Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   2   3   4   5   6   7   8   9   ...   14

Ibrahimova B. 

17 


02/02/2002 

Baş beynin inkişafı davam edir. Indi o, yetkin insanın kişik ölçülü maketini xatırladır. Bu təəccüb doğurmamalıdır, çünki, onun çəkisi 

cəmi 13-14 qrama qədərdir, ümumi uzunluğu isə 9 sm-dir.  

 

 



 

 

 

 

 

 

 

Ikinci kvartalda Sizi xoş gördük! Körpənin süd dişləri formalaşmışdır.  

 

On üçüncü həftə. 

 

Ikinci kvartalda Sizi xoş gördük! Sizi təbrik edirik – yolun üçdə birini arxada buraxdınız. Əgər Sizə verilən proqnozlar özünü 

doğrultmayıb və hələ də toksikozdan əziyyət çəkirsinizsə, ruhdan düşməyin. Tezliklə vəziyyət yungulləşəcək.  

 

Bu mərhələdə Əlahəzrət Hamiləlik qadınlara daha bir sürpriz təqdim edə bilər. Söhbət qəbzlikdən gedir. Bu hal bir qədər əvvəl və bir 



qədər sonra da yarana bilər. 

 

Qəbzliyin yaranması hamilə qadının bağırsaqlarında peristaltikanın zəifləməsi ilə əlaqədardır. Bu o deməkdir ki, qida hissələri 



bağırsaqların daxilində əvvəlkinə nisbətən daha zəif sürətlə hərəkət edir, buna görədə orada bərkiyir və tıxanıb qalır. Peristaltikanın 

pozulması hormonal dəyişikliklərlə bağlıdır. Eyni zamanda böyüməkdə olan uşaqlıq da qəbizliyin yaranmasına təsir göstərir. Get-gedə 

uşaqlığın ölçülərinin artması qarın boşluğunda bağırsaqların yerini dar edir. Halbuki, uşaqlığın böyüməsi daha sonrakı dövrlərdə 

qəbizliyin yaranma səbəbinə çevrilir. 

 

Qəbzlik gələcək anaya heç də yaxşı ümidlər vermir. Bu hal özü – özlüyündə mənfi hisslər yaratması ilə yanaşı, həm də ağırlaşmalar verə 



bilər. Hamiləlik zamanı qəbzlik, sonralar əksər hallarda babasil deməkdir. Bu, düz bağırsaq venalarının müxtəlif ölçülü düyün şəkilli 

varikoz genişlənməsidir. Babasil düyünləri həm daxildə (düz bağırsaq mənfəzində) həm də xaricdə (anal dəlik nahiyyəsində) yerləşə 




Ibrahimova B. 

18 


02/02/2002 

bilər. Babasil düyünlərinə hamiləlik zamanı kifayət qədər tez-tez təsadüf olunur. Lakin onlara diqqətlə yanaşdıqda, özlərini “sakit 

aparırlar”. Əks halda babasil düyünləri iltihablaşaraq, Sizə kəskin ağrı və qanaxma şəklində narahatlıqlar yarada bilələr. Babasildən yaxa 

qurtarmaq az faiz təşkil edən xoşbəxt qadınlara müyəssər olur, lakin qəbzliyə müharibə elan etməklə bunun qarşısını almaq olar.  

 

Sizə bir neçə məsləhət verə bilərik: 



Qəbul etdiyiniz qida əsasən bitki mənşəli olmalıdır. Bitki məniəli qida tam həzm olunmur lakin nəcis kütləsinin həcminin artmasına, bu 

da öz növbəsində dolmuş bağırsağı daha fəal işləməyə məcbur edərək, azad olmasına səbəb olur. Doğrudur, bəzi bitkilər məsələn, lobya, 

kələm qazəmələgəlmə prosesini artıraraq, qarnın köpməsinə səbəb olur. Yaxşı olar ki, bu məhsullardan imtina edəsiniz. Əgər Siz bu 

məhsulları qəbul edib, belə halla qarşılaşmısınızsa, o zaman, bir neçə fincan çobanyastığı çayı və ya bir neçə həb aktivləşdirilmiş kömür 

qəbul edin. Bununla Siz körpəyə heç bir ziyan vurmayacaqsınız.  

 

Təbii xüsusiyyətləri hesabına qarına yumşaldıcı təsir göstərən məhsullardan istifadə edin. Rəndələnmiş çuğundur vəya onun şirəsi əksər 



qadınlara belə təsir göstərir.100-150 ml qaynadılmış suya bir dessert qaşığı bal əlavə edib, içmək də yaxşı effect verə bilər. Bu “eliksiri” ac 

qarnına içib, sonra ilıq isitqac qoymaqla, sol yanı üstə uzanmaq lazımdır. Rəfiqələrinizlə məsləhətləşin, yəqin ki, qəbzliyə “qalib” gəlmək 

üçün onların da Sizə verə biləcək yoxlanmış üsulları vardır. Lakin əgər əldə etdiyiniz məlumat Sizə inandırıcı gəlmirsə, onu tətbiq 

etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Bu, xüsusilə qarına yumuşaldıcı təsir edən dərman preparatlarına aiddir. Bu 

preparatları ancaq həkim təyin edir. 

 

Qarnı bağlayan məhsulların (bəzi armud növləri, düyü, çoxlu miqdarda xaş-xaş və s.) qəbulundan imtina edin. Bu məhsullarsız da 



qəbizliyin yaranması üçün kifayət qədər səbəb var. 

 

Mümkün qədər aktiv hərəkət recimini saxlamağa çalışın. Piyada gəzin, su hovuzunu və fiziki məşğələləri yaddan çıxarmayın. Əgər 



bütün bu tədbirlər Sizə kömək etməzsə, həkimə müraciət edin. Indi satışda geniş çeşiddə dərman preparatları var və mütəxəssis Sizin 

üçün optimal olanını təklif də bilər. 

 

GƏLƏCƏK UŞAQ 

 

Bu həftədə çox mühüm hadisələr baş verir. Bütün 20 ədəd süd dişi artıq formalaşmışdır (onlar səbirsizliklə öz vaxtlarını gözləyirlər). Döl 



bağırsaqları qarın boşluğunda öz yerini tutur, onun daxilində həzmdə böyük rolu olan kirpiklər əmələ gəlir. Artıq körpənin mədəaltı 

vəzi insulin ifraz edir.  




Ibrahimova B. 

19 


02/02/2002 

 

Döl, təqribən, 28 gramdır.  



 

Şəklə diqqət yetirin – dölün ayağı demək olar ki, tam formalaşmışdır. Təəccüblüsü burasıdır ki, bu hadisə çox böyük sürətlə gedir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qarın divarının ortasında tünd rəngli xətt əmələ gələ biər. 

 

On dördüncü həftə 

 

Bir çox qadınlar bildirirlər ki, hamiləliyin nə olduğunu ancaq toksikoz bitdikdən sonra hiss etmişlər. 




Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə