Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   ...   6   7   8   9   10   11   12   13   14

Ibrahimova B. 

30 


02/02/2002 

Dölün cinsini təyin etmək üçün istifadə edilən üsullar (məs. populyar curnal və qəzetlərdə çap olunan çin diaqramları kimi) əyləncəli ola 

bilər , lakin əldə olunan proqnozun duzgunlüyü böyük sual altındadır. Ona görə, gələcək körpənin cinsi Sizi çoz maraqlandırırsa, körpə 

özü bunu aydınlaşdırmağa mane olursa (bəzən körpələr ultrasəs müayinəsi zamanı elə vəziyyət alırlar ki, onların cinsi orqanlarını 

görmək mümkün olmur), o zaman hələlik bu üsullarla başınızı qata bilərsiniz. 

 

GƏLƏCƏK UŞAQ 

 

Sizin döl hələ də uşaqlıq daxilində istədiyi kimi hərəkət edir. Bu o deməkdir ki, körpə səhər baş aşağı, günorta yer səthinə paralel



axşama doğru isə başı ilə uşaqlıq dibinə dirənmiş şəkildə dayana bilər. Bu yerdəyişmələr zamanı Sizin nə hiss etdiyiniz onu tamamillə 

maraqlandırmır. Hamiləliyin bu kvartalının sonuna doğru döl bu vəziyyətlərdən birində dayanır. Bəzi döllər daha gec dövrlərə qədər 

hərəkət etməkdə davam edirlər. 

 

Körpəniz artıq 370 q cəkidədir. 



 

Körpənin öz baş barmağına olan sevgisini göstərən daha bir fotoşəkil.  

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Çox vaxt ailə cütləri hamiləlik müddəti boyunca cinsi əlaqə problemini müzakirə edirlər. 

 


Ibrahimova B. 

31 


02/02/2002 

Iyirmi ikinci həftə 

 

Bu arada Sizin sağlığınızın yaxşı olmasından əminik. Çox vaxt ailə cütləri hamiləlik müddəti boyunca cinsi əlaqə problemini müzakirə 

edirlər. Bəzən isə bu məsələ heç müzakirə olunmur. Bəzən insanlar bu dövrdə aparılan cinsəl həyat haqqında yanlış fikirdə olurlar.  

Hamiləliyin ilk üç ayında toksikoz vəziyyətində olarkən, təbii ki, qadınların seksual aktivliyi enir, kişilərdə isə eyni səviyyədə qalır. Bu 

səəbdən ilk 12 həftə ərzində cinsi əlaqə alternativ formalarda aparıla biər (adi vaginal forma olmaya da bilər). 

 

Ikinci kvartal başladığında, hamilə qadının əhval yaxşılaşdıqca, onun seksual aktivliyi də artır. Cinsi həvəs(libido) də artır. Qadın 



orqanizmində dolaşan qanın miqdarı artdığından cinsi orqanlardan olan ifrazat da güclənir, erogen zonalar daha həssas olur. Qadınlar 

cinsi əlaqədə olarkən daha tez orqazm keçirirlər. Hətta multiorqazm yaşayanlar da ola bilər. Statistik məlumata əsasən bəzi qadınlar 

məhz bu dövrdə orqazm keçirməyə başlayırlar. Kişilərin əksəriyyəti bu dövrdə cinsi əlaqələrin dölə ziyan verəcəyindən ehtiyat edirlər. 

Gələcək atalar “sevgi səhnəsinin” baş verdiyi yerin çox yaxınında yerləşən “lal bir seyrcinin”hər şeyi hiss edə biləcəyini düşünərək, 

sıxılırlar.  

Bəlkə də aşağıda verdiyimiz informasiya bu şübhə və sıxıntıları aradan qaldırmağa kömək edə bilər. Bu dövrdə cinsi əlaqəni 

məhdudlaşdıran bir neçə səbəb var. Yəqin ki, bu səbəbləri ginekoloq Sizə söyləyib. Bu Sizi narahat edirsə - həkimə sual verin. 

 

Digər hallarda isə “olum və ölüm?” sualı yersizdir. Ürəkli olun! Siz dölə ziyan vura bilməzsiniz. Əvvala, döl, qişalar və dölyanı sular 



vasitəsilə mühafizə olunur. Ona görə adi cinsi akt ona heç bir zərər verə bilməz. Ikincisi, ailə cütlərinə arzuolunmayan hamiləlik qorxusu 

olmadan cinsi əlaqədə olmaq fürsəti çox az halda verilir. Hamiləlik dövründə isə bu qorxuya yer yoxdur. 

Sonuncusu, indiyi qədər valideynlərinin cinsi əlaqəsinin körpə tərəfindən qavarnılmasını təsdiq edən elmi məlumat yoxdur. Hətta, 

körpənin baş verənləri anlamasının mümkünlüyünü qəbul etsək belə, o, bir ali varlıq kimi, bunları daha düzgun qiymətləndirə bilər. Bu, 

fizioloci bir proses olub, öz qanunauyğunluğu və harmoniyası ilə ən gözəl Təbiət qanunudur vəYeni Həyatın başlanğıcıdır. 

 

GƏLƏCƏK UŞAQ 

 

Döl böyüməkdə və uşaqlıqdan kənar yaşama hazırlaşmaqda davam edir. Qızınızda və ya oğlunuzda – qaş əmələ gəlib! Çəkisi 420 q, 



üzünlüğü – 27,5 sm-dir. 

 

 



 


Ibrahimova B. 

32 


02/02/2002 

 

 

 

 

Əlinizi qarın divarına qoyduqda, tanış olmayan əzələ yığılmaları hiss edə biərsiniz. 

 

Iyirmi üçüncü həftə. 

 

Qəbul zamanı ginekoloq qarnınızı palpasiya edir (əlləyir). Palpasiya vasitəsi ilə dölün vəziyyəti təyin olunur. Bu, dölün qarın 

boşluğunda necə yerləşdiyini göstərir. Bundan başqa sm-lenti ilə uşaqlıq dibinin hündürlüyü ölçülür. Əvvəl deyildiyi kimi, uşaqlığın 

dibi onun ən yüksək nöqtəsidir. Bu ölçmə dölün böyümə sürətini müəyyənləşdirir. Bəzən bu göstəricilərin “çox böyük” və ya “çox kiçik” 

olması Sizi narahat edir, lakin Sizi rahat etmək üçün deməliyik ki, bəzən yuxarı-aşağı meyllər ola bilər. Təhlükəli bir hal olarsa

ginekoloq mütləq Sizi xəbərdar edəcək. Tam sakit olmaq üçün bu sualı ona verə bilərsiniz.  

 

Bu dövrdə Brekston Xiks yığılmaları hiss edəbilərsiniz. Başqa sözlə, əlinizi qarın divarına qoyduqda, tanış olmayan əzələ yığılmaları 



yarana bilər. Buna görə narahat olmayın,uşaqlıq əzələləri öz qüvvəsini yoxlayır. Uşaqlıq bir orqan kimi qadının həyatında çox mühüm 

bir rol oynayır, buna baxmayaraq, o çox vaxt “kölgədə” qalır. Uşaqlığın vacibliyini, dəyərini göstərən yeganə məqam – hamiləlikdir.  



 

GƏLƏCƏK UŞAQ 

 

Dırnaqlar tam foamalaşıb. Tükləri tündləşir.bağırsaqda ilk nəcis (mekonium) əmələ gəlir. 



Bu həfətə cəkisi – 510q-dır.  

 

 



 

 

 

 

 


Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə