Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə90/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   82   83   84   85   86   87   88   89   90

olmur  və  gələcəkdə  bu  hazır  bir  sistemdir.  Şabanov  da  bu  cür 
fikirləşirdi. 
Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir 
neçə  dəfə  mənimlə  söhbətində  bizim  siyasi  dostlarımız  olduqlan 
üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələr qurulması zərurətindən 
danışmışdı. 
Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa- 
Bakı  dəmir  yolunun  tikintisi  də  yadımdadır,  o,  bu  işi  müsavat 
hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə bir müddət o 
ancaq  bu  işlə  məşğul  idi.  Sonrakı  dövrdə  də,  sonadək  bu  işin  əsl 
ilhamçısı  və  vətənpərvəri  idi.  O,  həmişə  deyirdi:  bu  yolun 
tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir 
yolu  Azərbaycanın  ucqar  əyalətlərinə  getmək  imkanı  verəcək, 
həmçinin  Naxçıvanı Azərbaycanla  yaxınlaşdırıb,  birləşdirəcək.  Bu 
baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim. Naxçıvanla 
bağlı  bir  dəfə  şayiə  yayıldı  kı,  onu  ASSR-  dən  ayrı  olduğu  üçün 
Ermənistan  SSR-lə  birləşdirmək  təklifləri  olub.  Bundan  əlavə 
Məlikaslanov  Cülfa-Bakı  dəmiry-olu  haqında  Azərbaycanın  xarici 
bazara  çıxışı  kimi  söhbət  açırdı.  O,  dəmir  yolu  xətlərinin  haradan 
keçməsi məsələsinə də milli yanaşmışdı. Məsələn, 0 mənə demişdi 
ki,  Yevlax-Şuşa  dəmir  yolunun  o  elə  istiqamətdən  keçməsini 
planlaşdırır  ki,  əvvəllər,  fərdi  kompaniyalar  tərəfindən  inqilaba 
qədər Saruxanovun (erməni) çəkdiyi  layihəni dəyişdirsin və xəttin 
Ağdamdan,  türk  rayonlarından  keçməsinə  nail  olsun.  Suvarma 
məsələlərində  də  hamımız  kimi  o  da  məsələyə  milli  mövqedən 
yanaşırdı.” 
M.Hacınskinin  22  dekabrda  istintaqa  verdiyi  ifadədən  isə 
aydın  olur  ki,  Məlikaslanov  yüksək  səviyyəli,  bacarıqlı  müliəndis 
kimi  öz  ixtisası  ilə  birbaşa  bağlı  olmayan  sahələrin  inkişafı  ilə 
əlaqədar həlledici söz demək səlahiyyətinə malik şəxs olub.  Onun 
məsləhəti və tövsiyyələri olmadan hər hansı addım atılmasına risk 
edilməyib:  “Azhidromərkəzin”  tikintisinə  dair  hələ  1927-ci  ildə 
eskiz  layihələrin  bütün  variantları  hazır  idi.  Ancaq  işə 
başlanmamışdı,  çünki  Məlikaslanov  Tərtər  variantını  Dağlıq 
Qarabağ  muxtar  vilayətində  yerləşdiyi  üçün  istəmirdi...  Nuxa 
barama  fabrikinin  tikintisi  onun  təşəbbüsləri  sayəsində  baş 
tutmuşdu... 
286 


Məncə, bu məqamlar həm mütəxəssis, həm də şəxsiyyət kimi 
müasirlərinin əksəriyyətindən yüksəkdə dayanan Məlikas- lanovun 
milli  mənafelərə  sonadək  sadiq  qaldığını  və  öz  millətinə  bağlı 
olduğunu əyani surətdə nümayiş etdirir və əslində əlavə nəsə deməyə 
ehtiyac qalmır. 
Digər həbs edilənlərin barəsində materiallar da toplanmış işin 
lap  sonuneu  səhifəsində  isə  belə  bir  qərar  var:  “1926-cı  il  iyunun 
15-də  mən  Əks-Kəşfiyyat  Təşkilatı  1-ci  şöbəsinin  müvəkkil 
köməkçisi  Ostapov  11-ci  ordunun  istintaq  hissəsi  üzrə  istintaq 
materiallanna baxaraq belə hesab edirəm ki: bu işlər lazım olmadığı 
üçün  aşağıda  göstərilən  şəxslərin  qeydiyyata  alınması  ilə  URSO 
arxivinə təhvil verilsin: l.Məlikov Fərzulla oğlu
2.
 
Mirzə  Əliyev,  S.Zülfüqar  Mirzəyev  (11-ci  ordunun  xüsusi 
şö-  nin  hərbi  müstəntiqi  Koribut-Daşkeviç  “İttihad”çılarm  işinə 
baxaraq,  ikinci  dindimıədə  Az.FK-dan  alınan  materiallar  əsasında 
müəyyənləşdirib  ki,  Az.FK-nın  ’60  saylı  gizli  agentidir  və  o, 
anlaşılmazlıq ucbatından həbs edilib. Ona görə də müstəntiq onun 
təcili  həbsdən  azad  edilməsi  qərannı  çıxarır.),  4.Xudadat  bəy 
Məlikaslanov, S.Əliheydər Abbasov, 6.Kərbəlayı Mirzə Cavad oğlu, 
7.Əli  Bəhri  oğlu,  S.Hüseyn  Qasımov,  9.Rəşid  Fəxrəddin  (Türkiyə 
vətəndaşı), lO.Həsən Hacı  oğlu  Əlibəyov”. Sənədi  Əks- Kəşfiyyat 
Təşkilatının rəisi təsdiq edib. İşdə cəmi 188 səhifə var. İşdə bununla 
da  bütün  qeydlər  bitir.  Xudadat  bəyə  və  qeyrilərinə  hansı 
müddətlərdə  cəza  verildiyi  və  işə  hansı  orqan,  yaxud  məhkəmə 
tərəfindən baxıldığı qaranlıq qalır. Yalnız başqa mənbələrdən öyrənə 
bildik ki, Xudadat bəy həmin vaxt həbsdən azad edilmiş və 1930-cu 
ildə yenidən cəza orqanlarının yadına düşmüşdür. 
“Azərbaycan  Cümhuriyyəti  sənədlər  və  materiallar  1918- 
1920-ci  illər”  məcmuəsində  Xudadat  bəy  Ağa  oğlu  Məlikaslanov 
(1879-1935)  barəsində  əlavə  olaraq  aşağıdakı  qeydlər  verilib. 
1920-ci  ilin  aprelindən  sonra  sovet  müəssisələrində  rəhbər 
vəzifələrdə  çalışıb,  müəllim  işləyib.  1926-1930-cu  illərdə 
Az.MİK-in  üzvülüyünə  namizəd  seçilib.  1930-cu  ildə  isə  yenidən 
represssiya olunub və həbsdə ölüb. 
287 


Xudadat bəyin çalışdığı həmin müxtəlif müəssisələrdən biri - 
1921-ci ilin əvvəllərində əvvəlcə şöbə müdiri, som'a isə komitə sədri 
işlədiyi  Azərbaycan  Dövlət  Tikinti  komitəsi  idi.  Sonra  isə  o, 
Azərbaycan Ali Xalq Təsənüfatı Şurası yanında dəmir yolu tikintisi 
idarəsinin  rəisi  və  şuranın  məsləhətçisi,  1924-30-cu  illərdə 
Azərbaycan  İnşaat  İstitutunun  dekanı  olmuş,  1922-25-ci  illərdə 
Zaqafqaziya  Dəmir  yolu  idarəsinin  və  Azərbaycan  Dövlət  Plan 
komitəsinin  sənaye-nəqliyyat  tikinti  bölməsinin,  1921-30-cu  illər 
arasında  eyni  zamanda  RSFSR  və  Azərbaycanın  bir  sıra  elmi- 
texniki və mədəni-maarif təşkilatlarının, 1927-30-cu illərdə isə SSRİ 
Ali  Xalq  Təsərrüfatı  Şurasının  elmi-texniki  kollegiyasının  üzvü 
seçilmişdir. 
Bizi  xüsusilə  maraqldandıran  da  məhz  yuxarıda  isnad 
etdiyimiz mənbədəki sonuncu qeyd oldu. “1930-cu ildə isə yenidən 
represssiya  olunub  və  həbsdə  ölüb.”  MTN  arxivində  saxlanılan 
“Azərbaycan  Milli  Mərkəzinin  işi”  (RS-7525)  və  “Əksinqilabi 
Azərbaycan  Milli  Mərkəzinin  işi  üzrə  yekun  ittihamnaməsi” 
(RF-56) saylı işlərdən aydın olur ki, Xudadat bəy 1930-cu ildə Az. 
XDİK  yanında  Dövlət  Siyasi  İdarəsi  tərəfindən  həbs  edilmişdir. 
“1924-cü ildə sovet hakimiyyətinə qarşı düşmən mövqedə dayanan 
millətçi  əhval-ruhiyyəli  ziyalıların  bazası”  əsasında  yaranmış  bu 
mərkəzin  üzvləri  arasında  ittiham  edilən  Xudadat  bəy  Ağa  oğlu 
Məlikaslanov  (bu  barədə  E.Qocanın  2000-  ci  ildə  “Şuşa” 
nəşriyyatında  işıq  üzü  görmüş  “Sibir  dərsi”  kitabında  daha  geniş 
söhbət  açılmışdır)  30  sentyabr  1931-ci  ildə  mühkimə  edilmişdir. 
Azərbaycan.SSR  DSİ  kollegiyasının  məhkəməsi  Milli  Mərkəzin 
işinə  baxaraq,  Ə.Pepinova  güllənmə,  X.Məlikaslanova  və  digər 
tanınmış millətçi ziyalılara 10 il, bir qrupa isə 5 il və 3 il müddətinə 
azadlıqdan  mərhum  etmə  cəzası  kəsmiş,  ölümü  ilə  əlaqədar 
M.Hacınskininin  işini  ləğv  etmişdir.  Ancaq  bu  hökmün 
çıxanimasından  təqribən  4  ay  somu  Zaqafqaziya  DSİ  kollegiyası 
yanında  məhkəmə  “Azərbaycan  Milli  Mərkəzin  işi”nə  yenidən 
baxaraq,  güllənməyə  məhkum  olunanların  cəzasım  10  il  işlə, 
Xudadat  bəy  Ağa  oğlu  Məlikaslanovun  həbs  cəzasını  yanbayan 
azaldıb, 5 il işlə əvəz etmişdir. 
288 


ikinci  dəfə  həbs  edilən  X.Məlikaslanova  qarşı  aşağıdakı 
ittihamlar  irəli  sürülərək  o,  Az.SSR  CM-in  64,  65,  66  və  68-ci 
maddələri üzrə cinayət törətməkdə ittiham olunmuşdur: 
a.
 
qarşısına  sovet  hakimiyyətini  devirmək  və  milli-müstəqil 
Azərbaycan  qurulması  məqsədi  qoymuş  AMM-in  əksinqilabi 
mərkəzi komitəsinin üzvü olmaqda; 
b.
 
AMM-in  nüfuzlu  nümayəndələrindən  biri  kimi  təşkilatın 
xaricdən  aldığı  göstərişlərin  yerinə  yetirilməsində  fəal  iştirak 
etdiyinə görə; 
V. 
ASSR-in dəmir  yollarında və şosse  yollannda ziyankarhq 
və təxribat işlərinə rəhbərlik etməkdə
q.  energetika sahəsində  ziyankarhq həyata keçirdiyinə və bu 
məqsədlə Elektroenerxidə və Azneftdə və ASSR-in digər energetika 
bazalarında ziyankar qruplarla əlaqə yaratmaqla; 
d.
 
təşkilatın ziyankarhq və təxribat işlərində iştirak üçün yeni 
üzvlər eəlb olunmasında; 
e.
 
nəqliyyatda təxribat-pozuculuq  mərkəzinin  yaradılmasının 
rəhbərlərindən biri olmaqda
j. Dövlət Plan komitəsində tutduğu vəzifədən istifadə etməklə 
ASSR-də  təsərrüfatın  bütün  sahələrində  planlaşdırma  işlərində 
ziyankarhq törətməkdə. 
Ancaq istintaqın bütün təzyiqlərinə baxmayaraq Xudadat bəy 
bu ittihamların heç birində özünü günalikar hesab etməmişdir. 
Həmin dövrdə, daha dəqiq desək 1931-ci il aprel ayının 6- da 
verdiyi ifadədə Xudadat bəy aşağıdakıları bildirmişdi: “Azərbaycan 
türkləri arasında sosialist ideyalarına birinei (1901- ci il) inanan şəxs 
kimi mən belə hesab edirdim ki, insanların rifahı, bütün bəşəriyyətin 
rifahı  ancaq  xalqların  birliyi,  sosialist  quruluşunun  yaradılması  ilə 
mümkün  ola  bilər.  Mən  Kommunist  partiyası  tərəfindən  bu 
məqsədlə  təklif  edilən  yola  inanmırdım,  (bəli,  Xudadat  bəy  məhz 
inanmırdı,  elə  məsələnin  mahiyyəti  də  burasında  idi  -  L.Ş.)  Mən 
qorxurdum  ki.  sonuncu yol  məncə, həddən artıq insanların  qurban 
verilməsi  baxımından  baha  başa  gələcək  və  bununla  sosializm 
ideyalanm gözdən sala, xalqı ondan kənarlaşdıra bilər. Buna görə də 
uzun illər mən Qərb 
289 


sosialistlərinin bu istiqamətdəki fəaliyyətinə ümid bəsləmişəm. İndi 
öz səhvlərimi açıq etiraf edirəm”. 
Ancaq  bütün  bunlarla  yanaşı  X.Məlikaslanov  yuxarıda  ona 
qarşı irəli sürülən ittihamlarda özünü günahkar bilmirdi. İlk bolşevik 
cəza  orqanlarının  layiqli  davamçıları,  Azərbaycanda  müstəqillik 
ideyalarının  əbədi  susdurulması  məqsədilə  bir  nəfəri  deyil,  yüz 
minləri sorğu-sualsız güllələməyə hazır olan imperiya qulları üçünsə 
onun nəyi etiraf edib, yaxud etmədiyinin fərqi yox idi. 
Cümhuriyyət  dövrü  tarixinin  ilk  tədqiqatçılarından  olan 
M.Əliyevin  yazdığına  görə,  Xudadat  bəy  həbsdən  “1933-cü  ilin 
ortalarında  azad  olunmuşdur.  O,  həmin  ilin  sentyabrın  1-dən 
Azərbaycan  Nəqliyyat  İnstitutunda  dəmir  yolu  kafedrasına  və 
Azərbaycan  İnşaat  İstitutunda  inşaat  işinin  təşkili  kafedrasına 
rəhbərlik  etmişdir.  Texnika  elmləri  sahəsində  ilk  azərbaycanlı 
professorlardan  biri  olan  X.Məlikaslanov  1934-cü  ilin  avqustunda 
əsassız ittiham edilərək yenidən həbs olunmuş və 1935-ci ilin iyulun 
23-də vəfat etmişdir”. (“Odlar yurdu” qəzeti № 19, sentyabr 1989). 
Özünü  bəraət  üçün  beynəlmiləlçi  və  sosialist  olduğunu 
söyləyən bir şəxsi millətçi ziyalı sayılaraq bundan sonra dalbadal iki 
dəfə  həbs  edilməsi  təsadüfi  idimi?  Xudadat  bəy  millətçi,  yaxud 
beynəlmiləlçi idi? İstintaq zamanı verdiyi həmin ifadə və cəmi üç il 
müddətinə sosial-demokrat partiyasının üzvü olması faktları istisna 
edilməklə, onun bütün həyatı millətçi olduğunu açıq surətdə ortaya 
qoymurmu?  Yalançı  beynəlmiləlçilər  Xudadat  bəy  kimi  millətini 
sevən,  doğma  Vətənin  dirçəlişi  yolunda  əzmlə  çalışan  insanları 
repressiyaya  məruz  qoyaraq  məhv  edən,  dünya  proletariatını 
birləşdirmək  uğrunda  sərsəm  ideyalarla  nəfəs  alan  bolşeviklər 
idilər? On illərlə siyasi ittihamlarda ən qatı cinayət kimi səslənmiş 
millətçilik  əslində  qürur,  iftixar  hissi  duyulacaq  bir  xidmət  idi  və 
Xudadat bəyə də tale öz millətinə belə bir xidmət göstərməyi qismət 
etmişdi. Axı insan öz valideynlərini, yaxud övladını başqasından az 
sevə  bilərmi?  Bilməz,  elə  millətçiliyin  gücü  də  bu  aksiyom  kimi 
onun altemativsizliyindədir. 
290 


Ancaq bütün cəhdlərimə bamayaraq, hələlik Xwdadat bəyin 
üçüncü  dəfə  hansı  ittihamlarla  həbs  edildiyi,  kimlər  tərəfindən 
dindirildiyi  və  ölməsinin  səbəbləri  barədə  heç  bir  şey  öyrənə 
bilməmişəm. Axtarışlan bir həqiqətə inamla davam etdirirəm, onun 
taleyinin  bu  son  səhifəsi  də  nə  vaxtsa  aşkar  olunub,  xalqımıza 
çatdınlacaqdır. Həmin mə’lumatlann MTN arxivində, yaxud başqa 
arxivlərdə  saxlandığına  Xudadat  bəyin  taleyi  ilə  maraqlanan 
tədqiqatçı  dostlarım  da  şübhə  etmir  və  onların  nə  vaxtsa  əldə 
olunaeağma inanırlar. 
291 


Qaynaqlar 
1.
 
Rəfıq Özdək “Türkün qızıl kitabı”, Bakı, “Yazıçı” ədəbi 
nəşrlər evi, 1996. 
2.
 
“Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti 1918-1920”, Bakı,“Gənclik”, 1990. 
3.
 
“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918- 
ci 1920-ci illər”, Bakı, “Elm”, 1998. 
4.
 
ARDA, f.970, s l , i ş 4 ,  v. 1-2. 
5.
 
ARDA, f.970, s l , i ş 5 , v .  1. 
6.
 
ARDA, f.895, sl, iş 29, v. 1. 
7.
 
ARDA, f.894, s7, iş 5, v. 50. 
8.
 
ARDA, f. 1046, s2, iş 38, V. 22. 
9.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 19 sentyabr. 
10.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 17 noyabr. 
11.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 6 dekabr. 
12.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 10 dekabr. 
13.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 15 dekabr. 
14.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 17 dekabr. 
15.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 21 dekabr. 
16.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 22 dekabr. 
17.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 24 dekabr. 
18.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 29 dekabr. 
19.
 
“Azərbaycan” qəzeti, 1919-cu il 11 fevral. 
292 


2143. 
20.
 
“Azərbaycan” qəzeti, 1918-ci il 23 mart. 
21 “Azərbaycan” qəzeti, 1919-cu il 5 aprel. 
22.
 
“Azərbaycan” qəzeti, 1919-cu il 23 may. 
23.
 
“Azərbaycan” qəzeti, 1919-cu il 3 avqust. 
24.
 
“Azərbaycan” qəzeti, 1919-cu il 28 avqust. 
25.
 
“Azərbaycan” qəzeti, 1919-cu il 9 noyabr. 
26.
 
“Azərbaycan” qəzeti, 1919-cu il 1 dekabr. 
27.
 
MİA AN Azerbaydjanskoy Nauçmy arxiv inventar № 
28.
 
“Odlar yurdu” qəzeti, 1989-cu il, № 1. 
29.
 
“Odlar yurdu” qəzeti, 1989-cu il, № 13. 
30.
 
ARDA f. 894, s. 10, iş 96, v. 30. 
31.
 
ARDA f. 894, s. 10, iş 124, v. 15-16. 
32.
 
ARDA f. 970, s. 1, iş 62, v. 78. 
33.
 
ARDA f. 894, s. 10, iş 99, v. 8-9. 
34.
 
ARDA f. 894, s. 4, iş 60, v. 69. 
35.
 
ARDA f. 894, s. 10, iş 99, v. 15. 
36.
 
ARDA f. 970, s. 10, iş 198, v. 1. 
37.
 
ARDA f. 894, s. 10, iş 99, v. 20-21. 
38.
 
ARDA f. 1054, s. 1, iş 4a, v. 2. 
39.
 
ARDA f. 894, s. 7, iş 5, v. 50. 
40.
 
ARDA f. 19, s. 3, iş 6, v. 4-6. 
41 ARDA f. 19, s. 3, iş 203, v. 84. 
42.
 
ARDA f. 895, s. 3, iş 86, v. 18. 
43.
 
ARDA f. 895, s. 3, iş 165, v. 57. 
44.
 
ARDA f. 894, s. 2, iş 41, v. 27. 
45.
 
ARDA f. 970, s. 1, iş 226, v. 24. 
46.
 
MTN arxivi PR-19871 saylı iş. 
47.
 
MTN arxivi PR-20584 saylı iş. 
48.
 
MTN arxivi PR-36409 saylı iş. 
49.
 
MTN arxivi PR-25562 saylı iş. 
50.
 
MTN arxivi PR-27275 saylı iş. 
51.
 
MTN arxivi PR-12174 saylı iş. 
52.
 
MTN arxivi PR-41065 saylı iş. 
53.
 
MTN arxivi PR-28006 saylı iş. 
54.
 
MTN arxivi PF-56 saylı iş. 
293 


55.
 
MTN arxivi PF-206 saylı iş. 
56.
 
MTN arxivi PS-7525 saylı iş. 
57.
 
MTN arxivi PR- saylı iş. 
58.
 
Gürcüstan Respublikası Dövlət Arxivi f. 13/51, s. 1, iş 83, 
V. 
20. 
59.
 
“Nağı bəy Şeyxzamanlının xatirələri”, Bakı, “Qartal”, 
1997. 
60.
 
Əliağa Şıxlinski “Xatirələrim”, SSRİ EA, Moskva, 1944. 
61.
 
Məmməd  Cəfərli  “Siyasi  repressiya  və  Azərbaycan 
almanlarının taleyi”, Bakı, 1998. 
62.
 
Elşad Qoca “Cəllad etirafı”, Bakı, “Şuşa”, 1999. 
63.
 
Elşad Qoca “Sibir dərsi”, Bakı, “Şuşa”, 2000. 
64.
 
Ş.Nəzirli “Azərbaycan generallan”, Bakı, “Gənclik”, 
1991. 
65.
 
Tadeuş  Svyataxovski  “Rusiya  Azərbaycanı  1905-1920- 
ci illər”, “Azərbaycan” jurnalı, 1989-cu il № 11. 
66.
 
Maqsud  Mahmudzadə  “Dünyanın  bəzəyi  Naxçıvan”, 
Bakı, “Nicat” 1998. 
67.
 
İsmayıl Musayev “Azərbaycanın Naxçıvan və Zəngəzur 
bölgələrində  siyasi  vəziyyət  və  xarici  dövlətlərin  siyasəti  (1917- 
1921-dillər)”. 
68.
 
Səməd Ağaoğlu “Babamın arkadaşlan”, İstanbul, 1957. 
69.
 
Rafael Hüseynov “Rəfıbəylilər”, Bakı “Azərbaycan”, 
1996. 
70.
 
“Bednota” qəzeti, 1919-cu il 8 oktyabr № 15. 
71.
 
“İskra” qəzeti, 1919-cu il 7 fevral. 
72.
 
“Günay” qəzeti, 2000-ci il 26 fevral, № 8. 
73.
 
“Turan” qəzeti, 1955-ci il 21 fevral. 
74.
 
Hacıağa  İbrahimbəyli  “Səməd  bəy  Mehmandarov”, 
Bakı, 
1946. 
75.
 
“Bakinski raboçi” qəzeti, 1922-ci il 14 may. 
294 


MUNDƏRICAT 
Giriş .............................................................................................. 3 
Milli hökumətin baş memarı - 
Fətəli xan Xoyski .................................................................... 8 
Azərbaycanın ilk ordu generalı  ................................................. 32 
Görkəmli diplomat ..................................................................... 
5 1 .
 
Sultanov qardaşları .......................................................................95 
Rəfıbəylilərdən biri ...................................................................  123 
Azərbaycan naziri, yoxsa, vahid Rusiya uğrunda mübariz . 1 5 6  
Daşnak gülləsinin qurbanı ......................................................... 174 
Camo bəy Hacmski ................................................................... 184 
18 illik təzyiq və təqiblərin sonu  .............................................. 210 
Ona bəraəti zaman verdi ............................................................ 248 
Cümhuriyyət hökumətlərinin dəyişməyən yeganə naziri - 
Xudadat bəy Məlikaslanov ...................................................275 
Qaynaqlar ...................................................................................292 
295 


 
Lətif Şüküroğlu 
(Lətif Şükür oğlu Babayev) 
“Cümhuriyyət hökuməti 
repressiya məngənəsində” 
(Azərbaycan dilində) 
1-ci cild 
Nəşriyyat redaktoru 
S.Mustafayeva
 
Texniki redaktoru 
İ.Mahmudov 
Dizayner 
M.Rzayev
 
Korrektoru 
G.Tağızadə
 
Yığılmağa verilmiş 02.06.2000. Çapa imzalanmış 20.06.2000. 
Kağız formatı 60X84 1/16. Ofset çap üsulu ilə. Şərti çap vərəqi 18,5. 
Sayı 1000. Sifariş 62. Müqavilə qiyməti ilə. 
Şirvamıəşr, 2000. 
Ünvan: Bakı. Badamdar qəs 77 
Tel: 92-92-27 
92-93-72
 
Zaman-3” mətbəəsi 
Babək 
2360-cı nmhalı^,———*■ 
can 
 

Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə