Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə86/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   82   83   84   85   86   87   88   89   90

ağırlaşmışdı  və  mənə  deyirdi  ki,  Azərbaycandan  getmək  istəyir. 
Mən onu Tiflisdə işə düzəltmək istədim. 
Ordubadski passiv adam idi. Mən həmişə belə hesab edirdim 
ki,  o  da  mənimlə  eyni  təmayüllüdür,  məsələlərə  jnənim  kimi 
münasibət bəsləyir... 
Kənd təsərüfatı sahəsində. Azərbaycanın kənd təsərrüfatında 
başlıca  məqam  boş,  suvarılmayan  torpaqların  (Muğan,  Mil) 
fıravanlaşdırılmasıdır.  Hamıya  çar  hökumətinin  bu  çölləri  rus 
əhalisinin  köçürülməsi  ilə  kaloniyalaşdırmaq  siyasəti  məlumdur. 
Sovetləşmədən  sonra  bu  siyasətin  təkrarlanması  təhlükəsi 
yaratmışdı. Bizim qərarımız bu idi ki, meliorasiyaya ayrılan vəsaiti 
ilk  növbədə  mövcud  sistemlərin  yenidənqurulmasma  yönəltmək, 
onları  türk  əhalisi  ilə  məskunlaşdırmaq.  Biz  ittifaqın  başqa 
rayonlarından köçürülmənin əleyhinə idik...” 
Yaxud Zaqafqaziya DSİ-nin  şöbə rəisi  İvan Pumisə  yazdığı 
məktubda  olduğu  kimi:  “Mən  nə  mənəvi,  nə  fiziki  rüsvayçılığa 
davam gətirə bilmədim. Həyatdan gedəndə də mən israrımda davam 
edirəm  ki,  mənim  bütün  günahım  çərənçiliyimdən  ibarət  olub. 
Hərəkətlərim və işimlə mən proletariata xəyanət etməmişəm. Ancaq 
kimi  günahlandırmaq  olar.  Sizi  müstəntiq  kimi  günahlandıra 
bilmərəm,  çünki  siz  qəlbə  inana  bilməzsiniz.  Qəlbin  fotoşəkilini 
çəkmək  olmaz.  Yalvanram,  mənim  əleyhimə  olan  bütün  ifadələri 
son dərəcə dəqiqliklə yoxlayıb, təhlil edəsiniz. Siz əmin olarsınız ki, 
güman edilən günahlarda mənim təqsirim yoxdur”. Məmmədhəsən 
Hacınski. 
Məmmədhəsən  Hacınskinin  3  yanvar  1931-ci  ildə  verdiyi 
ifadə  isə  vaxtılə  sovet  rejiminin  Azərbaycana  qarşı  hansı  məkrli 
niyyətlərlə  yaşadığını  bir  daha  açıqlamaq  baxımından  əhəmiyyət 
daşıyır.  Bu  ifadədən  aydın  olur  ki,  Azərbaycanın  paytaxtını 
dəyişmək istəyən kommunistlər sonrakı mərhələdə onu neytral bir 
şəhər  kimi  Rusiyaya  birləşdirmək  fikrində  idilər.:  “Mən 
Azrbaycanın ikinci həqiqi paytaxtı Gəncə şəhrinin hazırlanmasının 
tərəfdarı  idim  və  belə  hesab  edirdim  ki,  Azərbaycan  Bakısız  da 
istənilən  qədər  varlı  və  bol  ölkədir.  Bu  barədə  söhbətlərdə  mən 
Məlikaslanovdan  həmişə  mənfi  cavab  eşidirdim.  O,  Bakıdan  heç 
vəchlə imtina etmək olamaz mövqeyində idi və deyirdi ki, Avropa 
Azərbaycanı yox, Bakı şəhərini tanıyır, bu nəhəng iqtisadi və 
273 


mədəni  bazadır...  İqtisadi  rayonlaşdımıada  da  bizim  baxışlarıtmz 
fərqlənirdi.” 
Əslində  ikinci  paytaxt  ideyasının  baş  tutması  Bakını  təcrid 
edib,  qoparmaq  ideyasının  həyata  keçirilməsində  birinci  mərhələ 
olmalı  idi  və  bunu  vaxtında  başa  düşən  Azərbaycan  ziyaldan 
imperiyanın  həmin  arzusuna  qarşı  bacardıqları  qədər  mübarizə 
apardılar  və  sonrakı  mərhələlərdə  bu  ideyanın  reallaşdırılmasının 
xoşagəlməz nəticələr verəcəyini hiss edən imperiya ondan əl çəkdi. 
20  yanvar  1931-ci  ildə  isə  istintaqa  verdiyi  hütün  ifadələrin 
qısa  icmalına  qol  çəkdirilən  M.Hacınskidən  25,  27  yanvar  və  1 
fevral 1931-ci il tarixlərdə yenidən ifadə alınır. Ancaq daha yeni bir 
şey  deyilmədiyinimi,  yaxud  ağırlaşmaqda  olan  xəstəliyini  nəzərə 
alıb onu bir də dindirmələrə, üzləşdirmələrə cəlb etmədilər. İki ay 
sonra  isə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  daha  bir  naziri 
repressiya  məngənəsində  həyatını  başa  vurmağa  məcbur  edildi. 
Sovet  imperiyası  müstəqil  Azərbaycandan  daha  bir  intiqamını 
M.Hacınskinin şəxsində almış oldu. 
274 


Cümhuriyyət hökumətlərinin 
dəyişməyən yeganə naziri - Xudadat bəy 
Məlikaslanov 
Xudadat  bəy  Ağa  oğlu  Məlikaslanov  (1879-1935) 
Azərbaycan  Xalq  Cümhuriyyətmin  mövcud  olduğu  dövr  ərzində 
fəalİ3^ət göstərmiş beş hökumətin hamısında Yollar naziri postunu 
tutmuşdur. Azərbaycan Respublikasının görkəmli dövlət və ictimai 
xadimi,  yüksək  intellektə  malik  şəxsiyyət  olan.  Xudadat  bəy 
Məlikaslanov  1879-cu  ildə  Şuşa  qəzasında  bəy  ailəsində  dünyaya 
gəlmişdir. Belə yüksək təbəqəyə məxsus ailənin övladı olduğu üçün 
hərtərəfli təhsil almaq imkanı olan Xudadat Şuşa realnı məktəbinə 
daxil olur və 1899-cu ildə oranı bitirir. Ali təhsilini isə Peterburq Yol 
Mühəndisliyi institutunda birinci dərəcəli diplomla başa vurur. Bu 
vaxt  Voloqda Petrozavodsk dəmiryolu  çəkilirdi. Bununla əlaqədar 
bir sıra tələbə yoldaşlan kimi o da institutu bitirib 6 ay Peterburqda 
işləməyə məcbur olur. 1905-ci ilin əvvəlində Tiflisə köçən Xudadat 
bəy burada Zaqafqaziya dəmir yolu idarəsində işləyir. İşə stansiya 
rəisinin köməkçisi kimi qəbul olunan bu gənc mütəxəssis daha sonra 
Zaqafqaziya dəmir yolunun ən ağır və dağlıq hissəsi sayılan Suram 
aşırımı keçidində yol xidməti rəisinin müavini, bir qədər sonra isə 
rəisi təyin edilir. Bu dövrdə mükəmməl biliyini əvəssiz təcrübə ilə 
zənginləşdirən 
275 


 
X.Məlikaslanovun Peterburqda nəşr olunan jurnallarda 4 elmi 
məqaləsi dərc edilir və təmsil etdiyi sahədə bir ixtiraçı kimi 
məşhurlaşmağa başlayır. Bir müddət keçəcək və bu istedadlı 
mühəndis dəmir yolu texnikası sahəsində yeni ixtiraların müəllifi 
kimi dünyada tanınacaq və bu sistemdə uzun illər məsul vəzifələr 
tutacaqdı. Bütün bunlarla yanaşı Xudadat bəyi qarşıda talenin başqa 
sürprizləri, amansız sınaqlar da gözləyirdi. Belə sərt sınaqlardan 
birinə o, 1920-ci ilin oktyabr ayında məruz qaldı. 
1920-ci ilin aprelindən sonra adı milli hökumətlə hər hansı 
şəkildə bağlı olan, başqa sözlə desək 1918-ci ilin mayından -1920- 
ci ilin 27 aprel gününə qədər ömür sürmüş ilk Cümhuriyyətimizin 
dövlət qurumlarında təmsil edilmiş bütün şəxslərin barəsində yeni 
quruluşun mahiyyətinə və məramına uyğun tədbirlər görülməyə 
başlanıldı. 27 aprel gününün səhərindən etibarən işə salınmış 
repressiya maşını özünün ilk 
 .... qurbanlarını məhz həmin 
adamların arasında axtardı. 
Dövlət və Hökumət 
rəhbərlərindən tutmuş, adi 
məmura qədər bir nəfər də 
kənarda qalmadı. Bu şəxslərin 
bir hissəsi sui-qəsd yolu ilə 
aradan götürüldü, bir hissəsi 11 - 
ci ordunun qaniçən cəlladları 
tərəfindən dərhal güllələndi
həbsə alındı, kimlər də amansız 
cəza qorxusu altında daimi 
təqiblərə məruz qoyuldu. 
Haqqında belə “tədbir” 
görülənlər 
sırasında 
Azərbaycanın yollar naziri, 
parlamentin üzvü Xudadat bəy 
Məlikaslanov da var idi. 
Xudadat bəy Məlikaslanov 
Azərbaycanda 
aprel 
çevrilişindən sonra qısa bir 
K . A .
 
Mç.ımi!;aciiaHOR 
MHHHCTp 
276 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə