Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə1/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
  1   2   3   4   5   6   7   8   9   ...   90


 
 
 


Redaktor 
Fuad İskəndərov, 
Milli Təhlükəsizlik Nazirliyinin İdarə 
rəisi. 
Məsləhətçi 
Bədirxan Əhmədov, 
filologiya elmləri namizədi. 
Lətif  Şüküroğlu 
“Cümhuriyyət  hökuməti  repressiya 
məngənəsində”. Bakı, Şirvannəşr, 2000-ci il, səh. 296. 
1-ci cild. 
Çapı  iki  cilddə  nəzərdə  tutulmuş  kitabda  1920-ci  ilin  məşhum  aprel 
çevrilişindən sonra sovet cəza orqanları tərəfindən repressiyalara məruz qalmış 
Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  hər  iki  sədri,  nazirləri  və  digər 
yüksək  vəzifə  sahiblərinin  nəsillərə  örnək  olan  həyat  və  fəaliyyətlərindən  bəhs 
edilir. Zəngin arxiv materiallarına, milli iftixarımız sayılan həmin şəxsiyyətlərin 
bəziləri  ilə  bağlı  indiyədək  aparılmış  tədqiqatlara  istinad  edən  müəllif  ilk 
müstəqillik dövründə Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunda 
əvəzsiz  xidmətləri  olmuş  görkəmli  dövlət  və  ictimai  xadimlərimiz  barəsində 
sözünü  deyməyə  çalışmışdır.  Müəllif  Azərbaycanın  beş  hökumət  kabinəsində 
nazir, yaxud nazir müavini postları tutmuş və sonradan qanlı rejim tərəfindən 
respressiya  olunmuş  şəxslər  haqqında  arxiv-istintaq  materiallarının  tapılması 
sahəsində araşdırmalarını davam etdirir. 
L 83.3 
A3 (2) 
054 
qrif nəşri 
Şirvannəşr 54 (213), 2000 
Naşir 
Qəşəm İsabəyli
 
© MTN, 2000. 


Giriş 
Azərbaycan  dövlətinin  yaşı,  ümumən  tarixi  dövlətçilik 
ənənələrimiz barəsində elmi dairələrdə müxtəlif fikirlər vardır. Bəzi 
alimlər Azərbaycan ərazisində qədim dövrlərdən bəri mövcud olmuş 
bir çox dövlətlərin tam müstəqil olmadıqlarını, yaxud onları bu gün 
respublika  ərazisində  məskunlaşmış  türk  etnosunun  deyil,  başqa 
xalqların  ulu  əedadlarının  yaratdıqlarını  deyərək,  tarixi  həqiqətləri 
bu və ya digər formada təhrif etmişlər. Bəziləri isə eramızdan əvvəl, 
xüsusilə ilk orta əsrlər dövründə hazırkı Cənubi Azərbaycan ərazisi 
və  bir  sıra  digər  torpaqlar  da  daxil  olmaqla  özündə  birləşdirən 
qüdrətli  dövlətlərin  müxtəlif  adlar  daşımasını  bəhanə  gətirərək 
onların hazırkı Azərbaycan dövlətçiliyi ilə heç bir əlaqəsi olmadığını 
iddia  etməyə  cəhd  göstərmişlər.  Ancaq  xüsusilə  son  vaxtlarda 
aparılan tarixi tədqiqatlar sübuta yetirir ki, Azərbaycan dünyada ən 
qədim  insan  məskənlərindən  biri  sayılan  Cənubi  Qafqazda  ilk 
dövlətin qurulduğu, dövlət idarəçiliyi sisteminin ilk tətbiq olunduğu 
ərazidir  və  sözsüz  ki,  bütün  bunlarda  hazırda  qeyd  edilən  ərazidə 
müstəqil  Azərbaycan  Respublikasının  tərəqqisi  uğrunda  səy 
göstərən  bir  etnosun  əcdadlarının  müstəsna  xidmətləri  vardır.  Bu 
qənat-  lərimizin  göydən  düşmədiyini,  sadəcə  təxəyyül  məhsulu 
deyil,  həqiqət  olduğunu  eramızdan  əvvəlki  tarixi-etnik  proseslərlə 
bağlı son elmi açıqlamalar da təsdiqləyir. 


Müasir  dünya  tarixçiləri  arasında  böyük  türk  köçləri,  daha 
dəqiq desək axınları ilə əlaqədar ötən dövrlərdə mövcud olmuş və 
bir qrup alimlər tərəfindən az qala məqsədli surətdə elmi doqmaya 
çevrilmiş  fikirlər  ciddi  tənəzzülə  uğramaqdadır.  Belə  ki,  türklərin 
Şərqdən Qərbə doğru ilk axınlarınin qəbul edildiyi kimi bizim eranın 
4-5-ci  əsrlərinə  deyil,  ondan  çox-çox  əvvəllərə  gedib  çıxdığı 
barəsindəki elmi qənaətlər öz obyektiv təsdiqini getdikcə daha qəti 
şəkildə  tapmaqdadır.  Eramızdan  bir  neçə  yüz,  hətta  min  il  qabaq 
Qafqazda və bu yerlərdən həm şərqə, həm də qərbə doğru yayılan 
ərazilərdə  yaşamış  bir  sıra  xalqların  etnik  mənşəyi  ilə  bağlı  elmi 
araşdırmalar  və  apanlan  arxeoloji  qazıntılar  zamanı  tapılan 
maddi-mədəniyyət nümunələri onların məhz türklərlə bağlılığını üzə 
çıxarır.  Ancaq  türklərin  tarixdə  yeni  ərazilərə  doğru  elmi 
mənbələrdə yanlış olaraq göstirildiyi kimi bir dəfə deyil, azı iki dəfə 
böyük axınlar etdiklərini qəbul edən müəlliflərin sonralar türklərin 
keçib  getdikləri  və  uzun  bir  müddət  məskunlaşdıqları  həmin 
ərazilərdə yaranmış dövlətlərin bu etnosun adı ilə əlaqələndirilməsi 
ilə razılaşmamaları qəribə deyilmi? Belə münasibətə qısqanclıqdan, 
tarixi  təhrifdən  başqa  nə  ad  vermək  olar.  Haradan  qaynaqlandığı 
elmi  dairələrdə artıq şübhə doğurmayan bu münasibətin arxasında 
hansı  niyyətlərin  gizləndiyi  aydındır:  Qərbdə,  o  cümlədən  onun 
üçün Şərqə pəncərə sayılan Azərbaycanda qədim Türk dövlətlərinin 
mövcudluğunu  inkar  yolu  ilə  türk  etnosunun  buraya  sonradan 
gəldiyini,  aborigen  olmadığını  sübuta  yetirmək.  Yaxud  həmin 
ərazilərdə neçə min il əvvəl yaradılmış dövlətlərin quruculan kimi 
türklərin  deyil,  başqa  xalqların  göstərilməsi  ilə  türklərin  bəşər 
sivilizasiyası qarşısındakı böyük xidmətlərini danmaq, onları yalnız 
dağıdıcı gücə malik bir vəhşi kimi təqdim etmək. Ancaq belə məntiq 
sahibləri unudurdular ki, nə vaxtsa, dünya tarixinin bir çox mühüm 
dövrləri  və  bu  dövrlərdə  baş  vermiş  hadisələrlə  bağlı  obyektiv 
reallıqlar aşkarlana, tarixə milli və dini-etnik maraqlardan deyil, əsl 
həqiqətin  və  ədalətin  bərpası  mövqeyindən  yanaşıla  bilər.  Yəqin 
oxucu  da  razılaşar  ki.  Lev  Qumilyov,  Oljas  Süleymenov,  Tadeuş 
Svyataxovski  və  s.  müəlliflərin  yazdıqları  bu  qənaətimizdə  ifrata 
vamıadığımızı kifayət qədər təsdiqləyir. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə