQ 

 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə