Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə16/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   12   13   14   15   16   17   18   19   ...   90

 
V.İ.Leninə  1920-ci  il  avqust  ayının  1-də  yazdığı  2  səhifəlik  şəxsi 
məktubudur. Surəti işdə saxlanılan həmin məktub 20.09.1956-cı ildə 
Az.KP MK-nın katibi Əfəndiyevin göstərişi ilə Az.SSR NK 
50 


yanında  DTK  sədri  vəzifəsini  icra  edən  Səmədov  tərəfindən  ona 
göndərilmişdir: “Əziz Vladimir İliç! 
Gəncə  üsyanı  zamanı  kölmə  Azərbaycan  ordusunun  bütün 
zabitləri  həbsə  alınmışdı.  Bu  məktubu  Sizə  təqdim  edən  məşhur 
general  -Mehmandarov  və  Şıxlinski  də  onların  içərisində  idi. 
Diqqətli  yoxlama nətieəsində məlum  oldu  ki, generalların üsyanla 
əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi 
işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, onları 
qərargahda  işləmək  üçün  Sizin  sərancamınıza  göndərək,  çünki, 
onlar hərbi mütəxəssislər olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan 
biri  Şıxlinski  Nikolay  ordusunda  “artilleriyanın  Allahı”  sayılırdı. 
Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər, sonra 
Sizdən xahiş  edəcəyəm  ki,  bizim əsgəri hissələrimizi  təşkil etmək 
üçün  onları  buraya  göndərəsəniz.  Bu  müddətdə  onların  qayğısına 
qalmaq lazımdır. Kommunist salamı ilə N.Nərimanov”. 
Göründüyü  kimi,  məktubda  Azərbaycanın  hər  iki  generalı 
Gəncə  üsyanında  iştiraklarının  olub-olmadıqlarının  müəyən- 
ləşdirilməsi məqsədilə həbs edildikləri göstərilir. 
İkincisi, PR 19871 saylı istintaq işində saxlanılan Azərbaycan 
1 -ci piyada diviziyasının (general Cavan Şıxlinskinin komandanlığı 
altında) Qərargah rəisi Vasili Nikolayeviç Sokolovun istintaq işidir. 
Sokolovun həbsi ilə bağlı bağlı qərarda deyilir: 
“Mən 11-ci  ordunun xüsusi şöbəsinin  baş müstəntiqi  Qubin 
20-ei atıcı diviziyanın Qərargah rəisi Könüllü ordunun generalı ilə 
əlaqəyə  girməkdə  günahlandmlan  V.N.Sokolovun  istintaq  işinə 
baxaraq müəyyən etdim: Baş qərargahın polkovniki Sokolov bütün 
vətəndaş  müharibəsi  ərzində  daim  Gəncə  üsyanım  təşkil  və  ona 
rəhbərlik  edən  Cavan  Şıxlinskinin  başçılıq  etdiyi  Azərbaycan 
ordusu 1-ci piyada diviziyasının qərargah rəisi olub. Gürcüstandan 
general  İrmanovun  Əliağa  Şıxlinski  və  Mehandarova  ünvanladığı 
məktub  1-ei  piyada  diviziyasının  qərargahına  daxil  olub,  burada 
gerbli, surquçlu, möhürlə məxfi xidməti məktub şəklinə salınmış və 
bu şəkildə ünvanına göndərilmişdir. Bu işdə möhürün yalnız onda 
saxlandığı  nəzərə  alınmaqla  Sokolovun  iştirakı  şübhəsizdir.  Ona 
görə  də  Sokolova  qarşı  irəli  sürülən  ittihamın  qüvvədə  qalmasını 
düzgün sayıram. Müttəhim Sokolovun ÜFK XŞ-nə 
51 


göndərilən Mehmandarovun və Şıxlinskinin fəaliyyəti ilə tanışlığını 
və  hərbi  işi  bildiyi  halda  11-ci  orduda  və  Azərbaycan  qırmızı 
hissələrində  xidmət  göstənnək  istəmədiyni  nəzərə  alaraq,  qərara 
gəldim: Vasili Nikolayeviç Sokolov 575 №-li işlə birlikdə ÜFK-nın 
sərəncamına  göndərilsin”.  Sənədin  üstündə  11-ci  ordu  xüsusi 
şöbəsinin rəisi Pankratovun razılaşdığını bildirən qeydi var. 
Müstəntiq  Qubinin  1920-ci  il  29  iyun  tarixində  casusluqla 
bağlı  ittiham  olunan  Şahtaxtinski  İlyas  Əliqulu  oğlunu  dindirərək 
tərtib  etdiyi  protokolda  belə  bir  qeyd  var:  “Hərbi  nazir 
Mehmandarov haqqında deyə bilərəm ki, o da bolşeviklərə və sovet 
hökumətinə  pis  münasibət  bəsləyirdi.  Mən  bunu  onunla  bağlı 
deyirəm  ki,  mən  bolşevikləri  Mehmandarovun  şəxsi  əmri  ilə  həbs 
etmişəm və onları tək çörəklə suyun ümidinə qoymuşam. Həmçinin 
Mehmandarovun əmri vardı ki, bolşevik fəaliyyəti ilə azacıq əlaqəsi 
olanlan həbs edib ciddi rejim altında saxlamaq...” 
Bütün  bunlardan  sonra  əlində  kifayət  qədər  dəlil-sübut 
topladığını  güman  edən  müstəntiqi  Qubin  iyul  ayının  29-da  11-ci 
ordu  xüsusi  şöbəsinin  istintaq  materialları  əsasında  qərar  verir: 
“Mən keçmiş Azərbaycan Respublikası hərbi naziri  tam artilleriya 
generalı 64 yaşlı Səməd Sadıq oğlu Mehmandarovun işinə baxaraq 
müəyyən  etdim:  yuxarıda  adı  çəkilən  vətəndaş  Mehmandarov 
əksinqilabi Müsavat partiyasının vəzifəyə qoyduğu adamdır və 399 
№-li  əmrdən  göründüyü  kimi  onu  müdafiə  etməklə,  orduda 
bolşevizmin  aradan  qaldırılması  üçün  həmin  partiyanın  qarşısında 
duran  vəzifələri  həyata  keçinnişdir.  Mehmandarovun  əksinqilabi 
fəalij^əti,  yaxud  Azərbaycanda  sovet  hakimiyyətinin  devirilməsi 
məqsədilə  törədilən  hadisələrə  aidiyyatı  barədə  digər  məlumatlar 
yoxdur.  Bunu  nəzərə  alaraq  qərar  gəldim:  vətəndaş  Səməd  Sadıq 
oğlu Mehmandarov keçmiş hərbi nazir kimi ÜFK xüsusi şöbəsinin 
səraəncamına göndərilsin.” 
Sənədin üstündə Pankratovun qeydi var: “Qərar təsdiq olunur 
əksinqilabi hökumətin naziri kimi göndərilir”. 
1920-ei  il  avqust  ayının  2-də  ÜFK  Xüsusi  Şöbəsinə  2797 
saylı  məktubla  bildirir:  “Devrilmiş  Azərbaycan  müsavat 
hökumətinin  keçmiş  hərbi  naziri  kimi  Səməd  Sadıq  oğlu 
Mehmandarov  ÜFK-nın  Xüsusi  şöbəsinin  sərəncamına  göndərilir. 
11-ci ordunun xüsusi şöbəsinin rəisi, katib.” 
52 


Moskvaya  göndərilən  Mehmandarov  doldurduğu  Sorğu 
vərəqində 1914-cü il müharibəsinə qədər nə ilə məşğul olub sualına 
cavabda: “21-ci piyada diviziyasının rəisi olduğunu”, müharibədən 
fevral  inqilabına  qədər  “2-ci  Qafqaz  korpusunun  komandiri  və 
dəfələrlə  birləşmiş  korpuslar  komandiri  olduğunu”,  1917-ci  iln 
avqustundan  1918-ci  ilin  yanvarın  1-nə  qədər  “Aikesandrovski 
yaralılar komitəsinin üzvü olduğunu” göstərir, gedişinin səbəbi kimi 
“Az.SSR hərbi komissarı tərəfindən RSFSR Hərbi İnqiqab Şurasına 
ezam  olunduğunu”  bildirir  və  bütün  bunlardan  sonra  isə  yazırdı: 
“Sənədlərim Xüsusi Şöbədədir”. 
Əlavə şərhə ehtiyac yoxdur. 
Qırmızı  ordunun  Ümumrusiya  Baş  qərargahı  rəisinin  adma 
göndərilən  raportda  isə  guya  hər  iki  generalın  Moskvaya  ezam 
olunduqları  bildirilirdi:  “Keçmiş  Azərbaycan  Respublikası  hərbi 
naziri  yol.  Mehandarov  və  onun  müavini  Şıxlinski  bu  ilin  15 
yanvarında keçmiş İndendanthqdan hərəsi 2 pud qənd götürdükləri 
üçün  hər  birindən  3600  rubl  tutub  Az.SSR  Baş  hərbi  təsərrüfat 
idarəsinin  rəisinin  adma  göndərəsiniz.  Bununla  bərabər  mə’ruzə 
edirəm  ki,  yol.  Mehandarov  və  yol.  Şıxlinski  Moskvaya  ezam 
ediliblər.” 
Moskvaya  göndərilərkən  Səməd  bəyə  və  ailə  üzvlərinə 
İnqilabi Komitənin müvafiq vəsiqələri təqdim edilir. Çünki ən qısa 
müddət ərzində bolşeviklər ölkədə elə sərt tədbirlər görmüşdülər ki, 
vətəndaşlar  əllərində  pasportları,  başqa  sənədləri  olduğu  halda,  bu 
komitə tərəfindən şəxsiyyətini təsdiqləyən vəsiqələr almadan daimi 
yaşayış yerini dəyişə, başqa yerə gedə bilməzdilər. Artıq o qədər də 
uzaq  olmayan  gələcəkdə  dünyanın  6-da  birində  tətbiq  ediləcək 
əhalinin  ümumi  nəzarət  altında  saxlanılması,  kütləvi  izlənilməsi 
kimi repressiv metodlar həyata ilk vəsiqəsini almaqda idi. 
11-ci  ordunun  xüsusi  şöbəsinə  “Bununla  yanaşı  Xarici  İşlər 
komissarlığı  İnqilabi  Komitənin  Mehmandarovun  həyat  yoldaşı 
Y.Mehmandarovanm  adma  olan  473  №-li  vəsiqəsini.  Səməd 
Mehmandarovun  adma  olan  İnqilab  Komitəsinin  474  №-li 
vəsiqəsini,  Mehmandarovun  oğlu  İqorun  adına  olan  475  №-li 
vəsiqəsini.  Xarici  İşlər  komissarlığının  5733  №-li  vəsiqəsini,  iki 
sorğu vərəqini. Xalq Xarici İşlər komissarlığının Moskvaya 
53 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə