Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə9/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

və  bir  neçə  ingilis  əsgərinin  müşayəti  ilə  yeni  qarışıq  nümayəndə 
heyəti  göndərmək  qərarına  gəlib.  İndiyədək  bir  nümayəndə  heyəti 
qayıtmayıb  və  ondan  heç  bir  xəbər  yoxdur.  Göründüyü  kimi, 
Qafqaza nümayəndə heyəti göndərmək sistemi həmişə öz məqsədinə 
nail  olmur.  Bu  Qarabağın  müxtəlif  hissələrindən  erməni  quldur 
dəstələrinin yeni vəhşilikləri barədə bizə daxil olmaqda davam edən 
teleqramlardan  da  görünür.  ...  Andronikin  planı  -  Zəngəzuru  və 
Şuşanı  müsəlman  əhalisindən  təmizləmək  və  bu  torpaqları 
Azərbaycandan  qoparmaqdır.  Ancaq  bu  ola  bilməz.  Azərbaycan 
Respublikası hökuməti öz taktikasına uyğun olaraq, ondan asılı olan 
bütün tədbirləri görmüşdür ki, bu avantyura qansız, dinc yolla aradan 
qaldırılsın. Ancaq sülhü quru söz sayan, ölkənin həyati əhəmiyyətli 
hüquqlarına  qəsd  edən  elementlərə  qarşı  hökumət  bütün  digər 
müvafiq tədbirləri görəcəkdir”. (“Azərbaycan” qəzeti 1918, 21, 22, 
24 dekabr). 
General  Tomsonu  Qarabağa  zirehli  maşın  göndərməyə 
məcbur edən də əslində F.Xoyskinin 6 dekabr 1918-ci ildə yazdığı 
məktub  və  bu  məktuba  əlavə  olunmuş  Qaryagin  və  Cəbrayıldan 
aldığı iki teleqram idi. Bu teleqramlarda Zəngəzurda eraıəni quldur 
dəstələrinin  Andronikin  başçılığı  altında  azərbaycanlı  kəndlərini 
amansızlıqla dağıtmalarından, əhalini vəhşicəsinə öldürmələrindən, 
canını  qurtaran  bir  qrup  əhalinin  İrana  keçməsindən  söhbət  gedir. 
Belə bir vəziyyətin Şuşa və Cəbrayıl qəzalanm da gözlədiyi bildirilir 
və  müttəfiqlərin  nümayəndəsindən  təcili  tədbirlər  görülməsi  xahiş 
edilirdi. 
1918-19-cu  illərdə  Zəngəzurda,  Naxçıvanda  və  Qarabağda 
törədilən erməni vəhşiliklərinin qarşısının alınmasında, Andranikin 
və  başqalarının  rəhbərliyi  altında  yerli  azərbaycanlı  əhaliyə  divan 
tutan quldur dəstələri ilə mübarizə aparılmasında Fətəli Xanının çox 
böyük  xidmətləri  olmuşdur.  O,  hökumət  başçısı  kimi  bir  tərəfdən 
diplomatik  missiyalar  vasitəsilə  xarici  dövlətlərin  diqqətini  bu 
məsələlərə cəlb etmiş, digər tərəfdən öz niyyətlərindən heç vəchlə əl 
çəkmək istəməyən ermənilərin ərazimizdən sıxışdırılıb çıxarılması, 
əhalinin  müdafiəsi  üçün  müvafiq  hərbi  tədbirlər  görülməsinə  nail 
olmuşdur. 
27 


Fətəli  Xanın  çoxsahəli  fəaliyyəti  ilə  əlaqədar  belə  bir  faktı 
xüsusi  qeyd  etmək  istərdim  ki,  gənc  dövlətin  gələcəyinin  məhz 
)mksək  ixtisaslı  kadrlar  yetişdirilməsindən  asılı  olduğunu  gözəl 
bildiyi üçün 
0, Azərbaycanda ali təhsil ocaqlarının təşkil edilməsinin 
ilk  təşəbbüskarlarından  olmuşdur.  Dövrünün  aparıcı  elmi 
mərkəzlərindən  sayılan  Peterburq  Universitetini  bitirən  bu  yüksək 
intellektli insan ildə yüz, iki yüz gənci xarici dövlətlərdə ali təhsil 
almaq  üçün  göndərməklə  respublikanın  hərtərəfli  ixtisaslaşmış 
mütəxəssislərə  olan  tələbatını  ödəməyin  mümkün  olmayacağmı 
görürdü və bütün bu məsələləri zamanında həll etməyə yeganə çıxış 
yolu  hesab  edirdi.  Professor  V.İ.Razumovskinin  1922-ci  ildə  çap 
etdirdiyi  “Bakı  şəhərində  universitetin  əsasının  qoyulması”  adlı 
məqaləsindən  məlum  olur  ki,  Azərbaycan  Dövlət  Universitetinin 
yaradılması təşəbbüsü F.Xoyskiyə məxsusdur. 
 
Xoyskilər 
nəslindən 
onlarla 
məşhur 
şəxsiyyətlər, 
Azərbaycanın  iftixarı  olan  dövlət  və  ictimai  xadimlər,  şanlı  Vətən 
generalları  çıxıb.  Bu  şəxsiyyətlər  arasında  üç  nəfər  haqqında  bir 
qədər  ətraflı  bəhs  etmək  istərdim.  Onlardan  birincisi  Fətəli  xanın 
qardaşı.  Cümhuriyyət  dövründə  Gəncə  general-qubernatorunun 
müavini  olmuş  general  Hüseynqulu  xan  İskəndər  oğlu  Xoyskidir. 
Aprel çevrilişindən sonra Hüseynqulu xan Gəncə xanı Cavad xanın 
nəslindən Əbülfət xanın qızı olan həyat yoldaşı Şirinbəyim xanımı, 
qızı  Valiyəni,  6  aylıq  nəvəsi  Abbası  və  kürəkəni,  məşhur  Gəncə 
üsyanına  başçılıq  etmiş  polkovnik  Cahangir  bəy  Kazımbəyovu 
götürüb əvvəlcə İrana keçmiş (C.Kazımbəyov sonra geri qayıtmış və 
1920-ci  il  may  ayının  sonunda  sovet  hakimiyyəti  əleyhinə  üsyana 
rəhbərlik  etmişdi.  Gəncə  üsyanında  bolşeviklər  8,5  min  tələfat 
vermişdilər. Ancaq təxminən 10 gün davam edən qanlı döyüşlərdə 
12  min  nəfər  şəhid  verən  milli  qüvvələr  öz  istəklərinə  nail  ola 
bilmədilər),  İrandan  isə  Türkiyəyə  keçmişdi.  Hüseynqulu  xan 
1955-ci ildə İstanbulda vəfat etmişdir. Onun kiçik oğlu 1910- cu ildə 
Gəncədə doğulmuş Zahid xan Xoyski hazırda Nyu-Yorkda yaşayır. 
Zahid  xanın  nəvəsi  öz  ulu  babası  1819-cu  ildə  ləğv  edilmiş  Şəki 
xanlığının ilk xanı olmuş Cəfərqulu xanın adını daşıyır. 
Fətəli Xanın ikinci qardaşı Rüstəm Xan Xoyski Azərbaycanın 
üçüncü hökumətində nazir olub. Onun barəsində kitabda 
28 


başqa  materialda  geniş  söhbət  açıldığı  üçün  təkcə  bu  faktı  qeyd 
edirik ki, Rüstəm Xan aprel çevrilişindən sonra repressiyaya məruz 
qalmış,  bir  müddət  həbsdə  saxlandıqdan  sonra,  anası  Şəlırəbam 
xanım Xoyskinin xahiş ərizəsi ilə həbsdən azad edilmişdir. 
Haqqında ayrıca söhbət açmaq istədiyimiz üçüncü şəxs Əmir 
xan  Cahangir  oğlu  Xan  Xoyskidir.  Əmir  xan  Fətəli  xanın  böyük 
qardaşı Cahangir xanın oğludur. Şəkidə doğulmuşdur. Cümhuriyyət 
dövründə Bakı qubernatorunun köməkçisi (1-ci müavini). 
_ T/-J' 
tıi 
3 Л.5 ние 11 арла?,!снтя 
Gəncə  qəzasının  rəisi,  Dİ  nazirliyinin  Qazax  qəzasında  xüsusi 
səlahiyyətli  nümayəndəsi  təyin  edilmişdir.  1920-ci  ilin  aprelində 
Quba  qəzasının  qubernatoru  olmuşdur.  Aprel  çevrilişindən  sonra 
Türkiyəyə  keçmişdir.  Həyat  yoldaşı  Əfşan  xanım  Cənubi 
Azərbaycandakı  Maku  xanlığının  nəslindən  olan  Cəfər  xanın  qızı 
idi.  Əmir  xanın  12  yaşlı  qızı  Bəyim,  10  yaşlı  oğlu  anasının 
ölümündən  sonra  qohumlarının  himayəsində  yaşayıblar.  Onlar 
soyadlarını  dəyişib  Cahangirli  soyadı  götürməyə  məcbur  olublar. 
Əmir xan Xoyski 1966-cı ildə İstanbulda vəfat edib. 
Fətəli Xanın özünü isə bolşevik rejimi xəyanət yolu ilə aradan 
götürdü. Əslində özünə düşmən hesab etdiyi bir şəxsiyyətin 
29 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə