Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   ...   6   7   8   9   10   11   12   13   14

Ibrahimova B. 

33 


02/02/2002 

 

 

 

 

 

 

 

 

 

 

Vaxtından əvvəl doğuş əlamətləri ilə tanış olmaq vacibdir. 

 

Iyirmi dördüncü həftə 

 

 



Uşaqlıq dibi göbəkdən bir qədər yuxarıda yerləşir. Vaxtından əvvəl doğuş əlamətləri ilə tanış olmaq vacibdir (3 dəfə kənara tüpürək ki

Sizdən uzaq olsun.). Lakin, bu əlamətləri bilməniz, gözlənilməz halların yaranmasının qarşısını ala bilər.  

Vaxtından əvvəl doğuş çox vaxt yay aylarında baş verir, bu, yəqin ki, qadın orqanizminin küllü müqdarda maye itirməsi ilə izah olunur. 

Ona görə yay aylarında üçünçü kvartalın sonundasınızsa, optimal maye recimini unutmayın.  

Vaxtından əvvəl doğuş əlamətləri aşağıdakılardar: 

 



uşaqlığın 5 saat və daha artıq müddətdə yığılması; 

 



cinsi yollardan al qanın axması; 

 



üzün və əllərin şişməsi, preeklampsiya ; 

 



ağrı ilə müşayət olunan sidik ifrazı; 

 



qarında kəskin və uzun müddətli ağrı (preeklampsiya əlamətləri); 

 



kəskin və ya kəsilməyən qusma (preeklampsiya əlamətləri); 

 



cinsi yollardan qəflətən şəffaf mayenin axması; 

 



beldə monoton, inləyici ağrılar; 

 



çanağın aşağı hissəsində təzyiq hissi. 

Bu əlamətlərdən birinin və ya bir neçəsinin birlikdə baş verməsi zamanı dərhal həkimə müraciət etmək lazımdır. 




Ibrahimova B. 

34 


02/02/2002 

 

GƏLƏCƏK UŞAQ 

 

Dərialtı qonur piy toxuması toplanır. Bu toxuma yüksək enrgetik əhəmiyyətə malikdir – onun yanması orqanizmdə yüksək istilik və 



ATF (Sizin həyat fəaliyyətinizi təşkil edən bütün prosesləri təmin edən maddə) yaranmasına səbəb olur. 

 

Yeni doğulmuşlar, xüsusilə də, vaxtından əvəl doğulanlar bədən temperaturunun çox pis qoruyurlar. Ona görə çox tez soyuqlamaya 



məruz qalırlar və bu vəziyyətdən çıxma şansı çox cüzidir. Bu dövrdə dünyaya gəlmiş uşaqlar da belə şansızların sırasına daxildirlər. Çox 

az saylı bəxtli körpələri həyatda saxlamaq üçün həkimlər hədsiz əmək sərf etmişlər və belə körpələr13-14 həftə ərzində xüsusi isti 

inkubatorda yerləşdirilmişlər. Buna görə Sizin körpəniz aktiv şəkildə tünd piy toplamaqla məşğuldur. 

 

Çəkisi 600 q-a yaxın, uzunluğu 30 sm-dir. 



 

 

Yeni – doğulmuş üçün xüsusi yer hazırlamaq üçün vaxt gəlib çatmışdır. 

 

Iyirmi beşinci həftə. 

 

Əhvalınız bu həftədə də yaxşıdır. Bir azdan mama-ginekoloqla daha tez-tez görüşəcəksiniz. Yeni – doğulmuş üçün xüsusi yer 



hazırlamaq üçün vaxt gəlib çatmışdır. Bir çox valideynlər ilk bir neçə ayı körpə ilə bir otaqda keçirirlər. Bu, gecə yedizdirmələrini və 

körpənin altının dəyişdirilməsi prosesini asanlaşdırır. Həmçinin, bu, valideynləri daha az narahat etmək imkan verir. Əgər Sizin yataq 

otağınızla yanaşı ayrıca uşaq otağı varsa, və Siz körpənin ayrıca olaraq, orada yatacağını qərara almısınızsa, əlavə olaraq xüsusi cihazlar 

– yenidogulmuşlar üçün monitor, yedizdirmə taymerləri də əldə edin. Bu variantın öz müsbət cəhətləri var: körpə ilk gündən tək 

yatmağa alışır və gələcəkdə valideynlərini “terrorizm” aktlarına məruz qoymur. Bundan başqa, ailə münasibətləri (intim) problemi də 

yaranmır (bəzi insanlar körpənin yanında cinsi əlaqəyə girməyə utanırlar).  

 

Lakin ikinci variant bizə o qədər də uyğun deyil. Ona görə onun üzərində dayanmayaq. Həmçinin, üşaq dünyaya gəldikdən sonra həyat 



öz korrektivlərini verir, odur ki, neonatoloqla məsləhət edin. 

 

 




Ibrahimova B. 

35 


02/02/2002 

 

GƏLƏCƏK UŞAQ 

 

Körpə günbəgün deyil, saatbasaat böyüyür! 

Çəkisi 700 q-a yaxındır. Sümük-oynaq sistemi dayanmadan inkişaf edir. 

 

Sonoqramda körpə belə görünə bilər. Sizin üçün bu görüntünü seçmək çətin ola bilər – amma ruhdan düşməyin! Ultrasəs həkimləri 



məhz bu çətinlikləri aradan qaldırmaqda yardım göstərə bilərlər. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Sizin körpəniz içəridə və ətrafda baş verən hər bir şeyi eşidir. 

 

Iyirmi altncıı həftə. 

 

Sizin monopoliyanızın sonu gəlib çatdı! 

Indi artıq körpənin etdiyi hərəkətləri digər ailə üzvləri də seyr edə bilər. Ilk növbədə atanı sevindirin (əgər bunu daha əvvəl etməsinizsə). 

Yeni çətinlik yaranır: yatmaq və uzanaraq istirahət etmək üçün münasib vəziyyət tapmaq. Bütün vaxtı sol və ya sağ (daha əlverişlidir) 

böyru ustə uzanmaq mümkün deyil: hamilə qadınlar üçün çoxfunksiyalı yataqlardan istifadə etmək olar. Lakin bunları satışda tapmaq 

çətindir. Ona görə də yenə yaşasın dədə-baba qaydası. Müxtəlif forma və ölçülü döşəkcələr Sizin köməyinizə gələ bilər. Amma bu da 

yataqda yer darlığı yarada bilər. 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə