Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə5/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   2   3   4   5   6   7   8   9   ...   90

bununla  bağlı  xəbərdar  etməklə,  Zati  Alilərinizdən  bu  barədə  öz 
hökumətinizə  məlumat  çatdırmağınızı  xahiş  edirəm.  Hökumət 
müvəqqəti  olaraq  Gəncə  şəhərində  yerləşir.  Xoyski  -  Azərbaycan 
Respublikası Nazirlər Şurasının sədri”. (ARDA, f.970, s.l, iş 5, v.l). 
Azərbaycan  Milli  Şurası  ilə  bərabər  respublikanın 
müstəqilliyi yolunda real addımlar atmaq üçün ilk günlərdən geniş 
əməli  işlərə  başlayan,  fəaliyyətini  quracağı  dövlətin  hüdudları 
daxilinə  keçirməsi  üçün  möhkəm  zəmin  yaratmağa  çalışan  birinci 
hökumət  iyun  ayının  16-da  öz  məqsədinə  nail  oldu.  Azərbaycan 
hökumətinin  Tiflisdən  Gəncəyə  köçməsi  ilə  öz  faktiki  missiyasını 
uğurla  yerinə  yetirmiş  Azərbaycan  Milli  Şurası  səhəri  gün 
fəaliyyətini  dayandırdı  və  səlahiyyəflərini  müəyyən  dövr  ərzində 
yeni  təşkil  edilmiş  Azərbaycanın  ikinci  hökumətinə  verdi.  Yeni 
hökumətin  fəaliyyətə  başladığı  17  iyun  1918-ci  ildə  AR  Nazirlər 
Şurasının 
Azərbaycan 
əhalisinə 
müraciətində 
deyilirdi: 
“Azərbaycanın  müstəqilliyi  ilə  əlaqədar  müqəddəs  arzu  həyata 
keçmişdir. Biz inanırıq  ki,  millətimizin  sarsılmaz iradəsi  və bizim 
həmmilətimiz və həmdinimiz olan Osmanlı imperiyasının dəstəyi ilə 
Vətənimizin  xoşbəxt  gələcəyi  təmin  olunacaqdır.  Bununla  yanaşı, 
indiki  vəziyyətdə  gənc  respublikamızı  həm  xaricdən,  həm  də 
daxildən  ciddi  təhlükələr  təhdid  edir...  Belə  məsul  vəziyyətdə  öz 
üzərinə  ölkənin  idarə  edilməsi  kimi  ağır  bir  vəzifə  götürmüş 
Azərbaycan  hökuməti  ona  dövlət  orqanlarını  vahid  əldə 
cəmləşdirməyə  imkan  vermək  üçün  bütün  vətəndaşlardan  öz 
gündəlik  fəaliyyətləri  ilə  məşğul  olmaqla  idarəçilik  işinə  mane 
olmamağa  çağırır.  Bununla  hökumət  Vətənin  səadəti  və  xilası 
naminə  hökumət  qərarlanm  yerinə  yetinnəkdən  yayınan  şəxslərə 
qarşı  ən  sərt  təxirəsalınmaz  tədbirlər  görəcəkdir.  Hökumətin  ən 
yaxın vəzifələrindən biri bütün hökumət müəssisələrinin, məhkəmə 
və  məktəblərin  milliləşdirilməsidir.  Ancaq  bu  iş  dövlət  aparatını 
dağıtmadan,  tədricən  həyata  keçiriləcəkdir.  Hökumət  ayrıca 
qərarların  qəbuluna  qədər  bütün  hökumət  xidmətindən  olanları  öz 
əvvəlki  yerlərində  qalıb  işlərini  davam  etdirməyə  dəvət  edir. 
Hökumət milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanın 
onun  bütün  vətəndaşlarının  həqiqi  vətəni  olması  üçün  bütün 
tədbirləri görəcəkdir. Bütün əhali qruplarına öz 
15 


hüquqlannm müdafiəsində o, hərtərəfli dayaq olacaqdır.” (ARDA, 
f895, s.l,iş 29, v.l). 
Bu tarixi müraciətdən 5 ay sonra 17 noyabr 1918-ci ildə saat 
13.30-da  Azərbaycan  Milli  Şurası  yenidən  fəaliyyətə  başladı.  İlk 
müstəqillik  dövrünün  ən  ağır  və  məsuliyyətli  günlərində  özünü 
doğrultmuş  bu  qurumun  üzvlərinin  bir  araya  yığılması  təsadüfi 
deyildi.  Məqsəd  onun  artıq  əməli  işdə  sınanmış  tərkibi  əsasında 
Azərbaycanda qanunvericilik orqanının yaradılması, Azərbaycanın 
Parlamenti! idarə üsuluna malik rsepublika kimi formalaşdırılması 
idi.  Şuranın  açılışında  çıxış  edən  Fətəli  Xan  hökumətin  5  aylıq 
fəaliyyətini belə qiymətləndirmişdi: “Biz öz vəzifələrimizin icrasına 
başlayanda  ölkədə  anarxiya  hökm  sürürdü,  maliyyə  sahəsində 
olduğu  kimi,  hərbi  və  daxili  sahələrdə  də.  Ən  başlıcası  bizim 
paytaxtımız  öz  əlimizdə  deyildi  və  hökumətin  vəzij^əti  ağır  idi. 
Allaha  şükürlər  olsun  ki,  indi  anarxiya  aradan  qaldırılıb  və  həyat 
normal  axarına  düşüb.  Biz  maliyyə  vəziyyətini  nizama  salmış, 
ölkədə  qayda-qanunu  qorumağa  yetəcək  qədər  ordumuzu  təşkil 
etmişik.” (“Azərbaycan” qəzeti 1918-ci il 17 noyabr). 
Fətəli  Xan  Xoyskinin  Azərbaycanda  hüquqi,  demokratik 
dövlət  quruculuğu  yolundakı  xidmətləri  barəsində  dövlət 
arxivlərində  kifayət  qədər  tədqiq  edilməmiş  faktiki  material, 
indiyədək  haqqında  xalqa  lazımınca  məlumat  verilməmiş  tarixi 
sənədlər var. Bunların qətiyyən mübaliğə olmadığına yəqin ki, heç 
bir  azərbaycanlının  qəlbində  şübhə  yoxdur.  Ancaq  bu  da  bir 
həqiqətdir  ki,  dövlət  xadimi,  böyük  şəxsiyyət  barəsində  ən  doğru 
bilgilər  bir  çox  hallarda  içində  yaşadığı  dövrün  ona  göstərdiyi 
münasibətdə,  verdiyi  qiymətdə  də  öz  əksini  tapır.  Müstəqil 
Azərbaycan  dövrünün  aynasında  Fətəli  Xanın  necə  göıündüyü 
aşağıdakı məqamlarda öz dolğun əksini tapıb. 
Azərbaycan  Parlamentinin  1918-ci  il  dekabr  ayının  7-də 
fəaliyyətə  başlaması  ilə  gündəmə  respublikada  yeni  hökumətin 
təşkili  kimi  son  dərəcə  aktual  bir  məsələ  çıxmışdı.  Müstəqilliyin 
əldə  olunmasından  ötən  6  ay  10  gün  ərzində  Azərbaycanda  iki 
hökumət qurulmuş, bunlann hər ikisinə Fətəli Xan sədrlik etmişdi. 
Ancaq  3-cü  hökumət  bir  qədər  fərqli  prinsiplər  əsasında 
fonnalaşdırılmah,  ali  qanunverici  orqan  -  Parlament  qarşısında 
cavabdehlik daşımalı, onda təmsil edilən fraksiyaların ümumi 
16 


razılığı  ilə  öz  işinə  başlamalı  idi.  Dekabr  ayının  10-da  məhz  bu 
məsələni  müzakirə  üçün  toplaşmış  ilk  parlament  üzvlərimizin 
hökuməti  kimin  təşkili  edəcəyi  ilə  bağlı  çox  asanlıqla  yekdil  rəyə 
gəlmiş  və  Parlamentin  sədr  əvəzi  Doktor  H.Ağayevin  Fətəli  Xan 
Xoyskiyə  Nazirlər  Şurasının  sədri  postunu  tutması  ilə  bağlı  13 
dekabr  1918-ci  ildə  məktubla  müraciət  etmişdi:  “Azərbaycan 
Parlamentinin  bu  il  dekabr  ayının  10-da  keçirilən  iclasında  mənə 
yeni kabineti təşkil etmək üçün Baş Naziri seçmək və dəvət etmək 
tapşırığı  verilmişdir.  Fraksiyaların  arzusu,  həmçinin  siyasi 
təcrübəyə,  Sizin  Vətənə  və  millətə  xidmət  işində  göstərdiyiniz 
görkəmli  fəaliyyətiniz  və  fədakarlığınıza  görə  mən  Sizdən  bü 
mühüm və çətin işi öhdənizə götürməyi. Baş nazir vəzifəsini qəbul 
etməyi  və  koalisiyah  kabinet  yaratmağı  xahiş  etməyi  özümə  borc 
bilirəm. Xahiş edirəm mənim səmimi hörmət və ehtiramımı qəbul 
edəsiniz. Parlament sədri əvəzi; doktor Ağayev”. 
Əlbəttə,  Parlamentin  yekdil  şəkildə  dəvəti  kimi  yüksək  bir 
etimaddan,  millətin  sayılıb-seçilən  insanları  tərəfindən  belə 
dəyərləndirilməkdən daha böyük qiymət ola bilməzdi və bu 'etiraflar 
qarşısında hədsiz məmnunluq və minnətdarlıq duyğusu keçimıək, bu 
dəvəti düşünmədən qəbul etmək təbiidir. Ancaq bəlkə də Fətəli Xan 
yeganə  insanlardan  idi  ki,  millətə  xidmət  hissini  hansısa  vəzifə 
tutmaqla,  səlahiyyət  sahibi  olmaqla  bağlamırdı  və  o,  ən  sıravi 
vətəndaş kimi də bu yolda hər cür fədakarlıq göstərməyə, həyatını və 
sağlamlığını canından artıq sevdiyi Vətəninə verməyə hazır idi. O, 
bütün  bunlara  qəti  əmin  olduğu  və  hazırda  səhhətinin  belə  son 
dərəcə məsuliyyətli bir dövrdə təklif olunan yüksək postu tutmağa 
imkan  vermədiyi  üçün  çəkinmədən  bu  təklifdən  imtina  etmişdi. 
Məktubu  aldığı  günün  səhəri  Fətəli  Xan  Xoyski  öz  cavab 
məktubunu yazırdı: 
“Çox  hörnıətli  Həsən  bəy!  Dünən  mən  Sizin  məktubunuzu 
aldım.  Həmin  məktubda  Siz  bildirirsiniz  ki,  mənim  Vətənə  və 
millətə  xidmət  işində  göstərdiyim  keçmiş  fəalİ5q/əti  və  Parlament 
fraksiyalarının  arzusunu  nəzərə  alaraq.  Parlament  qarşısında 
cavabdeh olan  yeni  koalisiyah kabinet  təşkil etməyin  kimə həvalə 
olunması  seçimi  ilə  əlaqədar  mənim  namizədliyim  üzərində 
dayanmısınız. Mənə göstərOan hiLviikcat' 
görə dərin 
minnətdarlığımı bildirir, eyfbzamanüa£atdmrai3i.ki. <=ahhətimin 
17 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə