Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə87/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   82   83   84   85   86   87   88   89   90

müddət ərzində zahirən sərbəst buraxılsa da, əsl həqiqətdə çevrilişin 
ilk günlərindən onu da izləyir, hər bir hərəkətinə və davranışına göz 
qoyurdular. Məqsəd çox sadə idi. Müstəqil dövlətin ən uzunmüddətə 
nazir  olmuş  nümayəndəsini  həbs  edərkən  ona  qarşı  əksinqilabi 
fəaliyyətlə  bağlı  ittiham  irəli  sürülməsi  üçün  əlavə  faktlara  və 
dəlillərə  malik  olmaq.  Əlbəttə,  əslində  belə  fakt  və  dəlillərə  heç 
ehtiyac  da  yox  idi,  çünki  əvvəl  11-ci  ordunun  külli  ixtiyar  xüsusi 
şöbəsi,  sonra  Az.SSR  Fövqəladə  Komissiyası  və  nəhayət  Xalq 
Daxili İşlər Komissarlığı istədiyi adama qarşı istədiyi ittihamı irəli 
sürə,  barəsində  istədiyi  hökmü  çıxara  bilərdi.  Hətta  birinci 
mərhələdə öz cinayətkar hərəkətlərini hakimiyyət dəyişikliyi pərdəsi 
altında  yerinə  yetirən  qan  içən  cəlladlar,  Pankratov  və  onun 
köməkçiləri heç bir ittiham irəli sürmədən yüzlərlə, minlərlə insanı, 
xalqın say-seçmə nümayəndələrini güllələyərək Azərbaycanın milli 
genefonduna  ən  ağır,  sağalmaz  zərbələr.vurdular.  Ancaq  Xudadat 
bəy Məlikaslanov kimi  heç bir vaxt  açıq  siyasi  fəaliyyətlə məşğul 
olmamış, hökumətin tərkibinə hansısa fırqənin daxilində deyil, fərdi 
şəkildə  təqdim  olunma  yolu  ilə  təyin  edilmiş,  həqiqi  peşəkar  olan 
şəxsləri asanlıqla ittiham etmək, günahlandırmaq mümkün deyildi. 
Buna  görə  də,  planlaşdırılmış  cəzanın  verilməsi  üçün  müəyyən 
müddət  gözləmək  və  irəli  sürüləcək  ittihamın  “əsaslandıniması” 
üçün  yeni  faktlar  toplamaq  lazım  idi.  Bu  məqsədlə  Xudadat  b.əy 
Məlikaslanov  haqqında  müxtəlif  üsullarla,  o  cümlədən  onun 
əvvəllər iş yerlərindən arayışlar alınmaqla məlumatlar toplanırdı. 
Bu məqsədlə istintaq işinə əlavə edilmiş Az.SSR Xalq yollar 
komissarlığı  tərəfindən  14  iyul  1920-ci  ildə  verilmiş  bir  vəsiqədə 
göstərilir  ki,  “Xudadat  Məlikaslanov  Yollar  komissarlığında 
qeydiyyatdadır,  ixtisası  dəmiryolçudur.  Ümumi  şöbə  rəisi  və 
kargüzar. №1876”. 
Və daha neçə bu tipli sənəd... 
11-ci  ordunun  xüsusi  şöbəsinin  Azərbaycanda  çox  qısa 
müddətdə törətdiyi  qanlı cinayətlərin davam  etdirilməsi  məqsədilə 
atılmış növbəti addımlardan biri 1920-ci ilin oktyabr ayında onlarla 
millətsevərin,  o  cümlədən  Xudadat  bəy  Məlikaslanovun  həbsə 
alınması oldu. 1920-ci il 31 oktyabnnda imzalanmış 2373 saylı 
'77 


həbs  kağızı  əsasında  308  saylı  order  yazıldı  və  xüsusi  şöbə 
tərəfindən  İsayev  soyadlı  bir  şəxsə  Xudadat  bəy  Ağa  oğlu 
Məlikaslanovun həbs edilməsi tapşırıldı. Həmin əməkdaş öz vəzifə 
borcunu operativ surətdə yerinə yetirərək, Xudadat bəyi həbsə alır 
və istintaqa onun barəsində belə bir məlumat da çatdırır: “Ailəsi var, 
bitərəfdir. Yol mühəndisliyi institunu bitirib”. 
Xalqa saxta vədlər verməklə onun milli hökumətini devirib, 
yalan  və  zorakılıq  üzərində  öz  hakimiyyətini  qurmaqdan 
çəkinməyən bolşeviklərin xislətindən irəli gələn riyakarlıq istintaq 
materiallarının elə ilk səhifəsindəcə özünü açıq-aydın göstərir. Belə 
ki,  Xudadat  bəy  Məlikaslanov  30  oktyabrda  həbs  edildiyi  halda 
onun  həbs  ilə  bağlı  order  bir  gün  sonra,  oktyabrın  31  -də 
imzalanmışdır.  Dediklərimizi  istintaq-arxiv  işində  saxlanılan  109 
saylı  anket  də  təsdiq  edir..  Həmin  anketdən  aşağıdakılar  qeyd 
olunub: “Xudadat bəy Ağa oğlu Məlikaslanov. Anadan olduğu yer 
Gəncə quberniyasının Şuşa qəzası, 1879-cu il təvəllüdlü, milliyyəti 
azərbaycanlı, türk, 42 yaş, Peterburqda yol mühəndisliyi institutunu 
bitirib,  qohumları  -  anası  Minə,  Bakıda  yaşayır,  arvadı  Mariya, 
Bakıda  yaşayır,  musiqi  ilə  məşğul  olur,  heç  bir  partiyanın  üzvü 
olmayıb,  iş  yeri  Zaqafqaziya  dəmiryolu,  sahə  rəisi.  Məlikaslanov 
1.03.1917-ci  ildən  dəmiry'olu  sahəsində  komissar  vəzifəsində  və 
sonra  nazir  işləyib, 
heç  bir  əmlakı  olmayıb, 
məsuliyyətə  cəlb 
edilməyib,  hərbi  xidmətə  çağrılmayıb,  30  oktyabr  1920-ci  ildə, 
xüsusi şöbənin orderi ilə İrəvan küçəsi  ev 5- də həbs edilib. 11-ci 
ordunun  komendantı  Uvarov.”  Blankın  yuxarısında  qeydlər  var: 
R.or.№57, d.№l 17, post.№14, qr.6-ə por.№28.. 
“Heç  bir  əmlakı  olmayıb” 
ömrünün  4  ilə  yaxın  bir 
dövrünü yüksək vəzifələrdə keçirmiş bir şəxsin xalqa təmənnasız və 
ləyaqətlə xidmət göstənnəsini sübut etmək üçün bu faktdan tutarlı 
dəlil gətirmək bəlkə də mümkün deyil. Çünki Xudadat bəy haqqında 
həmin sözləri onun silahdaşları, yaxınları, yaxud tədqiqatçıları yox, 
əleyhdarları, xalqa xidmət baxımından əqidə və mənafe düşmənləri 
qeyd ediblər. Yəqin oxucularımız belə bir qənaətlə də razılaşarlar ki, 
Xudadat bəy Məlikaslanov kimi insanlar hansı dövrdə və mühitdə 
yaşamalarından asılı olmayaraq 
278 


ən yaxın ətraflarından belə fərqlənmiş, öz vəzifə səlahiyyətlərindən 
şəxsi  mənafeləri  üçün  istifadə  etmədikləri  üçün  çoxlannın  həsəd 
apardığı  sözübütöv  şəxsiyyətlər  sayılmış,  hamının  yanında  daim 
başlarına  uca  tutmuşlar.  Və  nə  qədər  ki,  hazırda  öz  müstəqilliyini 
yenidən  bərpa  etmiş  və  bütün  sahələrdə  onu  möhkəmləndirməyə 
çalışan  Azərbaycanımızda  bu  gün  dövlət  orqanlannda  işləyənlərin 
əksəriyyəti bu cür əqidə sahibi deyil milli tərəqqiyə gedən yolumuz 
o qədər ağır və məşəqqətli olacaq. Mətləbdən uzaqlaşmadan belə bir 
faktı  təkrar  yada  salaq  ki,  Xudadat  bəy  Məlikaslanovun 
Cümhuriyyət  dövrü  hökumətində  fasiləsiz  surətdə  eyni  nazirlikdə 
nazir  postu  tutması  yalnız  onun  peşəkarlıq  keyfiyyətləri  və 
intellektual  səviyyəsi  ilə  bağlı  deyildi,  bu  həm  də  onun  necə 
deyərlər,  mənəvi  təmizliyi,  yuxarıda  qeyd  olunan  təmənnasızlığı, 
dövlət mənafeyini hər şeydən üstün tutması, vəzifə səlahiyyətindən 
sui-istifadə etməməsi ilə əlaqədar idi. 
İstintaq-arxiv işində saxlanılan başqa bir sənəddə göstərilənlər 
də  Xudadat  bəyini  920-ci  il  oktyabr  ayının  30-da  həbs  edildiyini 
təsdiq  edir.  “RSFSR  11-ci  ordu  yanında  İnqilabi  Hərbi  Şuranın 
xüsusi şöbəsinin fəal hissəsinin (aktivnaya çast) 308 №-li orderi 30 
oktyabr  1920-ci  il  Xudadat  bəy  Ağa  oğlu  Məlikaslanov  həbsi  və 
axtarış üçün. Xüsusi şöbənin rəisi, fəal hissənin rəisi”. 
Həbs olunduğu 30 oktyabr 1920-ci ildə Xudadat bəy Ağa oğlu 
Məlikaslanovun  mənzilində  axtanş  apanlır  və  heç  nə  tapılmır. 
Axtarışda  İ.İsayevlə  bərabər  Klenjevskaya  Klavdiya  və  İvan 
İqnatyev iştirak ediblər. 
Xudadat  bəy  Ağa  oğlu  Məlikaslanovun  11-ci  ordu  yanında 
İnqilabi  Hərbi  Şuranın  xüsusi  şöbəsinin  açdığı  PS  20219  saylı 
istintaq  işinin  üstündə  belə  bir  qeyd  var  “y.Mudrak,  xüsusi  şöbə, 
order №308”. 
20-ci  ildə  onlarla  məşhur  həmvətənimizi  cəza  orqanının  ilk 
sərt  tədbirləri  ilə  üz-üzə  qoymuş,  dövlət  və  siyasi  xadimlərimizi 
məhv  etməklə  genefondumuza  vurulan  yaralarda  “müstəsna” 
xidmətlər göstərmiş Mudrak soyadı oxucuya yəqin ki, yaxşı tanışdır. 
Pankratov  kimi  cəlladın  tabeçiliyində  fəali)^ət  göstərmiş  bu 
qaniçənin milliyətini dəqiq bilməsək də, istintaq-arxiv işlərini 
279 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə