Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
  1   2   3   4   5   6   7   8   9   ...   14


Ibrahimova B. 

02/02/2002 



 

Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq 

Hazırki halınızı hamiləlik adlandırmaq olmaz, çünki, növbəti aybaşı qanaxması keçirirsiniz. Lakin orqanizminiz Sizin istəyinizdən 

asılı olmayaraq, yenidən hamilə olmağa hazırlaşır. 

 

Birinci həftə. 



QADIN 

 

Beləliklə, birinci həftə... Artıq bu həftədən başlayaraq, mərkəzi sinir sisteminiz hormonal fonun aktiv şəkildə yenidən qurulmasına 

başlamışdır. Bu yenidən qurmanın məqsədi Sizin orqanizminizdə yetişməkdə olan 300 000 min (!) yumurta hüceyrəsindən birini 

mayalanmaya hazırlamaqdır. Bu prosesə 2 həftəyə yaxın vaxt sərf olunur. Ona görə də, bu həftə birinci sayılır: gələcək körpənin obrazı 

məhz bu dövrdə formalaşır! 

 

Bu dövrdə orqanizmin yerinə yetirdiyi iş onun üçün adidir. Çünki, o həddibuluq dövründən başlayaraq, hər ay bu işi yerinə yetirir və 



ümid etmək olar ki, o, bu dəfə də işinin öhdəsindən gələcək. Yaxşısı budur, orqanizminizə Sizin edə biləcəyiniz yardım haqda söhbət 

edək. 


 

Yolunuz açıq olsun! 

GƏLƏCƏK UŞAQ 

Hələki, Sizin gələcək körpəniz real orqanizm deyil, bir ideya halındadır. Bu ideyanın rüşeyminin bir yarısını isə öz “beşiyində” yerləşən 

minlərlə yumurta hüceyrələrindən biri təşkil edir. Ikinci yarısı isə (ata tərəfi), yetkin spermatozoid kimi hələ heç formalaşmamışdır (bu 2 

həftədən sonra baş verəcək). 

 

Bu şəklə diqqət yetirin. Sizin gələcək körpənizi təşkil edən 100 trilion huceyrənin “anası” olan yumurta huceyrə bu şəkildədir. Gözəldir, 



elə deyilmi? 

 

 



 


Ibrahimova B. 

02/02/2002 



 

 

 



 

 

 



 

 

 



 

Eyni zamanda orqanizmin işi davam edir. Artıq minlərlə yumurta huceyrənin arasında birini “lider” kimi ayırmaq olar. Adətən bu 

hüceyrə içərisi maye ilə dolu olan qovuqcuqda yerləşir.  

 

Ikinci həftə. 



QADIN

 

 

Ikinci həftənin sonuna doğru qovuqcuğuın (onu qraf qovuqcuğu adlandırırlar) ölculəri böyüdüyündən o, yumurtalığın divarından 



xaricə doğru qabarmağa başlayacaq. Bütün bunlar ovulyasiyaya - yetişmiş qraf qovuqcuğunun partlaması və yumurta hüceyrənin qarın 

boşluğuna çıxması üçün hazırlıq işləridir. Bundan sonra yumurta hüceyrə uşaqlıq borusuna – onun spermatozoidlə görüş - yerinə daxil 

olur. Qraf qovuqcuğunun yerində isə sarı cisim əmələ gəlir. Bu sözü yadda saxlayın. Çünki sonradan hamiləlik zamanı məhz bu cisim 

orqanizmin tam hormonal dəstəyini təmin edir və onun rolu çox böyükdür. Eyni zamanda sarı cisim hamilə qadınlarda tez-tez rastlanan 

erkən toksikozun səbəbi hesab edilir. 

Yəqin ki, ovulyasiya gələn həftə baş verəcək. Bəzi qadınlar ovulyasiyanı hiss edirlər, beləki, bu proses onlarda qarnin bir nahiyyasində 

ağrı şəklində özünü göstərir. Bundan əlavə ovulyasiya vaxtını bazal temperaturu (düz bağırsaqda) ölçməklə də müəyyən etmək olar. Ən 

sadəsi, axırıncı aybaşının başlanma tarixindən saymaqla, ikinci həftənin sonu, üçüncü həftənin əvvəlinə düşən tarixin ovulyasiya günü 

olduğunu yadda saxlamaqdır. 

 

Bununla əlaqədar olaraq bir neçə momenti dəqiqləşdirmək lazımdır: 



 


Ibrahimova B. 

02/02/2002 



Yaxşı olarki, bu günə 2-3 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girməyəsiniz. Bu, həyat yoldaşınızın kifayətqədər spermatozoid 

toplamasına kömək edə bilər. Halbuki, reallıq göstərir ki, bir çox ailə cütlərinə bu heç də gərək deyil. 

Döllənmə “məqsədi daşıyan” cinsi əlaqədən əvvəl qadına cinsi orqanların tualetini, xüsusi ilə şırınqa aparmaq, vacib deyil, çünki, bu 

zaman istifadə olunan müxtəlif fasitələr uşaqlığın turşuluğunu dəyişə bilər. Bu isə döllənmə üçün arzuolunmazdır. Sadə gigiyena 

qaydalarını gözləmək kifayətdir. Çünki, aparılan təcrübələr göstərir ki, kişi cinsi hüceyrələri müxtəlif kimyəvi maddələrə, hətta ağız 

suyuna belə çox həssasdırlar. 

 

Cinsi əlaqə zamanı döllənmə üçün ən yaxşı vəziyyət “missioner”vəziyyəti və gadının dirsək-diz vəziyyətində (kişi arxada) olmasıdır. 



Cinsi əlaqədən sonra qadin 20-30 dəq. müddətində arxası üstə uzanarsa, döllənmə şansı daha da artır (yaxşı olar ki, çanağı qaldırmaq 

məqsədi ilə bel nahiyyəsinə yastıq qoyulsun). 

 

Birinci həftə həkim – genetikə baş çəkmək üçün münasıb vaxtdır. Sizin irsiyyətinizin və ailə anamnezinizin mükəmməl analizi dölə 



dəqiq diaqnozun qoyulmasına və yarana bilən inkişaf problemlərini vaxtı-vaxtında aşkar etməyə imkan verər. 

 

 



 

 

 

 

Bu həftə ən əsas məsələ – hamiləliyin “olum və ya ölüm məsələsi” həll olunacaq. 

 

Üçüncü həftə. 



QADIN 

Sizin orqanizminizdə növbəti ovulyasiya baş vermişdir, yumurta hüceyrə artıq uşaqlıq borusundadır və spermatozoidlə görüşməyin 

tam zamanıdır. Əgər belə “görüş” baş veribsə, təbrikləri qəbul edə bilərsiniz, Siz artıq hamiləsiniz. Bu həftənin axırında mayalanmış 

yumurtanın uşaqlıq divarına bərkiməsi (implantasiya) baş verəcək. Bəzi qadınlarda bu dövrdə az miqdarda qanaxmlar baş verə bilər. 

Lakin bu heç bir problem yaratmamalıdır.  

Birinci həftə üçün olan tövsiyyələr qüvvədə qalır. 

 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə