Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə4/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   2   3   4   5   6   7   8   9   ...   90

F.Xoyski  (1875-1920)  haqqında  növbəti  məlumatlardan  biri 
“Azərbaycan  Cümhuriyyəti  sənədlər  və  materiallar  1918-1920-  ci 
illər” (“Elm”, 1998) məcmuəsində, aşağıdakı şəkildə verilib: “AR-in 
dövlət xadimi. Azərbaycanın əsilli ailələrindən birinin nümayəndəsi. 
Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bitirib  (1901). 
İkinci Dövlət Dumasına üzv seçilib (1907). Kadet partiyasının üzvü 
olub.  Məhkəmə  orqanlarında  xidmət  edib.  1917-  ci  ilin  martında 
Müsəlman  Milli  Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvü 
seçilib.  (Müsəlman  Milli  Şurasının  Müvəqqəti  İeraiyyə  Komitəsi 
1917-ci  ilin  27  martında  Bakıda  yaradılmışdı  -  L.Ş.)  Zaqafqaziya 
Seyminin  üzvü  (Zaqafqaziya  Seymi  Rusiya  Müəssislər  Məclisinin 
buraxılmasından sonra onun üzvlərinin Tiflisdə toplaşıb 1917-ci ilin 
dekabrında yaratdıqları qurumdur. Məclisdə müsəlmanların sayı 14, 
Seymdə isə 44 nəfər idi. Gürcülər Seymdən ayrılanda Zaqafqaziya 
Müsəlman  Şurası  26  mayda  özünü  Azərbaycan  Milli  Şurası  elan 
etmişdi. - L.Ş.) və Zaqafqaziya Federativ Respublikasının Ədliyyə 
naziri olub. 1918- ci ilin mayından 1919-cu ilin martına qədər AR 
hökumətinə  başçılıq  edib.  1919-cu  ilin  dekabrından  1920-ei  ilin 
martına  qədər  Xarici  İşlər  Naziri  olub.  1920-ci  ilin  28  aprelindən 
sonra Tiflisə gedib. 1920-ci il iyunun ayının 19-da muzdlu qatilin əli 
ilə öldürülüb”. 
Bu  qısa  tərcümeyi-hal  qeydlərinin  arxasında  ilk  baxışda 
görünməyən, adi rəqəmlərin daxilinə sinmiş potensial güc, yaşanmış 
hər  bir  ilin  neçə  on  ilə  bərabər  siqləti  haqqında  düşünəndə  insanı 
heyrət  bürüyür.  Belə  az  müddətdə  bir  millətin  tərəqqisi  və 
özünütəsdiqi  yolunda  görülmüş  saysız-sonsuz  işlər,  göstərilmiş 
əvəzsiz xidmətlər qarşısında qəlbin riqqətə gəlir. Sözsüz ki, bolşevik 
rejimi  bu  qüdrətindən  xəbərdar  olduğu  üçün  Fətəli  Xanın  yaşayış 
yerini  müəyyənləşdirməyə  nail  olmuş  və  çevrilişdən  heç  iki  ay 
keçməmiş  öz  muzdlu  qatilini  tez-tələsik  onu  aradan  götünnəyə 
göndinnişdi. Çünki belə əməl və nüfuz sahibləri durduqca müstəqil 
Azərbaycan  uğrunda  çarpışmalar  səngiməyəcək,  ən  amansız  cəza 
tədbirləri  qarşısında  da  öz  gücünə  inandırılmış  xalq  qorxub  geri 
çəkilməyəeəkdi. Buna görə də bolşevik hakimiyyəti Fətəli Xan kimi 
şəxsiyyətlərin  məhv  edilməsi,  yaxud  mühacirətə  getmək 
məcburiyyəti qarşısında 
12 


qoyulması  ilə  xalqı  rəhbərlərdən  təcrid  etmək,  asan  idarə  olunan 
kütləyə çevirmək niyyətində idi. 
Əsrin  əvvəllərindən  etibarən  siyasi  fəaliyyətə  qoşulan, 
demokratiya  və  azadlıq  şüarları  ilə  çar  Rusiyasını  titrədən 
qüvvələrin tərkibində ilk təcrübə qazanan Fətəli xan hələ o dövrdə 
öz yolunu qəti müəyyənləşdirməsə də, bir şey onun üçün gün kimi 
aydın  idi.  O,  canından  artıq  sevdiyi  millətinə  təmənnasız  xidmət 
göstərmək  amalı  ilə  yaşayırdı.  Əsrin  əvvəllərində  yüksək  təhsil 
görmüş bu gənc hüquqşünas onu qarşıda gözləyən taledən xəbərdar 
deyildi.  Tale  isə  ona  millətinin  tarixində  əbədi  yaşamaq  qisməti 
yazmışdı. Ancaq bunun üçün o, neçə-neçə sərt sınaqlardan keçməli, 
özünü həyatın keçməkeşlərində təsdiq etməli idi. Bütün bunlar hələ 
gələcəkdə  baş  verəcəkdi.  Bəli,  tale  onu  xalqının  istiqlalı  uğranda 
fədakarlıqla  çalışmaq,  yüz  ilə  yaxın  bir  müddətdə  Rusiyanın 
tərkibində müstəmləkə ucqan kimi alçaldıcı bir addan başqa heç nə 
əldə etməyən doğma Azərbaycanı tərəqqi və inkişafa qovuşduracaq 
insanların  cərgəsində öz layiqli  yerini tutmaq üçün seçmişdi.  Yeri 
gəlmişkən,  bəzi  müəlliflər  Fətəli  Xanın  fevral  burjua  inqilabından 
sonra siyasi mübarizəyə qoşulduğunu bildirirlər, ancaq onun 1907-ci 
ildə Dövlət Dumasına üzv seçilməsi və təqribən həmin illərdə Kadet 
partiyasına daxil olması bu qənaətlərin doğra olmadığını göstərir. 
Məhkəmə  orqanlarında  çalışan  Xoyskinin  əksər  dost- 
tanışlarından  siyasi  fəaliyyətlə  məşğul  olanlar,  çar  hökumətinin 
nəzərində siyasi cəhətdən səbatsız, hətta təhlükəli hesab olunurdu. O 
isə  artıq  öz  fəaliyyətini  heç  bir  partiyanın  üzvülüyü  ilə 
məhdudlaşdırmaq  istəmir,  müstəqil  siyasətçi  kimi  formalaşmağı 
daha  üstün  tuturdu.  Ancaq  Kadet  partiyasının  üzvü  olanda  da, 
fevral-burjua inqilabından sonra heç bir partiyaya mənsub olmadan 
fəal  surətdə  siyasətə  girişəndə  də  o,  daim  diqqət  mərkəzində  idi. 
Təsadüfi deyildi ki, o dövrdə ən qatı millətçilər sayılan qüvvələr öz 
fəaliyyətini hansısa siyasi mənsubluq çərçivəsinə salmaq istəməyən 
Fətəli  Xanla  tam  hesablaşır,  onu  öz  sıralarına  cəlb  etməyə  çalışır, 
keçirdikləri  tədbirlərdə  məmmuniyyətlə  söz  verir,  fikirlərini 
dinləyirdilər. Belə tədbirlərdən birində, 1917-ci il oktyabrın 26-dan 
31-dək  Bakıda  keçirilən  “Türk  ədəmi-  mərkəziyyət  partiyası” 
“Müsavaf’ın birinci qurultayında çıxış edən 
13 


Fətəli  xan burada irəli sürülən “Azərbaycana muxtariyyət” şüarını 
qızğın müdafiə etmişdir. Yenə 1917-ci ildə Bakıda çağrılan Qafqaz 
müsəlmanlarının  qurultayında  iştirak  edərək  milli  problemlər 
ətrafında  geniş  diskussiya  aparmışdı.  Onun  Müsəlman  Milli 
Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsinin  və  Zaqafqaziya 
Seyminin üzvü seçilməsi məhz bu qızğın fəaliyyətin, Azərbaycanın 
taleyini  düşünən  milli  qüvvələr  arasında  ən  yüksək  nüfüza  malik 
şəxsiyyətlərdən olmasının nəticəsi idi. 
28  may  1918-ci  il.  Vətən  tarixinin  ən  müqəddəs  və  şərəfli 
günlərindən biri. Neçə min illik dövlətçilik tarixi olan, ancaq son bir 
neçə  yüz  ili  İran,  Rusiya  və  s.  dövlətlərin  əsarəti  altında  inləyən 
Azərbaycanın bir qrup həqiqi vətənpərvər və qeyrətli övladı Tiflis 
şəhərində  ona  öz  tarixi  haqqını  geri  qaytarmaq  təşəbbüsündə 
bulundular.  Onların  sonsuz  fəxarət  duyğuları  oyadan,  qəlbləri 
riqqətləndirən  əməllərinin  nəticəsi  6  mübarək  bənddən  ibarət  olan 
Azərbaycanın İstiqlalını mübəyyin Əqdnamə adlanırdı: “Rusiya ilə 
Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi 
üzündən  hasil  olan  vəziyyəti-hazıreyi-siyasiyyə  və  məmləkət 
daxilində  bulunan  misilsiz  anarşi  Cənubi-Şərqi  Zaqafqaziyadan 
ibarət  bulunan  Azərbaycana  dəxi  bulunduğu  xarici  və  daxili 
müşkülatdan  çıxmaq  üçün  xüsusi  bir  dövlət  təşkilatı  qurmaq 
lüzumunu təlqin ediyor”. (ARDA, f 970, s. 1, iş 4, v. 1 -2). 
Bu  addımla  bahəm  Azərbaycan  Nazirlər  Şurası  öz  işinə 
başlamış, kabinetin sədrliyi artıq siyasi dairələrdə nüfuzlu şəxs kimi 
tanınan Fətəli Xan Xoyskiyə həvalə olunmuşdu. Müstəqilliyin elan 
olunmasının səhəri günü Azərbaycan Milli Şurasının yığıncağında 
çıxış  edən  yeni  hökumətin  ilk  başçısı  qarşıda  duran  vəzifələrdən, 
konkret  əməli  işlərdən (ARDA, f970, s.l,  iş  1, v.51.) danışırdı. Bu 
əməli fəaliyyətin ilk nəticələrindən biri kimi 1918- ci il may ayının 
30-da  Xoyskinin  imzası  ilə  dünyanın  aparıcı  dövlətlərinin 
paytaxtlarına, Konstantinopol, Berlin, Paris, Vyana, Roma, London, 
Vaşinqton,  Sofiya,  Buxarest,  Tehran,  Moskva,  Haaqa,  Madrid, 
Stokholm,  KiyeV,  Oslo,  Kopenhagen,  Tokio  şəhərlərinə,  həmin 
ölkələrin  xarici  işlər  nazirlərinə  radioteleqram  göndərildi: 
“Zaqafqaziya  Federativ  Respublikasının  dağılması,  Gürcüstanın 
ondan  çıxması  ilə  Azərbaycan  Milli  Şurası  28  may  1918.-Cİ  ildə 
Azərbaycanın müstəqilliyini elan etmişdir... Sizi 
14 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə