Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə89/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   82   83   84   85   86   87   88   89   90

yanımda  Əli  Bayramov  və  Çingiz  İldırım  xidmət  etmişlər.  Mən 
ruspərst olmuşam.” 
Daha  sonrakı  qeydlərindən  aydın  olur  ki,  o,  iş  adamı  kimi 
siyasətlə  az maraqlanmış, təqribən 1919-cu ilin  dekabnnda Dövlət 
Müdafiə Komitəsinə onun tərəfindən Azərbaycan əks- kəşfiyyatının 
ləğv  edilməsi  (əksinqilab  ilə  mübarizə  təşkilatı  adlanan)  haqqında 
məruzə  təqdim  olunmuşdur.  “Belə  ki,  bu  orqan  tərkibində 
sosialistlər  olmadığı  və  quberniyalarda  fəaliyyət  göstənnədiyinə 
görə ləğv edilməli idi. Qərara alındı ki, bu orqan ləğv edilsin və hərbi 
aparatın tərkibində yaradılsın. “İttihad” partiyasının kommunistlərlə 
fikir  ayrılıqlarının  nəzərə  alın-  mayacağı  təqdirdə  sonuncuları 
müdafiə edəcəyim qərarı düzdür. “İttihad” partiyasının əsas rəhbəri 
Qarabəyovla  mən  Behbud  bəy  Cəvanşirin  mənzilində  2-3  dəfə 
görüşmüşəm.  “İttihad”  partiyasının  üzvü  olmamışam  və  keçmiş 
tarixi  barədə  heç  nə  bilmirəm.  Məmməd  Rəsul  İsmayılovu 
tanımıram.  Siyasi  baxışlarıma  görə  beynəlmiləlçiyəm  və 
sosialist-marksistəm. Hər yerdə sosializm prinsiplərini yeritmişəm. 
Həbs edildiyim vaxtdan 4 ay əvvələ qədər evdən nadir hallarda, ən 
zəruri iş dalınca və sağlamlığımdan asılı olaraq çıxmışam”. 
Bununla  da  bütün  dindirmələr  başa  çatdırılır  və  Xudadat 
bəyin  adı  bir  də  Cümhuriyyət  hökumətinin  başqa  bir  naziri 
Ə.Pepinov həbs edildikdən sonra onun ifadəsində çəkilir. Pepinovun 
“Əksinqilabi  millətçi  təşkilatın  Sizə  məlum  olan  üzvlərini  sayın” 
sualına cavab verərək Məmməd Həsən Hacmski, Firuz Ordubadski, 
Rza  Şabanov,  Şamo  Naxçıvanski,  Çingiz  İldırım,  Mahmudbəyov, 
Bilyarbəyovla  yanaşı  Xudadat  bəy Məlikaslanovun da adını çəkir. 
Ancaq növbəti ittihamlar üçün əsas olacaq bu ifadə artıq gecikmişdi. 
Çünki  iki  ilə  yaxın  bir  müddət  idi  ki,  Xudadat  bəy  Məlikaslanov 
həyatda yox idi. 
Xudadat  bəyin  yuxarıda  özünü  müdafiə  məqsədi  ilə 
dediklərinə  gəlincə  isə,  ilk  əvvəl  onu  bildirək  ki,  11-ci  ordunun 
xüsusi  şöbəsinin  və  Az.çekanın  tüğyan  etdiyi  bir  dövrdə  yalançı 
qəhrəmanlıq  göstərilməsi  dərhal  güllələnmə  ilə  nəticələnə  bilərdi. 
İkinci  tərəfdən  Xudadat  bəy  həqiqətən  də,  1901-1904-cü  illərdə 
RSDP-nin  üzvü  olmuşdu  və  sonrakı  dövrdə  hər  cür  siyasi 
təmayüldən uzaq durmasına baxmayaraq, belə bir ağır məqamda 
283 


özü  barəsində  siyasi  baxışlarına  görə  “beynəlmiləlçiyəm  və 
sosialist-marksistəm”  deyəndə  heç  bir  riyakarlığa  yol  vermirdi. 
Əksinə  bu  təbiətinə  xas  bir  uzaqgörənliklə  və  onu  heç  vaxt 
yanıltmamış fəhminin gücü ilə hansı rejimlə qarşılaşdığmı duymaq, 
ətrafında nələr baş verdiyini düzgün qiymətləndirmək bacarığı idi. 
Bütün  bunlann  məhz  belə  olduğunu  sonrakı  proseslər  də  sübuta 
yetirdi.  İki  ifadə  arasındakı  zaman  kəsiyində  Xudadat  bəyin 
özünəbəraət,  Ə.Pepinovun isə məcburiyyət  qarşısında əksinqilabçı 
millətçilər sırasında Çingiz İldırımın adım çəkməsi sadəcə 
 
KaÖMHCT MHitMCTpoıı 
AP
 
zamanın  gərdişinin  dəyişməsi  ilə  deyil,  bolşevik  xisləti,  rejimin 
mahiyyəti  ilə  izah  olunmalıdır  və  o,  bu  mahiyyəti  ilk  gündən 
görmüşdü.  Dünənə  qədər  öz  siyasətini  yeritmək  üçün  milli 
qüvvələrə  qarşı  qoyaraq  istifadə  etdiyi  Çingiz  İldırım  bu  gün 
bolşevik sovet rejiminə lazım deyildi, indi onun özü də düşmən idi. 
Çünki  rus-erməni  qaragüruhunun  millətin  başına  20-ci  illərdə 
gətirdiyi  müsibətlərin  birbaşa  iştirakçılarından  olmuşdu  və  30-cu 
illərdə  həmin  proseslərin  nə  məqsədlə  davam  etdirildiyindən 
xəbərdar idi. 
284 


Əsl  həqiqətdə,  Xudadat  bəy  Məlikaslanov  millətçi,  yaxud, 
beynəlmləlçi idi. Yəqin bu suala ən obyektiv cavabı onun müasirləri 
verə  bilərlər.  Belə  şəxslərdən  biri  uzun  müddət  onunla  bərabər 
çalışmış  Məmmədhəsən  Hacınski  29  dekabr  1930-cu  ildə  verdiyi 
ifadədə aşağıdakıları bildirirdi: 
“Məlikaslanovu  müsavat  hökuməti  dövründən  tanıyıram. 
Qatı  millətçidir,  1919-cu  və  1920-ci  illərdə  bolşeviklərlə  saziş 
əleyhinə  mübarizə  aparıb  və  28  apreldə  bolşeviklərə  qarşı  silahlı 
müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan komitəsinə 
gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, 
Zaqafqaziya  dəmiryolunun  idarə  heyətinin  üzvü,  ASSR-in  əksər 
müəssisələrində  məsləhətçi  idi,  ASSR  ali  müəssisələrində  böyük 
nüfuzu  vardı  və  etibar  edilirdi...  1926-cı  ildə  ASSR  Xalq 
Komissarları Şurası məni Azərbaycan Dövlət Plan komitəsinə sədr 
təyin etmişdi, ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi 
ilə qərann dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri 
bu idi ki,  mən gərək Məlikaslanovu kənarlaşdıra  idim.  Onu dəmir 
yol  və  şosse  yollanmn  tikintisi,  elektrikləşdirmə  və  su  təsəiTÜfatı 
maraqlandmrdı.  O  çox  inadcıl  və  səbatlı  adam  idi,  çoxları  ilə 
məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun 
bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət 
dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil 
Azərbaycanın  mənafeyi  naminə  qiymətləndirirdi.  Bu  onun 
tərəfindən  deyilirdi,  yaxud  fəaliyyətindən  görünürdü,  o,  bu  barədə 
məndən çox irəli getmişdi.Bir sıra faktlan mən əvvəl göstərmişəm. 
1928-ci  ildə  Kislovodskda  mənimlə  Volqa-Don  kanalının  layihəsi 
barədə  danışarkən,  o,  dedi  ki,  bu  kanalın  Azərbaycanın  gələcəyi 
üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara 
çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti 
də  xatırlayıram.  Mən  qatı  rus  millətçisi  kimi  tanıdığım  professor 
Vasilyevə  və  onun  əməkdaşlarına  çox  şübhəli  yanaşırdım.  Onun 
Muğanın  və  Milin  suvarılması  ilə  bağlı  işləri  məndə  ora  mslann 
köçürülməsi  ilə  bağlı  ciddi  narahatlıq  yaradırdı.  Mən  bu  barədə 
Məlikaslanova dedim. Məlikaslanov Vasileyvə çox yaxşı münasibət 
göstərirdi. O dedi ki, layihə heç kimə mane 
285 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə