Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə2/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   2   3   4   5   6   7   8   9   ...   90

Qanında və ruhunda passionarlıq olan bir millətin nəinki kiçik 
dövlətlər, 
hətta 
nəhəng 
imperiyalar 
qurduğunu 
belə 
saxtalaşdırmalar,  elmi  əsasdan  məhrum  mülahizələrlə  inkar  etmək 
mümkün  olmasa  da,  uzun  müddət  buna  cəhd  göstərildi.  Türkün 
“yuxanda mavi göy çökmədikcə, aşağıda qara torpaq yanimadıqca 
elini  kimsənin  poza  bilməyəcəyi”nə  bəslədiyi  inamın  azacıq 
sarsıdılması  onun  dövlətçiliyinin  illər,  bəzən  əsrlərlə  itirilməsi 
bahasına başa gəldi, onun qurduğu xanədanları dağıdan qəvi düşmən 
vətən adlı məbədgahını işğal altında saxladı. Azad ruhlu türk oğlu 
qolu bağlı halda ulu əcdadı Alp Ər Tunqanm, Oğuz xaqanın, babası 
Bayandur  xanın.  Qazan  xanın  (zamanla  torpaqlarımız  itirildikcə 
xaqandan  xana,  padişahdan  şaha  qədər  hökmümüz  də  azaldı) 
törəməsi  olamŞah  İsmayılın,  Uzun  Həsənin  qılınc  çalan  qoluna, 
düşmən  bağrı  yaran  sözünə  güvəndi.  Türkün  titrəyib,  özünə 
dönməsindən bərk qorxuya düşən düşmənin pərən- pərən olması ılə 
yeni  türk  dövlətlərinin  adı  cahana  səs  salıb.  Zəngin  tarixi 
ənənələrdən  bəhrələnən  görkəmli  dövlət  adamlarımızın,  ictimai 
xadimlərimizin  eyni  zamanda  böyük  sərkərdə  olmalan,  lazım 
gələndə  yurd  naminə  əlinə  silah  götürüb  özü  kimi  cəsarətli,  mərd 
insanları  arxasınca  aparmağa  qabil  olmaları  türkü  başqalarından 
fərqləndirən daha bir üstün cəhətidir. Yalnız bunlarmı? 
Bu  kitabı  oxucunun  mühakiməsinə  verməkdə  başlıca 
məqsədimiz  olan  Azərbaycan  dövlətinin  çox  qısa  bir  müddətdə, 
1918-1920-ci  illər  arasındakı  mövcudiyyəti  dövründə  fəaliyyət 
göstənniş  milli  hökumətimizin  hansı  səbəblərdən  repressiyalara 
məruz  qaldığını  aşkarlamaq  idi  və  bu  istiqamətdə  müəyyən 
araşdırmalardan  sonra  yuxandakı  qənaətimizin  doğruluğuna  bizdə 
şübhə  qalmadı.  Bəli,  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  onun 
liderləri kütləvi şəkildə məhz ona görə repressiyalara məruz qalıblar 
ki, onlar türk dövlətinin zəngin tarixi ənənələrinə Söykənmişdilər və 
öz qızğın,  əvəzsiz fəaliyyətləri ilə bu mirasın  artırılmasına xidmət 
edirdilər.  Təsadüfi  deyildi  ki,  onların  əksəriyyəti  öz  əlləri  ilə 
doldurduqları  anketlərində  milliyətiniz  qrafasınm  qarşısında 
düşünmədən “türk” yazmışdı və hansı kök üstündə dayandıqlarını, 
nə uğrunda mübarizə apardıqlarını yaxşı 


bilirdilər.  Əlbəttə  mövzu  ilə  əlaqədar  qeyd  edilən  dövrdəki 
hadisələrin hərtərəfli ehni təhlili, tarixi dövrün dünyada baş vermiş 
proseslərin  kontekstində  araşdırılması  dediklərimizi  daha  aydın 
sübuta yetirir. Ancaq bizim məqsədimiz bir qədər fərqli olduğundan 
belə təfərrüatlara yer ayırmağı məqsədəmüvafıq saymadıq. 
Azərbaycan  ərazisində  təşəkkül  tapmış  dövlətlər  arşında 
xüsusi  yeri  olan  Şərqdə  ilk  demokratik  respublika  -  Azərbaycan 
Xalq Cümhuriyyətinin mövcudluğu illərində belə bir cəhət də sühuta 
yetirildi ki, türklər həm də dünyəvi, demokratik, hüquqi normalarla 
idarə edilən dövlət quruculuğunda başqalarına nümunə göstərməyə 
qadirdir. Tarixin kifayət qədər mürəkkəb və ziddiyyətli bir dövründə 
yaradılmış  bu  dövlətin  göstərilən  istiqamətlərdə  hansı  addımlar 
atdığı,  görülən  tədbirlər  barəsində  kitabın  ayrı-ayrı  bölmələrində 
tarixi  faktların  dili  ilə  müfəssəl  məlumatlar  verildiyi  üçün  əlavə 
təfərrüata  varmırıq.  Yalnız  belə  bir  məqama  diqqəti  yönəltmək 
istərdik ki, xalq cümhuriyyəti formasında qurulmuş bu dövlət cəmi 
iyirmi  üç  ay  ərzində  yaşamasına  baxmayaraq,  zəmanənin  aparıcı 
ölkələrinin  ən  qabaqcıl  təcrübəsinə  istinad  etməklə,  demokratik 
prinsiplərlə  idarəedilmənin  möhkəm  əsaslarını  yaratmaq  yolu 
tutmuşdu.  27  aprel  çevrilişi  ilə  bu  tərəqqinin  qarşısı  alınmasaydı, 
Azərbaycan ölkə həyatının demokratikləşdirilməsi və hüquqi dövlət 
quruculuğunda daha böyük uğurlara nail ola biləcəkdi. 
İmperiya  bunu  yaxşı  bildiyi  üçün  Azərbaycanı  bu  yoldan 
döndərdi,  onun  milli  dövlətini  süquta  uğratdı.  Vaxtı  ilə  çar 
Rusiyasına daxil olan və Azərbaycanla bərabər öz müstəqilliklərini 
əldə  eımiş  digər  Qafqaz  respublikalarının  taleyi  də  eyni  cür  oldu. 
Rusiya  yenidən  əvvəlki  imperiya  hüdudlarında  öz  hökmranlığını 
bərpa  etdi.  Ancaq  bu  dəfə  onun  adının  önündə  “çar”  sözünün 
əvəzində  “sovet”  sözü  yazılmışdı  və  xalqların  xilaskarı  cildinə 
girmiş  kommunistlər  əllərində  tutduqları  “ədalət”,  “bərabərlik”, 
“azıdlıq” şüarları ilə də xalqlara necə böyük müsibətlər gətirdiklərini 
sanki  gizlətmək  istəyirdilər.  Çox  qısa  bir  zamanda  bu  şüarların 
mahiyyəti  ilə  daban-dabana  ziddiyyət  təşkil  edən  hərəkətlər  və 
ölkəni başdan-başa xalqlar həbsxanasına çevirəcək 


ardıcıl  fəaliyyətlər  gəlirdi.  İlk  işğal  aktının  reallaşdırıldığı 
Azərbaycan  bu  qanlı  tədbirlərin  tətbiqində  də  birinci  oldu.  Nəinki 
onun  müstəqil  dövlətini  yaratmış  şəxsiyyətləri  görünməmiş 
amansızlıqla  sui-qəsdlər  və  kütləvi  cəza  üsulları  ilə  aradan 
götürməyə  başladılar,  hətta  40  ilə  yaxın  bir  dövrdə  dayanmadan 
tökülən qanlar hesabına Cümhuriyyət adında bir dövlət qurulduğunu 
xalqa unutdurmağa çalışdılar. Dövlətin süqutu ilə onun rəhbərlərinə 
qarşı  həyata  keçirilən  kütləvi  cəza  tədbirləri  1921-1930-cu  illər 
arasında  siyasi  partiyalara,  hələ  kifayət  qədər  formalaşmamış 
təşkilatlara  və  müstəqillik  uğrunda  mübarizəyə  qoşulmağa  qadir 
potensial  qüvvələrə  qarşı  yönəldildi.  1930-cu  ildən  sonrakı 
mərhələdə  başlıca  hədəf  ziyalı  qruplan,  milli  oyanışa  səbəb  ola 
biləcək  işıqlı  təfəkkür  sahibləri  və  qanında  türk  passionarhğını 
yaşadan  insanlar  oldu.  Çapını  iki  hissədən  ibarət  nəzərdə 
tutduğumuz  bu  kitabda  biz  repressiyanın  hər  üç  mərhələsinin 
məşəqqətlərini  dadmış  Cümhuriyyət  hökumətinin  rəhbərlərinin 
taleyi  haqqında  söhbət  açmağa  çalışmışıq.  Fətəli  Xan  Xoyski  və 
Nəsib bəy Yusifbəylinin sədrliyi altında təşkil edilən Azərbaycanın 5 
hökumət kabinəsində hərbi işlər müvəkkili İsmayıl xan Ziyadxanov 
da daxil olmaqla 37 nəfər nazirin və onların bir sıra müavinlərinin 
müstəqillik  dövründəki  fəaliyyətlərindən,  aprel  çevrilişindən  sonra 
onların  başlanna  hansı  müsibətlərin  gətirilməsindən  arxiv 
materiallanna  istinadla  bəhs  olunur.  Məlumat  üçün  qeyd  edək  ki, 
həmin şəxslərin 3 nəfəri, o cümlədən hər iki hökumət sədri sui-qəsd 
yolu ilə aradan götürülmüş, 12 nəfər 1920-ci ilin 27 apreli ərəfəsində 
və ondan dərhal sonra mühacirət etmiş, yaxud xaricdə üzərinə düşən 
missiyanı  yerinə  yetirməsi  ilə  əlaqədar  orada  qalmış,  17  nəfər 
repressiya olunaraq, iki nəfəri qısa müddətdə güllələnmiş, qalanları 
isə  müəyyən  müddət  həbsdə  saxlanılmış  və  müxtəlif  cəzalar 
almışlar. Onların arasında bir neçə dəfə repressiyaya məruz qalanlar, 
istintaq  “metod”larma  davam  gətirməyib  həbsxanada  ölənlər  və 
sonradan güllələnənlər olmuş, iki nəfər isə bir müddətdən sonra heç 
bir cəza almadan azad olunmuşdur. Qalan 5 nəfərin sovetləşmədən 
sonrakı taleyini müəyyənləşdirmək indilik mümkün olmamışdır... 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə