Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə83/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   79   80   81   82   83   84   85   86   ...   90

1920-ci  ildə  Türkiyəyə  mühacirət  etmiş  Şamxorski  ilə  əlaqəyə 
girdim. O, Rəhim xan Xəlilovun arvadının qohumudur. Rəhim xan 
mənim Türkiyəyə gəlməyim barədə əvvəlcədən xəbərdar edilmişdi. 
Mən Şamxorski vasitəsilə ona gəldiyim barədə məlumat çatdırdım. 
Şamxorski mənim adımdan Nobeldən təşkilatın ehtiyacları üçün pul 
yardımı alınması barədə Rəhim xanla danışıqlar aparırdı. Danışıqlar 
uğurla  nəticələndi  və  mən  Şamxorski  vasitəsilə  250  min  rubl  pul 
aldım və şəxsən Samsun tənbəkisi kimi Xarici Ticarət komissannın 
müavini M.Hacmskiyə göndərildi. Bu pulların keçirilməsini təşkilat 
üzvü Dildarov təşkil etdi və pullar Hacınskiyə təhvil verildi. Mən 
İstanbulda  olarkən  Şamxorski  mənə  bildirdi  ki,  Rəhim  xanın 
Topçubaşovla  əlaqəsi  var  və  Ramzin  Parisdə  xəbərdar  edilib  ki, 
bizim təşkilat Nobeldən pul yardımı alır. Mən 1930-cu ildə Tiflisə 
qayıtdım və yenidən M.Hacınski ilə əlaqə yaratdım. Onun mənzili 
həmin vaxtlar gizli görüş yerinə çevrilmişdi. Təşkilat Azərbaycanda 
silahlı  üsyanın  hazırlanması  üçün  fəal  iş  aparırdı  və  Nuxada 
təşkilatın  sədri  Yeliseyski  və  Gəncədə  doktor  Əsgərovla  əlaqə 
yaradılmışdı.”. 
M.Hacmskinin  keçməkeşli  həyatında  ən  ağır  və  mənəvi 
baxımdan  ən  sıxıntılı  dövr  aprel  çevrilişindən  sonrakı  ilk  illər 
olmuşdur.  Bolşeviklərin  razılığını  ala  bilmədiyi  üçün  hökumət 
qurmaq missiyasının öhdəsindən gələ bilməyən Hacınski bu barədə 
Parlamentə məlumat verir və milli qüvvələri bolşeviklərin tutduğu 
mövqe  ilə  əlaqədar  yaranmış  təhlükəli  vəzij^yət  barədə  xəbərdar 
edərək,  onları  reallığı  qiymətləndirməyə  çağınr.  Reallıq  isə  onun 
qənaətinə  görə,  şimaldan  gələn  təhlükənin  nəzərə  alınması, 
hakimiyyətin kommunistlərə təhvil verilməsi idi. Çünki artıq Şimali 
Qafqazda  rus  bolşeviklərinə  müqavimət  göstərən  bütün  qüvvələr 
məğlub edilmiş, Denikinin könüllülər ordusu dağıdılmış və onların 
Azərbaycana  daxil  olması  üçün  qarşını  kəsəcək  heç  bir  maneə 
qalmamışdı.  Həmin dövrdə Qarabağda erməni  daşnakları ilə qanlı 
döyüşlər aparan 40 minlik Azərbaycan ordusunun bütünlüklə şimal 
istiqamətinə yeridilməsi mümkün deyildi və bunu yaxşı bilən ruslar 
yerli  kommunistlərin  dili  ilə  öz  şərtlərini  artıq  ultimativ  formada 
irəli sürürdülər. Digər tərəfdən əsas qüvvələri şimala çıxarmaqla da 
əslində  70  minlik  heyəti  olan  11-ci  ordunun  qarşısmı  sonadək 
kəsmək də mümkün deyildi. Belə 
264 


bir  ağır  durumda  M.Hacınskinin  hökumət  dairələrində  və 
Parlamentdə  ifadə  olunan  təslimçilik  çağnşları,  onun  rəhbərliyi 
altında  bolşeviklərlə  danışıqlar  aparmaq  üçün  yaradılmış 
komissiyanın  həmin  rəyi  təsdiqləməsi  müstəqil  Azərbayeanın 
süqutu  ilə  heç  vəchlə  razılaşmayan  həqiqi  vətənpərvərləri 
hiddətləndirir,  onlarda  bu  şəxsə  qarşı  düşmənçilik  duyğuları 
oyadırdı.  Hətta  hökumətin  məcburi  qaydada  Parlamentdə  təhvil 
verilməsindən  neçə  illər  keçdikdən  sonra  da  onların  əksəri}^əti 
Hacmskini  bağışlaya  bilmir  və  bütün  bunlarda  onu  ən  başlıca 
günahkar hesab edirdilər. 
M.Hacınski  29  dekabr  1930-cu  ildə  xatırlayırdı:  “Bakıda 
1922-23-cü  illərdə  tanınmış  müsavatçı,  mənim  qonşum  Əsədulla 
Məmmədov  həbs  edilmişdi.  Onun  bacısı  mənim  arvadıma 
danışmışdı. O, qardaşına deyəndə ki, Hacınskidən xahiş edək sənə 
köməklik göstərsin, qardaşı qəti surətdə imtina etmişdi. Bildirmişdi 
ki,  o, ölər,  ancaq məndən heç bir kömək istəməz. Biz onun evini, 
ailəsi və uşaqları ilə birlikdə yandırmaq istəyirdik,” demişdi. 
M.Haemskinin eyni tarixdə istintaqa açıqladığı bir sıra digər 
məqəmlar  ona  qarşı  münasibətin  nə  dərəcədə  dözülməz  olduğunu 
göstəmıək baxımından xüsüsilə əhəmiyyətlidir. Həmin qeydlər onun 
nəinki  aprel  çevrilişindən,  ümumən  fevral  inqilabından  sonrakı 
ietimai-siyasi  hadisələrə  necə  qiymət  verdiyini,  proseslərə  hansı 
prizmadan  yanaşdığını  göstərmək  cəhətdən  də  maraqlıdır. 
“Azərbaycanın sovetləşməsi və ziyalıların, xüsusən türk ziyahlanmn 
onu necə qarşıladıqlan” barədə fikirlərini belə bildirir: “Oktyabrdan 
sonra  bütün  Zaqafqaziya  ilə  bolşevik  Rusiyası  arasında  Denikin 
Rusiyası  dayanırdı.  Həqiqətən  də,  Bakı  kimi  mərkəzdə  bolşevik 
hakimiyyətini  qurmaq  üçün  zəngin  təməl  var  idi,  ancaq  bu 
Zaqafqaziya  miqyasında  məhdud  bir  sahə  idi.  Hazırlığı,  qəti 
istiqamətləri  olmayan  türk  ziyalıları  məncə  özlərini  itirmişdilər. 
Əlbəttə, bu bütün ziyalılara aid deyildi. Məşhur təbəqələşmə bu vaxt 
artıq  baş  vermişdi.  Bir  hissə  bolşeviklərlə  birləşmişdilər,  nəhəng 
burjuaziyaya  aid  olan  bir  hissə  nə  istədiyini  bilirdi  və  məqam 
gözləyirdi  ki,  Denikinə  doğru  hərəkət  etsin,  aneaq  əksəriyyət 
bitərəflər  və  müxtəlif  milli  partiyalara  mənsub  olanlar,  məncə, 
kor-koranə  gedirdilər.  Bu  məqamda  rəhbərliyi  gürcü  ziyalıları, 
başlıcası menşevik partiyası öz üzərlərinə 
265 


götürmüşdü.  Kütləvi  şəkildə  daşnak  partiyası  ilə  təmsil  edilən 
erməni  ziyalılarına,  təbii  ki,  müsəlman  ziyalılar  etimad 
göstərmirdilər,  rus  ziyalılarına  da  həmçinin...  Belə  ovqatla  türk 
ziyalıları  Zaqafqaziya  Seymine  daxil  oldu.  ...  Bir  neçə  kəlmə 
ziyalıların  Bakının  sovetləşməsinə  münasibəti  barədə.  Mən 
hadisələrdən xəbərdar deyildim, çünki bütün vaxtı nəinki Bakı, hətta 
bəzən Zaqafqaziya ərazisindən kənarda olurdum. Ancaq Trapezımda 
və Tiflisə gələn şəxslər belə düşünür və başqalanm da inandırırdılar 
ki,  guya  bu  bolşevik  deyil,  daşnak  hərəkatıdır,  daşnaklar  qan 
tökməklə  Şərqi  və  Cənubi-Şərqi  Zaqafqaziyanı  işğal  etmək 
proqramlarını  həyata  keçirmək  istəyirlər...  Sonra  Azərbaycanın 
müstəqilliyinin elan olunması gəldi, bütün bu müddət və 1919-cu ilin 
sonuna  qədər  mən  Azərbaycanda  olmadım...  Parisdən  qayıdarkən 
mən təqribən belə bir vəziyyəti gördüm. Əvvəllər çox az yeri olan 
“İttihad”  partiyası  güclü  inkişaf  edib  və  hakimiyyəti  ələ  keçirmək 
arzusundadır və doktor Qarabəyov, doktor Sultanov kimi çox güclü 
liderlərin  rəhbərliyi  altında  müsavatla  güclü  mübarizə  aparır. 
Ruhanilər,  kapitalistlər  və  “qoçu”lar  arasında  böyük  nüfuza  malik 
olmaqla, həmçinin  hərbçilər və varlı ziyalılar arasından tərəfdarlar 
toplayaraq  onlar  müsavata  ciddi  təhlükə  yaradıblar...  “Sosilalist” 
qrupu  məncə,  parçalanma,  axtarış  mərhələsində  idi,  onlann 
əksəriyyəti qəti istiqamətə malik deyildi. Məncə onlann əksəriyyəti 
son  ana  qədər  gürcü  menşeviklərinin  təsiri  altında  oldular....  Mən 
rəsmi surətdə müsavat partiyasına mənsub olsam da, faktiki olaraq 
ondan kənarlaşdığım üçün heç bir partiyaya girmədim. Deməliyəm 
ki,  mən  faktiki  surətdə  daha  çox  sosialist  bloku  ilə  yaxınlaşırdım, 
nəinki  müsavatla,  ittihadla  isə  heç  cürə.  Sonuncu  taktiki  qənaətlə 
məndən istifadə etməyə çalışırdı və hökumət böhranı olanda onlann 
razılaşdığı  baş  nazirliyə  namizədliyi  olan  yeganə  şəxs  mən  idim. 
Ancaq  mən  əvvəlcədən  biləndə  ki,  onlar  Qarabəyovu  daxili  işlər 
naziri,  məşhur  avantürist  türk  zabiti  Bahəddinin  isə  Bakı  şəhər 
bələdiyyəsinin rəisliyinə namizədliyini irəli sürmək istəyirlər, mən 
bunlara etiraz etdim və dərhal soyuqluq  yarandı. Çevriliş ərəfəsinə 
gəlmək  istəyirəm.  27  apreldə  qırmızı  ordunun  hücumu  başlayanda 
bu bütün partiyalar (o cümlədən sosialist fırqəsinin bir çox üzvləri) 
üçün gözlənilməz oldu. Xatırlayıram ki, bundan 
266 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə