Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə8/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   4   5   6   7   8   9   10   11   ...   90

qarşısında general 
Tomson tərcüməçiyə 
dönərək “Baş nazir 
həzrətlərinə söyləyin 
ki, hər hansı bir hərbi 
qüvvəni çıxarmaq 
üçün hərbi qüvvəyə 
sahib olmaq gərək. 
Bildiyimə görə 
q u r d u ğ u n u z  
Cümhuriyyətinin 
ordusu hələ qurulma- 
mışdır” deyir. Fətəli 
Xan tərcüməçiyə: 
“General həzrətlə- 
rinə söyləyin ki, o 
yalnız hərbi birliyə 
malikdir. Ya xalq 
qüvvələrinin nə ol- 
duğunu bilmir və ya 
hər xalqı Hindistan 
xalqı zənn edir. Biz 
azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 
minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb 
sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc 
ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir 
neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə 
də onlara pislik etmək istəyirik” cavabını vermişdi”. (Nağı 
Şeyxzamanhnın xatirələri Bakı, “Qartal” nəşriyyatı, 1997, səh. 165- 
166.) 
Fətəli  Xan  Azərbaycanda  ayrı-ayn  hökumət  qurumlarının 
yaradılmasında,  xüsusilə  ölkənin  müdafiəsi,  daxili  sabitliyin 
qorunması  və  xarici  siyasət  məsələləri  ilə  bağlı  sahələrin  inkişaf 
etdirilməsində xüsusi xidmətlər göstərmişdir. Bu baxımdan belə bir 
fakt  mühüm  əhəmiyyət  kəsb  edir  ki.  Fətəli  Xan  1-ci  hökumət 
kabinəsində eyni zamanda daxili işlər, ikinci kabinədə ədliyyə 
 
24 


və müəyyən dövrdə həm də müdafiə, üçüncü kabinədə isə xarici 
işlər naziri kimi çox vacib sahələrə rəhbərlik etmişdir. Hökumət 
başçısı kimi onsuz da kifayət qədər işi olan bu insanın həmin 
postları da tutmasının vəzifə aludəçiliyi ilə heç bir bağlılığı yox 
idi və yuxarıda göstərilənlər bunu aydın sübuta yetirir. Görünür 
həmin vəzifələrin kabinet sədrinə həvalə olunması hər şeydən 
əvvəl ölkə həyatının daxili tələbatından, bu sahələrin müstəqilliyin 
qorunması və möhkəmləndirilməsində həqiqətən də, daha mühüm 
sayılmasından irəli gəlirdi. Çünki Azərbaycanın 4-cü hökumətinə 
başçılıq etmiş Nəsib bəy Yusifbəyli də eyni zamanda daxili işlər 
naziri vəzifəsini icra et—mişdir. Azərbaycanın üç hökumətində 
Nazirlər Şurasının sədri olmuş Fətəli xan Xoyski 24 dekabr 1919- 
cu ildən 1 aprel 1920-ci ilə qədər fəaliyyət göstərmiş 5-ci 
hökumətdə isə xarici işlər naziri postunu tutmuşdur. 
Fətəli Xanın necə uzaqgörən siyasətçi və dövlət xadimi 
olduğunu onun müasirlərindən biri, Azərbaycanın müxtəlif 
hökumətlərində üç dəfə nazir postu tutmuş M.Hacmskinin 29 
dekabr 1930-cu ildə istintaqa verdiyi ifadə bir daha təsdiq edir: 
“Mən burada Bakıda 1919-cu ilin sonlarında mənimlə İrandan 
Londona göndərilmiş nümayəndə Mirzə Rza Xanla aramızdakı 
bir söhbəti də gətirmək istəyirəm. O, Londondan Tehrana 
gəlmişdi. Hökumət üzvlərinə danışmışdı ki, İngiltərənin Yaxın 
Şərqdə Türkiyə ilə yanaşı böyük bir müsəlman dövləti yaratmaq 
planı var. Belə bir dövlətin İran olacağı güman edilir. Nəzərdə 
tutulur ki, Azərbaycanın arzuladığı formaya uyğun şəkildə 
Türkistan, Əfqanıstan və Azərbaycan birləşsinlər. O vaxtkı xarici 
işlər naziri Xoyski ona diplomatik bir cavab vermişdi ki, bu barədə 
fikirləşmək lazımdır, ancaq sonra hökumət dairələrində biz başa 
düşdük ki, bu Bakını tutmuq üçün manevr imiş. Bu cavab təəssüf 
hissi ilə qarşılanmadı”. 
Yeri gəlmişkən, bir fakta aydınlıq gətirmək istərdik. Fətəli 
Xan haqqında yazan müəlliflərin əksəriyyəti (bizim tanış 
olmadığımız materiallar da ola bilər - L.Ş.) onun çox az bir 
müddətdə Azərbaycanın hərbiyyə naziri olduğunu qeyd 
etməyiblər. Bu faktın ən sadə təsdiqi isə Naz 
noyabr 1918-ci il tarixli qərarıdır: “Nazirlər 


Respublikasında hərbi nazirlik yaratmağı qərar almışdır; hərbi nazir 
vəzifəsi Nazirlər Şurasının sədri F.Xoyskiyə həvalə olunmuş, onun 
müavini isə general Səməd bəy Mehmandarov tə’yin edilmişdir.” 
Ümumilikdə  isə  həm  dövrün  tələbi,  həm  də  millətin 
gələcəyini düşündüyü üçün Fətəli Xan gənc respublikanın müdafiə 
məsələlərini birinci dərəcəli əhəmiyyətə malik məsələlər hesab edir 
və  bu  işdə  təcrübəli  generallarımızın  hərtərəfli  sərbəst  fəaliyyət 
göstərmələri üçün onlara lazımi şərait yaradılmasına çalışırdı. Hərbi 
nazirliyin  müvafiq  strukturlarının  yaradılmasında  bu  qurumun 
rəhbərliyinə  köməklik  göstərilməsi,  Gəncədə  hərbi  məktəbin 
açılması, yenə müstəqil Azərbaycanın ilk paytaxtı olmuş bu şəhərdə 
martın  23-də  hərbi  paradın  qəbulunda  iştirak  və  s.  -  onlarla  belə 
faktlar  var.  Çünki  millətini  hər  cür  bəladan  qorumağa  çalışan  bu 
fədakar  insan  yaxşı  bilirdi  ki,  güclü  ordu  qurulmadan  Vətənin 
müstəqilliyini möhkəmləndirmək çətin olacaq. 
1918-ci  il  dekabrın  20-də  Azərbaycan  Parlamentinin 
fövqəladə iclası keçirildi. Gündəliyə iki məsələ: Andronikin, onun 
quldur  dəstəsinin  Qarabağda  törətdiyi  vəhşiliklər  və  erməni-gürcü 
münaqişəsi ilə bağlı məsələ çıxarılmışdı. İclasda əsas söz sahibi olan 
Fətəli  Xan  Xoyski  çıxış  edərək  dedi:  “...Azərbaycan 
Respublikasının  Bakı  əməliyyatı  ilə  məşğul  olmasından  istifadə 
edən  Andronik  Zəngəzurda  vəhşiliklər  törətməkdə,  bu  rayonu 
müsəlman  əhalisindən  təmizləməyə  cəhd  göstərməkdə  davam  etdi 
və  bu  məqsədlə  orada  yerləşən  müdafiəsiz  müsəlman  kəndlərinə 
basqınlar  etdi.  Sonra  Andronik  bu  əməliyatlarmı  Zəngəzur 
qəzasından  Şuşa  rayonuna  keçirdi  və  onun  qızışdırdığı  yerli 
eıtnənilər Şuşa-Yevlax yolunu kəsdilər və beləliklə Şuşa şəhərinin 
müsəlman  əhalisini  olduqca  təhlükəli  vəziyyətə  saldılar.  Onda 
hökumət  respublikanın  mənafelərini  müdafiə  etmək,  əhalinin 
həyatını  və  əmlakını  qorumaq  məcburiyyətində  qalaraq  Qarabağa 
hərbi  qüvvələr  göndərdi.  Dinc  əhali  tərəfdən  bir  nəfər  də  itki 
verilmədən  Andronikin  quldur  dəstələri  qovuldu  və  orada  tam 
sakitlik yaradıldı. Andronikin quldur dəstələri Zəngəzurun 
dağlıq ərazisində gizləndilər ........  Sonra siyasi vəziyyət dəyişdi. 
Şuşadan türk hissələrinin getməsi ilə vətəndaşların rahatlığı yenidən 
pozuldu.... General Tomson Qarabağa iki zirehli maşının 
26 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə