Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə88/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   82   83   84   85   86   87   88   89   90

nəzərdən keçirəndə bir həqiqətə şübhə etmirsən, o da türklərə qarşı 
əsl erməni xisləti ilə mübarizə aparıb. 
Xudadat  bəy  Məlikaslanov  yollar  naziri  kimi  1919-eu  ilin 
iyun  ayının  9-da  xarici  müdaxilə  və  daxili  təzyiqlər  qarşısında 
qalmış Azərbaycanda milli hakimiyyəti möhkəmləndirmək, ölkənin 
müdafiəsi  ilə  bağlı  məsələləri  hərtərəfli  və  operativ  surətdə  həll 
etmək  məqsədilə  yaradılmış  Dövlət  Müdafiə  Komitəsinin  (DMK) 
üzvü, şəxsi nüfuz və iş qabiliyyətinə görə isə həmin Komitədə sədrin 
müavini  olub.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  çox  ağır  bir 
dövründə  müstəsna  səlahiyyətlərə  malik  belə  bir  orqanın  təşkil 
edilməsi  qısa  bir  müddət  ərzində  özünü  doğrultdu.  DMK  ölkə 
həyatının  ən  mühüm  sahələri  üzrə  vəziyyətə  hərtərəfli  nəzarət 
etməklə  gənc  dövlətin  bütün  potensialının  strateji  məqsədlərin 
həyata keçirilməsinə istiqamətləndirə, xüsusilə müdafiə məsələləri 
ilə  bağlı  qəbul  edilmiş  qərarlann  operativ  surətdə  yerinə 
yetirilməsinə,  bu  sahədə  vahid  siyasi  xəttin  hazırlanması  və 
yeridilməsinə  nail  oldu.  Sözsüz  ki,  bütün  bu  işlərin  görülməsində 
Xudadat  bəy  Məlikaslanovun  da  iştirakı  var  idi.  O,  sədr  müavini 
kimi  öz  müstəsna  səlahiyyətlərindən  istifadə  etməklə  DMK-nın 
digər  üzvləri  ilə  bərabər  ölkənin  müdafiə  qüdrətinin  artırılması, 
Azərbaycan  dövlətinin  möhkəmləndirilməsi  istiqamətində  bir  sıra 
təxirəsalınmaz  tədbirlərin  yubadılmadan  həyata  keçirilməsi, 
hökumətin  ayrı-ayrı  nazirlikləri  arasında  qarşılıqlı  əlaqələrin 
yaradılması üçün çalışırdı. Məhz bu mühüm dövlət orqanının gərgin 
və səmərəli fəaliyyətinin nəticəsi idi ki, 1919-cu ilin sonlanna doğru 
Azərbaycanda  hərbi  qurumlann  və  digər  müdafiə  məsələlərinin 
təşkili sahəsində xeyli iş görülmüş, Muğanda və Lənkəranda milli 
hakimiyyətin  dayaqları  kifayət  qədər  möhkəmləndirilmiş,  gənc 
respublikanın  hakimiyyət  qummlannm  ilk  aylarda,  yaxud 
müstəqilliyin  nisbətən  əvvəlki  dövrlərində  fəaliyyətə  başladıqları 
ərazilərdə  isə  vəziyyət  tam  nəzarət  altına  götürülmüş,  ölkəyə 
müxtəlif  istiqamətlərdən  gözlənilən  müdaxilələrin  qarşısının 
alınması üçün bir sıra zəruri addımlar atılmışdı. Əlbəttə, bu ardıcıl 
tədbirlər  sonrakı  dövrlərdə,  xüsusilə  1920-ci  il  ərzində  də  eyni 
səviyyədə davam etdirilsə idi, Azərbaycan dövlətçiliyinin qorunub 
saxlanılması üçün daha 
280 


müvafiq  imkanlar  əldə  edilə  və  əlverişli  şərait  yaradıla  bilərdi. 
Aneaq çox təəssüf ki, bolşeviklərin milli xəyanətkarlıq mövqeləri və 
onların  ölkə  daxilindəki  hakimiyyəti  zorla  ələ  keçirmək  səylərinə 
11-ci  ordu  tərəfindən  dəstək  verilməsi  nəticəsində  Azərbaycan 
Parlamenti dövləti təslim etmək məcburiyyəti qarşısında qaldı. 
Xudadat bəy Məlikaslanov rəhbərlik etdiyi sahədə işin ümumi 
təşkili ilə kifayətlənmir, təbiətən tərəqqiyə, yeniliyə meylli şəxs kimi 
Azərbaycanda  yolların,  xüsusilə  dəmiryollarının  tikilməsində, 
müasir  layihələrin  hazırlanıb  həyata  keçirilməsində  israrlı 
təşəbbüslər  göstərirdi.  Dövlət  büdcəsinin  müdafiə  tədbirləri 
sahəsində  ən  mühüm  işlərin  görülməsinə  yetərli  vəsaitlər 
ayrılmasına  kifayət  qədər  qadir  olmadığı  bir  vaxtda  Xudadat  bəy 
hökumət  qarşısında  yol  tikintisi  və  bərpa  işləri  üçün  böyük 
həcmlərdə  kreditlər  ayniması  təşəbbüsləri  qaldırırdı.  Təbbi  ki, 
ölkənin  qan  damarları  sayılan  dəmiryolları  şəbəkəsinin 
yaradılmasında hökumət bu nadir mütəxəssisin tövsiyyələrini imkan 
daxilində nəzərə alır, Azərbaycanın gələcəyinə istiqamətlənmiş bu 
strateji addımlan dəstəkləyirdi. 
19  mart  1919-cu  ildə  Nazirlər  Şurasında  Xudadat  bəy 
Məlikaslanovun  Culfa-Bakı  dəmiryolunun  tikintisinin  davam 
etdirilməsi ilə bağlı məruzəsi dinlənilmiş və hökumət tərəfindən bu 
dəmiryolunun  birinci  variantda  tikintisi  üçün  parlamentə  müvafiq 
qanun  hazırlayıb  təqdim  etməsi  və  100  milyon  həcmində  kredit 
ayrılmasını xahiş etməsi qərara alınmışdı (ARDA, f.895, 
S.3, 
iş 165, 
s57). 
Nazirlər Kabinetinin sədri Nəsib bəy Yusifbəyli 5 may 1919- 
cu  ildə  şəxsən  Hərbi  nazirə  çatdırılmalı  olan  102  saylı  məxfi 
məktubunda yazırdı: “Zati Aliləri, Sizin 21 aprel tarixli 1664 saylı 
raportunuza uyğun olaraq. Sizə bildirirəm ki, raportda deyilənlərlə 
mən  şərikəm.  Təcrübəli  şəxsin  (dəmiryol  mühəndisi)  ezam 
olunmasına  gəlincə,  Azərbaycan  dəmir  yollarının  səfərbərlik 
planının tərtib edilməsi üçün mənim tərəfimdən belə bir şəxsi tapıb 
Sizin sərancammıza ezam etmək tapşırığı verilmişdir. Bakı ş”. 
281 


Xudadat bəy yol mühəndisi kimi nadir mütəxəssis və ixtiraçı 
idi. Qeyd etdiyimiz kimi o, institutu  bitirdikdən sonra  I917-ci  ilin 
martına  qədər  Peterburqda  və  Tiflisdə  dəmiryol  nəqliyyatı 
sistemində  işləmiş,  mühəndis  ixtiraları  ilə  məşhurlaşmışdı.  Artıq 
böyük təerübəyə malik olmasını nəzərə alıb, 1917-ci ilin martında 
onu Müvəqqəti hökumətin Zaqafqaziya dərhiryolu üzrə səlahiyətli 
nümayəndəsi təyin etmişdilər. 1917-ci ilin noyabrından 1918-ci ilin 
mayına qədər isə Xudadat bəy Məlikaslanov Zaqafqaziya Federativ 
Respublikasının Zaqafqaziya komissarlığında yollar naziri olmuşdu. 
Bunların  heç  biri  təsadüfi  uğurlar,  yaxud  başqa  səbəblərlə  bağlı 
təyinatlar  deyildi.  Bu  uğurlar  onun  mütəxəssis  kimi  özünütəsdiq 
etməsi,  başqalarından  ən  azı  bir  boy  uca  olması  və  çox  çətin  bir 
dövrdə son dərəcə məsuliyyətli bir sahənin işi bilən bir şəxsə həvalə 
edilməsi zərurətinin meydana çıxardığı qanunauyğun nəticələr idi. 
Xudadat  bəy ixtisası  ilə birbaşa bağlı olmayan sahələrdə də 
böyük xidmətlər göstərməyə qadir bir şəxs idi. Təsadüfi deyildi ki, 
1919-cu  ilin  aprelində  Nazirlər  Şurasının  sədri  Nəsib  bəy 
Yusifbəylinin göstərişi ilə latın əlifbasına keçilmək üçün yaradılmış 
xüsusi  komissiyaya  məhz  o  rəhbərlik  etmişdir.  Xudadat  bəyin 
rəhbərliyi altında fəaliyyət göstərmiş bu komissiya səmərəli işləmiş 
parlamentə  latın  əlifbasına  keçməklə  əlaqədar  layihə  təqdim 
etmişdir.  Təəssüf  ki,  bir  sıra  təşəbbüslər  kimi  məlum  səbəblərlə 
bağlı olaraq bu layihənin də müzakirəsi yarımçıq qalmışdır. 
5829 №-li arxiv işindən daha bir səhifə. 
Az. çeka əməkdaşları tərəfindən 7 noyabr 1920-ci ildə istintaq 
işi  üzrə  müttəhim  kimi  dindirilən  Xudadat  bəyin  bildirdikləri 
əsasında Protokol tərtib edilir “adı  Xudadat,  soyadı  Məlikaslanov, 
yaşı 42, mənşəyi bəy, yaşayış  yeri Bakı şəhəri İrəvan küçəsi ev 5, 
ailəli, daşınmaz əmlakı yoxdur (sənədin yuxarısında karandaşla rus 
dilində qeyd var - Bail türməsi, xəstəxanada 17 noyabrdan), bitərəf, 
siyasi əqidəsi - sosial marksisit və harada oxuduğu, işlədiyi barədə 
qeydlər  verilmiş,  işin  mahiyyəti  üzrə  aşağıdakı  ifadə  alınmışdır: 
“Mən hakimiyyətdə vəzifə tutarkən bolşeviklərə xeyirxah münasibət 
göstərmişəm, mənim 
282 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə