Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   2   3   4   5   6   7   8   9   ...   14

Ibrahimova B. 

14 


02/02/2002 

Sizin körpəniz inkişafının yeni mərhələsinə - fetal dövrə daxil olur. Indi o, döl adlanır. Bu an üçün o, artıq möhtəşəm nailiyyətlər əldə 

etmişdir! 

 

Oynaqlar, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodaq formalaşmışdır. Diafraqma – qarın boşluğu ilə döş qəfəsini ayıran pərdə 



demək olar ki, hazırdır. Xarici cinsi orqanların formalaşması başlanır. “Quyruq” itir. Süd dişlərinin əsası (onlar həyatın birinci ilində 

çıxacaq) inkişaf etməyə başlayır.  

 

Körpə komfort bir şəkildə amnion mayesi (və ya dölyanı sular) ilə dolu olan döl qovuğunun içərisində yerləşir. Qovuqdakı mayenin 



miqdarı – 20 ml – dir. O demək olar ki, şəffafdır. Körpənin gözləri geniş açılmış vəziyyətdədir, lakin onun görmə qabiliyyətinin olub-

olmaması haqqında heç bir mülahizə yürütmək mümkün deyil.  

 

Dölün çəkisi 4 qrama qədərdir, “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan üzünlüğü 27-35 mm-dir. Əgər o, uşaqlıq divarına toxunursa, 



divardan təkanla aralana bilər! Lakin Siz hələ bunu hiss edə bilməzsiniz. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Bu dövrdə hamilə qadınların çəkisinin çox artması demək olar ki, təsadüf olunmur... 

 

On birinci həftə 

 


Ibrahimova B. 

15 


02/02/2002 

Yəqin ki, əhval-ruhiyyənizin sonsuz dəyişmələri Sizi təngə gətirib. Qadınların bir çoxu menstruasiyadan əvvəl olduğu kimi, hamiləlik 

zamanı da emosional sferanın qeyri-sabitliyini (sinir sisteminin hədsiz qıcıqlanması, narahatlıq və səbəbsiz həyəcan, kövrəklik) hiss 

edirlər. Bunun da səbəbi Sizin orqanizminizdə gedən hormonal dəyişikliklərdir.  

 

Hər bir qadın özünəməxsus tərzdə belə emosional qarışıqlıqdan çıxış yolu tapmağa çalışır. Kimi başını ev işləri ilə qatır, kimi xobbisi ilə 



daha da sıx məşğul olur. Bəzi qadınlar təsdiq edirlər ki, ən yaxşı çıxış yolu öz hisslərini nəzarət altına almaq, yəni meditasiya ilə məşğul 

olmaqdır. Bunun üçün satışda olan xüsusi audio, video kasetlərdən, CD disklərdən istifadə etmək olar. Peşəkar psixoterapevtin 

məsləhəti də effektiv ola bilər. 

 

Təbii ki, Sizin qeyri-sabit əhvalınız həyat yoldaşınız üçün də ağır yükə çevrilir. O hər şeyi anlayışla qarşılamalıdır. Sevən insan hər cür 



yardıma hazır olmalıdır. Çox vaxt bu yardım sadəcə olaraq, təsəlli verməkdən, səbirli olmaqdan, qayğı göstərməkdən ibarət olur. Bunda 

çətin nə var ki? Buna baxmayaraq, heç vaxt ona təşəkkür etməyi unutmayın. Bu Sizə nə qədər asan gəlsə də yaddan çıxarmayın ki, bizim 

yaşadığımız keşməkeşli zamanda hətta sadəliklər üçün belə, onlar bütün mənəvi imkanlarını səfərbər etməli olurlar. Həyat yoldaşınız bu 

dövrdə əsil mənada arxa olmalıdır. 

Əgər Sizi narahat edən psixoloci problemlər dayanıqlıdırsa, hətta getdikcə artırsa, ixtisaslı həkimə müraciət edin. Yadda saxlayın: Sizin 

kimi problemləri olan qadınların 100-dən 99-na tez və müsbət nəticə verən yardım göstərmək olar. 

 

Birinci həftə üçün olan tövsiyyələr hələ də öz mənasını itirməyib. 



 

GƏLƏCƏK UŞAQ

 

Böyüyürük! Artıq körpənin çəkisi 7 qramdır. Xarici görünüş öz qeyri-adiliyini saxlayır: yuxarı ətraflar aşaği ətraflara nisbətən daha uzun 



görünür. Bədənə nisbətən baş hissəsinin ölçüləri daha böyükdür. Qoy bu Sizi narahat etməsin – dünyaya gəlişinə yaxın bütün bu 

uyğunsuzluqlar aradan qalxacaq (nə vaxtsa, Siz də bu şəkildə olmusunuz). Bu həfə döş sümüyünün formalaşması sona çatır. Əl və ayaq 

barmaqları hələ də inkişafdadır. 

 

Yeni “xəbər”: gözün qüsehli qişası (göz rəngini göstərən hissə) inkişafa başlayır.  



Sonoqramda döl delə görünür: 

 

 




Ibrahimova B. 

16 


02/02/2002 

 

 

 

 

 

Ümumi vəziyyətin yaxşılaşma əlamətləri yarana bilər. Dölün çəkisi 14 qram, uzunluğu 9 sm-dir! 

 

On ikinci həftə. 

 

Bir çox hamilə qadınlar bu həftəni “köklü dəyişikliklərin” başlanğıcı kimi yadda saxlayacaqlar. Istərdik ki, Siz də bu xoşbəxt qadınlar 



sırasında olasınız və nəhayət Siz erkən toksikozun “sərt caynaqlarından” azad olasınız.  

 

Hamiləliyin normal gedişi üçün lazım olan hormonların ifrazında aparıcı rol ciftin üzərinə düşür. Hamiləliyin lap əvvəlində bu vəzifə 



yetkin yumurta hüceyrənin yerində yaranmış sarı cismin öhdəsində idi. 2,5 ay ərzində Sizi narahat edən də məhz onun fəaliyyəti idi. 

Indi Siz solmaqda olan sarı cismin “ölümünə” “sevinə” bilərsiniz. Amma yaxşı olar ki, bütün “şıltaqlıqlarını” ona bağışlayıb, xoş sözlə 

yola salasınız. Çünki, yaratdığı bütün əziyyətli, xoşagəlməz hadisələrə baxmayaraq, gələcəkdə Sizin həyatınızın mənasını təşkil edəcək 

körpənin dünyaya gəlməsində onun da rolu var, həm də çox böyük rolu! 

 

Lakin bəzi hamilə qadınlarda toksikoz əlamətləri daha uzun müddət davam edir, xüsusən, çoxdöllü hamiləliklərdə. 



 

 

GƏLƏCƏK UŞAQ 

 

Inkişaf tam həcmi ilə davam edir. Artıq körpənin qara ciyəri öd (gələcəkdə yağların həzminə xidmət edəcək maddə) ifraz etməyə 



başlamışdır. Bağırsaqlar da öz qabiliyyətini yoxlamlq məqsədi ilə ara-sıra yığılmalar yerinə yetirirlər. Belə yığılmalar peristaltika adlanır. 

Bağırsaqların peristaltikası qəbul edilmiş qidanın tədricən əks istiqamətdə deyil, məhz ağız boşluğundan ... doğru hərəkət etməsini 

təmin edir. ÜÇ nöqtənin yerinə lazım olan sözü özünüz qoyun.  

 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə