Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə84/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

iki  gün  əvvəl  hökumətin  müşavirəsində  cəbhə  xəttindən  komissar 
Əmir Xan Xoyskinin teleqramı alınmışdı ki, qırmızı ordu açlardan, 
çılpaqlardan, fərari əsgərlər dəstəsindən başqa bir şey deyil və heç 
bir  təhlükə  doğurmurlar.  Çoxları  sevinmişdilər  və  nazir 
Xasməmmədov  bu  teleqramı  mənim  gözümə  soxaraq,  bağırırdı: 
“budur sənin bolşeviklərin...” səhər baş nazir Yusifbəyli öz yanında 
hökumət  və  partiya  liderlərinin  iştirakı  ilə  təcili  müşavirə  çağırdı. 
Bütün  baxışlar  mənə  zillənmişdi,  çünki  hamı  belə  hesab  edirdi  ki, 
mən işlərin içindəyəm, mən bolşeviklərin agentiyəm. Mən tərəddüd 
etmədən  bildirdim  ki,  vəziyyətdən  yeganə  ağıllı  və  düzgün  çıxış 
yolunu  hakimiyyəti  Azərbaycan  kommunist  partiyasına  verməkdə 
görürəm.  Bu  təklif  müsavat  fırqəsi  tərəfindən  qızğın  ehtirazla 
qarşılandı,  digər  firqələr  bu  təklifi  öz  fırqələrində  müzakirə  etmək 
arzusu  ilə  susdular  və  yalnız  Səfıkürdlü  və  deyəsən  bir  də 
Ağamahoğlu  oradaca  razılaşdılar.  Sonra  müzakirələr  partiyalarda 
apanidı və mənim rəhbərliyimlə danışıqlar üçün komissiya yaratmaq 
qərara alındı. Mən bu komissiyanın tərkibini yada salmaq istəyirəm. 
İttihadçılardan  Qarabəyov,  müsavatdan  Rəsulzadə,  sosialistlərdən 
Səfıkürdlü və Ağamahoğlu, daha kimsə ikinci dərəcəli partiyalardan 
var  idi.  Səlahiyyətlərə  malik  olan  Həmid  Sultanovun  şəxsində 
Azərbaycan kommunist partiyası ilə danışıqlara girdik. Komissiyada 
Qarabəyov, Səfıkürdlü, Ağamahoğlu bir qədər müzakirə apardıqdan 
sonra  mənim  təklifimə  qoşuldular,  baxmayaraq  ki,  Qarabəyov 
H.Sultanova bir sıra etirazlar etdi, ancaq son nəticədə onların şərti ilə 
razılaşdı.  Tək  Rəsulzadə  axıradək  əleyhinə  oldu,  komissiya 
danışıqların nəticəsini Parlamentin fırqə rəhbərlərinin müşavirəsinin 
müzakirəsinə  çıxardı,  orda  da  təqribən  eyni  vəziyyət  yarandı. 
Parlamentin  rəsmi  yığıncağında  (artıq  bu  vaxt  zirehli  maşınlar 
Biləcəriyə  yaxınlaşmışdılar)  Parlamentin  əksər  üzvləri  yerlərində 
deyildilər, komissiyanın təklifi əksəriyyət tərəfindən qəbul olundu. 
Hökumətin  və  müsavatm  dalğmhğı  artdı,  fərdi  müşavirədə 
müqavimət imkanları barədə (bir neçə hökumət və müsavat üzvü bu 
məsələni qoymuşdular) hərbi nazir Mehmandarov bildirmişdi ki, o 
saat yanmdan artıq müqavimət göstərmək gücündə deyil və özü də 
komissiyanın  təklifi  ilə  danışıqsız  razılaşmağı  məsləhət  görmüşdü. 
Başqa hərbçilər də 
267 


vardı  və  başqalan  da  hansı  ki,  Bakıya  cavab  verdiklərini  bəyan 
edirdilər, donanma və artilleriyanın hazır dayandığını bildirirdilər və 
buradaca  aydın  oldu  ki,  donanma  artıq  bolşeviklər  tərəfmə  keçib. 
Qısa şəkildə demək istəyirəm ki, nəyə görə İttihad müsavatdan əvvəl 
güzəştə getmişdi... Müsavatçılar Antantanın nəzərindən düşməmək 
üçün Türkiyədən bir az kənarlaşmağa çalışırdılar. Türklər deyirdilər 
ki,  qırmızı  ordu  ilə  danışırlar,  yaxud  danışıblar,  sonuncu  ancaq 
Azərbaycandan keçməklə Türkiyəyə köməyə  getmək istəyir. Xəlil 
paşanı  az  qala  bu  əməliyyatın  komandanı  təyin  ediblər.  Bütün 
bunlann  sözsüz  ki,  müəyyən  təsiri  vardı.  Sonra  İttihad  partiyası 
görünür kommunistlər barədə pis təsəvvürə malik idi, onların gücü 
və  qüvvəsi  barədə.  Onlara  elə  gəlirdi  ki,  düşmənləri  müsavatla 
müqayisədə bu müvəqqəti qüvvədir... Müsavat rəhbərləri. Rəsulzadə 
və  Yusifbəyli  daha  yüksək  dərəcədə  savadlı  siyasətçilər  idilər... 
Sovetləşmədən  sonra,  kütlə  bolşevik  quruluşunun  nə  demək 
olduğunu  bildikdən  sonra  nə  baş  verdi.  Müsvatm  onları  nə 
gözlədiyini  yaxşı  bilən  fəal  xadimləri  (Rəsulzadə,  Yusifbəyli, 
Ağayev,  Rüstəmbəyov,  Xasməmmədov,  Mustafa  Vəkilov)  dərhal 
gizləndilər,  bununla  da  müxalifətə  keçdilər.  Ancaq  ziyahlann 
əksəri}^əti ilk günlər sual qarşısında qalmışdılar, yeni hakimiyyətin 
onlara nə gətirdiyini bilmirdilər, yenə də dağıntılar baş verəcək, yenə 
də  yerli  hakimiyyət  olacaq,  yoxsa  hər  cür  müstəqillik  ləğv  edilir, 
antirus  işinə  görə  intiqam  alınacaqmı  və  s.  və  i...  Gəncə  üsyanı 
hökuməti  bir  sıra  sərt  tədbirlərə  əl  atmağa  məcbur  etdi,  böyük 
həbslər  aparıldı,  güllələnmələr  oldu.  Sonra  məşhur  soyğunçuluq 
həftəsi gəldi. Partiyaların əvvəllər elan olunmuş açıq fəaliyyəti ləğv 
olundu  və  partiyalar  aradan  götürüldü.  Bütün  müəssisələr 
milliləşdirildi,  mənzillərin  azaldılması  və  s.  Bununla  yanaşı  türk 
ziyahlannın çox cüzi şəkildə təmsil edildiyi yeni idarələr yaradıldı. 
Həmin  vaxt  məlumdur  ki,  xüsusi  araşdırma  aparılmadan  hamı  işə 
qəbul edilirdi. Bir neçə idarədə şüurlu, yaxud şüursuz olaraq, yerləri 
xüsusi  adamlar  və  qeyri-türk  ziyalılar  tuturdular,  türk  ziyahlannın 
üzünə qapılar bağlanmışdı...” 
M.Hacınskinin  bu  fikirlərini  şərh  etməyə,  yaxud  nəsə  əlavə 
etməyə  əslində  heç  bir  ehtiyac  yoxdur.  Çünki  milli  hökumətin 
məhvinə aparan bolşevik siyasətinin nəyə görə baş tutduğunu
268 


çevrilişin  nəyə  görə  reallaşdığını  həmin  qeydlər  bəzi  məqamlarda 
subyektiv olsa da, hərtərəfli açıb göstərir. Özü də hökumətin təhvil 
verilməsi  təklifi  ilə  çıxış  etdiyini  gizlətməyən  bir  şəxsin  müstəqil 
Azərbaycan  dövlətinin  süqutundan  10  il  sonra  27  aprel  gününü 
saxtakarlıqla inqilab hesab edən kommunistlərin əksinə olaraq açıq 
şəkildə  çevriliş  adlandırması,  çəkinmədən  türk  ziyalılarının 
sıxışdırılmasından  danışması  onun  sovet  rejiminə  münasibətindən 
xəbər verirdi. 
Məmmədhəsən  Hacınskinin  1920-ci  ilin  aprelindən  sonrakı 
dövrdə hansı sıxıntılar keçirdiyini aşağıdakı faktlar da sübuta yetirir: 
“1923-cü  ildə  Zaqafqaziya  dövlət  ticarətdə  işləyən 
Rüstəmbəyov  M.D.Hüseynovdan  İstanbula  getmək  tapşırığı  aldı. 
Mənə  izah  etdi  ki,  oradakı  mühacirləri  geri  qayıtmaq  üçün  dilə 
tutmaq  tapşırığı  alıb.  Hüseynov  da  dedi  ki,  onu  bu  məqsədlə 
göndərir.  Mən  dedim  ki,  doktor  Rüstəmbəyov  Şəfi  bəy 
Rüstəmbəyovun qardaşı  olsa da, heç bir nüfuza  malik  deyil, onun 
təbliğatına bir neçə adamı çıxmaqla çətin kimlərsə, cavab versin. O 
dedi  ki,  cəhd  göstərmək  də  pis  deyil.  Doktor  Rüstəmbəyovu  mən 
20-ci ildən Bakıdan tanıyırdım, o, mən nazir olanda müavinim idi. 
O, onda qardaşı ilə fikir ayrılığına malik idi və mənə Rusiyaya neft 
göndərməkdə  çox  köməklik  etmişdi.  O,  Rusiyaya  münasibətdə 
mənim xəttimi müdafiə edirdi. 1922.-Cİ ildə mən Tiflisə gələndə, o, 
işə qəbul olmaq haqqında ərizə göndərmişdi. Mən razılaşdım və onu 
Zaqdövticarətə  göndərdim...  Mən  bilirdim  ki,  o  İstanbulda 
müsavatçılarla,  o  cümlədən  Rəsulzadə  ilə  görüşəcək,  mən  xahiş 
etdim  ki.  Rəsulzadə  ilə  onun  məni  söyməsi  və  haqqımda  kitabda, 
dövrü  mətbuatda  dərc  etdirdiyi  böhtanlarla  bağlı  danışsın.  Guya 
“mən  satılmışam  və  Azərbaycanı  bolşeviklərə  satmışam”.  O 
qayıtdıqdan  sonra  mən  soruşdum  və  cavab  verdi  ki,  bütün 
müsavatçılar  əmindirlər  ki,  mən  qırmızı  ordunun  hücum  edəcəyi 
günə, saata qədər bilmişəm və qəsdən onları xəbərdar etməmişəm, 
buna  görə  də  məni  xəyanətkar  hesab  edirlər...  Müsavatçılar 
sovetləşmədən  sonra  Bakıda  yayıblar  ki,  mən  bolşeviklərə 
satılmışam. Bolşeviklərlə mənim  yaxınlığımın bütün digər izahları 
mənə zərrə qədər təsir edə bilməz. Buna görə də mən buna xüsusi 
əsəbi şəkildə reaksiya verdim, mən daim əzab 
269 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə