Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə85/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   82   83   84   85   86   87   88   89   90

çəkmişəm,  tarix  birdən  məni  “satqın”  kimi  qeydə  alar,  mənim 
gözümün  qabağına  gəlir  ki,  rüsvayçı  ləqəb  uşaqlarımın,  bütün 
gələcək  nəslin  həyatına  daxil  olacaq.  Mən  əzab  çəkirdim  və 
bilmirdim ki, bu rüsvayçılığı necə yuyum, necə dağıdım... 
Mənim  Zaqxarici  ticarətə  daxil  oduğum  ərəfədə  mühəndis 
Məlikaslanov işləmək üçün Təbrizə göndərildi. O, əvvəl mənə, hələ 
mən  təyin  edilmədiyimə  görə  isə  sonra  Teymur  Əliyevə  müraciət 
etmişdi və o, onu xaricə göndərmişdi. Məlum oldu ki, onu orada işə 
buraxmayıblar.  O,  etiraz  əlaməti  olaraq,  bir  sıra  məktub  və 
teleqramlar  göndərmişdi.  Məlikaslanova  geri  qayıtmaq  təklif 
olundu. O qayıtmadı və orada qaldı, mühəndis kimi İran xidmətinə 
girdi. Bir qədər keçdikdən sonra keçmiş konsul Kav- Büronun adına 
uzun  bir  məktub  göndərdi  ki,  Məlikaslanov  müsavatçıdır  və  onu 
mən  Türkiyə  hakimiyyəti  və  müsavatçılarla  əlaqə  yaratmaq  üçün 
göndərmişəm. Bu məktubu yoldaş Myasnikov mənə göstərəndə mən 
dərhal  tələb  etdim  ki,  qoy  bu  iş  araşdmlsm,  ya  mən,  ya  konsul 
cəzalandınisın.  Mənə  söz  verdilər  və  görünür  araşdırıldı,  konsul 
buraya gəldi və y.Myasnikov və Nərimanov işi tamam ləğv etdilər, 
konsul işdən çıxanidı. Onda mən Təbrizə Vançyanı göndərdim. 
...Müxtəlif  təbəqələrdə  və  müxtəlif  ziyalı  qruplarında 
narazılıq  sovet  hakimiyyətinin  siyasətinə  və  bolşeviklərin 
proqramına  görə  meydana  çıxırdı.  Ziyalıların  milliyətindən  asılı 
olmayaraq,  sinfi  mənsubiyyətinə  görə  iri  kapitalistlərə, 
mülkədarlara, tacirlərə məxsus olanları və onların xidmətçiləri çox 
nadir  istisnalarla  sovet  hakimiyyətinin  əleyhdarları  idilər.  Siyasi 
partiya  nümayəndələri  də  həmçinin.  Ancaq  ziyalılann  bir  hissəsi 
bitərəflər,  yaxud  partiyadan  aynlanlar  hökumətin  bu  və  ya  digər 
addımı ilə razılaşmasalar da loyal mövqe tuturdular. 
Azneftdə  işlər  müdiri  Serebrovski  gedəndən  sonra 
M.Y.Cəfərov  oldu.  Sonra  Nərimanbəyli  nə  işləyirdi  bilmirəm, 
təchizat  şöbəsinə  Mehdiyev  baxırdı,  orada  Mahmudbəyov  Ağalar 
bəy işləyirdi, Məlikaslanov mühəndis kimi dəvət olunmuşdu. 
...1922-ci  ilin  mayından  1925-ci  ilin  sentyabrına  qədər  olan 
mərhələnin  başlanması  iki  hadisə  ilə  üst-üstə  düşürdü: 
Zaqfederasiyanm  təşkil  olunması,  təsərrüfat  sahəsində  isə  Y  eni 
İqtisadi Siyasətin və təsərrüfat hesabının həyata keçrilməsi. 
270 


Federasiya  ideyası  müxtəlif  respublikalar  və  müxtəlif  təbəqələr 
tərəfindən  müxtəlif  cür  qarşılandı.  Buna  Azərbaycanın 
müstəqilliyinin  ləğv  edilməsinin  birinci  mərhələsi  kimi  baxırdılar. 
Belə  mülahizə  yürüdürdülər:  əvvəl  Azərbaycan  Zaqafqaziyanın, 
sonra  Zaqafqaziya  Rusiyanın  tərkibində  əriyir.  Başqa  dəlillər  də 
gətirilirdi.  Varlı  Azərbaycan  kasıb  səhmdarlar  istəmir.  Başqa 
təmayül  də  vardı.  Kommunist  B.Şahtaxtmskinin  fikrincə, 
Azərbaycan  yaxşı  olar  Rusiyanın  tərkibində  başqa  qonşu  türk 
rayonları  ilə  birləşsin.  Mən  iki  səbəbə  görə  bunun  qəti  əleyhinə 
oldum:  1.Azərbaycan  birmənalı  şəkildə  velikorus  şovinizmi 
tərəfindən yeyilmək riskinə gedir. Mən görürdüm və Azərbaycanın 
müqavimət  göstərəciyinə  inanmırdım.  Zaqfederasiya  şovinizmə 
qarşı daha möhkəm dayana bilərdi. 2.Zaqafqaziya respublikalarının 
iqtisadi  bağlılığı  o  qədər  güclüdür  ki,  gec-tez  bu  respublikalar 
birləşəcəklər.  Bu  iqtisadi  tərəfi  mən  Nərimanova  izah  etdim,  o 
mənim  fikrimi  soruşdu. Mən  bəyan  etdim  ki,  Zaqfederasiyanm  ən 
qatı  tərəfdarıyam.  Federasiya  əleyhinə  ən  güclü  təmayül 
Gürcüstanda  idi.  Onlar  deyirdilər  ki,  Gürcüstanın  Rusiyadan 
tamamilə  ayrılmaq  şansı  Azərbaycandan  çoxdur.  Azərbaycan  öz 
nefti  ilə  elə  bir  tikədir  ki,  Rusiya  ondan  heç  vəchlə  imtina 
etməyəcək...  Federasiya  Azərbaycanı  tamamilə  Rusiyanın 
quberniyasına çevrilməkdən xilas edəcək”. 
Ancaq  bolşevik  cəza  orqanının  nələrə  qadir  olduğunu  şəxsi 
taleyində hiss etmiş M.Hacmski ifadəsində hərdən siyasət işlətməyə, 
yaxud  fikirlərini  dolayısı  ilə  deməyə  məcbur  idi.  Belə  məqamlara 
əsaslanaraq,  yaxud  onlardan  çıxış  edərək  onun  bütün  fəaliyyətinə 
qara  yaxmaq,  bir  sıra  xidmətlərini  danmaq  nə  dərəcədə  düzgün 
olardı. Yəqin bu sualın ritorika xatirinə deyilmədiyi, tarixə obyektiv 
yanaşmaq istəyindən irəli gəldiyi ilə oxucu da razılaşar. M.Hacmski 
öz səhvini, tərəddüd və büdrəmələrini özü nəinki etiraf edirdi, hətta 
olub-keçənlərə görə özünü qınayırdı da. Bütün bunlara baxmayaraq
ondan  rejimə  açıq-  aydın  düşmən  olduğunu  göstərməsini  tələb 
etməyi,  yaxud  istintaqla  əlaqəli  manevrlərinə  başqa  don 
geyindirməyi düzgün münasibət saymaq olmaz və bu məsələyə tarixi 
kontekstdə  yanaşılması,  istənilən  halda  obyektivliyin  gözlənilməsi 
prisnipləri  ilə  də  uyğun  gəlmir.  Ona  görə  də  aşağıdakı  sözləri 
M.Hacmskinin 
271 


hansı şəraitdə və nə üçün dediyi azı ədalətli olmaq naminə mütləq 
nəzərə  alınmalıdır.  Özü  də  əksər  hallarda  Hacınski  belə  ifadələri 
rejimin mahiyyətini daha çılpaqlığı ilə açıb göstərmək xatirinə deyir, 
sanki həmin sözləri əvvəlcədən söyləməsi ilə özünü müdafiə edirdi. 
“...Mənim sovet hakimiyyəti ilə fikir ayrılığım rejimin ümumi 
əsaslarına aid deyildi. Burada ayn-ayn məqəmlarla bağlı narazılıqlar 
vardı  və  taktiki  narazılıqlar.  Mənim  əsas  narazılığım  Azərbaycana 
münasibətdə yeridilən siyasət və təcrübə idi. Velikorus şovinizminin 
hücuma  keçməsi,  yerli  hakimiyyəti  simasızlaşdıran,  Azərbaycan 
ziyalılarını əzən, kaloniyalaşdırma yolu ilə türk əhalisini milli azlığa 
çevirməyə çalışan, nə mümkündür qoparmaq, nə lazımdır verməmək 
idi. Bu Azərbaycan hakimiyyətinin hərəkətsizliyi, yerli türk olmayan 
türklərə  qarşı  düşmən  ovqatda  olan  elementlərin  dəstəklənməsi 
zəminində  yeridilən  və  onlara  sərf  edən  siyasət  idi.  Bu  hallarla 
mübarizədə  mən  iqtisadi  zəmində,  məndən  keçən  məsələlərə  təsir 
göstərməklə  mübarizə  aparırdım.  İkinci  günahım  bu  olub  ki,  mən 
ziyalılarla  çoxsaylı  görüşlərdə  və  söhbətlərdə  sovet  hakimiyyətini 
tənqiddən  qalmamışam  və  öz  növbəmdə  bəzən  əksinqilabi  və  fəal 
söhbətlərə münasibət bildirməmişəm, bu barədə sovet hakimiyyətini 
xəbərdar etməmişəm... Məlikaslanov əqidəsinə görə tam millətçidir
sovetləşməyə qədər heç bir partiyaya daxil olmayıb. Politexnikumun 
professoru  kimi  türk  bölməsi  üçün  çox  iş  görüb.  Mən  onunla 
Cülfa-Bakı  dəmiryolunun  və  elektrik  stansiyasının  tikintisində 
əlaqədə olmuşam. Birincidə mən onunla razılaşıb kömək etmişəm, 
ikincidə  isə  razılaşmamışam.  O,  gürcü  ziyalıları  arasında  böyük 
əlaqələrə  malikdir.  Cülfa-Bakı  dəmiryolunun  təşəbbüskarı  və 
qurucusu. O, bu məsələni qəzalarda yaşayan türk əhalisinin rifahını 
yaxşılaşdırmaq  və  Naxçıvan  diyan  ilə  Azərbaycanı  birləşdirmək 
məqsədilə  qaldırdığını  izah  edirdi.  Sonuncu  işlərindən  biri  kimi 
iqtisadi rayonlaşdırma barədə işini qeyd edə bilərəm. 
Şabanov,  onunla  Plan  komitəsində  işləyərkən  tanış 
olmuşdum.  Çox  ağıllı  adamdır,  Azərbaycan  hökumətində  böyük 
inam qazanıb. Keçmiş eser, ancaq millətçi. Öz partiyası ilə əlaqəsi 
barədə mənə heç nə demirdi. Bir vaxtlar onun vəziyyəti 
272 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə