Kuran’i dэnlemeyenler



Yüklə 437,21 Kb.
səhifə1/6
tarix14.04.2018
ölçüsü437,21 Kb.
#38242
  1   2   3   4   5   6

QURANI DİNLƏMƏYƏNLƏR
HARUN YƏHYA

(ADNAN OKTAR)

Bu kitabda istifadə edilən ayələr Əlixan Musayevin tərcümə etdiyi

"Qurani-kərim" kitabından götürülmüşdür.

www.harunyahya.org - www.harunyahya.net




İÇİNDƏKİLƏR

YARADILIŞ HƏQİQƏTİ


GİRİŞ
İNSANLAR QURANDA BİLDİRİLƏN

HƏQİQƏTLƏRDƏN NİYƏ QAÇIRLAR?


QURANI DİNLƏMƏYƏNLƏRİN GİZLİ LİDERİ: ŞEYTAN
ŞEYTANIN İNSANLARI QURANDAN

UZAQLAŞDIRMAQ ÜÇÜN VERDİYİ ƏMRLƏR


YANLIŞ FİKİRDƏN QURTULMAQ
QURANI DİNLƏMƏYƏNLƏRİN BÖYÜK QƏFLƏTİ
NƏTİCƏ
TƏKAMÜL YALANI

OXUCUYA


Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə, Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.
YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.



YARADILIŞ HƏQİQƏTİ

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. (Əhqaf surəsi, 4)
www.kurandacennet.com
Kəpənəklər soyuqqanlı canlılar olduqları üçün bədən temperaturlarının çox yüksəlməməsi və daim nisbətdə tutulması vacibdir. Uçma əsnasında qanadlarda yaranan yüksək temperatur kəpənəklər üçün problemdir. Kəpənəklərin bədənindəki qan qanadlardakı çox incə damarlardan keçir. Kəpənəyin bədənində yaranan artıq temperatur qanadlardakı incə damarlarda qanın dövranı ilə birliktə xaricə atılır. Bu, Allahın yaratmasıdır.
www.yaratilisgercekleri.com
Dünyada yaşayan on mindən çox quş növünün hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Şahinin iti gözləri, geniş qanadları və sivri pəncələri var. Bir neçə yüz qramlıq yağmur quşları hər il qışlamaq üçün 4.000 kilometrlik yolu 88 saat qanad çırparaq və okeanın üstündə dəstələrini itirmədən qət edirlər. Allah hər canlını müxtəlif xüsusiyyətlərlə yaratmışdır.
www.darwinvekuslar.com
Yüksək dərəcəli temperaturda bütün yay boyu yarpaqları günəşin altında qovrulmasına baxmayaraq, bitkilərə heç nə olmur. Yarpaqların günəşə tərəf olan üst hissələri su itkisinin qarşısını almaq üçün xüsusi qoruyucu təbəqə ilə örtülmüşdür. Bundan başqa, su yarpaqlardan buxarlanır və tərləmə baş verir. Su buxarlanarkən tərləmə sayəsində bitki sərinləyir. Uca Allah yaratdığı bütün canlıları ən yaxşı biləndir, qoruyandır.
www.yaratilisguzellikleri.com
Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? (Yasin surəsi, 72-73)
www.kaderinaciklamasi.com
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)
www.kurandayaratilis.com
Bir çox bitki növü tırtıllardan qorunmaq üçün uçucu xüsusiyyətə malik kimyəvi maddə ifraz edirlər. Bu kimyəvi maddələr sayəsində tırtılların düşmənı olan ovçu həşəratlar bura gəlir və tırtılları yeyərək bitkini qoruyurlar. Şübhəsiz ki, bitki özünü düşmənlərindən qorumaq üçün belə strategiya hazırlaya bilməz. Bitkini qüsursuz xüsusiyyətlərlə yaradan aləmlərin Rəbbi olan Allahdır.
www.belgeseller.tv
Pişik balaları doğulduqları zaman kor və müdafiəsiz olurlar. Təxminən 100 qr. ağırlığındakı balalara baxmaq üçün ana pişik çox az yatır. Daim balalarının isti qalmalarını və müdafiəsini təmin etməyə çalışır. Ananın südü balaların böyüməsi üçün tam lazım olan xüsusiyyətdədir. Bu canlıların balalarına olan şəfqəti ancaq bütün canlıların hakimi olan Allahın ilham etməsi ilə yaranır.
www.darwinnedenyanildi.com
Sınıq zamanı ağrı hissinə səbəb olan sinirlər onurğa iliyi ilə beyinə daha çox siqnal yollayır. Beyin hüceyrələri isə ilk 10-15 dəqiqədə ağrı siqnallarını demək olar ki, sıfıra endirən morfinə bənzər təbii anesteziya maddəsi olan endorfini ifraz etməyə başlayır. Bunun sayəsində yaralanan insanın təhlükə yerindən uzaqlaşmaq üçün gücü olur. Şüursuz hüceyrələrə bu xüsusiyyətləri verən uca Allahdır.
www.darwinistlerinferyatlari.com
Qanda oksigeni daşımaqla mükəlləf olan zülalı daşıyan qırmızı qan hüceyrələri elastiklik sayəsində ən dar kapilyarlardan belə rahat şəkildə keçirlər. Qırmızı qan hüceyrələrinin elastiklik xüsusiyyəti olmasaydı, bədənin bir çox yerində ilişib qalar və və şəkər xəstələrində olduğu kimi qan hüceyrələri elastikliyini itirər, xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanar və bu da korluğa səbəb olardı.
www.metafizikbilgiler.com
İtlərin qoxulara qarşı həssas burunları var. Bəzi it cinslərinin qoxu hissi insanlardakından bir milyon dəfə çoxdur. Burnumuzda 5 cm2 olan qoxu nayihəsinin büyüklüyü itlərdə 150 cm2--ə bərabərdir. İtlərin burnundakı qoxu hüceyrələrinin sayı da çoxdur. Məsələn, bir alman çoban itində 225 milyon qoxu alma hüceyrəsi var.
www.Allahinmunissanati.com
Pelobatidae (sarımsaq qurbağası) sinfinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də sulu yerlərdə yaşayır. Bu heyvanlar anidən ortaya çıxmış, yəni yaradılmışlar və ortaya çıxtıqları andan bu yana heç bir "təkamülə" məruz qalmamışlar.

50 milyon illik qurbağa fosili və yan tərəfdə dövrümüzdə yaşayan qurbağa.



www.guncelhaber.org
Ən qədim tısbağa fosilləri təxminən 200 milyon il əvvələ aiddir və o dövrdən bu yana bu canlılarda heç bir dəyişiklik olmamışdır. Rəsmdə 37 - 23 milyon illik tısbağa fosilinin dövrümüzdəki tısbağalardan fərqlənmədiyi görünür.
Dövrümüzdəki tısbağalar və milyonlarla il əvvəlki tısbağalar arasında heç bir fərq yoxdur.
Aşağıda 37-23 milyon illik tısbağa fosili.
www.yaratilismuzesi.com
Qurdlar bu günkü xüsusiyyətləri ilə yaradılmışlar və milyonlarla ildir dəyişməmişdir. Məməlilərin mənşəyi mövzusunda təkamülçülərin irəli sürdükləri iddialar ağılsız və məntiqsiz hekayələrdən ibarətdir. Heç bir elmi dəlilə əsaslanmayan bu hekayələr təbliğat xarakteri daşıyır. Əlbəttə, hər kəs istədiyi kimi ssenarilər yaza bilər, fantastik üslubdan istifadə edə bilər, lakin bu ssenarilərə elmi don geydirmək doğru deyil.
www.dawkinsecevap.com
120 milyon illik qurd kəlləsinin fosili dövrümüzdəki qurdlarla eynidir.
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi qoruyandır. (Ənam surəsi, 102)
www.darwinizminyalanlarinaaldanmayin.com
Dövrümüzdəki qurdlarla 9.5 milyon yaşı olan qurd kəlləsinin fosili eynidir.
Bu günə qədər heç bir boz ayı: "Niyə özümü inkişaf etdirib sivilizasiya qurmuram", -deyib şəhərlər inşa etməyə, sənət əsərləri meydana gətirməyə, ədəbi əsərlər yazmağa, elmi kəşflər etməyə başlamamışdır. Ayılar həmişə ayı olmuş, heç bir canlıya çevrilməmişlər. Bütün canlılar sahib olduqları xüsusiyyətlərlə soylarını davam etdirmişlər. Meymunların insana çevrildiyini iddia etmək ağılsızlıqdır. Bu iddianın heç bir elmi əsası yoxdur.

www.fosiller.net
Dövrümüzdə yaşayan boz ayı ilə 90 milyon illik boz ayının kəllə fosili heç bir dəyişikliyə uğramadan eynidir.
Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər. (İsra surəsi, 99)
www.darwinistlersoruncevaplayalim.com
9.3 milyon illik qurd kəlləsinin fosili ilə dövrümüzdə yaşayan qurd eynidir.
Ən vəhşi heyvan kimi tanınan və pişiklər fəsiləsinin nümayəndələri olan şir, bəbir və pələngin dərilərindəki naxışların fərqli olduğunu bilirsinizmi? İnsanların barmaq izi kimi bu naxışlar da hər bəbir və yaquarda fərqlidir.
www.darwinnedenyanildi.com
80 milyon illik pələng kəlləsinin fosili ilə dövrümüzün pələngləri eynidir.
O, Xaliq, yoxdan yaradan, surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)
www.evrimbilim.com
95 milyon illik tülkü kəlləsinin fosili ilə dövrümüzün tülküləri eynidir.
Fosil tapıntıları təkamül nəzəriyyəsinə vurulan ən böyük zərbədir. Çünki:
1. Təkamülçülər canlıların daim kiçik dəyişikliklərə uğrayaraq sadədən mürəkkəbə doğru inkişaf etdiyini iddia edirlər. Fosil tapıntıları isə canlıların yüz milyon illərlə kiçik bir dəyişikliyə belə uğramadığını isbatlamışdır.

2. Təkamülçülər bütün canlıların xəyali ortaq atadan törədiklərini irəli sürürlər. Bu günə qədər canlı növlərinin atası kimi qəbul edilən bir dənə fosil nümunəsinə belə rast gəlinməmişdir.

3. Təkamülçülər canlıların bir-birlərindən törədiklərini və bunu göstərən ara-keçid forması olduğunu iddia edirlər. Lakin 150 il ərzində aparılan araşdırmalar nəticəsində bir dənə belə ara canlılara aid fosil tapılmamışdır.
www.baltikamberleri.com
Livanda tapılmış 95 milyon illik zarqan fosili ilə dövrümüzdə yaşayan zarqan bir-birinin eynidir.

Belonidae sinfinə daxil olan zarqanlar incə uzun quruluşa sahibdir. Sıçrayaraq suyun üzərinə çıxa bilir və quyruqlarının üzərində yenidən suya geri qayıda bilirlər. Bu metoddan düşmənlərındən qaçmaq üçün istifadə edirlər.
www.bocekfosilleri.com
Almanyada tapılan 208-146 milyon illik krevet fosili ilə dövrümüzdəki krevet arasında heç bir fərq yoxtur.

GİRİŞ

Bir anlıq həyatınız boyu ən çox sahib olmaq istədiyiniz imkanın sizə verildiyini, lakin bu imkanı layiqincə dəyərləndirmədiyinizi düşünün. Həyatınızı tamamilə dəyişdirən bu yanlış qərardan sonra kim bilir nə qədər peşman olacaq, o ana geri qayıdıb qərarınızı dəyişdirmək istəyəcəksiniz. Amma artıq çox gecdir və zamanı geriyə çevirmək mümkün deyil. Ən ağıllı hərəkət isə bundan sonra belə bir səhv etməmək üçün tədbirli davranmaqdır. Bu yanlış qərarı verərkən bəzi insanları düşünür və bir daha bu cür insanların təsiri altına düşməmək üçün özünüzə söz verirsiniz.

Hal-hazırda bir çox insan bu vəziyyətdədir. Dünyadakı bütün insanlara geniş imkanlar verilmişdir. İnsanların əksəriyyəti isə bu imkanları görməməzliyə vururlar. Allah həm bu dünyada bütün insanalara gözəllik, ədalət, bolluq, rifah, rahat həyat, həm də axirətdə insanın düşünə bilmədiyi əbədi həyat vəd etmişdir. Bu yola Allahın elçiləri və insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablar vasitəsilə bütün insanlar dəvət edilmişdir.

Hz.Muhəmmədin (s.ə.v.) də Quranla insanları doğru yola dəvət etməsi, haqqı ilə təqdir edənlər üçün vacib fürsət, böyük lütf və Allahın bir nemətidir. Vicdanlı və ağıllı olan hər insan bu fürsəti diqqətlə dəyərləndirməli, düşünməli və bu fürsətdən istifadə etməlidir. Əksi isə, yəni Quranda bildirilən həqiqətləri görməməzliyə vurmaq, dinləməmək, düşünməmək və ya bu həqiqətləri inkar edərək qaçmaq, axirətdə böyük peşmançılığa səbəb olacaq. Üstəlik, bu peşmançılığın heç bir faydası da olmayacaq.

Allahın dəvətini bu gün qəbul etməyənlər o ağır gün gəldiyi zaman "…Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq. (Ənam surəsi, 27)”, -deyəcəklər. O gün hər insan dünya həyatında etdiyi hərəkətlərin əvəzini alacaq.

Onu da qeyd etmək lazımdır ki, içində nə yazıldığını belə bilmədən Quranı oxumaqdan, öyrənməkdən və dinləməkdən çəkinən, Qurandan üz çevirən insanlar əksəriyyət təşkil edir. Bu insanlar Allahın onları hansı həyata, hansı əxlaqa dəvət etdiyini bilmədən Quran ayələrindən qaçır, elçilərin dəvətini rədd edirlər. Bu, insanları uçuruma aparan böyük addımdır. Buna baxmayaraq, insanların əksəriyyəti qəflətdə olduqlarından və yanlış fikirlərinə görə öz vəziyyətlərindən bixəbərdirlər.

Bu kitabın yazılmasında məqsəd insanları dünyada və axirətdə böyük iflasa uğradan ön mühakiməli baxış prizmasına qarşı xəbərdar etməkdir. Keçmişdə yaşayan bütün saleh möminlər kimi iman gətirməsindən və ya gətirməməsindən asılı olmayaraq, hər cür ön mühakimədən, əzbərlənmiş məlumatlardan, yanlış fikirlərdən təmizlənmiş şəkildə Quran oxumağa, Allahın ayələrinin üzərində düşünməyə dəvət etməkdir. Amma onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıq sadəcə Allahı və Quranı inkar edənlərə deyil, eyni zamanda, iman gətirdiklərini dedikləri halda, Quran əxlaqını yaşamayan insanlara da aiddir.

Keşmişdə yaşayan bütün peyğəmbərlər də göndərildikləri qövmləri Allaha iman gətirməyə və haqq dinə tabe olmağa dəvət etdikləri zaman inkarla qarşılaşmışdılar.

Bu baxımdan, kitabda verilən nümunələrin bütün haqq kitablara aid olduğu və hər bir elçinin oxşar cavablarla qarşılaşdığı unudulmamalıdır. Bu kitabda “Quranı dinləməyənlər”, “Qurandan qaçanlar” kimi adlandırdığımız insanlar keçmişdə yaşayan bütün elçilərə, bütün haqq kitablara oxşar münasibət göstərən, iman gətirməməkdə israr edən, həqiqətlərdən qaçan insanları ifadə edir.

Məqsədimiz insanları yenidən Quranda bildirilənlər üzərində düşünməyə sövq etmək, Allaha təslim olmağa dəvət etməkdir. Bundan başqa, Allahın Quranda xəbər verdiyi “Allahın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə (Allahdan) yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər. (Əhqaf surəsi, 32)” ayəsinin hökmünü bir daha xatırlatmaqdır.



Yüklə 437,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə