Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   2   3   4   5   6   7   8   9   ...   14

Ibrahimova B. 

02/02/2002 



Gələcək uşaq 

Yumurta hüceyrə və spermatozoid uşaqlıq borusunda görüşdülər. Onların birləşməsi nəticəsində ziqot – gələcək körpənizin birinci və 

ən əsas hüceyrəsi əmələ gəldi. Bütün sonrakı 100 trilion huceyrələrin hamısı ziqotun “qızları” hesab edilir. Daha sonra mayalanmış 

yumurta hüceyrə bölünməklə yanaşı uşaqlığa doğru hərəkət edir. Mayalanmadan üç sutka sonra rüşeym 32 hüceyrədən ibarət olur və 

forma etibari ilə tut meyvəsini xatırladır. Bu həftənin sonuna doğru rüşeymi təşkil edən hüceyrələrin sayı 250-yə çatır, formaca 0,1-0,2 

mm diametrli kürrəyə bənzəyir. Alimlər rüşeymin bu dövrünü blastosid adlandırırlar. 

Blastosid uşaqlıq divarının selikli qişasını və digər qatlarını “qazımaqla” orada sanki özü üçün “yuva” düzəldir. Bu “qazma” zamanı 

“yuva” ətrafında xırda qansızmalar baş verir və yuxarıda göstərdiyimiz az miqdarlı qanaxmaların səbəbi də məhz budur. Uşaqlıq 

divarına bərkinmə prosesi implantasiya adlanır. Implantasiya müvəffəqiyyətlə başa çatarsa, dölün inkişafının yeni mərhələsi başlayır. 

Indi artıq onun qidalanması Sizin orqan və sistemləriniz tərəfindən yerinə yetirələcək.  

Döllənmədən implantasiyaya qədər olan müddətdə müxtəlif zədələnmələr nəticəsində rüşeym tamamilə dağıla bilər və hamiləlik pozula 

bilər. Lakin digər hallarda heç bir faktorun təsiri yeni yaranmış hamiləliyi pozmur və sonrakı inkişafda onlar öz təsirini heç cür 

göstərmirlər.  

 

1.



 

Spermatozoidlər yumurta hüceyrə üzərinə hücum edirlər. Olduqca fantastik bir mənzərənin şahidi olursunuz. Spermatozoidlər 

nazik quyruqları ilə yumurta hüceyrəyə vurmaqla, onu saat əqrəbinin əksi istiqamətində fırlanmağa məcbur edirlər. 

2.

 



Ziqot: spermatozoid DNT-si artıq yumurtanın daxilindədir. Tezliklə genetik proqramın ata və ana yarımhissələrinin birləşməsi və 

hüceyrənin birinci bölünməsi baş verəcək. 

3.

 

Mayalanmadan sonrakı birinci həftə. Yumurta hüceyrənin artıq iki qızı var. 



4.

 

Mayalanmadan sonrakı ikinci həftə. Bölünmə davam edir.  



5.

 

Mayalanmadan sonrakı ikinci həftənin sonu-üçüncü həftənin əvvəli. Artıq səkkiz blastomer var. Süni mayalanma zamanı (“sınaq 



şüşəsi” uşağı) qadının uşaqlığına məhz belə  ruşeym qoyulur. 

 

 



 

 

 

Diaqnostika məqsədi daşıyan sidik testləri müsbətdir. Rüşeymdə əsas toxumaların və orqanların təməli qoyulmuşdur. 

 

Dördüncü həftə. 


Ibrahimova B. 

02/02/2002 



 

QADIN 

 

Əgər Sizdə izahı olmayan sinirlilik, tez yorulma, süd vəzilərinin şişməsi və həssaslığının artması yaranıbsa, deməli sarı cisim durmadan 



çalışır. Deməli, Siz hamiləsiniz. Lakin yaddan çıxarmayın ki, belə hallar həmçinin növbəti aybaşının başlamasına az qalmış da yarana 

bilər. O zaman sual meydana çıxır: bu hamiləlikdir, yoxsa yox? Xoşbəxtlikdən bu sualın cavabını vermək üçün üsul mövcuddur. 

 

Bu həftədə Sizin orqanizminizdə yeni hormon – xorion (cift) qonadotropini əmələ gəlir. Bu hormonu sidikdə aşkar etməyə kömək edən 



testlər apteklərdə reseptsiz olaraq satılır. Ev şəraitində belə testləri aparmaq heç bir çətinlik təşkil etmir. Əgər test müsbət nəticə verərsə

demək olar ki, Siz hamiləsiniz. Amma yaxşı olar ki, bu testi o biri (beşinci) həftədə aparasınız, çünki, o zaman sidikdə xorion 

qonadotropininin səviyyəsi daha yüksək olur.  

 

Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır. Yadda saxlayın ki, ilk 12 həftə Sizin gələcək körpənizin inkişafında ən kritik, ən 



məsuliyyətli dövrdür. Səhvə yol vermək olmaz – bu olduqca baha başa gələ bilər. Hər hansı bir sual meydana çıxarsa, ixtisaslı həkimə 

müraciət edin! 

 

 

Gələcək uşaq 



 

Bu həftə baş verənlər döl üçün olduqca əhəmiyyətlidir.  

Bu dövrdə döldənkənar adlanan orqanlar inkişaf edir. Bu orqanların sayi üçdür: xorion, amnion, yumurta sarısı kisəsi. Bu adlar yəqin ki, 

Sizə tanış deyil. Buna baxmayaraq qeyd etməliyik ki, geniş insan kütləsinə çox da məlum olmayan bu orqanlar olmadan rüşeymin 

inkişafını təsəvvür etmək mümkün deyil. Ona görədə təbiət bu orqanların yaranmasına tam bir həftə sərf etməyi qərara almış və bu 

müddətdə hətta ruşeymin hüceyrələrinin inkişaf sürətini azaltmışdır. Döldənkənar orqanların yerinə yetirdiyi başlıca vəzifələr 

qidalanmanın təmin edilməsi, tənəffüs, biokimyəvi dəstək və körpənin hər tərəfli müdafiəsidir. Xorion sonradan plasentaya, amnion isə 

döl qovuqcuğuna çevrilir. 

Maraqlı burasıdır ki, bu orqanların yaranmasına ata genləri ana genlərinə nisbətən daha çox qüvvə sərf edirlər. Hətta genetik səviyyədə 

belə, kişilərin əbədi vəzifəsi – onların məsuliyyəti altında olanların yaşamasını və müdafiəsini təmin etmək - belə özünəməxsus bir 

şəkildə yerinə yetirilir. 



Ibrahimova B. 

02/02/2002 



Körpəniz isə indiki dövrdə bir neçə qatdan ibarət olan diski xatırladır. Bu qatlardan hər biri sonradan yaranacaq hər bir orqanın əsasını 

təşkil edir. Lakin bütün bunlar hələ ki, uzaq gələcəkdədir.  

Sol tərəfdəki şəkil ruşeymin həftənin əvvəlindəki halını əks etdirir, sağdakı isə 6-7 sutka ərzində baş vermiş dəyişiklikləri göstərir. Bu 

göy rəngli nazik zolağın sonradan körpəyə çevriləcəyinə inanmaq çətindir, elə deyilmi?  



 

Artıq rüşeymin baş və quyruq qütblərini ayırd etmək mümkündür. Tibb işçiləri Sizin körpəni indiki vəziyyətində rüşeym alandırırlar. 

 

Beşinci həftə 

QADIN 

 

Sizin səhhətinizdə keçən həftə baş verən dəyişiklərə bu həftə yeniləri – baş ağrıları, tezləşmiş sidik ifrazı, yuxululuq, iştahın azalması, 



ürək bulanma və hətta qusma əlavə oluna bilər. Siz özünüzdə əvvəl müşahidə etmədiyiniz istəklər, məsələn, daima duza və sirkəyə 

qoyulmuş şorapalara hədsiz hərislik aşkar edə bilərsiniz . Bütün bunlar erkən toksikoz. əlamətləridir. Bunların səbəbi Sizin 

orqanizminizdə davam edən hormonal yenidənqurmadır.  

 

Elə qadinlar var ki, yuxarıda təsvir etdiyimiz əlamətlərdən heç biri onları narahat etmir. Belə qadınlar el arasında hamiləliyin ilkin 



əlamətləri hesab olunan ürək bulanma və qusmadan əziyyət çəkmədən erkən hamiləlik dövrünü rahat keçirəcəklər. Əgər Siz bu cür 

“kiçik sevinclərdən” məhrumsunuzsa, Sizə ancaq paxıllıq etmək olar. Yox əgər, urək bulanma və qusma Sizə əziyyət verirsə, dözümlü 

olun. 12-ci həftəyə bu “işgəncə” bitəcək. Erkən toksikoz Sizin üçün dözülməz hala çevrilərsə, o zaman həkimə müraciət edin, amma 

özübaşına müalıcə qəti surətdə qadağandır. 

 

Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır. 



GƏLƏCƏK UŞAQ 

 

Bu həftə ərzində ruşeym əsaslı dəyişikliklərə məruz qalır. Əvvala, onun forması dəyişir-indi ruşeym daha çox 1,5-2 mm uzunluğunda 

silindri xatırladır. Həkimlər Sizin körpəni indiki vəziyyətində rüşeym adlandırırlar. 

Bu həftə ərzində qara ciyərin və mədəaltı vəzin təməli yaranır. Eyni zamanda yuxarı tənəffüs yolları - qırtlaq və traxeya, həmçinin, ürək 

yaranmağa başlayır. Sinir borusunun hissəvi qapanması baş verir. Sinir borusu mərkəzi sinir sisteminin ruşeym formasıdır və buna görə 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə