Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə82/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

PF  206  saylı  işdən  (21  dekabr  1930-cu  il  ifadəsindən): 
“Müdaxilə haqqında söhbətlər. Mən əvvəllər də demişdim ki, türk 
ziyahlannm  istiqaməti  Türkiyəyə  idi.  Mən  də  bu  fikri  müdafiə 
edirdim, çünki onda Türkiyə elə bir rol oynamırdı, Avropaya stavka 
olunurdu. Pepinovun danışıqlarından bilirdim ki, müsavatçılar Polşa 
ilə  sıx  əlaqədədirlər,  keçmiş  Azərbaycan  nümayəndə  heyəti  isə 
Parisdə  başqa  nümayəndə  heyətləri  ilə  birlikdə  danışıqlar  aparır. 
Qafqaz  federasiyası  haqqında  bəyannamə  Fransanın  planı  üzrə 
mühacirlər  tərəfindən  verilib  və  Türkiyə  Azərbaycan  nümayəndə 
heyətinin  buna  imza  atmasından  narazı  qalıb,  çünki  orada 
Ermənistanın  gələcəkdə  nəzərdə  tutulan  sərhədləri  Türkiyə 
ərazisinin bir hissəsini əhatə edir, (bu məhz planın Fransa tərəfindən 
hazırlanması  ilə  əlaqədar  olmuşdu  -  L.Ş.)  1927-28-ci  illərdə 
müdaxilə  gözlənilirdi.  Müsavatçılar  1928-ci  ildə  Azərbaycanda 
olacaqlarına ümid edirdilər. Bu məlumatları Pepinov, Rüstəmbəyov 
və  Şabanovla  bölüşürdüm.  Müdaxilə  elə  real  idi  ki,  hətta  hansı 
hökumət olması barədə təkliflər də edirdilər. Bütün söhbət edənlər, o 
cümlədən  mən  də  bu  müdaxilənin  və  Azərbaycanın  ayrılmasının 
tərəfdarı  idik.  İngiltərə  tərəfindən  müdaxilə  barədə  də  danışılırdı. 
Milli  ziyalılar  mən  dediyim  kimi  ən  az  ingilis  istiqamətinə 
gedərdilər,  çünki  mənə  hələ  1919-cu  ildə  məlum  idi  ki,  İngiltərə 
Türkiyə  ilə  birlikdə  İranın  şəxsində  böyük  müsəlman  dövləti 
yaratmaq istəyirdi. İngiltərə üə sazişə Azərbaycanda iri mülkədarlar 
və  İttihad  partiyası  tərfdar  idi.  Əlbəttə,  bu  o  demək  deyildi  ki, 
ziyalılar  başqa  çıxış  yolu  qalmadıqda  İngiltərə  ilə  sazişə 
getməyəcəklər. Ancaq o vaxt belə məsələ qoyulmurdu. Mən bütün 
bu  müdaxilə  söhbətlərini  xatırlamıram,  Azərbaycan  mühacirəti 
kiminlə  danışırdı,  ancaq  bilirdim  ki,  danışıqların  predmeti  Bakı 
neftidir. 
Banditizm  və  üsyanlar  barəsində.  Bu  qrupun  üzvləri,  hələ 
1925-ci 
ildə  və  sonra  deyirdilər  ki,müsavat  mühacirlər 
Azərbaycanda  fasiləsiz  üsyanlar  üçün  təlimatlar  göndərirlər, 
banditizmin  inkişafı  və  bu  təşkilatlarla  əlaqə  yaratmağa.  Bu 
məsələdə mən onda da, son vaxtlar da, Nuxa və Qarabağ hadisələri 
ilə əlaqədar mənfi fikirdə olmuşam. Bütün şəxslərlə kəndlilər barədə 
söhbətlərdə belə fikir irəli sürülürdü ki, kəndli məişət və 
261 


dini  şərtlərə  görə  hələ  uzun  müddət  bolşevizmin  əleyhinə  olacaq. 
Azərbaycan  kəndi  tarixən  elə  qurulub  ki,  onların  hər  .biri  sıx 
qohumluq bağları ilə bağlanmış iki-üç qrupdan ibarətdir və böyüklər 
(ağsaqqallar)  kənddə  faktiki  hakimiyyətdir  və  bu  ağsaqqallar 
(qolçomaqlar) bizim gələcəkdə dayağımızdır, sovet hakimiyyətinin 
kəndi  parçalamaq,  qolçomaqları  ləğv  etmək  siyasəti  bizi  bu 
dayaqdan mərhum edə bilər, ona görə də qolçomaqları bütün siyasi 
və iqtisadi vasitələrlə müdafiə etmək lazımdır. Bu söhbətlərdə mən 
onlarla həmrəy idim. 
Mən  tamamilə  etiraf  edirəm  ki,  məhdud  millətçi  kimi 
Azərbaycanda sovet hakimiyyəti əleyhinə iqtisadi qruplarla həmrəy 
işləyərək,  belə  qrupları  Gürcüstanda  və  Ennənistanda  da  bilib 
gizlədərək,  Azərbaycanın  SSRİ-dən  ayrılması  və  milli  demokratik 
respublika  yaradılmasının  tərəfdarı  olmuşam,  müdaxiləyə  rəğbətlə 
yanaşmışam,  əksiqilabi  müsavat  partiyasının  niyyətlərindən 
xəbərdar  ola-ola  bu  barədə  sovet  hakimiyyətini  xəbərdar 
etməmişəm. Mən yalnız öz günahlarıma görə yox, həm də onların 
günahına görə cəza almalıyam.” 
İstintaqa  görə,  onun  cəzası  yalnız  AMM-in  təşkilatçısı  və 
rəhbəri olması ilə bitmirdi. İstintaq onu həm də bu təşkilata paralel 
bir  başqa  mərkəzin  yaradılmasında  da  onu  günahkar  hesab  edirdi. 
Ancaq hələlik bu mərkəzin üzvləri cəza alanların arasında deyildilər, 
çünki  hələlik  Azərbaycanda  kütləvi  repressiyaların  birinci  dalğası 
yenicə  başa  çatmış,  ikinci  dalğa  başlamışdı  və  bu  dövrdə  ölümə 
məhkum 
ediləcəklər 
arasında 
namizədlər 
sonadək 
müəyyənləşdirilməmişdi.  Kimlərinsə  qapısını  döymək  hələ  tez  idi 
və  onların  adları  qara  siyahıların  sonrakı  səhifələrində  yer 
alacaqdılar. Hələ 1931-ci il idi. 
Hər  iki  mərkəzin  fəaliyyətinə  aidiyyəti  olan  Mollayev 
Məhəmməd  İbrahimoviçin  dindirilməsi  (13  noyabr  1937-ci  il) 
zamanı  isə  artıq  ikinci  dalğanın  ən  qızğın  çağı  yetişmişdi  və  indi 
paralel mərkəz haqqında daha ucadan danışmaq olardı. Bunu nəzərə 
alan  müstəntiq  artıq  Mollayevə  sualı  “paralel  mərkəzin  tərkibinə 
kimlərin daxil olması” haqqında idi; 
262 


- Paralel mərkəzin tərkibinə: Q.Musabəyov, R.Axundov, 
S.M.Əfəndiyev,  D.Bünyadzadə,  T.Əliyev,  M.Quliyev,  M.Qədirli 
daxil idilər. 
Sual: Sizə paralel mərkəzin fəaliyyəti barədə haradan məlum 
olmuşdu? 
Cavab:  1929-cu  ilə  qədər  mən  əksinqilabi  AMP-nin  sıravi 
üzvü  idim  və  ancaq  öz  sahəm  üzrə  tapşırıqları  yerinə  yetirirdim. 
1929-cu  ildə  mən  AMP-nin  Mərkəzi  Komitəsinin  tərkibinə  daxil 
edildim  və  Hacmski  şəxsən  mənə  həmin  mərkəzin  fəaliyyət 
göstərdiyi barədə bildirdi. 
Sual:  Hacmski  sizə  Paralel  mərkəzin  əksinqilabi  fəaliyyəti 
barədə nə danışmışdı? 
Cavab:  M.H.Hacmskinin  sözlərinə  görə.  Paralel  mərkəz 
Azərbaycanda  sovet  hakimiyyətini  devirmək  uğrunda  mübarizə 
aparır  və  Gürcüstanda,  Ermənistanda  mövcud  olan  analoji 
əksinqilabi təşkilatlarla birgə fəaliyyət göstərir. Bu Paralel mərkəz 
faktiki  surətdə  AMP-nin  bütün  fəaliyyətinə  Hacmski  vasitəsilə 
özünün  əksinqilabi  göstəriş  və  qərarlarını  çatdırmaqla  rəhbərlik 
edirdi.  Bundan  əlavə  bizə  elan  olunmuşdu  ki,  AMP  uğursuzluğa 
düçar  olacağı  təqdirdə  Paralel  mərkəz  bizim  azad  olmağımıza  və 
işlərin dayandırılmasına nail olacaq”. 
1890-cı  ildə  Naxçıvanda  anadan  olmuş,  Bakıda  yaşayan, 
Azneftsbıtm  müdiri,  1917-31-ci  illərdə  AKP  (b)-nin  üzvü, 
əksinqilabi  Azərbaycan  Milli  Mərkəzinin  üzvü  kimi  1931-ci  ilin 
mayında mühkimə edilib, 1932-ci ildə azad olunmuş, 1927-ci ildə 
Qırmızı əmək bayrağı ordeni almış Xəlilov Məhəmməd Murad oğlu 
da  ifadəsində  (4  noyabr  1937-ci  il)  eyni  faktları  gətirirdi:  “Mən 
1927-ci  ilin  sonunda  Zaqafqaziya  Dövlətticarətin  sədr  müavini 
vəzifəsinə təyin edilib Tiflisə getdim. Orda tezliklə M.Hacmski ilə 
əksinqialbi əlaqə yaratdım. Ondan öyrəndim ki, AMM-in rəhbərliyi 
partiya  və  dövlətin  Ə.Qarayev,  M.Hüseynov,  B.Əliyev, 
Q.Musabəyov,  D.Bunyatzadə,  H.Sultanov,  Ə.Fərəczadə  kimi 
tanınmış şəxslərindən ibarətdir. Hacmskinin fəal köməkliyi ilə mən 
SSRİ-nin  İstanbulda  Ticarət  nümayəndəliyinin  müavini  təyin 
edildim  və  1928-ci  ilin  sonlarında  oraya  yola  düşdüm.  Mən 
İstanbula gələrkən mənə tanış olan mühacir, keçmiş mülkədar. 
263 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə