Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   ...   6   7   8   9   10   11   12   13   14

Ibrahimova B. 

26 


02/02/2002 

 

 

 

Yatmaq və uzanmış vəziyyətdə dincəlmk artıq Sizin üçün çətin ola bilər.  

 

On səkkizinci həftə. 

 

Yatmaq və uzanmış vəziyyətdə dincəlmk artıq Sizin üçün çətin ola bilər. Beləki, üşaqlıq böyüyür və get – gedə özü üçün garın 

boşluğunda daha geniş yer tələb edir. Yatmaq və uzanaraq istirahət etmək üçün daha optimal vəziyyət tapmağa çalışın, döş 

nahiyyəsinin və ayaqların altına döşəkçələr qoyun. Fantaziyanızı işə salaraq, döşəkcələrdən optimal rahatlıq yaradan bir taxt qurun. Üfqi 

vəziyyət almazdan əvvəl, çanaq hissəsi ilə əyilmə və fırlatma hərəkətləri edə bilərsiniz. Tez-tez sidiyə getməyi unutmayın. Dolu sidik 

kisəsi diskomfort hissini daha da artırır. 

 

 

GƏLƏCƏK UŞAQ 



 

 

Dölün ümumi uzunluğu – artıq 20,5 sm-dir! Çəkisi təxminən 200 qramdır. Sümüklər bərkimyə başlamışdır. Əl və ayaq falanqaları 



formalaşmışdır. Barmaqların üzərində barmaq izləri adlanan təkrarolunmaz naxışlar əmələ gəlir. 

 

 



 

 

 

 

 

 

 

 

 


Ibrahimova B. 

27 


02/02/2002 

 

 

 

 

 

 

 

 

 

Ümid edirik ki, doğuş üçün psixo-profilaktik hazırlığı və Analıq məktəbini unutmamısınız?! 

 

On doqquzuncu həftə. 

 

Ümid edirik ki, doğuş üçün psixo-profilaktik hazırlığı və Analıq məktəbini unutmamısınız?! 

Əgər bu barədə məlumatınız yoxdursa, ginekoloqunuza sorun. Əgər bu məşğələlərin tarixi təyin olunubsa, gözləyin. Bir sıra məişət 

çətinliklərini bəhanə gətirməklə bu məşğələlərdən boyun qaçırmaq məsləhət deyil. 

 

Rusiyada, Yaponiyada və ABŞ-da aparılan statistik tədqiqatlar birmənalı olaraq, təsdiq edir ki, bu növ hazırlıq kursu keçmiş qadılarda 



doğuş ağırlaşmaları daha az olur.  

 

 



GƏLƏCƏK UŞAQ 

 

Boy artmaqda davam edir. Bu həftə döl artıq 230 qrama yaxın çəkidədir. əgər döl qadın cinsindəndirsə, onunyumurtalığında artıq 



primiti yumurta hüceyrələri var. Bu yumurta hüceyrələri Sizin gələcək nəvələriniz ola bilər! 

 

Dölün bədənində tüklər əmələ gəlir (lanuqo). Doğuşdan az əvvəl bu tüklər itəcəkdir. Bəzən körpə doğulduqda bədənin ayrı-ayrı 



yerlərində lanuqo qalıqları müşahidə olunur.  

 

Süd dişlərindən dərində yerləşən daimi dişlərin əsası qoyulmuşdur. 




Ibrahimova B. 

28 


02/02/2002 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Artıq hamiləliyin orta həddini keçmisiniz! 

Təbriklərimizi qəbul edin! 

 

Iyirminci həftə. 

 

Uşaqlıq daha da yuxarı qalxır və artıq qarnınız irəliyə doğru çıxa bilər. Bu əlamət hamiləliyin müddətinin artması ilə yanaşı tədricən 

özünü daha qabarıq göstərəcək. Bu mərhələdə elə tənəffüslə probleminiz yarana bilər, çünki, qarın boşluğu orqanları diafragmanı yuxarı 

itələyir, bununla ağciyərlərin sərbəst hərəkətini məhdudlaşdırır. Adətən bu əlamət döl çanaq boşluğuna oturana kimi davam edir. Ilk 

hamiləlikdə bu, doğuşdan bir neçə həftə əvvəl, sonrakı hamiləlikdə isə tam doğuşdan əvvəl baş verir. 

 

Siz daha tez-tez sidiyə getməlisiniz, bu Sizə qəribə gəlir, deyilmi? 



 

Artıq hamiləliyin orta həddini keçmisiniz! Təbriklərimizi qəbul edin! Həyat yoldaşınızdan hədiyyə istəyə biərsiniz – siz bunu haqq 

etmisiniz! 

 

 




Ibrahimova B. 

29 


02/02/2002 

GƏLƏCƏK UŞAQ 

 

Soyulan dəri və tökülən lanuqadan pendirvari maddə yaranır. Bu ağımtıl – krem rəngli maddə körpənin qırışlarını, bəzi nahiyyələrini 



örtür. Onun vəzifəsi dərini qorumaqdır. Bəzən bu maddə doğuşa qədər saxlanılır və doğuşdan sonra onu ilkin tualet zamanı steril 

salfetlərlə silirlər. 

 

Siz artıq körpənin hərəki aktivliyi əsasında onun yatma və oyanma vaxtlarını təyin edə bilərsiniz. Dölün çəkisi – 230 qramdır, boyu 25 



sm-dir. 

 

Bu həftədə dölün xarici görünüşü. Diqqət yetirin: bəlkə gələcək körpənin cinsi barədə mülahizə yürüdə bildiniz?! 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Sizin döl hələ də uşaqlıq daxilində istədiyi kimi hərəkət edir. 

 

Iyirmi birinci həftə. 

 

Yəqin ki, bir çoxları Sizin gələcək körpənizin hansı cinsə mənsub olduğunu müəyyən etmək istəmişlər. Lakin onların istifadə etdiyi 

üsullar artıq bir əfsanə, nağıl kimi səslənir. Buna baxmayaraq, əksər hamilə qadınlar, xüsusi ilə birinci hamiəlik zamanı, bu üsullara əl 

atırlar. Bu bir əyləncəyə çevrilir. Bəziləri isə bu üsulları sinirləndirici hesab edirlər. 

 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə